YEDDİ


1. say. Altıdan sonra gələn ədədin adı –
7. Yeddidən üç çıxmaq.
// Miqdarı yeddi. Yeddi manat. Yeddi nəfər. Yeddi gün.
– Dağda yol-iz yaxşıdır; Hər yan nərgiz, yaxşıdır; Yeddi fərsiz oğuldan; Bir fərli qız yaxşıdır. (Bayatı).
Bir neçə il bundan əqdəm Danabaş kəndində bir uşaq məktəbə gedən gününün sabahısı uşağın atasının yeddi qoyunu bir gecənin içində çərləyib ölür. C.Məmmədquluzadə.

2. is. Yeddisi şəklində – ölən şəxsin ölümünün yeddinci günü və həmin gün verilən ehsan. Bu gün mərhumun yeddisidir. Ölünün yeddisini vermək.
– Mirzə rayona çatanda anasının yeddisini vermişdilər, day başsağlığına gəlib-gedən də yox idi. İ.Şıxlı.

◊ Yeddi arxa – əcdad, əsil-nəsəb.
[Məşədi Əhməd:] Ax, a zalım oğlu! Əlbət bir də müsavat hökuməti geri qayıdar, sənin yeddi arxa dönənlərinə od vuracağam. Ə.Haqverdiyev.

Yeddi qapı qonşu – uzaq qonşu. Hələ olur ki, qızlar da gətirir.
Yeddi qapı qonşuları bədxab eləyir. Mir Cəlal.

Yeddi qıfıl (möhür) altında olmaq (saxlanmaq) – bərk-bərk gizlədilmək, bərk yerdə saxlanılmaq, tamamilə naməlum olmaq, heç kəsə məlum və bəlli olmamaq.
Yeddi dərədən su gətirmək – çaşdırmaq, bir işi və ya məsələni daha da qaranlıqlaşdırmaq.
Yeddi iqlim – dünya, aləm.
Eşitsəm gəlirsən, uçaram, inan; Pənbə buludlarla qucaqlaşaram; Açaram köksümü yeddi iqlimə. X.Rza.

Yeddi göydə bir ulduzu olmamaq – heç bir arxası, güvənəcəyi, adamı olmamaq.
Yeddisindən yetmişinə qədər – yeddi yaşlı uşaqlardan tutmuş yetmiş yaşlı qocalaradək; hamı. S.Vurğunu
Azərbaycanda yeddisindən yetmişinə qədər hamı tanıyır.
Bir dərədə yeddi yetim ilə qalmaq – köməksiz, kimsəsiz olmaq.
Bir dərədə yeddi yetim ilə ac və susuz qalmamışıq ki! Bizim dövlətimiz dağılan və qurtaran dövlət deyil. İ.Musabəyov.

YE
YEDDİ-YEDDİ
OBASTAN VİKİ
Yeddi
Yeddi — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Altıdan sonra, səkkizdən əvvəl gəlir. Yeddi rəqəmi müxtəlif xalqlar arasında müqəddəs rəqəm sayıldığından bu rəqəmlə başlayan çox söz birləşmələri və rəv ayətləri var. Məsələn: Yeddi oğul istərəm, yeddi samuray və s. == Ümumi məlumat == Bir sıra xalqların folklorunda, yazılı abidələrində, ayin-mərasimlərində, inam-etiqadlarında, məişətlərinin bütün sahələrində yeddi sayı qədər fəal olanı yoxdur. Elə bu səbəbdəndir ki, yeddi sayının insanın maddi və mənəvi həyatındakı həm real, həm də sehrli mövqeyi və rolundan, təbiət mövcudluqları ilə əlaqəsindən qədərincə danışılmış, yazılmışdır. Şumerlərdə yeddi sayını bildirən işarə, eyni zamanda kainatın da işarəsi imiş. Belə ki, onların ucaltdıqları yeddi pilləli qüllə, sən demə, əslində yeddi səyyarənin, həftənin yeddi günün, yeddi böyük tanrının, yeddi küləyin, yeraltı dünyanın qapısının simvolu imiş. Hind kahinlərinin bildirdiyinə görə, ruhlar aləmi və materiya yeddi qütbdən ibarətdir. Kainat yeddi dairəyə bölünür, insanda yeddi fəaliyyət başlanğıcı var, ruh uşağın canına onun yeddi yaşı tamam olduğu vaxtdan hamilik etməyə başlayır, insanın bədənindəki əzalarda hər yeddi ildən bir dəyişmələr gedir.
