ZAY

[ ər.zaye”dən] Heç, puç; tələf olmuş, korlanmış, puç olmuş, hədər olmuş. Öküzün taydı, işin zaydı. ( Ata. sözü ).
□ Zay eləmək (etmək) – puç etmək, korlayıb heç eləmək.
Göndər gəlsin Ələsgərin xələtin; Etmə əməyini zay, sarıköynək. Aşıq Ələsgər.
Nə üçün daşı zay eyləyirsiniz, heyif deyilmi? Mir Cəlal.

Zay məhsul – keyfiyyəti pis olan məhsul; brak, çıxdaş.
Zay olmaq – tələf olmaq, puç olmaq, korlanmaq, heç olmaq, hədər olmaq.
Ömür üzdüm, gün çürütdüm, zay oldum; Cismim düşüb yandı axır oda, hey! Aşıq Kərəm.
Dost elədin hər nadanı, hər yadı; Çəkdiyim əməklər oldu zay, pəri. R.Rza.

Zaya getmək (çıxmaq, dönmək) – hədər yerə məhv olmaq, puç olmaq, hədər getmək.
Buradan bir maya getdi; Sallandı, çaya getdi; Yolunda cəfa çəkdim; Əməyim zaya getdi. (Bayatı).
Yar salmır üstümə saya; Cavan ömrüm gedir zaya. Aşıq Ələsgər.
Tökdüyünüz qanlar getməsin zaya; Çıxın bu qarışıq imtahanlardan. S.Vurğun.

Zaya vermək – bax zay eləmək (etmək).
Yandırdı qəlbimi camalın şövqü; Ağlımı veribdir zaya qaşların. Aşıq Qərib”.
Əsmər burdan getsə boş qalar bağlar; Sən vermə ömrümü zaya, xoş gəldin. “Abbas və Gülgəz”.
Yazıq aşıq vermə ömrünü zaya; Dərd bilən can bu yerlərdə tapılmaz. Aşıq Ələsgər.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZAY heç — puç — hədər

Antonimlər (əks mənalı sözlər)

  • ZAY ZAY – YAXŞI Öküzün taydı, işin zaydı (Ata. sözü); Şəhərin ən yaxşı saraylarını o yaratmışdı (M.Hüseyn)
ZAVODYANI
ZAYE
OBASTAN VİKİ
Melissa Zaydemann
Melissa Zaydemann (26 iyun 1990) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Melissa Zaydemann, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu. Daha sonra Melissa Zaydemann, ABŞ yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasını 12:5 hesabı ilə məğlub edən ABŞ yığması, Rio-de-Janeyro Olimpiadasının qızıl medalına sahib oldu.
Qrajina Zayonts
Qrajina Zayonts (pol. Grażyna Zając; 1959, Labovis[d], Kiçik Polşa voyevodluğu[d]) — polyak türkoloqu, tərcüməçi, filologiya elmləri doktoru, professor. == Həyatı və yaradıcılığı == Qrajina Zayonts 1959-cu ildə Polşada, Karpat dağlarının quzeyindəki Labova rayonunun Labovis (Labowiec) adlı küçük bir kənddə doğulmuşdur. Anası polyak dili və ədəbiyyatı müəllimi, atası meşə mühəndisi olmuşdur. Orta məktəbin ilk üç yılını Labovis, son beş ilini Labova (Labowa) qəsəbəsində oxuduqdan sonra 1974-1978-ci illərdə Novı Sonc (Nowy Sacz) şəhərində lisey bitirmişdir. Liseydən məzun olduqdan sonar Krakov Yagellon Universiteti (Uniwersytet Jagiellonski) Şərq Dilləri İnstitutuna qəbul olunmuş və Türkoloji bölümündə təhsil almışdır. 1981-ci ildə burs qazanaraq İstanbul Universiteti nəzdində Türk dili və kültürü ilə bağlı yay kurslarına qatılmışdır. 1983-cü ildə Jan Ciopinski rəhbərliyi ilə Əhməd Həmdi Tanpınarın yaradıcılığı ilə bağlı magistr dissertasiyasını uğurla tamamlayaraq Şərq Dilləri İnstitutunda müəllimliyə başlamışdır. 1993-1995-ci illərdə Ankarada doktorantura təhsili almışdır. 1995-ci ildə “Orxan Kamalın həyatı və əsərləri” mövzusunda dissertasiya müdafiə edərək elmlər doktoru adını almışdır.
