zəif rəsm əsəri (solğun, cansız rəsm əsəri)

a picture utterly devoid of inspiration * бездарная картина
zəif əsər
zəif yerini bilmək, bir kəsin zəif yerini bilmək
OBASTAN VİKİ
Rəsm əsəri
Rəssamlıq — təsviri incəsənətin ən qədim növlərindən biri olub. Sərt və yumşaq kətana rənglərin çəkilməsi, rəqəm texnologiyası və xüsusi texnologiyalarla real predmetə və canlıya oxşar vizual təsvirin yaradılması. Rəssamları digər sənət adamlarından fərqləndirən bir çox xüsusiyyətləri var. Ən əsası odur ki, onlar gözlə görünməyən obrazları belə, cızırlar. Rəssamlıqda real aləmin həcmi, rəngi, məkan, əşyaların maddi forması, işıq və hava mühiti və s. kimi gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlər canlandırılır. Rəssamlıq sənətinin əsas əlamətləri obrazlıq, emosionallıqdır. Bu əsərlərin obrazları ideya və mövzunun, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Bədii obrazın bu komponentləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv, ritm kimi təsvir və ifadə vasitələri ilə konkretləşdirilir. Rəssamlıq sənəti bədii-estetik funksiyaların çoxcəhətliliyi ilə bağlı müxtəlif növlərə bölünür: monumental rəssamlıq; dekorativ rəssamlıq; teatr-dekorativ rəssamlığı; miniatür rəssamlıq; dəzgah rəssamlığı.
Ana (rəsm əsəri)
Ana — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1966-cı ildə çəkdiyi rəsm əsəri. Azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1966-cı ildə çəkdiyi "Ana" rəsmində üzü qırışlı bir qadın təsvir olunub. O bu portret üçün öz dayəsini model seçib. 1930-cu ilin sonlarında Toğrul Nərimanbəyovun atası Fərman Nərimanbəyov Avropada təhsil almış digər azərbaycanlılar kimi represiyyaya məruz qalır və Sibirin Marinski şəhərinə sürgün edilir. Daha sonra anası da həbs edilərək sürgün edilir. Toğrul Nərimanbəyov bir müddət anası ilə birgə həbsdə yaşayır. Daha sonra məktəbə başlayır və səhərlər dərsə gedib axşam yenidən həbsxanaya qayıdaraq çətin şəraitdə təhsil alır. 1941-ci ildə Fransa Almaniya tərəfindən işğal olunarkən Toğrul Nərimanbəyovun anası İrma xanımın qarşısına Fransa vətəndaşlığından çıxması əks halda sürgün edilməsi şərti qoyulsa da o vətəndaşlıqdan çıxmayaraq əvvəlcə Qostanaya daha sonra Səmərqəndə sürgünə göndərilir. Valideynləri həbsdə olduğu bu illərdə Toğrul və qardaşına Polyak əsilli dayələri Anna Andreyevna baxır. Əsərdə rol modeli məhz Anna Andreyevnadır.
Fillər (rəsm əsəri)
Fillər (isp. Los Elefantes) — ispan sürrealist rəssam Salvador Dali tərəfindən çəkilmiş rəsm əsəri. Fillərə Dalinin əsərlərində tez-tez rast gəlinir. Onun "Bir narın ətrafında uçan arının səbəb olduğu yuxudan oyanmadan bir saniyə əvvəl", "Müqəddəs Antoninin cazibəsi" və "Filləri əks etdirən qu quşları" əsərlərində fillərə rast gəlinir. "Fillər" sadə arxa fona sahib olması və digər mövzuların çatışmazlığı ilə Dali tərəfindən çəkilmiş heyvanların əsas fokus nöqtəsi olduğu digər əsərlərdən fərqlənir. Belə ki, Dalinin bir çox əsərlərində çoxlu detallar və maraq nöqtələri mövcuddur. Məsələn, "Filləri əks etdirən qu quşları" əsəri "Fillər" ilə müqayisədə Dalinin repertuarında daha çox tanınır. Leyləkayaqlı fil Dalinin yaradıcılığında ən məşhur simvollardan biridir və İspaniyada yerləşən Dali muzeyinin divarlarını bəzəyir. Fillərin müxtəlif mədəni təsvirləri vardır. Onlar tez-tez iri cüssə və çəkilərinə görə güc və üstünlük simvolu kimi qəbul edilir.
