Reymond Robinzon (Yaşıl adam)
Reymond "Rey" Robinzon (ing. Raymond "Ray" Robinson; 29 oktyabr 1910, Biver, Pensilvaniya – 11 iyun 1985, Brighton Township[d], Pensilvaniya) — Qərbi Pensilvaniya bölgəsində şəhər əfsanəsinə çevrilmiş, çox ciddi şəkildə eybəcər üz formasına malik şəxs. Uşaq olarkən elektrik xətlərinə toxunması nəticəsində, ağır zədələnməsilə o, artıq cəmiyyət arasına çıxa bilməmiş və daim insanların ondan qorxmasından ehtiyat etmişdir. Yerli vətəndaşların demək olar ki, hər biri qapalı həyat tərzinə uyğunlaşmış Robinzonla görüşmək istəmiş, ona "Yaşıl adam" və "Üzsüz Çarli" ləqəblərini qoşmuşdurlar.
== Xəsarət alması ==
Biver şəlaləsi yaxınlığındakı Morado körpüsü üzərindəki quş yuvasına baxmağa cəhd edərkən, 8 yaşlı Robinzonun başına bədbəxt hadisə gəlmişdir. Trolleybusun hərəkəti üçünü nərərdə tutulmuş körpü üzərindəki 1.200 və 22.000 voltluq elektrik naqillərinə toxunması nəticəsində, o, ölümcül şəkildə yaralanmışdır. Bu hadisədən bir müddət əvvəl həmin yerdə bu tip hadisə zamanı özündən 1 yaş kiçik uşaq vəfat etmişdir. Robinzonun sağ qalmasına ümid edilməsə də, gözlərini, burnunu, qulağını və bir əlini itirməsi şərtilə o yaşadı.
== Sonrakı həyatı ==
Robinzon sonrakı həyatında Pensilvaniya ştatının Koppel şəhərində öz qohumları ilə yaşamışdır. O, ayaqaltı, pulqabı və kəmərlər düzəldib satmaqla pul qazanırdı.