YARIM

числ. зур (битав са затӀунин кьве барабар паюникай сад); yarım litr зур литр; yarım manat зур манат.
YARILMAQ
yarım-yarım
OBASTAN VİKİ
Yarım günbəz
Yarım günbəz — bir binada yarı dairəvi bir sahə tutan və yarım günbəz şəklində olan bir memarlıq elementidir. Qədim Roma memarlığında apsislərdə, ənənəvi kilsə memarlığında, İslam memarlığındakı məscidlər və eyvanlarda tez-tez istifadə olunurdu.
Zənqi yarım
Zənqi yarım – Talış xalq mahnısı. Mahnı, SSRİ Xalq Artisti Rəşid Behbudovun ifasından sonra şöhrət qazanmışdır. Daha sonralar mahnı, İsrail Məmmədov və Azərbaycan xalq artisti Faiq Ağayev tərəfindən ifa olunmuşdur. Talışca "zanq" ( zənq ) sözü "ay ışığının suda əksi" anlamını verir. Talış xalqının qədim adətlərinə görə, qadınlar bir zamanlar öz həyat yoldaşları üçün oruc tuturmuşlar. Ay bədrlənib, suyun üzərində əksi görünəndə isə bayram edib, oruclarını açarmışlar. Mahnının mətnində adət öz əksini tapır. Rəşid Behbudov-Zənqiyar Aydın Xan Əbilov. Bir Xalçanın İlmələri, Azərbaycanda yaşayan xalqların ədəbiyyat etnologiyası.
Səkkiz yarım (1963)
"Səkkiz yarım" (it. Otto e mezzo) — rejissor Federiko Fellininin filmi. Rejissor Qvido Anselmi nüvə qəzasından sonra bəşəriyyətin xilası haqqında film çəkməyə hazırlaşır. Qvidonun bundan əvvəlki filmi böyük müvəffəqiyyət qazandığına görə prodüser belə hesab edir ki, bu film də ondan geri qalmayacaq. Dekorasiyalara milyonlarla pul xərclənib, neçə-neçə aktyorun siyahısı tutulub, ssenarist öz işini görməyə tam hazırdır, lakin Qvido bu filmi çəkməyə hazır deyil, o, özünə ilham mənbəyi axtarır. Səbəb onun həyatdan və sevgidən bezməsidir. Prodüserlər və kinostudiya ekran əsərinin çəkilişlərinin başlanmasını tələb edirlər. Film isə hələ ki, mövcud ola bilməz. Bu ekran əsərinin ideyasını Qvidonun həyatı, uşaqlıq xatirələri, sürrealistik görünüş və işıqlandırma təşkil edir, lakin bunun üçün hələ də ilham mənbəyi lazımdır. Filmin adının niyə məhz "Səkkiz yarım" olmasının izahının bir neçə cavabı var.
Yarım parçalanma müddəti
Yarım parçalanma müddəti (T1/2) — orqanizmdə dərman preparatının miqdarının 50%-ə (yarıya) qədər azalması üçün tələb olunan müddət və ya zaman. Müxtəlif dərman preparatlarında bu müddət müxtəlif olur. Beləki aspirin və ibuprofen preparatlarında yarım parçalanma müddəti təxminən 4, piroksikamda isə 24 saatdır.
Səkkiz yarım (film, 1963)
"Səkkiz yarım" (it. Otto e mezzo) — rejissor Federiko Fellininin filmi. Rejissor Qvido Anselmi nüvə qəzasından sonra bəşəriyyətin xilası haqqında film çəkməyə hazırlaşır. Qvidonun bundan əvvəlki filmi böyük müvəffəqiyyət qazandığına görə prodüser belə hesab edir ki, bu film də ondan geri qalmayacaq. Dekorasiyalara milyonlarla pul xərclənib, neçə-neçə aktyorun siyahısı tutulub, ssenarist öz işini görməyə tam hazırdır, lakin Qvido bu filmi çəkməyə hazır deyil, o, özünə ilham mənbəyi axtarır. Səbəb onun həyatdan və sevgidən bezməsidir. Prodüserlər və kinostudiya ekran əsərinin çəkilişlərinin başlanmasını tələb edirlər. Film isə hələ ki, mövcud ola bilməz. Bu ekran əsərinin ideyasını Qvidonun həyatı, uşaqlıq xatirələri, sürrealistik görünüş və işıqlandırma təşkil edir, lakin bunun üçün hələ də ilham mənbəyi lazımdır. Filmin adının niyə məhz "Səkkiz yarım" olmasının izahının bir neçə cavabı var.