Suquzğunu (rəsm əsəri)
Suquzğunu — holland rəssam Vinsent van Qoqun kətan üzərində yağlı boya ilə çəkdiyi rəsm əsəri. 1886-cı ilin iyul-dekabr aylarında Parisdə çəkilən rəsm əsəri indi Hollandiyanın Amsterdam şəhərində, Van Qoq Muzeyində saxlanılır. Əsərdə bataqlıqdakı bir suquzğunu təsvir edilir. Quş rəsm əsərinin sağına baxır. Vinsentin adı rəsmin aşağı sol küncündə qeyd olunub.
Yaylaqda (rəsm əsəri)
Yaylaqda — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1966-cı ildə çəkdiyi rəsm əsəri. Toğrul Nərimanbəyovun 1966-1967-ci illərdə çəkdiyi Yaylaqda rəsm əsərində rəssam yaylağı təsvir edib. Rəsm əsərinin mərkəzində xalçanın üzərində iki qadın əyləşib, onlardan arxada isə yüklənmiş arabalar, ön planda isə qoyunla birlikdə papaqlı oğlan təsvir edilib. Nurəddin Həbibov qeyd edir ki, Nərimanbəyov özünün bu əsərində digər rəsmlərində olduğu kimi rənglərin ən yüksək emosionallığına çatıb. Sənətşünas İvan Qorin yazır ki, bu rəsm əsərində fırça burulur, şişir hərəkət edir, mübarizə aparır həyatın mübarizə nəticəsində güclü olduğunu təsdiq edir. Cisimlər elastik rənglər isə şəndir.
İntihar (rəsm əsəri)
İntihar (fr. Le Suicidé) ― Eduard Mane tərəfindən 1877-1881-ci illər arasında tamamlanan kiçik yağlı boya tablosu. Manetin yaradıcılığı çərçivəsində rəsm çox az tədqiq edilmişdir, çünki sənət tarixçiləri Manet sənətinin inkişafı çərçivəsində əsərə yer tapmaqda çətinlik çəkmişlər. Rəsmin təsviri məzmunu yenicə özünü güllələmiş kimi görünən bir adamla - çarpayıda əyilmiş halda hələ də əlində silah tutan - və bir neçə mebel parçası ilə məhdudlaşır. Manet intiharın əvvəlki təsvirlərini sildi və heç bir hekayə məzmunu və ya "mənəviləşdirmə meyli" təmin etdi. Ulrike İlq tablonu Qustav Kurbetin realizmi ilə əlaqələndirərək qeyd edir ki, Kurbet Ornanda dəfn (1849–50) əsərində də ölüm təsvirindən istifadə edib, bu əsər Kurbet sonralar onu yeni bədii yanaşmasının başlanğıcı kimi təsvir edib. Le Suicidé-nin realizmi, onun faktiki intiharı təsvir etdiyinə dair fərziyyələri gücləndirdi, lakin mövzu, əgər varsa, məlum deyil. Fərziyyələr on ildən çox əvvəl Manetin studiyasında intihar edən Manetin köməkçisi ilə bağlı idi. Rəsmlə əlaqəli olması təklif edilən başqa bir intihar Emil Zolanın 1866-cı ildə yazdığı bir rəssamın intiharıdır. Son tənqidçilər bu assosiasiyaları kiçik hesab edirlər.
İnəklər (rəsm əsəri)
İnəklər — 1890-cı ilin iyul ayında Over-syür-Uazda, Vinsent Van Qoq tərəfindən həkim Gachetin evində olduğu müddətdə çəkilən rəsm əsəridir. Əsər, əvvəllər başqa sənətkarlar tərəfindən çəkilmiş bəzi köhnə əsərləri yenidən çəkməyə cəhd edən Van Qoqun digər nüsxələrindən biridir. "İnəklər" rəsm əsəri indi Pala de Beaux-Arts de Lildə qorunub saxlanılır.
