YENİDƏN CANLANMIŞ DAĞLAR

epiplatforma dağlar, yer qabığının, geosinklinal xarakterini (qalxma fəallığı) itirmiş və uzun müddət-geoloji mənada platforma, geomorfoloji mənada-düzənlik kimi özünü göstərmiş, hissəsində tektonik hərəkətlərin fəallaşması nəticəsində əmələ gəlmiş dağlar. возрожденные горы epiplatformian mountains
YENİ TEKTONİKA
YENİDƏN ƏMƏLƏ GƏLMİŞ MORFOSTRUKTURA
OBASTAN VİKİ
Yenidən axıtma
Yenidən axıtma yazılı mətnin yenidən düzləndirilərək sətirlərin sonlarının səviyyələrinin nisbətən yaxınlaşdırılması. Məsələn, Bir çox tətbiqi proqramlarda – mətn redaktorlarında, hesabat genatorlarında, qrafik proqramlarda, masaüstü nəşriyyat sistemlərində və elektron cədvəl proqramlarında müxtəlif cür düzləndirmə imkanları vardır. Mətni yenidən axıtmadan sonra aşağıdakı şəklə düşür: Bir çox tətbiqi proqramlarda – mətn redaktorlarında, hesabat genatorlarında, qrafik proqramlarda, masaüstü nəşriyyat sistemlərində və elektron cədvəl proqramlarında müxtəlif cür düzləndirmə imkanları vardır. Yenidən axıtmadan sonra sətirlərin sayı dəyişdiyindən, səhifə sonu simvollarının da yeri dəyişilir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yenidən başlamaq
Kompüter elmlərində yenidən yükləmək (ing. restart, ing. Reboot) — kompüter sistemini təzədən başlama vəziyyətinə gətirmək deməkdir. Adətən kompüterə yeni proqram quraşdırdıqdan sonra və ya kompüterin sistemində hər hansı səhv baş verdikdə həyata keçirilir.
Yenidən formatlama
Yenidən formatlama — Tətbiqi proqramlarda: sənədin tərtibatında dəyişiklik, yəni şrift kimi stilistik detalların əvəzlənməsi, elementlərin quraşdırılması, abzasların düzləndirilməsi, başlıqların seçdirilməsi və s. 2. Verilənlərin saxlanması sahəsində: diskin təkrar formatlanması (onun işə hazırlanması), bu zaman oradakı informasiyanın hamısı məhv olur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yenidən yükləmək
Kompüter elmlərində yenidən yükləmək (ing. restart, ing. Reboot) — kompüter sistemini təzədən başlama vəziyyətinə gətirmək deməkdir. Adətən kompüterə yeni proqram quraşdırdıqdan sonra və ya kompüterin sistemində hər hansı səhv baş verdikdə həyata keçirilir.
Yenidən başlayaq
Yenidən başlayaq (ing. Begin Again) — Con Karninin rejissorluğu ilə 2013-cü ildə ekranlara çıxan musiqili ABŞ filmi. Həyatının çətin bir vaxtında səsyazma leyblının prodüseri Den Malliqan barda içki içərkən istedadlı müğənni-mahnı yazarı Qreta ilə tanış olur. İkisi Nyu-Yorkun səs-küylü küçələrində albom hazırlamağa qərar verirlər. Kira Naytli — Gretta James, müğənni-mahnı yazarı Mark Ruffalo — Dan Mulligan, musiqi prodüseri Adam Levin — Dave Kohl, Qrettanı keçmiş sevgilisi, uğurlu musiqiçi Catherine Keener — Miriam Hart, Denin ayrılmış arvadı Heyli Staynfeld — Violet Mulligan, Den və Miriamın on dörd yaşlı qızı James Corden — Steve, Qrettanın ən yaxın dostu CeeLo Green — Troublegum, Den tərəfindən kəşf olunan uğurlu repçi Yasiin Bey (Mos Def) — Saul, Denin biznes tərəfdaşı Rob Morrow — CEO Maddie Corman — Phillis Aya Cash — Jenny Jennifer Li — Mim beginagainfilm.com — Yenidən başlayaq rəsmi saytı Yenidən başlayaq — Internet Movie Database saytında.