Yarım eşitsin məni (mahnı)
Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (film, 1970)
Elektrik yarımstansiyası
Yarımstansiya — elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması sisteminin bir hissəsidir. Yarımstansiya gərginliyi yüksəkdən alçağa və ya əksinə çevirir. Elektrik enerjisinin istehsal olunduğu stansiya və istehlakçı arasında enerji müxtəlif gərginlik səviyyələrində bir neçə yarımstansiyaya daxil ola bilər. Yarımstansiyada yüksək gərginlik və aşağı gərginlikli paylayıcı arasında gərginlik səviyyələrinin dəyişdirilməsi üçün transformator ola bilər. Ümumiyyətlə yarımstansiyalar uzaq məsafədən nəzarət və idarəetmə üçün SCADA sisteminə malikdirlər.
Eyr yarımadası
Eyr yarımadası (ing. Eyre Peninsula) — Avstraliyanın cənubunda yerləşən yarımada. Ölkənin ayrıca bir regionu. == Coğrafiyası == Eyr yarımadası Cənubi Avstraliya ştatının ərazisində yerləşir. Şərqdən Spenser körfəzi, qərbdən isə Böyük Avstraliya körfəzi ilə əhatələnir. Şimaldan isə Qoler dağı ilə əhatələnir. İqlim baxımından qərb rayonları quraq, cənub rayomnları isə mülayimdir. Yay ayları orta temperatur 25—29 °C, daxili rayonlarda 34 °C, qış ayları isə 15—18 °C olur. Noyabrdan aprelə qədər Eyrdə meşə yanğınları müşahisdə edilir. Yarımada ərazisində Linkoln, Koffin-Bey, Qoler Reynciz milli parkları vardır.
Fleurieu yarımadası
Fleurieu yarımadası ing. Fleurieu Peninsula — Cənubi Avstraliyanın Adeleida şəhərondən cənubda yerləşən yarımada. Yarımada ərazisində ən iri yaşayış məntəqələri Viktor-Harbor, Qulua, Yankalilla, Rapid-Bey şəhərləridir. Vaytpinqa və Brauns-Biç şəhərlərinin sahilləri sörfinq həvəskarlarını özünə cəlb edir. Keyp-Cervis adası ilə Kenquru adası ararsında bərə fəliyyət göstərir. Yarımadaya bu adı Nikolay Boden 1802-ci ildə Fransanın dəniz naziri Fleurieunun şərəfinə adlandırmışdır.
Florida yarımadası
Florida yarımadası (ing. Florida) — Şimali Amerikanın cənub-şərqində yerləşir. Ərazisinin böyük hissəsi Florida ştatını torpaqlarında yerləşir. Sahəsi 115 min km² təşkil edir. Şərqdə Atlantik okeanın, qərbdə isə Meksika körfəzi onun sahillərini yuyur. Kuba adasında onu Florida boğazı ayırır. Yarımada ərazisində ən hündür zirvə 99 m təşkil edir. Bu yaylada karst məşəlli təbiət abidələrinə rast gəlinir. Yarımadanıb şərq hissəsi nisbətən yüksəlmiş, qərb hissəsi isə nisbətən alçaqdır. Bu hissə laqun və Manqrov meşələri ilə zəngindir.
Foks yarımadası
Foks yarımadası — Baffin Torpağının cənubunda yerləşən yarımada. Kanadanın Nunavut vilayəti ərazisinə daxildir. Yarımada Foks körfəzini Hudzon boğazından ayırır. Onun qərb qutaracağında olan Kuiun burnunda inuitlərə aid Keyp-Dorset kəndi vardır. Qərb sahillərində yerləşən İnuksuk Point inuksuklarla məşhurdur. Onların sayı yüzə çatır. Yarımadanın uzunluğu 241 km, eni isə 80–161 km arasında dəyişir. Yarımada ingilis araşdırmaçısı Lyuk Foksın şərəfinə adlandırılmışdır. == Araşdırılması == Yarımadanın ilk araşdırılması 1631-ci ildə Lyuk Foks tərəfindən gerçəkləşdirilmişdir. Belə düşünülür ki, o "Çarlz" gəmisində 1631-ci ilin sentyabrında Dorçester burnuna qədər irəliləmişdir.
