1. say. Altıdan sonra gələn ədədin adı –
7. Yeddidən üç çıxmaq.
// Miqdarı yeddi. Yeddi manat. Yeddi nəfər. Yeddi gün.
– Dağda yol-iz yaxşıdır; Hər yan nərgiz, yaxşıdır; Yeddi fərsiz oğuldan; Bir fərli qız yaxşıdır. ( ).
Bir neçə il bundan əqdəm Danabaş kəndində bir uşaq məktəbə gedən gününün sabahısı uşağın atasının yeddi qoyunu bir gecənin içində çərləyib ölür.
2. is. Yeddisi şəklində – ölən şəxsin ölümünün yeddinci günü və həmin gün verilən ehsan. Bu gün mərhumun yeddisidir. Ölünün yeddisini vermək.
– Mirzə rayona çatanda anasının yeddisini vermişdilər, day başsağlığına gəlib-gedən də yox idi.
◊ Yeddi arxa – əcdad, əsil-nəsəb.
[Məşədi Əhməd:] Ax, a zalım oğlu! Əlbət bir də müsavat hökuməti geri qayıdar, sənin yeddi arxa dönənlərinə od vuracağam.
Yeddi qapı qonşu – uzaq qonşu. Hələ olur ki, qızlar da gətirir.
Yeddi qapı qonşuları bədxab eləyir.
Yeddi qıfıl (möhür) altında olmaq (saxlanmaq) – bərk-bərk gizlədilmək, bərk yerdə saxlanılmaq, tamamilə naməlum olmaq, heç kəsə məlum və bəlli olmamaq.
Yeddi dərədən su gətirmək – çaşdırmaq, bir işi və ya məsələni daha da qaranlıqlaşdırmaq.
Yeddi iqlim – dünya, aləm.
Eşitsəm gəlirsən, uçaram, inan; Pənbə buludlarla qucaqlaşaram; Açaram köksümü yeddi iqlimə.
Yeddi göydə bir ulduzu olmamaq – heç bir arxası, güvənəcəyi, adamı olmamaq.
Yeddisindən yetmişinə qədər – yeddi yaşlı uşaqlardan tutmuş yetmiş yaşlı qocalaradək; hamı.
Azərbaycanda yeddisindən yetmişinə qədər hamı tanıyır.Bir dərədə yeddi yetim ilə qalmaq – köməksiz, kimsəsiz olmaq.
Bir dərədə yeddi yetim ilə ac və susuz qalmamışıq ki! Bizim dövlətimiz dağılan və qurtaran dövlət deyil.