YARPAQYEYƏN

зоол. радужница (жук из семейства листоедов)
YARPAQŞƏKİLLİ
YARPIZCÜCÜSÜ
OBASTAN VİKİ
Yarpaqyeyən
Yarpaqyeyən (lat. Phaedon) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinə aid heyvan cinsi.
Yarpaqyeyən böcəklər
Yarpaqyeyən böcəklər (lat. Chrysomelidae) — sərtqanadlılar dəstəsinə (lat. Coleoptera) aid olub, fəsilənin dünyada 40000, Azərbaycanda isə 400-dən artıq növü məlumdur. Fəsiləyə daxil olan növlərin ümumi əlamətləri bütün ayaqlarının gizli beşbuğumlu pəncəyə malik olmasıdır. Belə ki, əsl dördüncü buğum reduksiya olunmuşdur, görünən buğumların sayı dörddür, üçüncü buğum ikipərlidir. Bədən quruluşu oval və ya slindrik, gödək və nisbətən yığcamdır. Növlər əsasən metal parıltılı olub, qanadüstlükləri hamar və tüksüzdür. Fəsiləyə daxil olan növlər xarici görünüşünə görə bir-birindən kəskin fərqlənirlər: uzunsov, oval, şarşəkilli və s. formalarda olurlar. Uzunluqları 2–30 mm-dir.
Labidostomis yarpaqyeyən böcəyi
Labidostomis yarpaqyeyən böcəyi (lat. Labidostomis montana) — Sərtqanadlılar dəstəsinə Yarpaqyeyənlər fəsiləsinə aid böcək növü. == Təsviri == Bədənin uzunluğu 8–9 mm. Böcəyin ön beli, döşü, qarnı, ətrafları, bığları tünd yaşıl rəngdə olub, qanadüstlüyü isə sarı – qəhvəyidir. Sağ çiyin hissəsində bir yaşıl xalı var. == Yayılması == Azərbaycanda Lerik, Yardımlı, Cəlilabad və Ordubad rayonlarında qeydə alınmışdır. == Həyat tərzi == Meşə zonası əsas yaşayış yeridir, söyüd ağacının yarpaqları ilə qidalanır. == Sayı == Lənkəran bölgəsindən 12 fərd, Ordubaddan isə 5 fərd tapılmışdır. == Məhdudlaşdırıcı amillər == Meşələrin qırılması, qida bitkilərinin məhv edilməsi == Qorunması üçün məsləhət görülmüş tədbirlər == Böcəyin yaşayış sahələri qorunmalıdır. == İstinadlar == == Ədəbiyyat == Azərbaycan Qırmızı Kitabı.1989 il.
Falsoeksosoma yarpaqyeyəni
Falsoeksosoma yarpaqyeyəni (lat. Falsoexosoma cyanipenne) — sərtqanadlılar dəstəsinə yarpaqyeyənlər fəsiləsinə aid böcək növü. == Qısa məlumat == Bədənlərinin uzunluğu 9.5–12 mm. təşkil edir. Bığcıqları və pəncələri narıncı, qanadüstlükləri isə parlaq yaşıl rəngdədir. Əsasən yabanı alçanın yarpaqları ilə qidalanırlar. == Yayılması == Türkmənistanda, Şimali İranda rast gəlinir. Azərbaycanda Lənkəran zonası, Böyük Qafqazda rast gəlinir. == Yaşayış yeri və həyat tərzi == Meşə zonası əsas yaşayış yeridir. Yabanı alça ağacının yarpaqları ilə qidalanırlar.
Kələm yarpaqyeyəni
Kələm yarpaqyeyəni (lat. Phaedon cochleariae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinin yarpaqyeyən cinsinə aid heyvan növü. == Xarici quruluşu == Formaca şar şəkilli olan bu həşəratın uzunluğu 3–5 mm-dir. Qabaq kürəyi və üst qanadları tünd yaşıl rəngli, başı balaca, bığlarının qurtaracağı qalındır. Sarı rəngli yumurtaları hamar və oval şəklindədir. Uzunluğu 1 mm, eni isə 0,5 mm-dir. Sürfənin arxa hissəsi nazik, sarı, başı isə parlaq, qara rənglidir. Bədəni dörd cərgədə yerləşən tünd rəngli cod tüklərlə örtülmüşdür. Uzunluğu 5,5 mm-dir. Pupu sarı rənglidir.