On yeddi
On yeddi — say sistemində ədədlərdən biridir. On altıdan sonra, On səkkizdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === On yeddi ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Otuz yeddi
Otuz yeddi — say sistemində ədədlərdən biridir. Otuz altıdan sonra, otuz səkkizdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === Otuz yeddi ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Qırx yeddi
Qırx yeddi — say sistemində ədədlərdən biridir. Qırx altıdan sonra, qırx səkkizdən əvvəl gəlir. === Əsas hesablamalarda === Qırx yeddi ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Səksən yeddi
Səksən yeddi — say sistemində ədədlərdən biridir. Səksən altıdan sonra, səksən səkkizdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Səksən yeddi ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 3, 29 və 87 ədədlərinə qalıqsız bölünür.
Yeddi Zirvə
Yeddi Zirvə (Seven Summits) — hər qitənin ən yüksək zirvələrindən ibarət qrup. Qafqaz dağlarının bir hissəsi Avropada, bir hissəsi Asiyada olduğundan Avropanın ən yüksək zirvəsi mövzusu mübahisəlidir. Eyni vəziyyət Avstraliya və Okeaniyaya da aiddir. Papua Yeni Qvineya adasının İndoneziyaya aid hissəsində Puncak Caya dağının hündürlüyü 4.884 metr, Avstraliyadakı Kostyuşka 2.228 metrdir.
Yeddi adalar
Yeddi adalar (rus. Семь островов) — Barens dənizində 7 adadan ibarət olan arxipelaq. Kola yarımadasından bir qədər aralıda, Xarlovka çayının mənsəbinin qarşı tərəfində yerləşir. Əsas qrup 5 adadan ibarətdir. Onlar materikdən Yeddiada Reydi boğazı ilə ayrılır. Bura Xarlovka, Veşyanka, Böyük və Kiçik Zelensov və kuvşina adaları daxildir. Liski adalarına daxil olan 2 ada isə 8 km cənub-şərqdə yerləşir. Birinci qrupa daxil olan adalar əsasən daşlıqlardan ibarətdir. Sahilləri hündür, ərazisi meşəsiz və boşdur. Ən iri adaları Xarlov və Veşnyakdır.
Yeddi ata
Yeddi ata (qaz. Жеті ата, «Yeddi baba»; qırğ. Жети ата, «Yeddi ata»; başqa mənası — «Yeddi əcdad»; başq. ете быуын) — qazaxların, qırğızların və başqırdların şəcərə (qaz. шежіре, qırğ. санжыра, başq. шәжәрә) sistemi. Adətə görə, insan ən azı öz yeddi birbaşa əcdadının (ata, baba, böyük baba, və s.) adlarını əzbər bilməli. Yeddi ata sistemidə bir-birinə üst-üstə düşən əcdadlar olanlar şəxslərin evlənməsi insest sayıldığına görə, belə hallara cəmiyyətdə pis baxılır. Həmçinin, bu sistem həm yazılı, həm də şifahi şəkildə nəsillərin tarixini saxlayaraq, xalqların kimliliyin və ya xəyali icmaların formalaşmasında rol oynayır.
Yeddi ağac
Yeddi ağac — Azərbaycanda əsasən yaz, payız ayları və ya bayramqabağı günlərdə uşaq və gənclər arasında geniş yayılan qədim oyunlardan biri. == Oyunun qaydaları == Yeddi ağac qırığı düzəldib qoyurlar bir daşın üstünə. Sanama və ya püşklə ayrılan oyunçu dayanır ağacın yanında və gözlərini yumur. Qalan oyunçular qaçıb gizlənirlər. Sonra pusquda duran oyunçu qaçıb gizlənənləri axtarır. Əgər axtarılan oyunçulardan biri gəlib ağacları qarışdırıb yerə tökərsə, oyun yenidən başlanır. Pusquda duran oyunçu ağacları qorumaq şərtilə bütün gizlənən yoldaşlarını tapmayınca bu oyundakı axtarıcı vəzifəsindən xilas ola bilmir. Elə ki, bütün gizlənən yoldaşlarını tapdı, o zaman ilk dəfə tapdığı yoldaşı onu əvəz edir. Oyun göstərilən qaydada yenidən davam edir.
