YAS
YASAQ
OBASTAN VİKİ
Yasaq şəhər
Yasaq şəhər və ya Ququn imperator sarayı (Çincə: 紫禁城) — ən gözəl orta əsr saray ansambllarından biridir və Pekinin düz mərkəzində yerləşir. Hər bir tərəfdən o, hündür şəhər divarları ilə əhatə olunmuşdur, dördkünc qüllələrinə malikdir, divar boyunca su ilə doldurulmuş enli şəhər xəndəyi qazılmışdır. Tikilməyə başladığı 1420-ci ildən düz son Çin imperatorunun taxtdan salındığı 1911-ci ilədək təqribən 500 il ərzində burada Min və Tzin sülalələrinin 24 imperatoru yaşamış və hökmranlıq etmişlər. Bu qədim divarlar çox hadisələrin şahidi olmuşlar. Qədimdə "Yasaq şəhər" adlandırılan Ququnu Min sülaləsi imperatoru Çju Di öz hakimiyyətinin dördüncü ilində tikməyə başalmışdır və bu tikinti 14 il davam etmişdir. Bu orta əsrlər dövrünün ən nəhəng və ən bitkin memarlıq abidəsidir. Ququn sarayında saysız-hesabsız çoxlu pavilyonlar və köşklər həmahəng yerləşmişdir. Rəvayətə görə onların sayı 9995 olub. Bu rəqəm haradandır? Çinlilərin əcdadları hesab edirdilər ki, səmavi hökmdarın 10 minlərlə otağı olmalıdır, özünü səmavi hökmdarın oğlu adlandıran onunla bərabər tutula bilməz.
Abşeron yasaqlığı
Abşeron Milli Parkı — Bakı şəhərinin Xəzər rayonunun ərazisində yerləşən milli park. 2005-ci ildə yaradılmışdır, 783 hektar sahəni əhatə edir. == Tarixi == Abşeron Milli Parkının ərazisində əvvəllər Abşeron yasaqlığı mövcud olmuşdur. Dövlət yasaqlığı Bakı Şəhər Soveti ərazisində, Abşeron yarımadasında, Şah Dilində idi. Sahəsi 800 hektar idi, Su quşlarını və Xəzər suitiləri yatağını qorumaq, həmçinin Xərə Zirə adasından buraya gətirilən ceyranların sayını artırmaq məqsədilə 1969-cu ilə təşkil edilmişdir. Yasaqlıq əsasında 2005-ci ildə Abşeron Milli Parkı yaradılmışdır. == Ümumi məlumat == Abşeron yarımadasının cənub-şərq qurtaracağında, rayonun Şah Dili adlanan hissəsində 783 hektarlıq sahədə (bundan 375 ha quruya, 408 ha dənizə düşür) Azərbaycan Respublikasının Abşeron Milli Parkı yerləşir. Abşeron Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə Bakı şəhərinin inzibati ərazisində, Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılmışdır. Milli Park Bakının cənub-şərq qurtaracağında — Şah Dili ərazisində yerləşir. Abşeron Milli Parkının yaradılmasında başlıca məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin (Xəzər suitisi, ceyran, kəkilli dalğıc, gümüşü qağayı, yaşılbaş ördək və s.) qorunub saxlanılması, ekoturizmin inkişaf etdirilməsi, turizm və istirahət (rekreasiya) zonalarının yaradılması, ekoloji monitorinqin həyata keçirilməsi və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir.