Müttəfiqlər (rəsm əsəri)
Müttəfiqlər — 1914-cü ildə rəssam Raul Dafi tərəfindən yaradılmış mənzərəli rəsm əsəridir. Bu rəsm əsərində müttəfiq ölkələrə uyğun olaraq altı müttəfiq əsgər və onların atları təsvir edilmişdir. Hadisə buludlu, ancaq günəşli, gül dəstələri ilə bəzədilmiş və altı müttəfiq millətlər təşkilatının bayraqları əhatəsində baş tutur. Müttəfiq ölkələr isə bunlardır: Yaponiya, Böyük Britaniya, Belçika, Rusiya, Serbiya və Fransa. Parlaq rəngləri, ornamentləri, stilizə obrazları populyar olan əsər insanı özünə cəlb edir. Bu sənət əsərinin nümayişi Centre national d'art et de culture Georges-Pompidouda həyata keçirilir.
Delft mənzərəsi (rəsm əsəri)
Delft mənzərəsi—hollandiyalı rəssam Yan Vermeerin 1660–1661-ci illərdə yağlı boya ilə çəkdiyi rəsm əsəri. Hollandiyalı rəssamın öz doğma yurdunu təsvir etdiyi rəsm onun ən çox sevilən əsərləri arasında yer alır. Rəssamın nadir mənzərə əsərlərindən biri olan rəsm 1822-ci ildən bəri Mauritşuis muzeyinin kolleksiyasındadır. Tablo 2011-ci ildə Royal Dutch Mint tərəfindən buraxılmış qızıl və gümüş xatirə sikkələrinin üzərində təsvir olunmuşdur. Tablodan Marsel Prustin İtirilmiş zamanın izində adlı romanında da istifadə olunmuşdur. Marsel Prust xüsusilə Delft mənzərəsi əsərini bəyənmiş və əsəri ilk dəfə gördükdə bu sözləri demişdir: İş üzrə texniki analiz Vermeerin bu rəsm üçün məhdud piqment seçdiyini göstərir. Tünd göy, aşıboyası, alizarin rəsmdə istifadə olunmuş əsas materiallardır. Digər tərəfdən rəsmin çəkilmə texnikası çox diqqətlidir.
Göyçay bağlarında (rəsm əsəri)
Göyçay bağlarında — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1965–1966-cı illərdə çəkdiyi rəsm əsəri. Toğrul Nərimanbəyovun çəkdiyi Göyçay bağlarında rəsm əsərində xalçanın üzərinə sallanmış nar ağacının meyvəli budaqları təsvir olunub. Sağ aşağı küncdə isə vedrə çəkilib. Sonradan bu əsər Azərbaycan SSR Mədəniyyət Nazirliyinin mülkiyyətinə keçib. Bu şəkildən həm də Böyük Sovet Ensiklopediyasında Toğrul Nərimanbəyov haqqında yazılmış məqalədə də illustrasiya kimi istifadə olunub. Aleksandr Kamenskiy yazır ki, bu rəsm əsəri peyzaj və ya natürmort adlandırıla bilməz çünki burada açıq qeyd olunmuş məkan, təbiət alət dünyasının elementar proporsional əlaqələri yoxdur. O qeyd edir ki, kompozisiya şaquli oxa uyğun olaraq ən azad və qəribə bir şəkildə ayrı ayrı detalları, meyvələri, çiçəkləri, budaqları, səhəngi, xalçanı özündə birləşdirir. Kamenski həm də qeyd edir ki, şəkildə nə birbaşa nə də geri prespektiv yoxdur cisimlər şəklin tam mərkəzində möhkəmlənib və künclərə doğru kiçilir.