Yeddi daş
Yeddi daş — Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biri. Bu oyunu oynamaq üçün ta qədimdən yeddi yastı daş parçasından istifadə edərdilər. Lakin son zamanlar daş parçalarının əvəzində yastı şüşə parçalarından istifadə edirlər. Bu səbəbdən də bu oyun bir çox hallarda "Yeddi şüşə" adlandırılır.
On yeddi kəmərbəst
On yeddi kəmərbəst: Şiə inancına görə, Həzrəti Əli tərəfindən kəmərləri bağlanan on yeddi övliaya verilən ad. == On yeddi kəmərbəst == Səlman Farsi Əmmar ibn Yasir Əbuzər əl-Ğəffari Abdullah ibn Abbas Malik Əştər Veysəl Qarani Məhəmməd ibn Əbubəkir Harim ibn Haris Abdullah ibn Yeddi-xəzai Abdullah ibn Ədiəl Əbu əl-Hişam Haris Şeybani Haşim ibn Ütbə Məhəmməd ibn Əbu Xəziqə Qəmbər Mürtəfi ibn Vəzza Səid ibn Qeys == Digər bir rəvayətdə on yeddi kəmərbəst == Digər bir rəvayətdə Həzrəti Əli öz oğullarının belini kəmərlə bağlayır.
Təbiətin yeddi möcüzəsi
Təbiətin yeddi möcüzəsi layihəsi Dünyanın yeddi möcüzəsi layih'sinin möhtəşəm uğurundan sonra İnternetdə növbəti kampaniya ilə başlanmışdır. Bu kampaniyada Azərbaycanın palçıq vulkanları da iştirak edir. Dünyadakı 800-dən artıq palçıq vulkandan 300-dən çoxu Azərbaycandadır. Buradakı palçıq vulkanları sayına, morfoloji xüsusiyyətlərinə, yüksək aktivliyinə, gözəl görünüşünə görə digər ölkələrdəkindən xeyli fərqlənir. Assoşieyted Press agentliyi xəbər verir ki, "Təbiətin yeddi möcüzəsi" Beynəlxalq internet-müsabiqəsinin təşkilatçısı olan İsveçrənin "New 7 Wonders Foundation" qeyri-kommersiya təşkilatı 222 ölkədən 261 təbiət möcüzəsi seçmişdir. Həmin siyahıya Azərbaycanın palçıq vulkanları, Fudzi dağı (Yaponiya), Atakama səhrası (Çili), Böyük Baryer rifi (Avstraliya), Monblan dağı (Fransa), Vezuvi vulkanı (İtaliya), keçmiş SSRİ-nin ən yüksək dağ zirvələrindən biri olan Lenin piki (Qırğızıstan, Tacikistan), "Oxuyan barxan" adı ilə məşhur olan "Altın Emel" Milli Parkı (Qazaxıstan), İsıkgöl (Qırğızıstan), Belovejsk meşəsi (Belarus, Polşa), Dnepr çayı (Rusiya, Belarus, Ukrayna), Kurşskaya Kosa (Litva, Rusiya), Baykal gölü (Rusiya) daxil olmuşdur. Təbiətin bu möcüzələri yeddi kateqoriya üzrə seçilmişdir: landşaft, adalar, süxur törəmələri, vulkanlar, milli parklar, meşələr və dəniz törəmələri. Layihənin təşkilatçılarından biri olan Tia Viyerinq demişdir: "Biz bütün bəşəriyyəti planetimizin təbiətinin ən füsunkar guşələrini birlikdə seçməklə, təbiəti nə dərəcədə qiymətləndirdiklərini fəal surətdə göstərməyə çağırırıq". Təbiətin möcüzələrinə təxminən bir milyard adamın səs verəcəyi gözlənilir. İyulun 7-dək davam edəcək səsvermədə iştirak etmək üçün qeydiyyata düşmək lazımdır.