Ga Təbiət Yasaqlığı
Ga Təbiət Yasaqlığı — Kamerunun cənub şərqində yerləşən qoruq ərazisidir. Ərazi 1987-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Bunun səbəblərinə parkda mövcud olan növlərin müxtəlifliyi, beş təhlükəli məməli növünün olması və park daxilində narahatlığın olmaması daxildir. Qoruq ərazisi Ga Mühafizə xidmətləri (Dja Conservation Services (DCS)) tərəfindən idarə olunur. Ga Təbiət Yasaqlığı beynəlxalq tərəfdaşlar və Kamerundakı qoruma tərəfdarları tərəfindən maliyyələşdirilən bir çox layihədən rəhbərliyi üçün əhəmiyyətli dəstək alır. Ga çayı demək olar ki, tamamilə qoruğu əhatə edir və 560.000 ha əhatə edən təbii bir sərhəd təşkil edir. == Tarix == Ga Təbiət Yasaqlığı 1950-ci ildə yaradılmış və 1987-ci ildə Ümumdünya irsi statusu almışdır. Ərazi Konqo Hövzəsini təşkil edən sıx rütubətli meşələrin ayrılmaz hissəsini təşkil edir. Afrikanın rütubətli meşələr zonasında ən böyük və ən yaxşı qorunan ehtiyatlardan biridir və ərazisinin 90%-i toxunulmaz qalır. Ga Təbiət Ysaqlığı ağ manqabey, mandril, dril, qərb düzənlik qorillası və şimpanze də daxil olmaqla qoruduğu primit növlərinin müxtəlifliyi ilə xüsusilə diqqətəlayiqdir.
Gil adası Dövlət Təbiət Yasaqlığı
Gil adası Dövlət Təbiət Yasaqlığı – 1964-cü ilin fevralında yaradılmışdır. Bakı şəhərinin Qaradağ rayonunun ərazisində yerləşir. Yasaqlığın sahəsi 400 hektardır. Burada əsasən adadakı və onun ətrafındakı quşlar, xüsusilə gümüşü qağayılar qorunur . Ərazidə qağayıların sayı bəzən 10 000-ə çatır.
Hirkan Dövlət Təbiət Yasaqlığı
Hirkan Dövlət Təbiət Yasaqlığı — Lənkəran və Astara rayonu ları ərazisində yerləşir. == Haqqında == Bu qoruq Hirkan Milli Parkı ilə həmsərhəd meşələrin mühafizəsi, Azərbaycan Respublikasının Qırmızı Kitabına düşmüş nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin miqrasiya yollarının, həmin ərazidə ekosistemin bütövlüyünün və bioloji müxtəlifliyinin qorunub saxlanılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2005-ci il tarixli, 234 nömrəli Qərarı ilə yaradılmışdır. Hirkan qoruğu Azərbaycanın cənub-şərqində, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir. Ərazisi 21435 hektardır. Milli Park Talış dağlarının öz unikal təbiət kompleksləri ilə fərqlənən təbii ərazilərini əhatə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 23 aprel tarixli Qərarı ilə Hirkan Milli Parkının ərazisi genişləndirilərək 40358 hektara çatdırılmışdır. Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, Üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının"Qırmızı Kitab"ına daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir. == Ərazisi == Hirkan Milli Parkının ərazisinin çox hissəsini meşələr və şimal-qərbdən cənub-şərqə doğru uzanan sıra dağlar əhatə edir. Ərazidə əsasən yayı quraq keçən mülayim-isti iqlim tipi hakimdir. Buranın yayı quraq, payızı rütubətli, qışı isə mülayimdir.
Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı
Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı — 1978-ci ilin fevralında Lənkəran rayonu ərazisində Kiçik Qızılağac körfəzinin orta və cənub hissəsində yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı su, bataqlıq və quru ərazilərinin köçəri və oturaq quşlarını qorumaqdır. Ərazisi 10 700 hektardır. Kiçik Qızılağac körfəzi balıqlarla zəngindir və çoxlu sayda köçəri və oturaq quşların məskənidir. Yasaqlıqda quşlardan turac, dovdaq, mərmər cürə, dəniz qartalı, məzar qartalı, sultan toyuğu, dovdaq, ərsindimdik, qırmızıdöş qaz və s., məməlilərdən canavar, tülkü, çaqqal, qamış pişiyi, porsuq və s. növlərə təsadüf edilir.
