Zəbanilər
Zəbanilər (ərəb. الزبانية) — islam esxatologiyasında, cəhənnəm mələkləri və ya ölüm zamanı ruhları aparan mələklər . Adları Quran kitabının Ələq surəsində keçir: "Biz də zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq!". Təhrim surəsi (azərb. Qadağan edilmə) sərt və güclü mələklər haqqında bəhs edilir: "Allahın onlara verdiyi əmrlərə asi olamayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)". Muddəssir surəsinin 30-cu ayəsinə görə, Zəbani mələklərin sayı 19-dur.
İslam rəvayətinə əsasən, Zəbanilər mələkləri qandallar və zəncirlərlə günahkarları qarşılayacaqlar. Mələklər onları dəmir kötəkləriylə döyəcəklər və hər dəfə onlar oradan çıxmaq istəyəndə mələklər onları geri qaytaracaqlar.
== İstinadlar ==
== Ədəbiyyat ==
A. Jeffery. The foreign vocabulary of the Qurʾān.