zəhm

is. peur f, frousse f, trouille f fam, effroi m, frayeur f ; sévérité f ; gravité f ; ~i ağır olmaq être terrible (épouvantable) ; être sévère ; bu müəllimin ~i ağırdır c’est un professeur très sévère ; ~i basmaq jeter l’épouvante, faire peur ; ~i yarılmaq être vert, -e de peur, être mort, -e de peur

zəhlətökənlik
zəhmət
OBASTAN VİKİ
Bakı Şəhər Zəhmətkeş Deputatlar Soveti
Bakı Şəhər Xalq Deputatları Soveti — Azərbaycan Sovet Sosialist Respublikasında Bakı şəhərinin yerli özünüidarə orqanı. == Tarixi == Aprel işğalından sonra Bakı Şəhər İctimai Özünüidarəsinin də fəaliyyətinə son qoyuldu. Hakimiyyəti ələ alan Azərbaycan Kommunist Partiyası Bakı şəhərində Bakı Müvəqqəti İnqilab Komitəsini təsis etdi. Bu komitəyə rəhbərlik Əliheydər Qarayevə tapşırıldı. 1 ay sonra, 28–29 may tarixlərində Bakı Müvəqqəti İnqilav Komitəsinin xələfi və Bakı şəhərinin yeni yerli qanunverici orqanı Bakı Fəhlə, Əsgər və Matroslar Sovetinə, qısaca Bakı Sovetinə seçkilər keçirildi. I çağırış Bakı Sovetinin ilk sessiyası 13 iyun 1920-ci ildə keçirilmişdir. Həmin iclasda Bakı Sovetinin İcraiyyə Komitəsinə üzvlər və sədr seçilmişdir. İclasda Əliheydər Qarayev Bakı Sovetinin İcraiyyə Komitəsinin sədri seçilmişdir. İcraiyyə Komitəsinin sədri seçildikdən sonra Əliheydər Qarayev Aşqabadda dəfn olunmuş 26 Bakı komissarının nəşlərinin Bakıya gətirilməsini təklif etmiş, təklif iştirakçılar tərəfindən dəstəklənmişdir. O, Bakı Soveti İcraiyyə Komitəsinin sədri kimi oktyabrın 31-də Azərbaycan Müvəqqəti İnqilab Komitəsi tərəfindən hazırlanmış 1908-ci ildə fəaliyyətə başlamış "Kurinskaya Voda" müəssisəsinin milliləşdirilməsi və müəssisənin idarə olunmasının Bakı Sovetinin su təchizatı idarəsinə verilməsi haqqında dekreyini imzalayanlardan biri idi.
Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti
Bakı Şəhər Xalq Deputatları Soveti — Azərbaycan Sovet Sosialist Respublikasında Bakı şəhərinin yerli özünüidarə orqanı. == Tarixi == Aprel işğalından sonra Bakı Şəhər İctimai Özünüidarəsinin də fəaliyyətinə son qoyuldu. Hakimiyyəti ələ alan Azərbaycan Kommunist Partiyası Bakı şəhərində Bakı Müvəqqəti İnqilab Komitəsini təsis etdi. Bu komitəyə rəhbərlik Əliheydər Qarayevə tapşırıldı. 1 ay sonra, 28–29 may tarixlərində Bakı Müvəqqəti İnqilav Komitəsinin xələfi və Bakı şəhərinin yeni yerli qanunverici orqanı Bakı Fəhlə, Əsgər və Matroslar Sovetinə, qısaca Bakı Sovetinə seçkilər keçirildi. I çağırış Bakı Sovetinin ilk sessiyası 13 iyun 1920-ci ildə keçirilmişdir. Həmin iclasda Bakı Sovetinin İcraiyyə Komitəsinə üzvlər və sədr seçilmişdir. İclasda Əliheydər Qarayev Bakı Sovetinin İcraiyyə Komitəsinin sədri seçilmişdir. İcraiyyə Komitəsinin sədri seçildikdən sonra Əliheydər Qarayev Aşqabadda dəfn olunmuş 26 Bakı komissarının nəşlərinin Bakıya gətirilməsini təklif etmiş, təklif iştirakçılar tərəfindən dəstəklənmişdir. O, Bakı Soveti İcraiyyə Komitəsinin sədri kimi oktyabrın 31-də Azərbaycan Müvəqqəti İnqilab Komitəsi tərəfindən hazırlanmış 1908-ci ildə fəaliyyətə başlamış "Kurinskaya Voda" müəssisəsinin milliləşdirilməsi və müəssisənin idarə olunmasının Bakı Sovetinin su təchizatı idarəsinə verilməsi haqqında dekreyini imzalayanlardan biri idi.