Korçay Dövlət Təbiət Yasaqlığı
Korçay Dövlət Təbiət Yasaqlığı - 1961-ci ilin noyabrında Xanlar və Goranboy rayonlarının ərazisində yaradılmışdır. Yaradılmasının əsas məqsədi ərazidəki ov əhəmiyyətli heyvan və quşları qorumaqdır. Yasaqlığın ümumi sahəsi 15.000 hektardır. Bitkti örtüyü yovşanlı-şoranlı, şoranlı-yovşanlı bitki qruplarından, çay yataqlarının bitki kompleksindən ibarətdir. Ərazidə efemerlər də yaxşı inkişaf edir. Burada məməlilərdən ceyran, dovşan, tülkü, çaqqal, canavar; quşlardan kəklik, turac və s. vardır.
Laçın Dövlət Təbiət Yasaqlığı
Laçın Dövlət Təbiət Yasaqlığı — Laçın dövlət yasaqlığı 1961-ci ilin noyabr ayında Laçın rayonu ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşları qoruyub saxlamaq və artırmaqdır.Ən yüksək zirvə Qırxqızdır (2825 m), Şəlvə, Piçənis, Qorçu və s. çayların endiyi dərin dərələr vasitəsi ilə kəskin parçalanmışdır. Ərazisi 21370 hektardır. Yasaqlığın 862 ha və ya 4% ərazisi qayalar və uçqunlar, 34,0 ha ərazisi isə xüsusi təyinatlı torpaqlardan ibarətdir. == Ümumi məlumat == Yasaqlıqda cüyür, qaya keçisi, çöl donuzu, ayı və s. quşlardan isə turac, kəklik və s. məskunlaşmışdır. Laçın dövlət yasaqlığının sahəsi 21,4 hektardır, bu da respublika ərazisinin 0,25%, respublika yasaqlıqlarının isə 8,8% təşkil edirdi. Həmin sahənin 7369 ha və ya 34,5%-i meşə sahəsi, 1448 ha və ya 6,8% alp çəmənliyi, 7400 ha və ya 34,8% subalp çəmənliyi, 4257 ha və ya 20% otlaqlar, 862 ha və ya 4% qayalar və üçqunlar, 34,0 ha xüsusi təyinatlı torpaqlardır.
Ordubad Dövlət Təbiət Yasaqlığı
Ordubad Dövlət Təbiət Yasaqlığı – 1969-cu ilin iyulunda Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli Sərəncamı ilə Ordubad rayonunun inzibati ərazisinin 12131 hektar sahəsi Milli Park elan edilmişdir. Milli Parka akademik Həsən Əliyevin adı verilmişdir. Hal-hazırda yasaqlığın ərazisi 27869 hektardır. Yasaqlığın yaradılmasında məqsəd ərazidəki nadir və qiymətli heyvanları qoruyub artırmaqdır. Ərazidə bezoar keçisi, köpgər, daş dələsi, canavar, çaqqal, tülkü və s. məməli heyvan novlərinə, turac, qırqovul, kəklik, bildirçin, alabaxta və s. quş növlərinə rast gəlinir.
Ordubad yasaqlığı
Ordubad yasaqlığı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yasaqlıq. 1969-cu ildə təşkil olunmuşdur. Yasaqlıqda Cənubi Qafqaz və bölgə üçün nadir olan bezoar keçisi (qaya keçisi) mühafizə edilir.
Qarayazı-Ağstafa Dövlət Təbiət Yasaqlığı
Qarayazı-Ağstafa Dövlət Təbiət Yasaqlığı — 1964-cü ilin fevralında indiki Ağstafa rayonunun Qarayazı meşələri sahəsində yaradılmış yasaqlıq. Ərazisi 11970 hektardır. Yasaqlığın təbii landşaft sahələri əsasən tuqay, palıd, cavan qarışıq meşə və kolluqlardan, kollu və ot bitkisi olan açıqlıqlardan, otlaqlardan, əkindən, qamışlı cəngəlliklərdən, çınqıllıqlardan, su sahəsindən ibarətdir. Yasaqlığın ərazisi insanın təsərrüfat fəaliyyətinin intensiv təsirinə məruz qalsa da, heyvan və quşlarla zəngindir. Burada maral, çöl donuzu, qunduz, canavar, dovşan, meşə pişiyi, tülkü, porsuq kimi məməlilər, qırqovul, qaratoyuq, alabaxta, su fərəsi, ördək, qaşqaldaq, göyərçin, hop-hop, ağacdələn, bildirçin quş növləri vardır.
