1. Yalım forması da olub. “Отвесной”, “крутой” mənasını əks etdirib. Yal burada “lüt” (sürüşkən, şumal, hamar) deməkdir. Yalçın sözü ilə qohumdur.
2. Yalan sözü ilə kökdaşdır, mənası olmayan deməkdir. Əliyalın - əlində silahı olmayana deyirik. Qaqauzlarda yalanayaq sözü ruscaya босиком kimi tərcümə olunub. Onlarda yannış (bizdə yanlış) “səhv” deməkdir, yansıla (bizdə: yamsıla) “orijinal olmayan” deməkdir. Deməli, yalın, yalan, yanlış, yamsıla sözləri kökdaş olub. Anadolu türkləri paltarsız(lüt) adama yalıncaq (M.Kaşğaridə bu söz yalıntaq kimi verilib) deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)