Rayner Protş fon Zayten
Rayner Protş fon Zayten — elmi saxtakarlığı ilə məşğul olan alman paleontoloqu Rayner Protş fon Zayten bildirib ki, o, neandertal və müasir insan arasında əlaqələndirici həlqə olan insan skeleti aşkarlayıb. Əslində yalançı alim özü süni yolla insan sümüklərini qocaldıb və onu elmi sensasiya kimi təqdim edibmiş. Rayner Protş fon Zayten iddia edib ki, bu, 36 min əvvəl yaşamış insanın skeletidir. Ancaq detallı ekspertiza zamanı məlum olub ki, skeletin yaşı 7,6 min ildən çox deyil.
Timi Zayk
Timi Zayk (26 aprel 2000) — Sloveniyalı tramplindən xizəklə tullanan. == Karyerası == === Kontinental Kubok === 2017-ci ilin sentyabr ayında Zayk Trondheymdə ilk dəfə çıxış etdiyi turnirdə üçüncü yeri qazandı və ilk dəfə podiuma qalxdı. O, çıxış etdiyi ikinci turnirdə qalib gəlmişdir. === Dünya Kuboku debütü === O, Dünya Kubokunda debütünü 2017-18 mövsümünün açılışında Vislada reallaşdırmışdır. O, fərdi yarışlarda təsnifat mərhələsində iştirak etmişdir. == Dünya Kuboku nəticələri == === Turnir cədvəli === 4 fevral 2018-ci il məlumatlarına əsasən.
Vasili Zaytsev
Vasili Zaytsev (tam adı: Vasili Qriqoryeviç Zaytsev, rus. Василий Григорьевич Зайцев; 23 mart 1915, Yeleninka[d], Orenburq quberniyası[d] – 15 dekabr 1991, Kiyev) — SSRİ snayperi. İkinci dünya müharibəsi dövründə 225 alman əsgərini və zabitini öldürmüşdür. == Həyatı == Vasili Zaytsev İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş ən məşhur sovet snayperi olmuşdur. Zaystevin həyatı haqqında olan məlumatlara əsasən Çelyabinsk rayonunun Elino kəndində 1915-ci ilin martında anadan olmasıdır. Gəncliyi dövründə cobanlıqla məşğul olmuş və kənddə yaşadığı dövrdə atıcılığı öyrənmişdir. 1936-cı ildə Sovet Atlantik Qoşunlarına qatılan Zaystev ilk döyüş təcrübəsini 1942-ci ildə 1047-ci piyada bölüyündə Stalinqrad döyüşü zamanı yaşamışdır. Qısa zamanda adi silahla 30 alman əsgərini öldürməsi Zaytsevi bütün bölükdə məşhurlaşmasına səbəb olmuşdur. Mosin-Naqant snayper tüfəngi ilə təmin olunan Vasili Zaytsev qısa zamanda onlarla alman əsgərini öldürmüşdür. Ordu daxilində əhvalı yüksək saxlamaq məqsədi ilə Zaytsevin uğurları gündəlik şəkildə əsgər və yerli mətbuatda işıqlandırıldı.
Vladimir Zayets
Vladimir Vladimiroviç Zayets (10 may 1983 və ya 4 may 1981, Bakı) — Azərbaycanı təmsil edən yüngül atlet. 2008 və 2012-ci illərdə baş tutan Paralimpiya Oyunlarında medallara sahib olub. == Həyatı == Vladimir Zayets 1981-ci il mayın 4-də Bakı şəhərində anadan olub. == Karyerası == 2008-ci ilin avqust ayında Vladimir Zayets Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Uzunluğa tullanma turnirində 6.80 metr nəticə ilə dördüncü pillənin sahibi olan Vladimir Zayets, üçtəjanla tullanma turnirində 15.00 metr nəticə ilə bürünc medala sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 16 fevral 2011-ci il tarixli Sərəncamına əsasən Vladimir Vladimiroviç Zayets "Tərəqqi" medalı ilə təltif edildi. Daha sonra Vladimir Zayets 2012-ci ilin avqust ayında Birləşmiş Krallıqın London şəhərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Üçtəjanla tullanma turnirində 15.01 metr nəticə ilə gümüş medala sahib olan Vladimir Zayets, 4x100 metr məsafəyə estafet turnirində 42.92 saniyə nəticə ilə bürünc medala sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən XIV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Vladimir Vladimiroviç Zayets Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Vladimir Vladimiroviç Zayets 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edildi.