Qax Dövlət Təbiət Yasaqlığı
Qax Dövlət Təbiət Yasaqlığı — Azərbaycan Respublikasında yasaqlıq. Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi, İlisu Dövlət Təbiət Qoruğu ilə həmsərhəd yay otlaqlarında və Acınohur düzündə faunanın qorunması və nəsli kəsilmiş heyvan növlərinin bərpa edilməsi məqsədilə, habelə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Qax rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış təqdimatını nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyun 2003-cü il tarixli, 84 nömrəli Qərarına əsasən yaradılmışdır. Sahəsi 36.836 hektardır. İlisu Dövlət Təbiət Qoruğu ilə həmsərhəd yay otlaqlarmda və Acınohur düzündə fauna mühafizə olunur və nəsli kəsilməkdə olan heyvan növləri bərpa edilir.
Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığı
Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığı — Qobustan-Cəngiçay alçaq dağlıq vadisində yaradılan yasaqlıq. 2010-cu ilin dekabr ayında Abşeron rayonunun Pirəkəşkül qəsəbəsinin yaxınlığından yasaqlığa ilk ceyran sürüsü buraxılmışdır. Qobustan-Cəngiçay ərazisi ceyranların yaşaması üçün zəngin bitki örtüyünə malikdir. Ərazidə tarixən böyük ceyran populyasiyası mövcud olmuşdur. Qobustan-Cəngiçay ərazisi ceyranların tarixi areallarından biri sayılır.
Qubadlı Dövlət Təbiət Yasaqlığı
Qubadlı Dövlət Təbiət Yasaqlığı — dəniz səviyyəsindən 1600 m yüksəklikdə yerləşən, sahəsi 20 min hektar olan və zəngin flora və faunaya malik yasaqlıq. 1969-cu ilin iyulunda Qubadlı və Laçın rayonlarının ərazisində yaradılmışdır. Qubadlı rayonunun şimal və Laçın rayonunun cənub hissəsində dağ- bozqır sahələrini əhatə edir. Bu yasaqlığın yaradılmasının məqsədi həmin ərazilərin heyvanlar aləmini, xüsusilə burada məskunlaşmış məməli heyvan növlərini (cüyür, çöl donuzu) və quşları (qırqovul) qorumaqdır. Sahəsi 20 000 hektardır. Ərazidə yayılmış seyrək meşəliklər və kolluqlar palıd, vələs, ardıc, yemişan, itburnu, böyürtkəndən ibarətdir. Ərazinin ekoloji amilləri burada heyvanların normal məskunlaşmasına tam şərait yaratmışdır. Ərazidə çöl donuzu, qonur ayı, canavar, çaqqal, tülkü, cüyür, dovşan, porsuq, kəklik, qırqovul, turac, bildirçin yayılmışdır.
Qusar Dövlət Təbiət Yasaqlığı
Qusar Dövlət Təbiət Yasaqlığı – 1964-cü ilin iyulunda Qusar rayonunda yaradılmışdır. Yasaqlığın yaradılmasında başlıca məqsəd buradakı bir sıra ov əhəmiyyətli məməli heyvanları və quşları qoruyub saxlamaqdır. Ərazisi 15 000 hektardır. Meşə sahəsində fıstıq, vələs, palıd yayılmışdır. Kol bitkilərindən yemişan, zoğal, armud, alça, alma, itburnu, böyürtkən, qaratikana təsadüf edilir. Yasaqlıqda çöl donuzu, cüyür, canavar, meşə pişiyi, qamış pişiyi, çaqqal, yenot, dovşan kimi məməlilər, turac, kəklik, bildirçin, çöl göyərçini, yaşılbaş ördək, fitçi cürə kimi quşlar yayılmışdır.
Qızılca Dövlət Təbiət Yasaqlığı
Qızılca Dövlət Təbiət Yasaqlığı – 1984-cü ilin fevralında Gədəbəy meşə təsərrüfatının Qızılca meşəçiliyi sahəsində yaradılmışdır. Onun yaradılmasında əsas məqsəd ərazinin təbiət kompleksini, xüsusilə məhv olmaq təhlükəsində olan heyvanlar və bitki nümunələrini qorumaqdır. Sahəsi 5135 hektardır. Ərazidə meşə və meşə altından çıxmış dağ- bozqır bitkiləri inkişaf etmişdir. Burada meşəni əmələ gətirən əsas ağac cinsləri palıd, fıstıq və vələsdir. Yasaqlıqda cüyür, qonur ayı, çöl donuzu, dovşan kimi heyvanlar qorunur.Respublika ərazisinin 0.006%-nə, yasaqlıqların ümumi ərazisinin isə 2.1%-nə bərabərdir. Ərazi 1500-2000m hündürlükdə yerləşir; dağ sistemləri dərin dərələrlə parçalanmışdır. Yasaqlığın ərazisində bir neçə kiçik çay vardır. Bu çaylar orta axım zonasına aid olub, hər kvadrat kilometr ərazidə 10-15l/san su axıdır. Onların qidalanmasının 50%-i qrunt, 30%-i qar, 20%-i isə yağış suları hesabınadır; çayların maksimum su axıtma dövrü aprel-iyun aylarına təsadüf edir.
Qəbələ Dövlət Təbiət Yasaqlığı
Qəbələ Dövlət Təbiət Yasaqlığı – 1993-cü ildə Qəbələ rayonunun ərazisində təşkil edilmişdir.Ərazisi 39 700 hektardır. Yaradılmasının əsas məqsədi Böyük Qafqaz dağlarının cənub yamaclarının landşaftını qorumaqdır.
Rvarud Dövlət Təbiət Yasaqlığı
Rvarud Dövlət Təbiət Yasaqlığı - Azərbaycan Respublikasında yasaqlıq Azərbaycan Respublikası ərazisində xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi məqsədi ilə, habelə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Lerik Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış təqdimatını nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 oktyabr 2009-cu il tarixli, 162 nömrəli Qərarına əsasən yaradılmışdır. Lerik rayonunun Çayrud bələdiyyəsinin mülkiyyətində olan və Rvarud kəndinin ərazisində yerləşən torpağından 510,0 hektar sahədə yerləşir.
Yasaqlıq
Yasaqlıq (lat. reservare — qorumaq)– təbiətin ən qədim mühafizə olunan yasaqlıqlar hansı təşkilatın ərazisində yerləşirsə həmin baxır, məs. fermer, meşə təsərrüfatı və s. Yasaqlıq daimi ola bilər. Qoruma rejimi tətbiq olunursa, yasaqlıqda istirahət evləri, turist bazaları tikilə bilər. Lakin hər bir istirahət edən və ya turist özünün yasaqlıqda olduğunu bilməli və onu əhatə edən təbiətlə ehtiyatla davranmalıdır. Yasaqlıqda ov etmək, balıq tutmaq, yer şumlamaq, meşə qırmaq, mal-qara otarmaq, meyvə, [[Giləmeyvəli alma|gilələr yığmaq və ya qismən icazə verilə bilər, yaxud da tamamilə qadağan olunur. Yasaqlıqda bütün təbii kompleks deyil, onun ayr(bitki örtüyü, heyvan, quş və balıq növləri, nadir mağaralar, qeyri adi hidroloji rejimi ilə fərqlənən göllər, turizm və istirahət əhəmiyyətli mənzərəli yerlər, faydalı qazıntı, həmçinin tarixi xatirə əhəmiyyəti olan ərazilər və s.) mühafizə edilir. Azərbaycanda ilk yasaqlıq 1961-ci ildə yaradılmışdır. 1993-cü ilə qədər yasaqlıqların yaradılması prosesi davam etdirilmişdir.
