yukagir
yukka
OBASTAN VİKİ
Yukagirlər
Yukagirlər (özlərini Detkil, Odul, Badu, alay) — Şərqi Sibirdə yayılmış xalq. Şimal-şərqi Sibirin köklü xalqlarındandırlar. "Yukagirlər" adı nədən irəli gəldiyi bilimir. Ola bilsin ki, bu adı onlara ruslar varmişlər. Bu ad XX əsrdə rəsmiləşmişdir. Ənənəvi məşğuliyyətləri — Balıqçılıq, Maralçılıq, vəhşi heyvanların ovlanması və xizək qoşqu itlərinin yetişdirilməsi. == Sayları və yayılması == 2002-ci ildə əhalinin siyahıya alınması zamanı 1509 nəfər olmaları müəyyənləşmişdir. Yukagirlər əsasən (Kolıma çayı hövzəsində) Saxa (1097 nəf.), Çukot Muxtar Dairəsi (185 nəf.), Maqadan vilayəti (79 nəf.), Novosibirsk vilayəti (1 nəf.(2013 il)). Saxa ərazisində Yukagirlər kompakt şəkildə "Оlerindki Suktul" Nijnekolımski rayonunda (Nijnekolımski ulusu) yayılmışlar 2002-ci ilə olan yayılma arealı və sayları Saxa Respublikası: Andryoşkino kəndi — 197 nəf. Yakutsk şəhəri −189 Nelemnoye kəndi — 181 Yakugirlərin illərə görə sayları: == Dili == Yakugirlər öz növbəsində iri qəbilələrə bölünürdü.