Macarıstan Zəhmətkeşlər Partiyası
Macarıstan Zəhmətkeşlər Partiyası- (mac. Magyar Dolgozók Pártja), 1948-1956 illər ərzində Macarıstan Xalq Respublikasında iqtidarda olan kommunist partiyası. == Tarixi == 1948-ci il iyunun 12-si ilə 14-ü arasında Macarıstan Kommunist Partiyası (MKP) və Macarıstan Sosyal Demokrat Partiyasının (MSDP) birgə qurultayında hər iki partiya birləşdi və Macarıstan Zəhmətkeşlər Partiyası yaradıldı. Yaradılan yeni partiyanın sədri Şakaşiç, baş katibi isə Matyaş Rakoşi oldu. O, 1956-cı ilə qədər bu vəzifəni yerinə yetirmişdir. Rakoşidən sonra baş katib Ernü Gerü, ondan sonra isə Yanoş Kadar olmuşdur. Macarıstan zəhmətkeşlər partiyasının nəzdində 1948-ci ilin fevralında Macarıstan Xalq Cəbhəsi təşkil edildi. 1949-cu il mayın 15-də Dövlət Məclisinə keçirilən seçkilərdə Xalq Milli Cəbhəsi 95% səs aldı. 1949-cu il avqustun 18-də Macarıstan Xalq Respublikasının Konstitusiyası qəbul edildi. 1956-cı il Macar inqilabından sorna Kadarın başçılıq etdiyi MZP Macar Sosialist Fəhlə Partiyası kimi yenidən təşkil edildi.
Müsəlman Zəhmətkeş Ziyalılar İttifaqı
Müsəlman Zəhmətkeş Ziyalılar İttifaqı — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş qeyri-hökumət təşkilatı. 1919-cu il fevralın 15-də gənc Azərbaycan dövlətini möhkəmləndirmək üçün hökumətə yardım etməkdən ötrü ziyalıları birləşdirmək məqsədilə yaradılmışdı. Mehdi bəy Hacıbababəyovım sədrliyi ilə keçirilən təsis iclasında ittifaqın nizamnaməsi qəbul edilmiş, 12 üzvdən və 6 namizəddən ibarət şura seçilmişdi. 1919-cu il fevralın 17-də şura ittifaqın gələcək fəaliyyətinə həsr olunmuş ilk iclasını keçirdi. İclasda doktor Əli Seyidovun sədrliyi ilə şuranın rəyasət heyəti seçildi və texniki, maliyyə-iqtisadi, tibbi-sanitar, təsərrüfat, mətbuat komissiyaları yaradıldı. Ziyalılar ittifaqı dövrün bütün demokratik təşkilatları ilə əl-ələ verərək Azərbaycanın müstəqilliyinə təhlükə törədən xarici və daxili qüvvələrə qarşı mübarizədə hökuməti qızğın müdafiə edirdi. İttifaqın iclaslarında ölkə həyatının mühüm məsələləri müzakirə olunurdu. Müzakirələrdə müxtəlif partiyaların təmsilçiləri, həmçinin Türkiyə, İran, Krım və Türküstandan gələn nümayəndələr də çıxış edirdilər.