Zaqatala Dövlət Təbiət Yasaqlığı
Zaqatala Dövlət Təbiət Yasaqlığı — Azərbaycan Respublikasında yasaqlıq. Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi, Zaqatala dövlət qoruğunun və onunla həmsərhəd yay otlaqlarında bioloji resurslarının zənginliyinin qorunması, həmin ərazidə ekosistemin bütövlüyünün təmin edilməsi məqsədilə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Balakən və Zaqatala rayon icra hakimiyyətləri ilə razılaşdırılmış təqdimatını nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 noyabr 2008-ci il tarixli, 263 nömrəli Qərarına əsasən yaradılmışdır. Balakən rayonunun inzibati ərazisində yerləşən yay otlaq sahəsindən 1609 hektar ( o cümlədən 6 nömrəli — 460,0 ha, 8 nömrəli — 344,0 ha, 9 nömrəli — 228,1 ha, 10 nömrəli — 576,9 ha), Balakən meşə mühafizəsi və bərpası müəssisəsinin meşə fondu torpaqlarından 4068 hektar (o cümlədən 2 kvartal — 193 ha, 3 kvartal — 150 ha, 4 kvartal — 264 ha, 5 kvartal — 186 ha, 9 kvartal — 258 ha, 10 kvartal — 143 ha, 11 kvartal — 221 ha, 14 kvartal — 150 ha, 15 kvartal — 105 ha, 16 kvartal — 126 ha, 17 kvartal — 126 ha, 18 kvartal — 138 ha, 19 kvartal — 154 ha, 24 kvartal — 187 ha, 25 kvartal — 106 ha, 29 kvartal — 225 ha, 30 kvartal — 92 ha, 31 kvartal — 111 ha, 32 kvartal — 130 ha, 33 kvartal — 181 ha, 40 kvartal — 146 ha, 41 kvartal — 214 ha, 42 kvartal — 183 ha, 43 kvartal — 141 ha, 44 kvartal — 138 ha) və Zaqatala rayonunun inzibati ərazisində yerləşən yay otlaq sahəsindən 880 hektar ( o cümlədən 33 nömrəli — 328,5 ha, 39 nömrəli — 332,0 ha, 40 nömrəli — 219,5 ha) olmaqla, cəmi 6557 hektar torpaq sahəsində yerləşir.
Zuvand Dövlət Təbiət Yasaqlığı
Zuvand Dövlət Təbiət Yasaqlığı – 1969-cu ilin iyulunda Lerik və Yardımlı rayonları ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında əsas məqsəd dağ quru bozqır şəraitində bezoar keçisi, kəklik və s. heyvanların qorunmasıdır. Sahəsi 15 000 hektardır. Ərazinin bitki örtüyü çox kasıb olub, quru bozqır bitkiləri komplekslərindən təşkil olunmuşdur. Əsasən yabanı dənli və paxlalı-dənli bitki qrupları üstünlük təşkil edir. Yasaqlığın ərazisi heyvanlar aləmi ilə çox zəngin deyil. Burada qayakeçisi, kaftar, çöl donuzu, dovşan, canavar, tülkü və s. heyvanlar yayılmışdır.
