yunyuyan
yupyumru
OBASTAN VİKİ
Yupiter
Yupiter (planet)
Seylor Yupiter
Seylor Yupiter (セーラージュピター, Sērā Jupitā) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Makoto Kinodur. (木野 まこと, Kino Makoto) Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Yupiter Usaqi Tsukino tərəfindən tapılmış 3-cü Seylor döyüşçüsüdür. Komandanın ən uzun boylu (168 sm) və ən güclü üzvlərindən biri olduğundan komandanın "vuran qolu"dur. Planeti Yupiterin verdiyi güc sayəsində Makoto elektriki və bəzi bitki növlərini idarə etmək, şimşək çaxdırmaq gücünə sahibdir. Seylor Yupiter ilk dəfə manqanın 5-ci aktında, orijinal animenin 25-ci seriyasında, ikinci animenin ("Sailor Moon Crystal") 5-ci seriyasında görünmüşdür. Bir çox videooyunda yer almışdır. "Seylor Mun" manqasından başqa Seylor Yupiter özündən bəhs edən "Makonun depressiyası" manqasında da yer almışdır. Makoto Kino personajı baş tutmayan "Codename: Sailor V" animesində yer alması üçün təklif edilmişdir, lakin onun üçün ilk öncə Mamoru Çino adı təklif olunmuşdur.
Yupiter (dəqiqləşdirmə)
Yupiter (planet)
Yupiter (ilahə)
Yupiter (lat. Iuppiter) — Qədim Roma dinində səmavi işığın, yağışın və göy gurultusunun baş tanrısı, Roma dövlətinin mərkəzləşmiş panteonunun rəhbəri. Yupiter bütün dünyanın hakimi və hökmdarı kimi təsəvvür edilirdi. E. ə. VI əsrdə Romada Kapitoli təpəsində Yupiter ibadətgahı tikilmişdir. Onun şərəfinə dövlət bayramları - sentyabrda Roma oyunları, noyabrda plebel və Kapitoli oyunları keçirilirdi. Yupiter Yunan mifologiyasındakı Zevslə eyniləşdirilir. Yupiter sözünün mənşəyi ehtimal ki Zevs + pator birləşməsindən yaranmışdır. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Yupiter (mifologiya)

Yupiter — Günəş sistemində Günəşdən məsafəsinə görə beşinci, böyüklüyünə görə birinci planet. Yupiter Günəşin kütləsinin mində birinə bərabər olsa da, digər planetlərin cəmi kütləsindən 2,5 dəfə çox kütləyə malik qaz nəhəngidir. Yupiter qədim dövrlərdən etibarən astronomlara məlumdur. Adının mənşəyi Roma mifologiyasında baş tanrı hesab olunan Yupiterdən qaynaqlanır. Yupiter Yerdə kölgə yarada biləcək qədər parlaq işığa sahibdir. Gecə səmasında Ay və Veneradan sonra parlaqlığına görə üçüncü təbii səma cismidir. Yupiter əsasən Hidrogendən təşkil olunsa da, kütləsinin dörddə birini Helium təşkil edir. Yupiter digər qaz nəhəngləri kimi qayalıq səthə malik deyildir, ancaq bərk maddələrdən təşkil olunmuş nüvəyə malik olması ehtimal olunur. Öz oxu ətrafında sürətlə dövr etməsi səbəbindən planet qütblərdən basıq, ekvatordan qabarıqdır. Planetin xarici atmosferi müşahidəsi mümkün olacaq şəkildə zolaqlara ayrılmış tərkib hissələrindən ibarətdir və bu bölmələrin kəsişmə sərhədlərində qasırğalar müşahidə olunur.
Yupiter (tanrı)