Qan, zəhmət, göz yaşları və tər
Qan, zəhmət, göz yaşları və tər ifadəsi, 1940-cı ilin 13 mayında Böyük Britaniya parlamentinin İcmalar palatasında Vinston Çörçill tərəfindən verilmiş nitqdə məşhur olmuşdur. Bu, İkinci dünya müharibəsinin ilk ilində Kralın tapşırığı ilə Böyük Britaniyanın baş naziri olduqdan sonra 1940-cı ilin 13 mayında İcmalar palatasında Çörçillin ilk nitqi idi. Çörçill 10 mayda Nevill Çemberleni əvəzləmişdi və bu nitqdə o, öz hökumətinə etimad göstərilməsini xahiş etmişdi. Təklif, birmənalı olaraq qəbul edilmişdi. Bu, Fransa uğrunda döyüş zamanı onun 3 nitqindən birincisi idi. Çörçill oxşar ifadələri daha tez istifadə etmişdi: 1931-ci ildə “Onların təri, onların göz yaşları, onların qanı” və “milli həyatın yeni strukturlarını qan, tər və göz yaşları üzərində qurmaq” kimi. Çörçillin cümləsi – “Mən heç nə təklif etməmişəm, lakin qan, zəhmət, göz yaşları və tər” 1849-cu ilin 2 iyulunda Cüzeppe Qaribaldinin bir fikrinin parafrazası kimi adlandırılmışdı. O, Roma şəhərində öz inqilabi qüvvələrinin qarşısında demişdi: “Mən aclığı, susuzluğu, məcburi yürüşləri, döyüşü və ölümü təklif edirəm.” Çörçill gənc olarkən Qaribaldinin bioqrafiyasını yazmağı fikirləşmişdi. Biz tarixdə baş vermiş ən böyük döyüşlərdən birinin hazırlıq mərhələsindəyik.... Biz Norveç və Hollandiyada çox yerlərdə fəaliyyətdəyik –, biz Aralıq dənizində hazırlıqlıyıq.
Qarapapaq (Cənubi Zəhmətabad)
Qarapapaq (farsca: قره پاپاق) — Qərbi Azərbaycan ostanının, Miyandoab şəhristanının, Mərkəz bəxşinin, Cənubi Mərhəmətabad dehestanında kənd. Qarapapaq oyk., sadə. Miyandoab şəhristanının Cənubi Zəhmətabad i.ə.v.-də kənd. Düzənlikdədir. Bu toponim azərbaycanların etnoqrafik qrupu olan qarapapaq larin adı ilə bağlıdır. Qarapapaqlar türk tayfalarından birinin adıdır. Onlar elmi ədəbiyyatlarda qıpçaq, bəzən də xəzər mənşəli hesab olunurlar. Qədimdən Cənubi Qafqazda, xüsusilə Göyçə gölü ətrafında yaşayan qarapapaqlann böyük əksəriyyəti siyasi hadisələrlə əlaqədar XDC əsrin əvvəllərində Türkiyə və İrana köçmüşdülər. Rusiyada qalan qarapapaqlar qazax tayfa birləşməsinin tərkibində və Naxçıvanda yaşamışlar. Ermənistanın Krasnoselsk r-nunda Qarapapaq adlı dağ qeydə alınmışdır.
Rusiyanın və bütün şərqin müsəlman zəhmətkeşlərinə
Rusiyanın və bütün şərqin müsəlman zəhmətkeşlərinə — Rusiya Sovet Federativ Sosialist Respublikası Xalq Komissarları Sovetinin (RSFSR XKS) 1917-ci il noyabrın 20-də (dekabrın 3-də) qəbul olunmuş müraciətnaməsi. XKS-nin sədri V.İ.Lenin və xalq milli işlər komissarı İ.V.Stalin imzalamışlar. Mətni Bakıda nəşr edilən qəzetlərdə, o cümlədən "Hümmət" qəzetində (1917 il 5 dekabr, № 22) dərc olunmuşdu. Müraciətnamədə deyilirdi: Bunun ardınca Rusiyada baş vermiş Oktyabr çevrilişinin {1917) rolundan bəlağətlə bəhs edilirdi: Sonra müraciətin ünvanı aşağıdakı kimi müəyyənləşdirilirdi: Lakin ən başlıca məsələ müraciətdə irəli sürülən müddəalar idi. Müraciətdə göstərilirdi ki, "Bu gündən sizin dininiz və adətləriniz, sizin milli və mədəni təsisatlarımız azad və toxunulmazdır. Öz milli həyatınızı azad və mümaniətsiz qurun. Sizin buna haqqınız vardır. Bunu biliniz ki, Rusiyanın bütün xalqlarınm hüququ kimi, sizin də hüququnuzu inqilab və onun orqanları, Fəhlə, Əsgər və Kəndli Deputatları Sovetləri var qüvvəsi ilə qoruyur" və i.a. 1917 il noyabrın 2 (15)-də elan edilmiş Rusiya xalqlartnın hüqııq bəyannaməsi kimi, bu sənəd də bilavasitə təbliğat xarakteri daşımış, orada elan edilmiş, prinsipial müddəalara əməl olunmamışdı. Bu, "Zaqafqaziyanın türk və müsəlmanları"na, xüsusilə Azərbaycan Xalq Cümhuriyyətinə münasibətdə özünü əyani şəkildə göstərmişdi.