Zaya boğazı
Zarya boğazı (rus. Заря пролив- Şimal Buzlu okeanına daxil olan Laptevlər dənizi akvatoriyasına aid olan Kotelnı adası ilə Belkovski (qərb) adalalını ayırır. Uzunluğu 65 km, ən ensiz yeri 22 km, ən dərin yeri 23 m təşkil edir. Sahilləri parçalı və bataqlıqdır. Qərb sahillərində Plotski, Laqernıy (Belkovski), Domaşnıy, Zapadnıy, Durnoy, Severnıy, Valtera (Moqilnıy) və Pozovıy (Valtera) burunları vardır. Boğaza çoxlu çaylar axır. Misal olaraq Mixaylov, Odnokiy və Pateryannıy və s göstərmək olar. Şərq sahillərində Tas-Arı və Mixaylov yarımadaları vardır. Burada Mixaylov, Nerpiçaya, Straxonosev, Arxtina və Staraya körfəzləri vardır. Boğaz daxilində Uzuk-Karqa adası yerləşir.
Zaya su anbarı
Zeya su anbarı — Rusiyanın Amur vilayəti ərazisində Zeya çayı üzərində yerləşən su anbarı. Su anbarı 1974–1980-ci illərdə inşa edilən bənd sayəsində yaradılmışdır. == Ümumi xüsusiyyətləri == Su anbarı Zeya çayının yuxarı axarlarında qərarlaşır. 40 kilometrlik enə malik hissəsindən digər hissələrdə su anbarı ensizdir. Bəzi hissələrdə isə hətta körfəzlər əmələ gətirir. Baykal-Amur magidtralı su anbarının şimalından keçir. Zeya su anbarının uzunluğu 227 km, nisbətən enli hissəsi 24 km, sahəsi 2420 km², həcmi 68,4 km³, dərinliyi 4–30 metr arasında dəyişir. Su anbarı həcminə görə Rusiya ərazisində Brat (169,3 km³) və Krasnoyarsk (73,3 km³) su anbarlarından sonra üçündür. Qış ayları su anbarının səthində 120–150 sm buz formalaşır. Su anbarının dəniz səviyyəsindən hündürlüyü 307 metrdir.
Zayaçe gölü
Zayaçe gölü — Tatarıstanın Laişevski rayonu ərazisində yerləşən göl. Tatarıstan SSR Nazirlər Sovetinin 10 yanvar 1978-ci il № 25 və Tatarıstan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2005-ci № 644 saylı qərarı ilə yerli əhəmiyyətli təbiət abidəsi elan edilmişdir. == Coğrafiya == Zayaçe gölü karst mənşəllidir. Tatarıstanın Laişevski rayonunda, Stolbişe kəndində yerləşir. Su tutarı qəliz formaya malikdir və yolla iki yerə bölünmüşdür. Sahilləri sıldırımlıdır. Uzunluğu 1105 metr, maksimal eni isə 530 metrdir. Su səthinin sahəsi 11,76 ha-dır. Orta dərinliyi 2 m təşkil edir. == Hidrologiya == Su tutarının həcmi 300 m³-dir.
Zayağan
Zaydu Yussuf
Zaydu Yussuf (11 iyul 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Bordo klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Yussuf Bordo klubu ilə inkişaf etmişdir. O, Liqa 1-də debütünü 30 noyabr 2016-cı ildə Bastiya klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Bordo Bastiya ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. == Şəxsi həyatı == Yussuf Fransada anadan olmuşdur. O, həmçinin Komor adaları vətəndaşıdır.