Asimmetrik dağlar
Dağlar Abdullayev
Dağlar Məmməd oğlu Abdullayev (15 avqust 1938, Ağdaş – 10 may 2014, Bakı) — Azərbaycan tibb xidməti general-mayoru. == Həyatı == Dağlar Abdullayev 1938-ci il 15 avqustdə Ağdaş rayonunda anadan olmuşdur. 1956-cı ildə 1 saylı Ağdaş şəhər orta məktəbini bitirdikdən sonra Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və 1960-cı ildə həmin institutu "həkim-stomotoloq" ixtisası üzrə bitirmişdir. 1961-ci ildə kadr kimi Silahlı Qüvvələrə çağırılaraq, Cənub Qrupu Qoşunları komandanının sərəncamına göndərilmişdi. 1965-ci ilədək Cənub Qoşun Qrupu qvardiya tank diviziyasında "həkim-stomotoloq" kimi xidmət edən Dağlar Abdullayev sonralar Zaqafqaziya Hərbi Dairəsi motoatıcı diviziyasında xidmətini davam etdirmiş, 1968-ci ildən isə alayın tibb məntəqəsinin rəisi, baş həkimi, tibb xidməti rəisi vəzifələrində xidmət etmişdir. 1978–1983-cü illərdə Cənub Qoşun Qrupu əlahiddə tibb-sanitar taborunun komandiri və hərbi hospitalın rəisi vəzifələrində işləmişdi. 1983-cü ildə SSRİ Müdafiə nazirinin əmri ilə xidmətini davam etdirmək üçün yenidən Zaqafqaziya Hərbi Dairəsi komandanının sərəncamına göndərilib və Zaqafqaziya Hərbi Dairəsi hospitalının rəisi təyin olunmuşdu. 1985-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Hərbi kafedrasının tədris hissə üzrə rəisi təyin edilmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış və Müdafiə Nazirliyi Arxa Cəbhə İdarəsi hərbi-tibb şöbəsinin rəisi, 1993-cü ildən idarə rəisi, Silahlı Qüvvələrin Tibb xidməti rəisi vəzifələrində xidmət etmişdir. 2009-cu ildən Müdafiə nazirinin məsləhətçisi, müşavirlər qrupunun müşaviri, inspektorlar qrupunun müşaviri vəzifələrində xidmətini davam etdirmişdi.
Dağlar Günü
Dağlar Günü — beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırmaq məqsədi ilə keçirilən tədbir. BMT-nin qərarına əsasən 2002-ci il dünyada Beynəlxalq Dağlar ili adlandırılmışdır. Buna uyğun olaraq növbəti illərdə beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırılmışdır. BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən 2003-cü ildən başlayaraq dünyada 11 dekabr Beynəlxalq "Dağlar Günü" kimi qeyd olunur. Dünyada hər il belə adlı günün keçirilməsinin məqsədi başlıca olaraq dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətinin cəmiyyət qarşısında bir daha qaldırılmasıdır. "Dağlar Günü" hər il bir başlıq altında qeyd olunur. 2007-2008-ci illərdə keçirilən dağlar günü dağlarda iqlim dəyişikliyinə və ərzaq təhlükəsizliyinə həsr olunmuşdur. 2009-cu il dekabrın 11-i "Dağlar fəlakət təhlükəsinin idarəedilməsi" adlandırılmışdır. Dağlarda kənd təsərrüfatı üçün yararlı otlaqların mövcudluğu və təbii fəlakət təhlükələrinin olması burada insan fəaliyyətinin tənzimlənməsini tələb edir. Təbii ki, bunu həyata keçirmək üçün milli səviyyədə müvafiq inkişaf strategiyası hazırlanmalıdır və ona əsasən mərhələlər üzrə tədbirlər planı tərtib olunmalıdır.