Zəhmət
Zəhmət (1935-ci ildən), Haçaparaq — Qərbi Azərbaycanda azərbaycanlıların yaşamış olduğu kənd. Kənd rayon mərkəzindən 3 km şimal-qərbdə, Zəngi çayının sağ sahilində yerləşir. Zəngibasar rayonu təşkil edilənədək (14 yanvar 1969) Vağarşabad rayonunun tərkibində olmuşdur. Erməni mənbələrində kəndin tarixi adı Xacaparaq, Azərbaycan mənbələrində Xocəparak kimi qeyd edilir. 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «haçalanmanın başlandığı yer» mənasında işlənən haça sözü ilə, qədim türk dilində «gecələr heyvan salınan, hasarlanmış yer» mənasında işlənən parax sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 .l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Zəhmət qoyulmuş, Ermənistan prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək Xaçpar adlandırılmışdır. Kənddə 1831-ci ildə 326 nəfər, 1873 - cü ildə 716 nəfər, 1886-cı ildə 753 nəfər, 1897-ci ildə 1059 nəfər, 1904 - cü ildə 992 nəfər, 1914 - cü ildə 1135 nəfər, 1916-cı ildə 1113 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuşdur.
Zəhmət Şahverdiyev
Zəhmət Əbülfət oğlu Şahverdiyev (11 noyabr 1942, Kotanlı, Paşalı rayonu – 5 mart 2022, Bakı) — Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü (2014). Zəhmət Şahverdiyev 1 noyabr 1942-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Kotanlı kəndində anadan olmuşdur. 1949–1958-ci illərdə Kotanlı kəndində səkkizillik, 1958–1961-ci il illərdə Qovuşuq kəndində tam orta məktəbi bitirmişdir. 1966–1970-ci illərdə Bakı şəhərində, ADPİ-də əyani şöbə üzrə təhsil almış, buranı tarix ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1968–1970-ci illərdə həmin institutda "Beynəlxalq münasibətlər üzrə mühazirəçi" ixtisası almışdır. 1970-ci ildə Azərb.SSR Ali və Orta Təhsil Nazirliyinin göndərişi ilə ADPİ-nun Naxçıvan filialına müəllim təyin edilmişdir. 1978–1981-ci illərdə Azərb.SSR EA Tarix İnstitutunun aspiranturasında qiyabi şöbə üzrə təhsil almışdır. 1984-ci ildə elmlər namizədi adı almaq üçün dissertasiya müdafiə etmişdir. 1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, 1989-cı ildən isə dosent vəzifələrində çalışmışdır.
Zəhmətabad
Zəhmətabad (Biləsuvar) — Azərbaycanın Biləsuvar rayonunda kənd. Zəhmətabad (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Zəhmətabad (Biləsuvar)
Zəhmətabad (əvvəlki adı: Novomixaylovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Zəhmətabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Bağbanlar kənd Sovetindəki Novomixaylovka kəndi Zəhmətabad kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Biləsuvar rayonunun Zəhmətəbad kəndi Bağbanlar kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Zəhmətabad kənd Soveti yaradılmışdır. Kənd XIX əsrin ortalarında Rusiyanın mərkəzi quberniyalarından köçürülmüş rus ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. Kənd əvvəllər rusların köçüb gəldiyi yerin adı ilə Abazovka, sonralar Novomixaylovskoye və nəhayət Novomixaylovka adlanırdı. 1991-ci ildən indiki adla adlandırılmışdır. Oykonim rəmzi məna daşıyır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Muğan düzündə yerləşir. Bəydili, Əliabad, