Etimoloji cəhətdən düzəltmə sözdür. Kökü yoğfeildir, yoğmaq “dolmaq” anlamında işlədilib. Yoğun sifətdir “üstün” “yaxın”, “sərin” sözlərinin qəlibi üzrə yaranıb və “dolu”, “kök”, “diametri böyük” deməkdir. İndi yoğun və qalın sözlərinin hər ikisinin antonimi kimi nazik sözündən istifadə edir və səhvə yol veririk. Nazik kəlməsi yoğun sözünün antonimidir, qalın sözününkü isə yuxa sözüdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)