YOĞUN

sif.
1. Həcmcə, en etibarilə böyük, geniş olan; qalın. Yoğun ağac. Yoğun ip.
// Kök, dolğun, ətli-canlı. Yoğun adam.
– Bir kişi küçədə getdiyi yerdə görür ki, filan övrətin topuqları ağdır və yoğundur. C.Məmmədquluzadə.
Qarnı yoğun, boynu da dam tiridir; Ruhu ölüb, nəfsi hələ diridir… M.Ə.Sabir.

2. Qalın. Yoğun səs.
[Cahandar ağanın] yoğun, zəhmli səsi eşidildi. İ.Şıxlı.

3. məc. Qaba, kobud, yontalanmamış, tərbiyəsiz; qanmaz, kütbeyin.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YOĞUN yoğun bax 1. kök I; 2. qalın 1
  • YOĞUN qalın
  • YOĞUN kök — dolğun — ətli — canlı
  • YOĞUN qaba — kobud — qanmaz — kütbeyin

Antonimlər (əks mənalı sözlər)

  • YOĞUN YOĞUN – ARIQ Arabaçı yoğun bir kişi idi (Ə.Əbülhəsən); Onun o mehriban kənd qızının arıq, düz, millər kimi cəlb edən barmaqlarını aşkar görürdü (Mir C

Etimologiya

  • YOĞUN Etimoloji cəhətdən düzəltmə sözdür. Kökü yoğfeildir, yoğmaq “dolmaq” anlamında işlədilib. Yoğun sifətdir “üstün” “yaxın”, “sərin” sözlərinin qəlibi üz
YOĞRULMUŞ
YOĞUNBALDIR
OBASTAN VİKİ
Yoğun bağırsaq
Yoğun bağırsaq ya arxa bağırsaq — lat. intestinum crassum 1,5 metr uzunluğunda olub, üç hissəyə bölünür: Kor bağırsaq — lat. cecum (intestinum caecum - BNA); Çənbər bağırsaq — lat. colon; Düz bağırsaq — lat. rectum (intestinum rectum - BNA).Zahiri şəkli uzun konusa bənzəyir və eni yuxarıda 7 və aşağıda 4 sm-ə çatır. Yoğun bağırsaq xaricində olan zolaqlar — lat. teniae coli, çömçələr — lat. haustra coli, köndələn şırımlar — lat. sulci transversi və piy artımları (çıxıntıları) — lat. appendices epiploicae vasitəsilə nazik bağırsaqdan ayrılır.
İnsanın yoğun bağırsağı
Yoğun bağırsaq (lat. intestinum crassum) ― insanın həzm yolunun aşağı, son hissəsi. O, bağırsaqların distal hissəsini təşkil edir və burada nəcis yaranır. == Haqqında == === Quruluşu === İnsanın yoğun bağırsağı 1.5–1.7 metr uzunluğundadır. Onun diametri proksimal hissədə 6–7 sm-dir, distal istiqamətdə kiçilir və 4 sm-ə çatır. Xarici əlamətlərə görə nazik bağırsaqdan fərqlənir. Yoğun bağırsağın üzərində 3 ədəd çənbər bağırsaq zolağı (lat. taeniae coli) var: çöz zolağı (lat. taeniae mesocolica); piylik zolağı (lat. taeniae omentalis); sərbəst zolaq (lat.
Yonca yoğunayağı
Yonca yoğunayağı (lat. Bruchophagus gibbus) — Buğumayaqlılar tipinin Pərdəqanadlılar dəstəsinin Yoğunayaqlılar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Yetkin yonca yoğunayağı 2 mm böyüklükdə həşəratdır. Bədəni qara rəngli olub, ayaqlarının baldır və pəncələri sarıdır. Bığcığı 8 buğumludur. Əsas buğum o birilərinə nisbətən xeyli uzundur. Saplaqlı qarıncığa malikdir. Qarıncıq yumurtavarıdır, parlaqdır. Qanadları şüşə kimi şəffafdır və kənarlarında külli miqdarda tükcüklər vardır. Yumurtası olduqca kiçik (0,04 mm uzunluqda, 0,02 mm enində) olub, ovalvarı, yarımşəffaf və saplaqlıdır.
Yoğunbulaq
Yoğunbulaq — Azərbaycan Respublikasının Tovuz rayonunun Sarıtala kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd öz adını yaxınlığındakı bulağın adın­dan almışdır. Bulağın adı isə "gursulu bulaq" mənasındadır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Yoğunbulaq kənd kitabxana filialı fəaliyyət göstərir. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə Yoğunbulaq kənd tibb məntəqəsi yerləşir.

Digər lüğətlərdə

або́рт вздуть вы́холиться зати́рочный легкорани́мый непоря́дочность одопи́сец сороко́вка страше́ние таксомото́р хлебофура́ж дозво́лить дока́рмливать пи́льщик подвыва́ть проспирто́вывать фальце́тность autologous barbican gulf vox, et praeterea nihil world-weary ремень слепота услать