Ukraynanın yeddi möcüzəsi
Ukraynanın yeddi möcüzəsi (ukr. Сім чудес України) — Ukraynanın yeddi tarixi-mədəni abidələri, müəyyən edilmiş eyniadlı Ümumukrayna müsabiqəsi. == Aksiya == Aksiya 2007-ci ilin may ayında Ukraynalı siyasətçi Nikolay Tomenkonun təşəbbüsü ilə başlamışdır. Regional təşkilat komitələri müsabiqəyə müxtəlif obyektlər qoydular. Məqsədli təxminən min obyekt seçildi. Yüz min nəfərdən (mədəniyyətşünas, tarixçi, turizm mütəxəssisi) ibarət olan bu min nəfərdən ibarət ekspert məclisindən əvvəl siyahıdan 100, ondan sonra isə internetdən səsvermə üçün 21 obyektdən seçilmişdir. Müsabiqənin yekun nəticələri 21 avqust 2007-ci il tarixində elan edilmişdir. Səsvermə 7 iyul 2007-ci ildə başlamışdır. Nəticələri saxtalaşdırmaq cəhdləri səbəbindən səsvermə dayandı. "Ukraynanın yeddi möcüzəsi" seçimi İnternet səsverməsi və yüzlərlə insanın ekspertlər şurasının — kültürşünaslar, tarixçilər, turizm mütəxəssisləri fikrini nəzərə alaraq həyata keçirildi.
Yeddi Milli Universitet
Yeddi Milli Universitet (yap. 国立七大学) — Yaponiya İmperatorluğu tərəfindən 1877-ci və 1939-cu illərdə yaradılmış 9 universitetdən hazırda Yaponiyada yerləşən 7 universitetə verilən ümumi ad. Digər iki universitetdən 1-i Koreyada, digər 1-i isə Tayvanda yerləşir. == Siyahısı == Hokkaydo Universiteti; Kyoto Universiteti; Kyusyu Universiteti; Naqoya Universiteti; Osaka Universiteti; Tohoku Universiteti; Tokio Universiteti.
Yeddi Ulu Ozan
Yeddi Ulu Ozan — Ələvilikdə söylədikləri deyişlərlə Ələvi inancını xalqa başa salan və yaradıcılıqları yaşadıqları dövrdən bu günə şifahi və yazılı ədəbiyyat yolu ilə çatdırılan kimisi hökmdar-şair, kimisi xalqdan, kimisi də Əhli Beyt nəslindən gələn şəxslər. == Etimologiya == Yeddi Ulu Ozan Ələvilik, 12 İmamlara bağlılıq və dövrün siyasi problemləri haqqında xalqı maarifləndirən şəxslərdir. Onlar o dövrdə geniş yayılmış ərəb və fars dillərini bilmələrinə baxmayaraq əsərlərini xalqın anladığı türk dilində yaradırdılar. İnanca görə həm Ələvilik inancı uğrunda apardıqları mübarizə və qatlaşdıqları zülm, həm də ədəbi əsərlərinin insanları cəzb etmə xarakteri səbəbilə onlardan sonra gələn ozanlar Yeddi Ulu Ozandan təsirlənmişdir. Sadalanan bu səbəblərdən başqa bəzilərinin Əhli Beyt nəslindən gəlməyi də bu ozanların bu gün qədər Yeddi Ulular olaraq adlandırılmasına səbəb olmuşdur. Demək olar ki, cəm evlərində oxunan deyişlərin hamısı bu ozanlara aiddir. Müqəddəs bir əmanət kimi nəsildən nəsilə keçən bu deyişlərin özünəməxsus ədəbi quruluşu və Ulu Ozanların lazım gəldikdə ölümdən çəkinməmələri onları xalq gözündə ululaşdırmışdır. Yeddi Ulular haqqında daha çox Türkiyə, Azərbaycan, Bolqarıstan, Makedoniya, Suriya və İranda, eləcə də keçmiş SSRİ-də araşdırmalar aparılmış, məqalələr nəşr olunmuşdur.
Yeddi bacı şəlaləsi
Yeddi bacı şəlaləsi (norv. De Syv Søstrene və ya Dei Sju Systrene, Knivsflåfossen adı ilə də tanınır) Norveçin hündürlüyünə görə 39-cu şəlaləsi. Şəlalə yeddi müstəqil axımdan ibarətdir. Məhs buna görə də «yeddi bacı» adlandırılmışdır. Norveçin Sunnimyor bölgəsində yerləşən, UNESCO-nun Ümumdünya irsi olan Geiranger fiordunun bir hissəsi hesab olunur. == Yerləşməsi == Geiranger fiordu Norveçin Mere-oq-Romsdal qraflığına aiddir. Şəlalə yaxınlığında tarixi Knivsflå ferması yerləşir. Daha köhnə ferma olan Skageflå isə nisbətən uzaqda yerləşir. Yeddi bacı şəlaləsi Qeyranqer kəndindən 6,5 km qərbdə yerləşir. Coğrafi kordinatları 62.10864 və 7.092106 olan şəlalə dəniz səviyyəsindən 400-500 metr yüksəklikdə yerləşir.
Altmış yeddi
Altmış yeddi — say sistemində ədədlərdən biridir. Altmış altıdən sonra, altmış səkkizdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Altmış yeddi ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Doxsan yeddi
Doxsan yeddi — say sistemində ədədlərdən biridir. Doxsan altıdən sonra, doxsan səkkizdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Doxsan yeddi ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Yeddi gözəl
Yeddi gözəl (fars. هفت پیکر‎, translit. Həft Peykər) — Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan dördüncü poema. Əsər 1197-ci ildə, fars dilində yazılmışdır. Nizami bu poemanı Ağsunqurlar sülaləsindən olan Marağa hakimi Əlaəddin Körpə Arslana həsr etmişdir. Poemanın adını hərfi şəkildə həm "Yeddi Portret", həm də "Yeddi Gözəl" kimi tərcümə etmək olar. Əsərin adında metaforizm vardır. Nizami bilərəkdən söz oyunu edərək, əsərə bu cür iki anlamlı ad vermişdir. Poema həm də "Yeddi Gümbəz", Baburnamədə "Həft Elahah" (azərb. Yeddi İlahə‎) adı ilə tanınır.
Yeddi müdrik
Yeddi yunan müdriki (yun. Οἱ ἑπτὰ σοφοί) — miladdan öncə VII — VI əsrdə yaşamış və müdrikliyi ilə tanınmış Qədim Yunan qanunvericiləri, ictimai və dövlət xadimləri. Yunan fəlsəfəöncəsi dövrünün nümayəndələri idilər. Yunan fəlsəfəsinin yaranmasında onların çox böyük rolu olmuşdur. Bu insanlar öz müdriklikləri ilə seçilmiş, yunan ictimai fikrində dərin iz qoya bilmişdirlər. Tarixçilər “Yeddi müdrik” kimi Fales, Pittakus, Bias, Solonun adını qeyd edirlər. Qalan üç nəfərin adları isə müxtəlif şəkildə verilir. Məsələn, Platona görə (“Protaqoras” dialoqu) onlar Kleobulos, Mison, Xilon’dur. Başqa müəlliflər Misonu deyil, Perianderi müdrik kimi göstərmişdirlər. Diogenes Laertius isə bir çox müdrik insanların adlarını çəkmişdir ki, onların arasında həmin “Yeddi müdrik” sayılanlar da ola bilərdir.
Yetmiş yeddi
Yetmiş yeddi — say sistemində ədədlərdən biridir. Yetmiş altıdən sonra, yetmiş səkkizdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Yetmiş yeddi ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 7, 11 və 77 ədədlərinə qalıqsız bölünür.
İyirmi yeddi
İyirmi yeddi — say sistemində ədədlərdən biri. İyirmi altıdan sonra, İyirmi səkkizdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === İyirmi yeddi ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Əlli yeddi
Əlli yeddi — say sistemində ədədlərdən biri. Əlli altıdan sonra, əlli səkkizdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Əlli yeddi ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Yeddi samuray
"Yeddi samuray" (yap. 七人の侍) — rejissor Akira Kurosavanın fəlsəfi-dram filmi. == Məzmun == Yaponiya, XVI əsrin ikinci yarısı. Bir kəndin sakinləri xəbər tuturlar ki, onların kəndinə köçəri tayfa hücum etmək və arpa ehtiyatlarını götürmək istəyirlər. Onlar 3 kəndlini kəndi qorumaq üçün yalnız yeməyə razı olan samuray tapmağa şəhərə göndərirlər. Çünki kəndlilərin onların haqqını başqa cür ödəməyə imkanıları yox idi. Elçilər təcrübəli döyüşçü Kambey Simadanın oğrunu necə cəzalandırdığının şahidi olurlar. Kəndlilər bu iş haqqında ona danışırlar və Kambey onlara kömək etməyə razılaşır. Tezliklə Kambey özünə roninlərdən çox da böyük olmayan dəstə düzəldir. Onların arasında eləcə də Kambeyin şagirdi olmaq istəyən gənc samuray Kasusiro Okamoto və özünü samuray kimi qələmə verən, əslində isə sadəcə avara olan Kikutiyo də var.
Yeddi zirvə
Yeddi Zirvə (Seven Summits) — hər qitənin ən yüksək zirvələrindən ibarət qrup. Qafqaz dağlarının bir hissəsi Avropada, bir hissəsi Asiyada olduğundan Avropanın ən yüksək zirvəsi mövzusu mübahisəlidir. Eyni vəziyyət Avstraliya və Okeaniyaya da aiddir. Papua Yeni Qvineya adasının İndoneziyaya aid hissəsində Puncak Caya dağının hündürlüyü 4.884 metr, Avstraliyadakı Kostyuşka 2.228 metrdir.
On yeddi yaşlı oğlan (film, 1985)
== Məzmun == Film çeçen xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı, pulemyotçu Xanpaşa Nuradilovun qısa, lakin şərəfli həyat yolundan bəhs edir. == Film haqqında == Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Faiq Ağamalıyev, Vaxa Matiyev, V. Fyodorov Quruluşçu rejissor: Rüfət Şabanov Quruluşçu operator: Arif Nərimanbəyov Quruluşçu rəssam: Arif Əbdürrəhmanov Bəstəkar: Leonid Vaynşteyn Səs operatoru: Kamal Seyidov === Rollarda === Səid Pitsiyev-Xanpaşa Natəvan Məmmədova-Məleykə İsfəndiyar Quliyev-Rüstəm Şahmar Ələkbərov-Salman Svetlana Seleznyova-Anya Nikolay Barmin-Hərbi həkim Sanya Soloduxin == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004, səh. 288.
On yeddinci simfoniya (Motsart)
Simfoniya No. 17 G Majorda — Volfqanq Amadey Motsart tərəfindən 1772-ci ilin mayında, bəstəkarın 16 yaşında ikən tamamladığı üç simfoniyadan ikincisidir, bəzi hissələrinin daha əvvəl yazıldığı ehtimal olunur. == Quruluşu == Motsartın on yeddinci simfoniyası üç hissədən ibarətdir.
On yeddincı sülalə (Misir)
XVII sülalə — ikinci aralıq dövrdə Qədim Misiri idarə edən sülalələrdən biri (e.ə. 1580–1550). == Ümumi məlumat == İkinci aralıq dövr xaosla xarakterikdir. Sosial-iqtisadi tənəzzül vahid, mərkəzləşdirilmiş dövlətin qurulmasına imkan vermirdi. Aşağı Misirə hiksoslar hakimlik edirdi. Nil deltası və axarı boyu yarı-müstəqil nomlar onlardan aslı vəziyyətdə idi. XVII sülalənin fironları Tebesdə hökmdarlıq edirdilər. 2012-ci ilin mart ayında Karnakdakı Amun-Re məntəqəsində aşkar edilən bir əhəngdaşı qapısını araşdıran Fransız arxeoloqlar XVII sülalədən olan Ahmos Senaxtenre adına rast gəlirlər. Bu tapıntı Ahmosa aid ilk abidədir. Bu xanədanlığın son hökmdarları II Sekenenra Taa və Kamos hiksoslara qarşı müharibəyə başladılar.