Həyat naminə (rəsm əsəri)
Həyat naminə — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1965-ci ildə çəkdiyi rəsm əsəri. Azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1963-1965-ci illərdə çəkdiyi müharibəyə qarşı, soyuq və sərt rəsm əsəri. Şəkildə həbs düşərgəsindən uşağı çıxarmaq üçün öz bədənləri ilə tikanlı məftilləri qoparan əsirlər təsvir olunub. 1965-ci ildə bu rəsm əsəri Bakıda keçirilmiş "Sülhün keşiyində" respublika bədii incəsənət sərgisində nümayiş etdirilmişdir. Nərimanbəyov bu əsərində insanların xoşbəxtliyi üçün canından keçmək qətiyyətini özündə göstərən fədakar igidlik mövzusunu davam etdirir. Həm də qeyd olunur ki həm tutumuna həm də rəsmin koloritinə görə alleqorik məzmun daşıyan bu əsər faşizm qurbanlarını da yad edir. Qriqoriy Anisimov yazır ki, rəsm əsərində həyəcanlı qəhrəmanlıq melodiyası səslənir. Və bu əsərdə Meksika monumentalistlərin təcrübəsi hiss olunur. Anisimov isə qeyd edir ki, bu rəsm əsərinin pafosu inqilabi romantikanın pafosudur.
Kartof yeyənlər (rəsm əsəri)
Kartof yeyənlər (nid. De Aardappeleters) — Vinsent van Qoqun Brabant dövrünə aid məşhur rəsm əsərlərindən biri. Nyüenendə yaşadığı dövrdə Van Qoq təbiətə və kənd həyatına yaxın olmağa çalışır. 1885-ci ilin aprelində qardaşı Teoya yazdığı məktubda o bildirir: "İstisna etmirəm ki, ömrümün sonunacan burada qalacağam. Mahiyyət etibarilə, mənim cəmi bir arzum var- kənddə yaşayıb kənd həyatını təsvir etmək". Elə həmin məktubda Van Qoq "Kartof yeyənlər" adlanan tablo çəkmək istəyini qardaşına bildirir, lakin o hələ əmin deyil ki, nahar yoxsa şam yeməyini təsvir edəcək, işıq gün işığı yoxsa lampa işığı olacaq. Bu tablonu rəssam 1885-ci ilin aprel-may aylarında Nyuenendə çəkmişdir. Lakin etüdlərlə üzərində iş hələ qışda başlanmışdı. "Kartof yeyənlər" tablosunda Van Qoq dostlaşdığı Qrootlar ailəsini təsvir etmişdir. De Qrootlar kəndli idilər.
Kaskina döyüşü (rəsm əsəri)
Kaskina döyüşü (it. Battaglia di Cascina) — italyan rəssam Mikelancelo tərəfindən 1506-cı ildə çəkilmiş, amma daha sonra itmiş rəsm əsəri. Mikelancelo bu əsəri yaratmaq vəzifəsini Florensiya dövlət adamı Pyero Soderini tərəfindən almışdır. Bu əsərin Köhnə sarayda Sinqusento divarında freska şəklində olacağı düşünülmüşdür. Əsərin qarşı divarınında isə Leonardo da Vinçi Anqiori döyüşünün rəsm etməli idi. İki döyüş də orta əsrlərdə Florensiyanın qazandığı ən əhəmiyyətli döyüşlər idi. Kaskina döyüşü 28 iyul 1364-ci ildə Florensiya ilə Piza arasında baş vermişdir və Florensiyanın qələbəsi ilə başa çatmışdır. Döyüş zamanı minlərlə pizalı öldürülmüş və 2000 əsir alınmışdır. Mikelancelo bu əsərini heç vaxt tamamlaya bilməmişdir, əvəzində üzərində kopiyaları olan kartonlar yaratdı. Kartonlar bir çox rəssam tərəfindən kopya edildi.
Mimozalı qadın (rəsm əsəri)
Mimozalı Qadın — Osman Hamdi Bey'in, həyat yoldaşı Marienin (sonrakı adıyla Nailə xanım) təsvir etdiyi 1906-cı il tarixli tablosudur. Osman Həmdi Bəy, bu əsərini digər hesabatlarının əksinə şərqşünas bir şəkildə deyil, Avropada görülən axınlara uyğun olaraq çəkmişdir. Fonda hər hansı bir detal və desen yerleştirmemiş, fonu yalnız fon funksiyası görməsi üçün istifadə etmişdir. Fransız olan yoldaşının geyimləri yenə tamamilə dövrün Fransız modasına uyğundur. Həyat yoldaşı, əlində sarı rəngli bir dəstə mimoza çiçəyi tutmaqdadır.
