Və bağlayıcısı ərəb mənşəlidir, bizdə onun yerinə ma(mə) bağlayıcısı olub. Az-maz (az-ma-az), darmadağın (dar-ma-dağın) sözlərində özünü saxlaya bilib. Birbəbir, yerbəyer, cürbəcür sözlərindəki bə hissəsi də həmin ma(mə) bağlayıcısının qalıqlarıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)