Zayed Universiteti
Zayed Universiteti (ərəb. جامعة زايد‎) — Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi əmirliyinin Əbu-Dabi şəhərində yerləşən dövlət ali təhsil müəssisəsi. Ölkəsinin Birləşmiş Ərəb Əmirlikləri Universiteti və Ali Texnologiya Kollecləri ilə birlikdə 3 dövlət ali təhsil müəssisəsindən biridir. == Tarixi == Universitetin əsası 1988-ci ildə qoyulmuşdur. Təsis olunduğu vaxt Zayed Universiteti yalnız qızlar üçün nəzərdə tutulsa da, sonradan burada oğlanların da təhsil almasına icazə verilib. == Fəaliyyəti == Bu ali təhsil müəssisəsi humanitar və təbiət elmləri, biznes elmləri, kommunikasiya və media, təhsil və informasiya sistemləri adlı 5 kollecdən ibarətdir. Universitetdə tədris əsasən ingilis dilində aparılır. İngilis dilinin tədrisi səviyyəsini yüksəltmək üçün Əbu-Dabi Təhsil Şurası Zayed Universiteti ilə birgə ibtidai təhsil üzrə pilot proqram hazırlamışdır. Belə ki, bu ölkədə ingilis dilində səlis danışmağı bacarmayanların işlə təmin olunması xeyli çətindir. Ona görə də bu proqramın genişləndirilərək ölkənin bütün məktəblərində tətbiq olunması planlaşdırılır.
Zayed əl-Hayari
Zayed əl-Hayari — Qətərin İraqdakı fövqəladə və səlahiyyətli səfiri (2015-ci ildən) == Diplomatik fəaliyyəti == Zayed əl-Hayari Qətərin İordaniyada səfiri vəzifəsində işləyib. 2015-ci ildən ölkəsinin İraqdakı fövqəladə və səlahiyyətli səfiridir.
Zayfen
Zayfen (alm. Seifen‎) — Almaniyanın qərbində Reynland-Pfalts vilayətinin Altenkirhen bölgəsində yerləşən şəhər.
Zayn Malik
Zeyn Malik (tam adı: Zeyn Cavadd ​​Malik; 12 yanvar 1993, Bredford, İngiltərə) — Böyük Britaniya müğənnisi. Bütün zamanların ən məşhur oğlan qruplarından biri olan “One Direction”ın üzvü olmuşdur. Zeyn Malik 2015-ci ildə qrupla yollarını ayırmaq qərarına gəlmişdir. Zeyn 2016-cı ildə özünün solo debüt albomu olan “Mind of Mine”ı təqdim etmişdir. Bu albom “Pillowtalk” sinqlına görə məşhurdur. Onun digər sənətçilərlə ifa etdiyi, bütün dünyada hitə çevilən mahnıları da var: “I Don't Wanna Live Forever” (Teylor Svift ilə) və “Dusk Till Dawn” (Sia ilə). Zeyn 2018-ci ildə “Icarus Falls” adlı ikinci studiya albomunu buraxıb. Onun üçüncü albomu “Nobody Is Listening” 2021-ci ildə işıq üzünə çıxıb. Zeyn müxtəlif mükafarlara namizəd göstərilib və bəzilərini qazanıb: bir “American Music Award” və bir “MTV Video Music Award”. Zeyn Malik yeganə sənətçidir ki, iki dəfə Billboard Musiqi Mükafatında “İlin Yeni Sənətçi” mükafatını qazanıb.
Zaynulla Rasulev
Zaynulla Rasulev (başq. Зәйнулла Рәсүлев; d. 25 mart 1833 – ö. 2 fevral 1917) — başqırdların XIX əsrdə və XX əsrin əvvəllərində yaşamış dini lideri; işan. Cədidiyənin ən əhəmiyyətli nümayəndələrindən biri və ilk cədidi mədrəsəsinin qurucusu. 1859-cu ildə nəqşibəndi olmuş, 1869-1870-ci illərdə İstanbulda şeyx Əhməd Ziyaüddindən təlimat almışdır. == Həyatı == Zaynulla Rasulev 25 mart 1833-cü ildə indiki Uçalı rayonunun Şaripova kəndində molla ailəsində anadan olmuşdur. Əvvəlcə öz doğma kəndində, daha sonra digər kəndlərdə mədrəsədə oxumuşdur. 2 fevral 1917-ci ildə indiki Çelyabinsk vilayətinin Troitsk şəhərində vəfat etmişdir. O, həmin şəhərdəki qədim müsəlman qəbiristanlığında dəfn edilmişdir.