Müstəqilliyin yüzilliyi (rəsm əsəri)
Müstəqilliyin yüzilliyi (fr. Le centenaire de l'indépendance) — Məşhur postimpressionist rəssam Henri Russonun rəsm əsərlərindən biri.
Qəhvə evi (rəsm əsəri)
Qəhvə evi, Osman Həmdi Beyin 1879 tarixində çəkdiyi, natüralist və şərqşünas izlər daşıyan tablosudur. Pəncərənin önündəki divanda bir cür nargilə sayıla biləcək bir tütünü uzun bir çubuqla içən bir adam ilə ona Türk qəhvəsi gətirən bir qadın təsvir edilmişdir. Bu iki adamla birlikdə, məkanın betimlemesine də ağırlıq verilmişdir. Bu istiqamətlə şərqşünas bir əsərdir. Qadın sarı rəngli bir bindallı paltar; adam isə qırmızı bir xalat və kavuk geymişdir. Adamın oturduğu sidrin yan tərəfində isə taxta qabartma işləmələr yer alır. Ənənəvi Türk evi və çinilerle bəzənmiş dəzgah təsvir edilmişdir. Zəminin bir parçasında altıbucaqlı örtmələr, digər hissəsində lent lent uzanan üçbucaq örtüklər vardır.
Silah taciri (rəsm əsəri)
Silah Taciri, Osman Hamdi Bey'in 1908 tarixində çəkdiyi, şərqşünas tablosudur. Ankara Şəkil Heykəl Muzeyində iştirak etməkdədir. Özünü (iki adam olaraq) və oğlunu, daha köhnə bir dövrün geyimləri içində resmettmiştir. Osman Həmdi'nin özü bir sütun başlığı üstündə oturur. Üzərində oturduğu sütun başlığı ilə muzey quruculuğuna göndərmə etdiyi düşünülmüşdür. El hərəkatı, öz oğluna nəsihət verməkdə olduğu şəklində şərh olunar. Oğlu isə qınından çəkdiyi qılıncı araşdırarkən təsvir edilmişdir və gənclik illərini təmsil edər. Geydikləri fərqli papaqlar və birinin oturarkən digərinin ayaqda, birinin silahları bırakmışken digərinin silahla göstərilməsinin qurşaq fərqini izah etdiyi şəklində şərh olunar. Arxa planda isə bir əlində kitab tutan yaşlı bir adam ilə ona bez parçası uzadan bir bəzirgan görülər.
Yatan inək (rəsm əsəri)
Yatan inək — Vinsent Van Qoqun Haaqada yaşadığı 1882-1883-cü illər ərzində yağlı boya rəssamlığı üslubundan istifadə edərək çəkdiyi iki rəsm əsərinə verdiyi ad. 1970-ci ildə Ceykob Baart de la Fellenin apardığı araşdırmalara əsasən əldə olunan kataloqa görə, bu rəsm əsərləri 1882-ci ildə çəkilmişdir. Halbuki Yan Hülsker bu əsərlərin, onun 1883-cü ildə çəkdiyi və yalnız bir fotoqraf tərəfindən tanınan "Çəmənlikdəki inəklər" əsəri ilə əlaqəli olduğunu hiss etdiyini deyirdi. Bütün bunları nəzərə alaraq o, Van Qoqun bu əsərləri öz məşuqəsi Sien Hoorniki tərk edərək Drenteyə getməsindən əvvəl çəkdiyini iddia edir və beləliklə, əsərlərin 1883-cü ildə çəkilməsi fikrinin üzərində dururdu.