Erezion dağlar
Masa dağlar
Masa və tava dağlar (rus. горы столовые, ing. table mountains) — denudasiyaya davamlı çökmə və ya püskürmə süxur layları ilə örtülmüş dik yamaclı və yastı səthli təcrid olunmuş yüksəklik. Qalxmış laylı düzənliklərin erozion parçalanması və ya qırılmalar boyu ayrı-ayrı blokların differensial yerdəyişməsi zamanı əmələ gəlir.
Merrixli dağlar
Merrixili dağlar və ya Miniatürlü dağlar İranın Sistan və Bəlucistan ostanının Çabahar şəhristanındadır. Bu dağlar Mərrix dağlarına bənzər dağlardır. Dünyada bu şəkildə dağlar azdır və Bedlend (Pis toprağ) adlanırlar. Çabaharın 200 turistik attraksionları dərgisi.
Mərrixli dağlar
Merrixili dağlar və ya Miniatürlü dağlar İranın Sistan və Bəlucistan ostanının Çabahar şəhristanındadır. Bu dağlar Mərrix dağlarına bənzər dağlardır. Dünyada bu şəkildə dağlar azdır və Bedlend (Pis toprağ) adlanırlar. Çabaharın 200 turistik attraksionları dərgisi.
Qayalı Dağlar
Qayalı dağlar — Şimali Amerika Kordilyer dağlarının şimalında dağ sistemi. Sakit okean və Atlantik okeanı arasında suayırıcı. Kanada və ABŞ ərazisindədir. Uzunluğu təqribən 3200 km, eni 700 km-ə, hündürlüyü 4399 m-ə qədərdir (Elbert dağı). Əsasən, arxeozoyun kristallik süxurlarından, şimal hissədə isə paleozoyun çökmə süxurlarından ibarətdir. Qeyzerlər və termal bulaqlar var. Zəlzələlər olur. Qayalı Dağların ətəklərində iynəyarpaqlı meşələr, yuxarılarda subalp və alp çəmənləri, mərkəzi və cənub hissədə çöl bitkiləri yayılmışdır. Qayalı dağlarda zəngin kömür, mis, molibden, qızıl, gümüş, neft yataqları, milli parklar (qoruqlar) - Casper, Robson, Banf (Kanadada) və Yellouston (ABŞ-də) var.
Qaymalı dağlar
Qaymalı dağlar (rus. горы глыбовые столовые, ing. block table mountains) — differensial hərəkət təsirinə məruz qalaraq qırılma və pozulmalarla parçalanmış və mürəkkəbləşmiş, yer qabığının ayrı-ayrı qaymalarının əmələ gətirdiyi dağlar. Struktur xüsusiyyətlərinə görə stolvari, qaymalı və qırışıq-qaymalı dağlara ayrılır.
Qırışıqlı dağlar
Qırışıqlı dağlar (rus. горы складчатые, ing. folded mountains) — inkişafının ilk mərhələlərində əsas oroqrafik elementləri plikativ dislokasiyalarla əmələ gələn, müxtəlif yaşlı tektonik dağlar. Q.d. aşağıdakı növləri vardır: 1) qırışıq strukturları relyefdə əks olunan epigeosinklinal Q. d. (Qafqaz, Alp və s.); 2) platformaların qırışıqlı özülünün dislokasiyaya uğraması nəticəsində əmələ gələn Q. d.. Onların oroqrafik ünsürləri adətən tektonikaya uyğun gəlir (Tyan-Şan, Altay və s.).
Qədim dağlar
Qədim dağlar (rus. древние горы, ing. old mountains) — qırışıq strukturu qədim (alpa qədərki) qırışıqlıq epoxalarında yaranmış və sonrakı orogenezlər nəticəsində dəfələrlə mürəkkəbləşmiş dağlar. Qədim dağlar morfoloji baxımdan yeni və müasir tektonik hərəkətlər nəticəsində cavanlaşa bilər. (məs: Baykal dağlıq vilayətinin dağları).
Yenidən Səfərə (1972)
Rejissor: Əhməd Abdullayev
Yenidən başlatmaq düyməsi
Yenidən başlatmaq düyməsi (ing. Reset button) – elektrik enerjisiylə təchizatı kəsmədən kompüteri yenidən başlatmaq üçün nəzərdə tutulmuş düymə. IBM əsaslı kompüterlərin əksəiyyətində yenidən başlatmaq düyməsi sistem blokunun qabaq panelində yerləşir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yenidən giriləbilən kod
Reentrant code ~ реентерабельный код ~ yineli girilebilen kod ~ yenidən giriləbilən kod – bir neçə proqramın eyni zamanda istifadə edə bildiyi proqram kodu. Məsələn, hansısa proqram yenidən giriləbilən kodu icra edən zaman başqa bir proqram onun icrasını durdura bilər və sonra onu birinci proqram üçün yenidən başlada, yaxud kəsildiyi yerdən davam etdirə bilər. Əməliyyat sisteminin xidməti proqramlarının çoxu yenidən giriləbilən kod kimi yaradılıb ki, bu da bütün çalışan proqramlara xidmət etmək üçün onun təkcə bir kopyasını yaddaşa yükləməyə imkan verir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Almaniyanın yenidən birləşdirilməsi
Almaniyanın birləşdirilməsi (alm. Deutsche Wiedervereinigung‎) və ya vahid Almaniyanın bərpası (alm. Herstellung der Einheit Deutschlands‎) — 3 oktyabr 1990-cı ildə AFR konstitusiyasına əsasən, ADR-Qərbi Berlinin AFR-in tərkibinə daxil olması ilə vahid Almaniya Federativ Respublikasının yaradılması. Proses 2 may 1989-cu ildən 15 mart 1991-ci ilə qədər davam etmişdir. Almaniyanın birləşdirilməsinin elan edildiyi gün Alman Birlik Günü elan edilmiş (alm. Tag der deutschen Einheit‎) və bundan sonra milli bayram kimi qeyd edilməyə başlanmışdır. Birləşmə prosesinin bir parçası kimi Berlin şəhərinin şərq və qərb hissələri də bir şəhər halında birləşdirilmiş və sonda ölkənin paytaxtı olmuşdur. Almaniya Sosialist Birlik Partiyası tərəfindən idarə edilən Şərqi Almaniyanın hökuməti 2 may 1989-cu ildən etibarən sarsılmağa başlamışdı. Bu tarixdə Macarıstan Avstriya ilə olan sərhədini açmış və bu Dəmir Pərdədə "dəlik açılmasına" səbəb olmuşdu. Sərhəd hələ də qounurdu, lakin Panavropa pikniki və Şərq blokuna məxsus olan ölkələrin qətiyyətsiz reaksiyası qarşısıalınmaz hərəkatın işə düşməsinə səbəb oldu.
Yenidən Birləşmə Günü
Yenidən Birləşmə Günü (vyet. Ngày Thống nhất), həmçinin Qələbə Günü (Ngày Chiến thắng), Qurtuluş Günü (Ngày Giải phóng və ya Ngày Giải phóng miền Nam) və ya rəsmi adı ilə Cənubun Qurtuluşu və Milli Birləşmə Günü (Ngày Giải phóng miền Nam, thống nhất đất nước) — Vyetnamda 30 aprel 1975-ci ildə Şimali Vyetnam və Vyetkonq qüvvələrinin Cənubi Vyetnamın paytaxtı Sayqonu (indiki Hoşimin şəhəri) ələ keçirməsi və bununla da Vyetnam müharibəsinə son qoyması hadisəsini qeyd edən dövlət bayramı. Hadisə milli seçkilərdə baş verən birləşməyə doğru keçid dövrünün başlanğıcı olmuşdur. 2 iyul 1976-cı ildə yenidən birləşmə üçün keçirilən milli seçki nəticəsində Cənubi Vyetnam və Şimali Vyetnam birləşməsindən müasir Vyetnam yaranmışdır. Bəzi xaricdəki Vyetnam icmalarında bu gün Sayqonun süqutu, Qara Aprel (Tháng tư đen), Milli Utanc Günü (Ngày quốc nhục) və ya Milli Nifrət Günü (Ngày quốc hận) kimi qeyd olunur.
Yenidən Rifah Partiyası
Yenidən Rifah Partiyası və ya qısaca YENİDEN REFAH (həmçinin YRP) — Türkiyə Respublikasında 23 noyabr 2018-ci ildə Fatih Ərbakanın rəhbərliyində qurulan Milli Görüş ideologiyasında fəaliyyət göstərən sağ yönümlü, islamçı siyasi partiya. Onun rəsmi abbreviaturası partiya nizamnaməsinə görə "Yenidən Rifah"dır.
Dağlar Oğlu (1965)
== Məzmun == Bu film sonradan həkim olan çoban haqqında hekayədir.
Kordilyer (sıra dağlar)
Kordilyer — (rus. кордильера, ing. cordillera) fiziki coğrafiya və geomorfologiyada ümumi məfhum olub, müəyyən məsafədə uzanmış və müəyyən dərəcədə paralel dağ silsilələrini ifadə etmək üçün istifadə edilir (ona bitişik dərələr, hövzələr, platolar, düzənliklər, yaylalar, çaylar və göllərlə birlikdə). Kordilyerlərin ayrı-ayrı hissələri müxtəlif istiqamətli ola bilər, lakin əsas istiqamət bir olur (mis: Cənubi Amerikada And paralel dağ sistemləri). Məfhum Cənubi Amerikada ayrılıqda dağ sistemlərini ifadə etmək işlədilir.
Qara dağlar (Qafqaz)
Qara dağlar (rus. Черныя Горы, Черныя горы) — Qafqazdakı dağların tarixi adıdır, oronim Böyük Qafqaz dağ sisteminin şimal yamacı boyunca uzanan dağ silsilələrini əhatə edir. Bunlar əsasən Qafqaz silsiləsinin şimalına paralel olaraq, Kuban çayının mənsəbindən Sulak çayına qədər uzanan dağ silsilələri (qısa silsilələr), yaylalar, təpələr zənciri və ayrılmış zirvələrdir. Elmi və publisistik ədəbiyyatda oronimlərin yayılma sərhədləri haqqında dəqiq fikir yoxdur. Rusiya imperiyası dövrünün oroqrafik sistematikasında Qara dağlar Böyük Qafqazın üç iri silsiləsi - Qayalı, Pastbiş və Lesisti kimi başa düşülürdü. Sovet dövründə Qara Dağlara yalnız iki oroqrafik vahid - Pastbiş və Lesisti silsilələri aid edildi, Qara dağların sərhədləri qərbdə və xüsusən şərqdə qısalırdı. Bir sıra sovet və müasir tədqiqatçılar, eləcə də yerli əhali, ümumiyyətlə Qara dağlar adından yalnız Meşə silsiləsi üçün istifadə edir (bu xüsusən Çeçenistandakı Qara dağlar hissəsinə aiddir). Bu gün "Qara dağlar" tarixi adının lokalizasiyası Rusiya əraziləri: Krasnodar diyarı, Adıge, Qaraçay-Çerkesiya, Stavropol, Kabarda-Balkariya, Şimali Osetiya, İnquşetiya, Çeçenistan və Dağıstan boyunca uzanan bir sıra silsilələri əhatə edir. Qara dağların sərhədlərinin fərqli anlaşılması səbəbindən bir çox qaynaq fərqli morfometrik xüsusiyyətlərini göstərə bilər. Qara dağların zirvələri, meşə sərhədi ilə məhdudlaşaraq, qar xəttinin və ya yüksək alp çəmənliklərinin səviyyəsinə çatmır.