Yupiter planeti

Yupiter (aerobatika eskadronu)
Yupiter Aerobatika Komandası (YAK) (ing. Jupiter Aerobatic Team (JAT)) İndoneziya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün 6 ədəd KAI KT-1 Woongbi təyyarəsi istifadə olunur. Təyyarələr ağ və qırmızı rənglərə boyanmışdır. Təyyarələr ağ tüstü generatorları ilə təchiz olunub. 1996-cı ildə BAE Systems Hawk təyyarələri istifadə edən ilk komanda yaradılmışdır. Komandanın ilk uçuşu 1997-ci il 23 sentyabrda baş tutmuşdur. 2001-ci ildə Elang Biru eskadronu ilə birləşdi və Mavi Yupiter adlanmağa başladı. 90-cı illərdə baş verən iqtisadi böhrana görə həmin komanda da ləğv olundu. 2008-ci ildə Yupiter Aerobatika Komandası yenidən quruldu və ilk ictimai uçuş noyabr ayında baş tutdu.
Yupiter məbədi (Split)
Yupiter məbədi (xorv. Jupiterov hram) — Xorvatiyanın Split şəhərində qədim Roma tanrısı Yupiterə həsr olunmuş məbəd. Diokletina sarayının qərbində, imperiya kompleksinin mərkəzi meydanında yerləşir. Məbəd 295–305-ci illər arasında, sarayın inşası zamanı tikilmişdir və ehtimal ki, 6-cı əsrdə Vəftizçi İohanın Vəftizxanasına çevrimişdir. Məbədin girişinin qarşısında Misirdən İmperator Diokletian tərəfindən gətirilən on iki sfiksdən biri yerləşir. Şotlandiya memarı Robert Adam bu məbədi Avropanın ən gözəl abidələrindən biri hesab edirdi. Yupiter məbədi 295-305 arasında Diokletina sarayı ilə birlikdə inşa edilib. Məbəd ali Roma tanrısı və Diokletinanın "ilahi atası" Yupiterə həsr olunmuşdu. Məbəd sarayın qərb, dini hissəsində yerləşir. İmperator 305-ci ildə gözlənilmədən taxtdan imtina etdi və sarayın tikintisinin dayandırılması ilə əlaqədar məbədin hissələri də yarımçıq qaldı.
Yupiter və İo
Yupiter və İo — Renessans dövrü İtaliya rəssamı Antonio Korrecionun çəkdiyi rəsm əsəri. Əsər hazırda Avstriyanın Vyana şəhərindəki Kunsthistorisches Muzeyində saxlanılır.
Avropa (Yupiterin peyki)
Avropa, Yupiter II — Yupiter planetinin Qaliley peykləri arasındaki ən kiçiyi. Günəş sisteminin ən böyük altıncı təbii peyki. Avropa 1610-cu ildə Qalileo Qaliley tərəfindən kəşf edilmişdir. Yunan mifologiyasındakı ekvivalenti Zevs olan Roma tanrısı Yupiter tanrısının məşuqəsi Europa şərəfinə adlandırılmışdır. Aydan bir qədər kiçik olan peyk əsasən silikat daşdan, səthdə su-buz qarışıq qabıqdan və böyük ehtimalla dəmir-nikel nüvədən ibarətdir. Çoxu oksigendən ibarət seyrək atmosferə sahibdir. Avropanın səthi çat və cızıqlarla örtülmüşdür. Kosmosdaki əksər qatı planetlərin əksinə kraterleri çox azdır. Günəş sistemində bilinən obyektlər içərisində ən hamar səthə sahib olan kosmik obyektdir. Aparıcı bir nəzəriyyəyə görə Yupiterin nəhəng cazibə qüvvəsi altında Avropa dövri deformasiyaya uğrayır.
Kallisto (Yupiterin peyki)
Kalisto — Günəş sistemində Yupiter planetinin ikinci ən böyük peyki. == Haqqında == Kallisto Yupiterin ən böyük 2-ci, Günəş sisteminin isə 3-cü ən böyük təbii peykidir. 1610-cu ildə Qalileo Qaliley tərəfindən kəşf edilən və bu səbəbdən Qaliley peyklərinə aid edilən Kallisto bu qrupun ən uzaqda yerləşən peykidir. Günəş sistemində ən çox kraterə sahib göy cismidir. Səthi son 4 milyard ildə heç dəyişməmişdir.
Yupiterin halqaları
Yupiterin həlqələri — Bu günə qədər yalnız Saturnun halqaları olduğu bilinirdi. Başqa planetləri ziyarət edən kosmik gəmi Pioner 10 Yupiterin həlqələri olduğunu sübut etdi. Saturnun həlqələri kimi Yupiterin həlqələri də tozdan ibarətdir.
Yupiterin həlqələri

Yupiterin peykləri
Yupiterin 66 peyki var. Bu Günəş sistemi üçün maksimal nəticədir. Yupiterə ən yaxın peyk Metisdir.Ən uzaq peyk isə S/2003 J2-dir.Yupiterin və Günəş sisteminin ən böyük peyki Qanimed-dir.Bu peyk Merkuri planetindən böyükdür.Yupiterin 4 ən böyük peyki var. Bunlar Qanimed, Kallisto, İo və Avropadır. Jüpiterin bilinən 63 ədəd təbii peyki vardır. Bu peyklər orbitləri, ölçü və fiziki xüsusiyyətləri, və bu məlumatlara görə təxmin edilə biləcək meydana gəlmə mexanizmləri ilə çox böyük müxtəliflik göstərməkdədir. Jüpiterin, halqaları, maqnetik sahəsi və peykləri ilə birlikdə meydana gətirdiyi və kiçik bir günəş sistemini xatırladan bu kompleks quruluş, Günəş Sisteminin təkamülünü aydınlatabilecek çox sayda ipucları barındırmaktadır.Jüpiter 'in peykləri, yarı böyük oxu 128.000 ilə 28,5 milyon km arasında dəyişən çox geniş bir orbit yelpiyinə dağılmış vəziyyətdədirlər. Planetə bilinən ən yaxın peyk 1,79 RJ (Yupiter radiusu) uzaqlıqdakı orbiti ilə, Yupiter buludlarının yalnız 56.000 km üzərində yol alan Metis'tir. Bilinən ən uzaq peyk isə, 200 RJ yarıçapındaki orbiti ilə hələ rəsmi olaraq adlandırılmamış S/2003 J2 müvəqqəti adlı kiçik uydudur. Daxili orbitlərdə iştirak edən peyklər, Yupiterin ekvator müstəvisinə görə eğikliği yox deyiləcək qədər az və eyni şəkildə dışmerkezliği çox kiçik olan orbitlər zülmü səbəbiylə 'nizamlı peyklər' olaraq adlandırılar, və bu xüsusiyyətləri peyklərin Yupiterin meydana gəlməsi əsnasında meydana gəldiklərini düşündürər ..
Yupiterin yüksəlişi
Yupiterin yüksəlişi (ing. Jupiter Ascending) — Vaçovski qardaşları tərəfindən süjet xətti yazılmış, rejissorluğu və prodüserliyi edilmiş 2015-ci il istehsalı olan kosmik opera filmidir. Qardaşlar Matrix seriyasından sonra ilk dəfə olaraq bu filmlə elmi fantastika janrına yenidən qayıtmışdırlar. Filmin Rusiyada premyerası 5 fevral 2015-ci ildə baş tutmuşdur.

Digər lüğətlərdə