Otuz yeddinci simfoniya (Motsart)
Otuz yeddinci simfoniya Volfqanq Amadey Motsart tərəfindən yalnız giriş hissəsi yazılan, qalan hissələri digər Avstriya bəstəkarı İohann Mixail Qaydnıya məxsus, 1783-cü ilə aid edilən musiqi əsəridir. == Tarixi == Volfqanq Amadey Motsartın ölümündən sonra, onun sənədləri arasında köhnə Motsart nəşrində 37 nömrəli Simfoniya olaraq xatırlanan Köxel kataloqunda 444 nömrəsi ilə qeydə alınan bir simfoniya tapılmışdı. Otuz yeddinci simfoniya uzun müddət Motsartın əsəri hesab olunurdu, lakin Lotar Perger 1907-ci ildə sübut etdi ki, Motsart bu simfoniyanın yalnız giriş hissəsini (Adagio maestoso) bəstələmişdi; qalan hissələr isə İohann Mixail Qaydn tərəfindən 1783-cü ilin may ayında Salsburq şəhərindəki Mixaelbeuern monastrına yeni abbatın vəzifəyə təyin olunması ilə əlaqədar bəstələnmiş 25 nömrəli simfoniyadır. Musiqişünasların fikrincə, 3-cı və 37-ci simfoniyalar arasındakı ziddiyyət belə deməyə əsas verir ki, Mosart otuz yeddinci simfoniyanın əsl və yeganə bəstəkarı olsaydı, bu simfoniya, ehtimal ki, 1783-cü ildən xeyli əvvəlki tarixə aid olmalı idi. 1780-ci illərin əvvəllərində Volfqanq Amadey Motsart çoxsaylı Vyana konsertləri üçün həm özünün, həm də digər bəstəkarların yeni və köhnə əsərlərindən istifadəyə ehtiyac duymuşdu. Mənbələrə görə Motsart 4 noyabr 1783-cü ildə, atası Leopolda yazdığı bir məktubda "Əlimdə simfoniya yoxdur, buna görə tələsməli və bəstələməliyəm" deyir. Bəzi tədqiqatçılar iddia edirlər ki, əslində Volfqanq Amadey Motsart uzun müddət M. Qaydnın yaxın dostu idi və 1783-cü ildə, M. Qaydn xəstələnəndə və arxiyepiskop Koloredonun tələb etdiyi kompozisiya əsərini tamamlamaq üçün bu əsəri dostundan satın almışdı. Digər musiqişünasların fikrincə isə, vaxt çatışmazlığına görə Motsart İohann Mixail Qaydnın 25-ci simfoniyasının surətini çıxarmış, amma bu əsərə Adagio maestoso tempində yeni bir giriş yazmışdı. Motsartın təqdimatı ilə simfoniyanın ifası təxminən 15 dəqiqədir. == Mənbə == Neal Zaslaw: Mozart’s Symphonies.
Qətldən yeddi gün sonra (film, 1991)
== Məzmun == Burada keçmiş SSRİ-nin paytaxtında general ailələrindən birində baş verən faciəli hadisədən danışılır. Ailənin timsalında o vaxtkı sovet cəmiyyətinin modeli verilmişdir. General Mixail Romanoviçin (Yuri Yakovlev) beynəlmiləl ailəsində faciə baş verir. Onun qızlarından biri (Olqa Bulanova) şəhər kənarındakı bağında qətlə yetirilir. Təhqiqat materiallarına əsasən generalın sürücüsü Raufdan (Fəxrəddin Manafov) şübhələnirlər. Amma sonra məlum olur ki, qızı öz bacısı (Tatyana Lyutayeva) qətlə yetiribmiş... Bu çirkin ailə əhvalatını ört-basdır etmək üçün filmin personajları dəridən-qabıqdan çıxırlar. Bir dam altında yaşamalarına baxmayaraq ailə faktiki olaraq dağılır. Film qəhrəmanların başına gələn bəla nəticəsində şəxsiyyətin mənəvi böhranını açıb göstərir. == Film haqqında == Film Jorj Simenonun hekayəsinin motivləri əsasında çəkilmişdir.
Yeddi Birləşmiş Əyalət Respublikası
Yeddi Birləşmiş Əyalət Respublikası (rəsmi tam adı: Yeddi Birləşmiş Aşağı Əyalətlər Respublikası, nid. Republiek der Zeven Verenigde Nederlanden) — XVI əsrdə baş vermiş Niderland burjua inqilabından sonra yaranmış və 1581–1795-ci illərdə Avropada mövcud olmuş dövlət. Respublikanın ərazisi müasir Niderland Krallığının ərazisindən bir qədər kiçik olmuşdur. == Tərkibi == Respublika Baş Ştatlar tərəfindən idarə edilən yeddi əyalətin (Hollandiya, Zelandiya, Utrext, Qroninqen, Qeldern, Overeyssel, Friziya) və Baş Yerin konfederasiyası olmuşdur.
