□ Zay eləmək (etmək) – puç etmək, korlayıb heç eləmək.
Göndər gəlsin Ələsgərin xələtin; Etmə əməyini zay, sarıköynək.
Nə üçün daşı zay eyləyirsiniz, heyif deyilmi?
Zay məhsul – keyfiyyəti pis olan məhsul; brak, çıxdaş.
Zay olmaq – tələf olmaq, puç olmaq, korlanmaq, heç olmaq, hədər olmaq.
Ömür üzdüm, gün çürütdüm, zay oldum; Cismim düşüb yandı axır oda, hey!
Dost elədin hər nadanı, hər yadı; Çəkdiyim əməklər oldu zay, pəri.
Zaya getmək (çıxmaq, dönmək) – hədər yerə məhv olmaq, puç olmaq, hədər getmək.
Buradan bir maya getdi; Sallandı, çaya getdi; Yolunda cəfa çəkdim; Əməyim zaya getdi. ( ).
Yar salmır üstümə saya; Cavan ömrüm gedir zaya.
Tökdüyünüz qanlar getməsin zaya; Çıxın bu qarışıq imtahanlardan.
Zaya vermək – bax zay eləmək (etmək).
Yandırdı qəlbimi camalın şövqü; Ağlımı veribdir zaya qaşların. “ ”.
Əsmər burdan getsə boş qalar bağlar; Sən vermə ömrümü zaya, xoş gəldin. “Abbas və Gülgəz”. Yazıq aşıq vermə ömrünü zaya; Dərd bilən can bu yerlərdə tapılmaz.