Herakl yarımdası
Herakles yarımadası — Krım yarımadasının cənub-qərbində yerləşən, Qara dənizin daxilinə üçbucaq şəklində daxil olan yarımada. Hansı ki, Sevastopol buxtası ilə Balaklav buxtasını ayırlr. Yarımadanın sahəsi 100 km² təşkil edir. Yarəmadanın digər adı Traxeyskidir. XIX əsrdə həm də İrakliyski adı işlədilirdi. Yarımada Xersonesin kənd təsərrüfatı rayonu olmuşdur. Burada üzüm əkilir bağlar salınırdı. Yarımada öz növbəsində daşlı slçaq dağlıq ərazidən ibarətdir. Ən hündür zirvəsi Sapun dağıdır == İstinadlar == == Ədəbiyyat == Гриневецкий С. Р., Зонн И. С., Жильцов С. С. Черноморская энциклопедия. — М.: Международные отношения, 2006.
Herakles yarımdası
Herakles yarımadası — Krım yarımadasının cənub-qərbində yerləşən, Qara dənizin daxilinə üçbucaq şəklində daxil olan yarımada. Hansı ki, Sevastopol buxtası ilə Balaklav buxtasını ayırlr. Yarımadanın sahəsi 100 km² təşkil edir. Yarəmadanın digər adı Traxeyskidir. XIX əsrdə həm də İrakliyski adı işlədilirdi. Yarımada Xersonesin kənd təsərrüfatı rayonu olmuşdur. Burada üzüm əkilir bağlar salınırdı. Yarımada öz növbəsində daşlı slçaq dağlıq ərazidən ibarətdir. Ən hündür zirvəsi Sapun dağıdır == İstinadlar == == Ədəbiyyat == Гриневецкий С. Р., Зонн И. С., Жильцов С. С. Черноморская энциклопедия. — М.: Международные отношения, 2006.
Hotellneset yarımadası
Hotellneset (norv. Hotellneset) — yarımada 1 x 2 km ölçülərə malik olaraq, Şpitsbergen adalarında yerləşən Lonqyirbyuen şəhərindən şimal-qərbində Adventfiord körfəzində qərarlaşır. Yarımada da yük limanı və Svalbard aeroportu vardır. Ən hündür nöqtəsi Platoberqetdir. Burada üstəlik Şpisbergen peyk stansiyası fəaliyyət göstərir.
Kaliforniya yarımadası
Kaliforniya (Aşağı Kaliforniya və ya Kaliforniya yarımadası; isp. Baja California) — Şimali Amerikanın qərbində (Meksikanın ərazisində) yerləşən uzun və dar yarımada. Şərqdə Sakit okeanan və Kaliforniya körfəzi ilə əhatə olunub. Uzunluğu 1200 km, maksimal eni isə 240 km. Burada Meksikanın iki ştatı yerləşir: Aşağı Kaliforniya və Cənubi Aşağı Kaliforniya. Sahəsi Appenin yarımadası qədərdi (təxminən 149 min km²) və Florida yarımadasından iki dəfə daha böyükdür. Şimalda yarımada Kaliforniya ştatının (ABŞ) və Sonor ştatının (Meksika) qərb hissəsi ilə yanaşıdı, qərbdə Sakit okeanla, şərqdə isə Kaliforniya körfəzi ilə əhatə olunur. Körfəzin hər iki sahil bir birinə bənzəmir. Sahilin qərb hissəsində Sakit okeanın dərinliklərindən gələn söyuq Kaliforniya dəniz cərəyanları axır. Həm də bu hissədə tropik genişliklərə köçən və qayıdan balinalara rast gəlmək olar.