Yeddi bacı (neft şirkətləri)
Yeddi bacı 1940-cı illərin ortalarından 1970-ci illərin ortalarına qədər dünya neft sənayesində hakim olan Anqlo-Fars Neft Şirkətinin (Anglo-Persian Oil Company) oliqapoliya və ya kartelinə verilən ümumi addır. Adın biznes mühitində istifadəsi 1950-ci illərdə İtalyan dövlət neft şirkəti Eninin rəhbəri olan iş adamı Enriko Mattei tərəfindən populyarlaşdı. Sənaye qrupu aşağıdakılardan ibarət idi: Anqlo-Fars Neft Şirkəti (hazirki BP) Royal Dutch Shell Standard Oil Company of California (hazirki Şevron) Gulf Oil Texaco Standard Oil Company of New Jersey (sonralar Exxon indi ExxonMobilin tərkibindədir) Standard Oil Company of New York (sonralar Mobil indi ExxonMobilin tərkibindədir) 1973-cü il Neft Böhranından əvvəl Yeddi bacı dünyanın neft ehtiyatlarının 85 faizinə nəzarət edirdi. O vaxtdan bəri, sənayenin üstünlüyü inkişaf etməkdə olan bazar iqtisadiyyatlarında OPEC kartelinə və dövlətlərə məxsus neft və qaz şirkətlərinə keçdi. Bunlara Saudi Aramco, Qazprom (Rusiya), China National Petroleum Corporation, National Iranian Oil Company, PDVSA (Venesuela), Petrobras (Braziliya) və Petronas (Malaziya) daxil idi. Financial Times onları yeni Yeddi bacı adlandırmışdı.
Yeddi dəniz Edinburqu
Yeddi dəniz Edinburqu (ing. Edinburgh of the Seven Seas) — Tristan-da-Kunya arxipelaqında yeganə daimi yaşayış məntəqəsi. 2005-ci ildə əhalisi 275 nəfər idi. Yerli əhali qəsəbəni sadəcə The Settlement (qəsəbə) adlandırırlar. Yaşayış məskəni adanın britaniyalıların işğalından sonra salınıb. 1867-ci ildə kraliça Viktoriyanın ikinci oğlu, Edinburq hersoqu şahzadə Alfredin "Qaleteyq" freqatının kapitanı kimi səfərinin şərəfinə adlandırılıb. İkinci dünya müharibəsinin sonuna qədər adada hərbi qarnizon yerləşib. 1961-ci ildə vulkan püskürməsi qəsəbəni, balıq fabrikini və kartof sahələrini dağıdıb, bu səbəbdən də əhali adadan köçürülüb. Tədricən əhali geri qayıdıb, fabrik və qəsəbə isə 1963-cü ildə tam bərpa edilib. Qəsəbədə məktəb, kiçk xəstəxana, ərzaq dükanı, poçt şöbəsi, radiostansiya, kafe, videomallar marketi, basseyn və bir nəfər polisi olan polis məntəqəsi vardır.
Yeddi funt (film, 2008)
Yeddi funt — Rejissor Qabriele Muççinonun çəkdiyi dram filmi. == Süjet == Film baş qəhrəmanın qəza, intihar barədə 911 çağırışından başlayır. Zərərçəkən kimi özünü çağırır. Təsvir edilən hadisələrdən iki il əvvəl Tim Thomas (Will Smith) (filmin çox hissəsi üçün "Ben Thomas" olaraq görünür) avtomobil qəzasına düşür və gəlini Sarah Jenson (Robinn Lee) də daxil olmaqla 7 nəfər ölür. Qəzadan bir il sonra, kosmik stansiyalarda mühəndislik karyerasından çıxaraq, bir qardaşı (Michael Eli), IRS işçisi (Daxili Gəlirlər Xidməti, ABŞ Vergi Xidməti) üçün pulmoner payı bağışlayır. Altı ay sonra, qaraciyərin bir hissəsini Holly (Judian Elder) adlı bir uşaq təhlükəsizliyi işçisinə bağışlayır. Bundan sonra o, donor orqanlarına aşağıdakı namizədləri axtarmağa başlayır. Gənclik hokkey məşqçisi Corcu (Bill Smithrovich) tapır və ona bir böyrək bağışlayır, sonra Nikolas (Quentin Kelly) adlı bir oğlana sümük iliyi bağışlayır. Ölümündən iki həftə əvvəl, Holly ilə əlaqə saxlayır və kömək etməyə layiq başqa birini tanıdığını soruşur. Otağını daim döydürən Connie Tepozu (Elpidia Carrillo) işarə edir.

Digər lüğətlərdə