Qarağac yarpaqyeyəni
Pyrrhalta luteola (lat. Pyrrhalta luteola) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinin pyrrhalta cinsinə aid heyvan növü. Qarağac yarpaqyeyəninin yaşlı fərdləri qəhvəyi-kül rəngində olub, bədəninin uzunluğu 4–5 mm-dir. Böcəklər, yerə tökülmüş yarpaqların (xəzəllərin) və ağacların qabığı altında qışlayırlar. Onlar yazda qış yerlərindən çıxıb (aprelin axırı, may ayının əvvəlləri) qarağacın yenicə əmələ gəlmiş yarpaqları ilə qidalanaraq cütləşirlər və bir neçə gündən sonra (3-4 gündən) yumurta qoyurlar. Yumurtalar yarpaqların alt və bəzən üst tərəfinə 2-3 cərgədə, hər cərgədə 15-50 yumurta olmaqla qoyulur. Yumurta qoyma müddəti 15-20 gün davam edir. Hər bir dişi fərd inkişafı müddətində 600-700-ədək yumurta qoya bilir. Yumurtalardan çıxan sürfələr 3 yaş dövrü keçirməklə, 18-22 gün qidalanırlar, sonra isə torpağa düşərək onun yarıqlarında və yaxud da ağac gövdəsinin torpaqla birləşən hissəsində puplaşırlar. Zərərverici ildə 2-3 nəsil verir.
Qovaq yarpaqyeyəni
Qovaq yarpaqyeyəni-(lat. Chrysomella populi L.) Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Yarpaqyeyən böcəklər fəsiləsinə aid olan növ Bədəninin uzunluğu 10–12 mm-dir. Beli tünd-yaşıl rənglidir. Qanadları isə qırmızıya çalır. Abşeron şəraitində böcəklər və sürfələr müxtəlif növ qovaq və söyüd ağaclarının üzərində yaşayır. Onlar müxtəlif illərdə yaşıllıq bitkilərinə, o cümlədən qovaq bitkisinə 40-50% zərər verirlər Böcəklər qışlamadan aprel ayının əvvəlləri çıxırlar. Dişi fərdlər 10-15 gün qidalandıqdan sonra yumurta qoymağa başlayırlar. Yumurtaları sarı rənglidir. Uzunluğu 2–3 mm, eni isə 1–2 mm-dir. Yumurtaların inkişafı 6-7 gün çəkir.
Yanotu yarpaqyeyəni
Yanotu yarpaqyeyəni (lat. Galeruca tanaceti) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Yarpaqyeyən böcəklər fəsiləsinə aid olan növ. Yanotu yarpaqyeyənin bədəni qaradır. Uzunluğu 6–10 mm-dir. Böcəklər və sürfələr müxtəlif yabanı mürəkkəbçiçəklilər üzərində qidalanır. Məlumatlara əsasən bu böcəklər Abşeronda kələmi, soğanı, Şəmkirdə isə kartofu zədələyir. Turp, xardal, çuğundur, yonca, yulaf və başqa bitkilərə zərər verir. Böcəklər və sürfələr payızgülü bitkisinin də yarpaqlarını yeyirlər. Azərbaycanın rayonlarında bu böcəkləri mayın ikinci yarısında, onların çıxalmasını isə iyunda və iyulun əvvəllərində müşahidə etmək olar. Yanotu yarpaqyeyənləri ildə 2–3 nəsil verir.
Yarpaqyeyənlər
Yarpaqyeyənlər (lat. Chrysomelidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinə aid heyvan fəsiləsi.
Şərq xardal yarpaqyeyəni
Şərq xardal yarpaqyeyəni (lat. Phyllotreta nigripes) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Yarpaqyeyən böcəklər fəsiləsinə aid olan növ. Bu həşəratın üst qanadları qabarıq şəkildə, başı, qabaq kürəyi və üst qanadları göy və ya yaşıl, ayaqları və bığcıqları isə sarı rəngli olur. Böcəklərin qışlaması tarla və bostanların kənarındakı bitki qalıqlarının altında başa çatır. Onlar yazda adətən martın sonunda görünürlər. İlk dövrdə müxtəlif kələmkimilər və alaq otları ilə qidalanırlar, daha sonra kələm, turp, xardal, şalğam və s. bitkilərə zərər vururlar. Qidalandıqdan sonra onlarda cütləşmə və yumurtaqoyma prosesi başlayır. Aran rayonlarında kütləvi cütləşmə aprelin sonu, yumurtaqoyma isə may və iyunun başlanğıcında müşahidə edilir. Dişilər yumurtaları çox vaxt səthə yaxın qatlarında olan bitki gövdələrinin əsasına, bəzən isə yarpaqların alt tərəfinə qoyurlar.

Digər lüğətlərdə