Zanbaq gülləri (rəsm əsəri)
Zanbaq gülləri (həmçinin vaza və çiçəklər olaraq da bilinir), Vinsent van Qoqun 50–55 milyon dollar dəyəri olan rəsm əsəridir; 2010-cu ilin avqust ayında Qahirənin Məhəmməd Mahmud Xəlil Muzeyindən oğurlanıb və hələ də tapılmayıb. Rəsm 65 x 54 sm ölçülərində və sarı və qırmızı xaşxaş çiçəklərini təsvir edir. Əsəri Van Qoqun intiharından üç il əvvəl, 1887-ci ildə rəngləndiyinə inanılır. Qaranlıq arxafon ilə ziddiyət yaradan rəngli vazada olan sarı və qırmızı çiçəkli rəsm, Van Qoqun 1886-cı ildə Parisdə ilk dəfə gördüyü zaman ona təsir edən köhnə bir rəssam Adolf Montiçelliyə olan dərin heyranlığının əksidir.
Çəmənlikdəki inəklər (rəsm əsəri)
Çəmənlikdəki inəklər 1883-cü ildə Vinsent van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsmdir. Rəsm əvvəllər yalnız çox keyfiyyətsiz olmağı ilə tanınırdı.
İki Siçovul (rəsm əsəri)
İki siçovul — 1884-cu ildə Vinsent van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəridir.
İki Xərçəng (rəsm əsəri)
İki xərçəng — 1889-cu ildə Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəridir. İki xərçəngin natürmortu olan bu sənət əsərində yaşıl arxafonda xərçənglərdən diri düz, digəri isə beli üstə tərsinə təsvir olunub. Hündürlüyü 47 sm, genişliyi 61 sm olan rəsm əsəri kətan üzərində çəkilmişdir. Van Qoqun bu əsəri 1889-cu ilin yanvarında xəstəxanadan çıxdıqdan sonra çəkdiyi düşünülür. Ehtimal ki, Vinsent Van Qoq bu rəsm əsərini çəkərkən qardaşı Teo van Qoqun 1888-ci ilin sentyabrında ona göndərdiyi Le Japon Artistique jurnalında gördüyü Hokusayın xərçəng əsərindən ilhamlanmışdı.
İnsan övladı (rəsm əsəri)
İnsan övladı (fr. Le fils de l'homme) — Belçika sürrealist rəssamı Rene Maqritin 1946-cı ildə çəkdiyi rəsm əsəri. Rene əsəri avtoportreti kimi çəkmişdir. Rəsmdə kotelok və palto geyinmiş kişi təsvir olunmuşdur. O, alçaq divarın qabağında dayanır, arxasında dəniz və buludlu səma görünür. Kişinin qabağında levistasiya vəziyyətində olan yaşıl alma dayanır və alma onun üzünün böyük hissəsini gizlədir, lakin almanın kənarlarından çətin də olsa, adamın gözlərini görmək mümkündür. Başqa hiss edilməyən detal şəkildə təsvir olunmuş şəxsin sol qolunun dirsəkdən geriyə çevrilmiş vəziyyətdə təsvir olunmasıdır. Şəkil haqqında Maqrit deyir: "İnsan övladı" əsəri bədiilik baxımından Maqritin digər əsəri olan "Fasadlarda Böyük müharibə" əsərinə bənzəyir. Hər iki əsərdə ayaq üstə dayanan adam və dəniz təsvir olunmuşdur, amma ikinci əsərdə əlində çətir tutan qadın təsvir olunmuşdu və üzü çiçəklə örtülmüşdü. Başqa bənzər əsər "Koteloklu adam" əsəridir, amma bu əsərdə alma əvəzinə təsvir olunmuş şəxsin sifətini quş gizlədir.
İşıqlı əyləncə (rəsm əsəri)
İşıqlı əyləncə (ing. Illumined Pleasure) — Salvador Dali tərəfindən 1929-cu ildə neftli fusion və yağlı kollajla 23.8 x 34.7 sm ölçülü panel üzərində çəkilmiş bir rəsm əsəri.
Əbədiliyin qapısında (rəsm əsəri)
Əbədiliyin qapısında (nid. Op de drempel van de eeuwigheid) — Müəllifi Vinsent van Qoq olan məşhur rəsm əsərlərindən biri.