Zaynulla Rasulev məscidi
Zaynulla Rasulev məscidi və yaxud da Zeynulla-İşan məscidi (başq. Зәйнулла ишан исемендәге мәсет) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Uçalı şəhərinin "Tsarskoe selo" səmtində yerləşən məscid. == Tarixi == Məscid 2009-cu ildə tikilmişdir O vaxta qədər Uçalı şəhərində bir məscid – Uçalı məscidi var idi. Uçalı şəhərinin əhalisinin əksəriyyəti başqırdlar olduğu üçün burada ikinci məscid də tikildi. Adını daşıdığı Zaynulla Rasulev başqırdların XIX əsrdə və XX əsrin əvvəllərində yaşamış dini lideri olmuşdur. O, cədidiyənin ən əhəmiyyətli nümayəndələrindən biri və ilk Cədidi mədrəsəsinin qurucusudur. 1859-cu ildə nəqşibəndi olmuş, 1869–1870-ci illərdə İstanbulda şeyx Əhməd Ziyaüddindən təlimat almışdır. Eyni adda məscid 2016-cı ildə Dağıstanın Mahaçqala şəhərində də açılmışdır. == Forması == Zeynulla-İşan məscidində üç minarə var. Əsas minarənin hündürlüyü 20 metr yüksəkliyindədir.
Zayon Milli Parkı
Zayon Milli Parkı (ing. Zion National Park) — cənub-qərbi ABŞ-də, Yuta ştatının Sprinqdeyl şəhərinin yaxınlığında yerləşən milli park. Milli parkın əsas tanınan yerləri 24 km uzunluğunda və yarısı 800 metr dərinliyində olan Zaton kanyonu ilə Virgin çayı tərəfindən yaradılmış qırmızı rəngli Navaxo qumdaşıdır. Milli parkın ən alçaq yeri Koalpits Uaş (1.117 m), ən hündür yeri isə Horses Ranço dağıdır (2.660 m). Zayon Milli Parkı Kolorado platformasının, Böyük Hövzənin və Moxave səhrasının qovşağında yerləşir. Parkın inanılmaz geologiyası və həyat zonalarının çoxluğu burada qeyri-adi heyvan və bitki növlərinin yayılmasına imkan vermişdir. Milli parkda 289 növ quş, 75 növ məməli məməli (19-u yarasa) və 32 növ sürünən qeydə alınmışdır. Milli parkda 4 ekosistem mövcuddur: səhra, sahilyanı, meşə və ağaclıq. Zion Milli Parkı dağlara, kanyonlara, monolitlərə, çaylara, mağaralara, tağlara ev sahibliyi edir. Ərazidə ilk məskunlaşma 8.000 il əvvəl yerli amerikalılar tərəfindən olmuşdur.
Zaysan
Zaysan — Qazaxıstanda şəhər, Şərqi Qazaxıstan vilayətinin Zaysan rayonunun inzibati mərkəzi. Səng silsiləsinin ətəklərində, Janqiztobe dəmir yolu stansiyasından 378 km cənub-şərqdə (Semipalatinsk - Almatı xəttində) yerləşir. Hava limanı var. Zaysan, əsasən ətli və yunlu qoyunçuluq yetişdirən böyük bir heyvandarlıq bölgəsinin mərkəzidir. == Tarixi == Dairə fərmanları əyalətə çevrildi, 1857-ci ildə bölgələrin meydana gəlməsi dövründə Zaysan bölgəsi yaradıldı və Zaysan postu mahalın inzibati və siyasi mərkəzi oldu. Şəhərdə bir rayon idarəsi, gömrük, xəzinə, post-teleqraf bürosu və şəxsi köməkçi təsərrüfatı var idi. 1880-ci ildə şəhəri Semipalatinsklə birləşdirən teleqraf xətti çəkildi. Zaysan postunu iki hissəyə bölən Zhemeny çayının şərq hissəsi "Kazak Sloboda" adlanmağa başladı və böyük bir küçədən ibarət idi və qərb hissəsində 3-4 küçə, Asiyalılar üçün ibtidai məktəb, Potanin taxta kilsə, bir icra məmuru evi, ticarət zalı, 110 kərpic və 7 taxta ev yazdı. Daxili və xarici ticarət üçün əlverişli olan Zaysan şəhəri sürətlə genişləndi, Qərbi Çin və Monqolustan ilə qarşılıqlı ticarət gücləndi. Hər il may ayında təşkil edilən Nikolskaya Yarmarkası ticarət həcmini artırdı.