Kalininqrad yarımadası
Kalininqrad yarımadası və ya Sambi yarımadası (alm. Samland‎) — Şərqi Avropada, Kalininqrad vilayəti ərazisinddə yerləşən yarımada. == Coğrafiya == Baltik dənizinin cənub-şərq sahillərində, şirinsulu Kalininqrad körfəzini Primorski buxtasıpndan ayırır. Yarımadanın şimalında Taran burnu yerləşir. Burunda Taran mayakı və hərbi hissə yerləşir. Yarımada ərazisindən çoxlu çay axır. Kalininqrad körfəzinə Preqolya, Primorski körfəzinə isə Nelma çayı töplülür. Digər yarımadalar: Aleyka, İnstruç, Deyma, Anqrapa, Neman. Yarımadanın relyefi əsasən düzəndir. Elədə hündür olmayan yüksəkliklər yarımadanımn cənub və cənub-şərqində yerləşir.
Kalksalo yarımadası
Kalksalo yarımadası — Kareliya Respublikasının cənubunda yerləşən yarımada. Yarımada Ladoqa gölünün qərbində yerləşir. Burada Xelmelyanselkaya körfəzi ilə digər ensiz körfəzi əmələ gətirir. Yarımadada çoxlu sayda göl vardır. Yarımadanın uzunluğu 4,2 km, eni isə 3,7 km təşkil edir. Relyefi təpəlidir. Maksimal hündürlük 60 metrdir. Sahilləri sıldırımlı və qayalıdır. Yarımadanın üzəri meşə və kollar ilə örtülmüşdür. Yarımadanın yaxınlığında gölün dərinliyi 7 metrdir.
Kathiyavar yarımadası
Kathiyavar (qüc. કાઠીયાવાડ) — Hindistanın Qucarat ştatı ərazisində yerləşir. Yarımada Hindustan yarımadasının şimal-qərbində Ərəbistan dənizinə daxil olan Kaç körfəzi ilə Kambey körfəzləri arasında yerləşir. Yarımada Hindistan tavası üzərində yerləşir. Yarımadanın cənubunda Diu adası yerləşir. Yarımadanın sahəsi 40 min km² təşkil edir. Yarımada əsasən Savanna bitkiləri ilə örtülüdür. Mərkəzi hissə isə dağlıqdır (1117 m). İllik yağıntının miqdarı 500 mm təşkil edir və əsasən iyun-sentyabr ayları düşür. Yarımadanın cənubunda Sasan-Hir milli parkı vardır ki, orada dünyada Asiya şirinin vəhşi təbiətdə yaşadığı yeganə ərazidir.
Kenay yarımadası
Kenay — (ing. Kenai Peninsula) — Alyaska ştatının cənub sahillərində yerləşir. Yarımada öz adını. Kuk körfəzinin rus variantı olan Kenay körfəzindən göTürmüşdür. Yarımada 240 km uzunluğa malikdir. Qərbdən Kuk körfəzi, şərqdən isə Şahzadə Vilhelm boğazı onun sahillərini yuyur. Yarımada haqqında ilk məlumatı 1789-cı ildə rus araşdırmaçısı Qerasim İzmaylov vermişdir. Yarınadanın daxili ilə şimaldan cənuba Kenay sıra dağları uzanır. Ərazini əhəmiyyətli hissəsi Milli par ərazisi olaraq qorunur. Yarımadada bir necə yaşayış məntəqəsi vardır ki, onlardan ən irisi Kenaydır.
Kent yarımadası
Kent yarımadası (ing. Kent Peninsula) — Kanadanın şimal-qərbində yerləşən iri yarımada. == Coğrafiya == Nunavut vilayətinin şimalında yerləşir. Yarımadadan qərbdə Koroneyşen körfəzi qərarlaşır. Şimalda yerləşən Dis boğazı yarımadanı Kanadanın ən böyük adasından biri olan Viktoriya adasından ayırır. Yarımada ensiz bərzəxlə materikə birləşir. Cənub-şərqdə Kuin-Mod körfəzinə daxil olan Labirint buxtası yerləşir. Yarımadanın ən hündür nöqtəsi Corc dağı 183 metrdir. Yarımadanın uzunluğu 112 km, eni 40 km-dir. Yarımada Tomas Simpson tərəfindən Kent Hersoqinyasının şərəfinə adlandırılmışdır.
Kerç yarımadası
Kerç yarımadası — Krım yarımadasının şərq hissəsi. Şimalda Azov dənizi, şərqdə Kerç boğazı, cənubda Qara dənizlə əhatələnir. Qərbdə eni 7 km olan Aq-Manay bərzəği onu Krım yarımadası ilə birləşdirir. Sahəsi təqribən 3 min km²-dir. Şimal-şərq hissəsi hündürlüyü 190 m-dək olan təpəliklər, cənub-qərb hissəsi isə düzənlikdir. Çoxlu palçıq vulkanı var.
Keyp-Enn yarımadası
Keyp-Enn (ing. Cape Ann) — Qayalıqlarla zəngin olan yarımada şimaldan Massaçusets körfəzi ilə əhatələnir. Massaçusets ştatı ərazisində Bostondan 50 km şimal-şərqdə yerləşir. == Adlanması == Burnu ilk adlandıran İngilis dənizçi Con Smit Ceymstaun olur. O, yarımadanı Traqabiqzanda (ing. Tragabigzanda adlandırır (çox böyük ehtimal ki bu ad onun hindli sevgilisinin adı olmuşdur Traqa). Bir müddət sonra İngilis kralı I Karl burnu Anna olaraq adlandırır (öz anasının şərəfinə). Yarımadada ilk yaşayış məntəqəsi ingilislər tərəfindən 1624-ci ildə salınmışdır.
Keyp-Kross yarımadası
Keyp-Kross (ing. Cape Cross, afrik. Kaap Kruis, alm. Kreuzkap‎) — Afrikanın qərb sahillərində, Namibiya ərazisində, materikin cənub qutaracağından 1850 km məsafədə yerləşir. Burunu ətrafı özünə xass olan Kap dəniz pişikləri ilə məşhurdur. Ərazidə qoruq mövcuddur və turistlər arasında popularlığı ilə seçilir. Bundan başqa yarımadada Padraonun eynisi mövcuddur, o 1485 Dieqo Kaonun təşkil etdiyi ekspedisiya zamanı əraziyə gətirilmişdi. Ariginal xaç hazırda Portuqaliyada saxlanılır. Yarımada öz adını bu xaçdan götürmüşdür.
Keyp Kod yarımadası
Keyp Kod yarımadası (ing. Cape Cod — «Treska burnu») — Amerika Birləşmiş Ştatlarının şimal-şərqində, Bostondan 120 km aralıda, Massaçusets ştatının ucqar şərq nöqtəsini təşkil edən yarımada. Keyp Kod yarımadası eyni adlı körfəzi Atlantik okeanından ayırır. İlk əvvəllər yarımada materikə birləşik olmuşdur. 1914-cü ildə Keyp-Kod kanalının inşası ilə böyük bir adaya çevrilmişdir. == Coğrafiyası == Yarımada 4 hissəyə bölünür: Yuxarı burun — materikə ən yaxın yerləşən hissə. Şəhərlər: Born, Sendviç, Falmaus və Maşpi. Falmaus şəhərində Buds Houl Okeanoqrafik İnstitut yerləşir. Orta burun — cənub hissədə yerləşir. Çoxlu sayda çimərliklərə sahibdir.
Kibron yarımadası
Kibron (fr. Presqu’île de Quiberon) — Bretan yarımadasının cənubunda, Atlantik okeanın Biskay körfəzi daxilinə hərəkət edən Moriban departamenti ərazisində yerləşən yarımada. == Kommuna == Yarımada əhalisi iki kommunada yaşayır: Kibron (Quiberon) Sen-Per-Kibron (Saint-Pierre-Quiberon) == Tarixi == Kibron yarımadası 1795-ci ildə təşkil olunan Kibron ekspedisiyası zamanı tanınmışdır. Burada əhali Vandey üsyanını dəstəkləməyə getmişlər.
Kii yarımadası
Kii yarımadası (yap. 紀伊半島) — İnzibati cəhətdən Vakayama, Mie, Nara, Osaka kimi prefekturalar onun ərazisində yerləşir. — Yarımada da Sintoizm şəhəri, İse-dzinqu kompleksi yerləşir, üstəlik mirvari çıxarılır. Yaponiyanın Honşu adasının şərqində yerləşir. Yosino — Əsrarəngiz dağlar arasında cənub imeratorluğu dönəmində mövcud olan saray. Sinqu (Vakayama), Ovase (Mie) və Kumano (Mie) — ərazilərdə məşhur sintoizm məbədləri yerləşir. 2004-ci ildən Yosino, Kumano, Koya-san və ətraf ərazilər UNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Mənbə == Kii yarımadasında yerləşən müqəddəs yerlər və yollar.
Kilikiya yarımadası
Kilikiya yarımadası — Türkiyə ərazisində Kiçik Asiya yarımadasının cənubunda Kilikiya dənizinin akvatoriyasına daxil olan Mersin və Antalya körfəzləri (100 km) arasında yerləşir. Yarımadanın şimalı Tavr dağlarının hündürlükləri və cənubu isə alçaq dağları ilə hüdudlanır. Ən hündür nöqtəsi 2257 metrdir. Karst məşhəlli təbiət abidələrinə rast gəlinir. Ərazidə Makvis, Enliyarpaqlı və iynəyarpaqlı meşələr üstünlük təşkil edir.
Koni yarımadası
Koni yarımadası (rus. Кони) — Oxot dəniziinin ərazidində, Maqadan vilayəti ərazisində yerləşir. Yarımadada yerləşən burunlar:Skalnıy, Polski, Qorbatıy, Qorelıy, Sentyabreva, Pervıy, Avelina, Bliqan, Taran, Kiras və s. Yarımadadan çoxlu çay axır. İri çayları:Boqurçan, Oroxolindya, Berezovka, Burqauli. Yarımadanı materika birrləşdirən bərzəxdə Siqlan çayının mənsəbi yerləşir. Relyefi əsasən dağlıqdır. Maksimal hündürlük 1548 metrdir (Skalistaya dağı). Yarımada ərazisindı Maqadan qoruğu yerləşir.
Koreya yarımadası
Koreya yarımadası — Asiyanın şərqində yerləşən yarımada İkinci Dünya müharibəsi başa çatanadək Koreya yarımadası Yaponiyanın müstəmləkəsi olub. 1948-ci ildə ərazidə iki dövlət yaranıb – Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası. == Ölkələr == === Cənubi Koreya === Yarımadanın cənub hissəsində yerləşən Koreya Respublikasının sərhəd qonşuları Çin, Yaponiya və Şimali Koreyadır. Sahəsi 100 032 kvadrat kilometr, əhalisi 50 milyondan çoxdur. Paytaxtı Seul şəhəridir. Koreya Respublikası on altı inzibati dairədən ibarət prezident respublikasıdır. Hakimiyyət həm hüquqi, həm də faktiki baxımdan üç qol arasında - icraedici, məhkəmə və qanunverici hakimiyyətləri - bölünüb. Yerli hakimiyyət orqanları yarımmüstəqildirlər, onların da icraedici və qanunverici funksiyaları var. Yüksək həyat səviyyəsi ilə tanınan ölkələr sırasındadır. Asiyada dördüncü ən böyük iqtisadiyyata malik olan bu ölkə "Böyük 20-lər" (G20) qrupunun üzvüdür.
Koreya yarımadasında Enerji İnkşafı Təşkilatı
Koreya yarımadasında Enerji İnkşafı Təşkilatı — (ing. The Korean Peninsuala Energy Development Organization-KEDO) . KEDO-nun əsas fəaliyyəti Şimali Koreyada yüngül su reaktorlarının qurulmasına yönəlib. 1994-cü il ABŞ ilə Şimali Koreya arasında Çərçivə razılaşmasının yerinə yetirilməsi məqsədilə yaradılmışdır. 1995-ci il martın 15-də fəaliyyətə başlamışdır. Üzvləri ABŞ, Yaponiya və Cənubi Koreya.
Koromandel yarımadası
Koromandel yarımadası (ing. Coromandel Peninsula) - Yeni Zelandiyanın Şimal adasında yerləşən yarımada. == Təsviri == Okean daxilinə 85 km məsafəsə uzanır, Hauraki və Fert-of-Tems körfəzləri arasında yerləşir. Yarımadanın eni 40 km keçmir. Ölkənin ən böyük şəhəri olan Oklənd 42 km qərbdə yerləşir. Relyefi təpəlidir. Rütubətli tropik meşələrlə örtülüdür. Sahilləri sıldırımlıdır. Mərkəzindən Koromandel silsiləsi keçir. Malsimal hündürlük 900 metrdir.

Значение слова в других словарях