Çexey Təbiət Yasaqlığı
Çexey Təbiət Yasaqlığı (rum. Balta Cehei) — Rumıniyanın şimal-qərbində, Krasna çayı hövzəsində yerləşən və özünəməxsus su ekosisteminə malik təbiət yasaqlığıdır. Quşlar: kiçik danquşcuq (Ixobrychus minutus), yaşılbaş ördək (Anas platyrhinchos), Acrocephalus arundinaceus, ağ leylək (Ciconia ciconia), adi qamışfərəsi (Gallinula chloropus); Qurbağalar: Bombina veriegata, Bombina bomina; Sürünənlər: Avropa yaşıl kərtənkələsi (Lacerta viridis) Çexey nohuru, çoxsaylı nadir növlərə sahib, yüksək çeşidli floranın inkişafı üçün çox əlverişli bir ərazidir.
İsmayıllı Dövlət Təbiət Yasaqlığı
İsmayıllı Dövlət Təbiət Yasaqlığı – 1969-cu ilin iyulunda yaradılmışdır. Əsasən İsmayıllı, qismən də Qəbələ rayonlarının ərazisində yerləşir. Əvvəl ərazisi 34400 hektar olmuş, müvafiq dövlət qərarı əsasında isə 23438 hektara qədər azaldılmışdır. Yasaqlığın yaradılmasında əsas məqsəd burada məskunlaşmış heyvanların qorunması və sayının artırılmasıdır. Bitki örtüyü alp və subalp dağ-çəmən və meşə bitkilərindən ibarətdir. Meşə ilə örtülü sahələr əsasən vələs, fıstıq və palıd meşələrindən ibarətdir. Yasaqlığın ərazisində heyvanlar aləmi həm növ, həm də say etibarilə çox zəngindir. Burada quşlardan kəklik, bildirçin, turac, alabaxta, ular, məməlilərdən canavar, vaşaq, meşə pişiyi, yenot, çaqqal, dələ, dovşan məskunlaşmışdır.
Şəki Dövlət Təbiət Yasaqlığı
Şəki Dövlət Təbiət Yasaqlığı – 26 fevral 1964-cü ildə Şəki rayonunda yaradılan təbiət yasaqlığı. Əyriçayın hövzəsində, Yevlax-Şəki və Şəki-Oğuz şose yollarının arasında yerləşir. Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşları, xüsusilə, qırqovul və turac kimi quşları, qonur ayı və çöl donuzu kimi heyvanları qorumaqdır. Sahəsi 10350 hektardır. Ərazi zəngin bitki örtüyünə malikdir. Meşə sahələri palıd, qızılağac, qoz, tut kimi ağaclardan ibarətdir. Çay dərələrində meşə əmələ gətirən ağaclarla birlikdə yemişan, əzgil, böyürtkən, alça kolları keçilməz cəngəlliklər əmələ gətirir. Şəki yasaqlığında qonur ayı, çöl donuzu, canavar, çaqqal, tülkü, meşə pişiyi, yenot, porsuq, dovşan, samur, meşə dələsi, sincab kimi məməlilər, qırqovul, turac, meşə göyərçini, alabaxta, bekas, bildirçin, yaşılbaş ördək kimi quşlar məskunlaşmışdır.
Şəmkir Dövlət Təbiət Yasaqlığı
Şəmkir Dövlət Təbiət Yasaqlığı – 1964-cü ilin fevrvalında Şəmkir rayonunun ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı quşları və məməli heyvan növlərini, xüsusilə də çöl donuzu, kəklik, turac, qırqovul və ördəkləri qorumaqdır. Ərazisi 10 000 hektardır. Yasaqlıqda tuqay və yarımsəhra bitki formasiyaları yayılmışdır. Tuqay meşə və kolluqları Kür çayı yatağının ətrafında yerləşir, onlar söyüd, ağyarpaq qovaq, qaratikan, böyürtkən, yulğun və s. ibarətdir. Ərazinin təbii landşaft sahələri müxtəlif olub, heyvanların məskunlaşması üçün əlverişli mövqeyə malikdir. Burada məməlilərdən çöl donuzu, canavar, dovşan, meşə pişiyi, çaqqal, tülkü, turac, qırqovul, kəklik, turac və müxtəlif su quşları vardır.

Значение слова в других словарях