Zaysan gölü
Zaysan gölü (monq. Зайсан, həmçinin Jaysan) — Qazaxıstannın şərqində yürləşən göl. Müxtəlif silsilələrin əhatəsində qərarlaşır. Şimal-şərqdən Altay dağları, şimalqərbdən Kalbinski silsiləsi, cənubdan Tarbaqaray dağları ilə əhatələnmişdir. Gölün şərqi sahili ilə Çin sərhədi arasında 60 km nəsafə vardır. Çin ərazisindən göl istiqamətiə axaraq ona tökülən çayın adı Qara irtışdır. Göl dəniz səviyyəsindən 420 metr yüksəklikdə qərarlaşır. Onun uzunluğu 105 km, eni isə 22–48 km arasında dəyişir. Maksimal dərinliyi 15 metr təşkil edir. Orta dərinliyi 4–6 metr arasında dəyişir.
Zaytuna Bikbulatova
Zaytuna Bikbulatova (tam adı: Bikbulatova Zaytuna İslamovna, başq. Зәйтүнә Ислам ҡыҙы Бикбулатова; 28 may (10 iyun) 1908, Ufa quberniyası – 23 fevral 1992, Ufa) — başqırd aktrisası. SSRİ xalq artisti (1973). == Həyatı == 10 iyun 1908-ci ildə Çişmin rayonunun Safarovo kəndində anadan olmuşdur. 23 fevral 1992-ci ildə Ufada vəfat etmişdir. Ufa müsəlman qəbiristanlığında dəfn edilmişdir. == Ailəsi == Makarim Maqadeyevlə evli olmuşdur. == Karyerası == Zaytuna Bikbulatova Ufa İncəsənət Texnikumunun teatr şöbəsini bitirmişdir. Səhnə fəaliyyətinə 1927-ci ildən Ufadakı Başqırdıstan Dram Teatrında başlamışdır. 1961–1984-cü illərdə Başqırdıstan Teatr Xadimləri İttifaqının sədri olmuşdur.
Zayəndə
Zayəndə çayı İranın mərkəzində çay adıdır. Zagros axan bu çay İsfahan şəhərinin ortasından keçərək qavxuni bataqlığına tökülür . Uzunluğu 405 kilometrdir . == Xarici keçidlər == Vikianbarda Zayəndə ilə əlaqəli mediafayllar var.
Zayəndə Rud
Zayəndə çayı İranın mərkəzində çay adıdır. Zagros axan bu çay İsfahan şəhərinin ortasından keçərək qavxuni bataqlığına tökülür . Uzunluğu 405 kilometrdir . == Xarici keçidlər == Vikianbarda Zayəndə ilə əlaqəli mediafayllar var.
Zayəndərud
Zayəndərud — İranın İsfahan ostanının Lencan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,891 nəfər və 2,715 ailədən ibarət idi.
İvan Zaytsev
İvan Zaytsev (it. Ivan Zaytsev) (d. 2 oktyabr 1988 - Spoleto, İtaliya) — Rus əsilli İtaliyalı voleybolçu. O «Lube Banka Marke Macerata» komandasında və İtaliyanın kişilərdən ibarət Milli Yığmasında çıxış edir. == Karyerası == İvan İtaliyanın Spoleto şəhərində, sovet idmançıları - voleybol üzrə çempion Vyaçeslav Zaytsevin və üzgüçü İrina Pozdnyakovanın ailəsində anadan olmuşdu. Məhz bu şəhərdə onun atası çıxış edərkən öz gələcək həyat yoldaşı ilə tanış olmuşdur. Öz peşəkar karyerasını İvan Zaytsev 2004-cü ildə, «Perugia» komandasında əlaqələndirici olaraq başlamışdı. 2006-cı ildə o İtaliyanın Roma komandasına keçmişdi (hər iki klubda o öz oyun vaxtını ikiqat Dünya Çempionu Paolo Tofoli ilə paylaşırdı). 2008-ci ildə o Corco Domengini ilə birlikdə Avropa və Dünya "biç-turlarında" çıxış edərək, İtaliyanın çimərlik voleybolu üzrə çempionu oldu. Buna baxmayaraq, 2008/09 oyun mövsümündə o klassik voleybola öz ampluasını dəyişir və 2008-ci ildə İtaliyanın Milli Yığmasında ilk dəfə çıxış etmişdi.

Digər lüğətlərdə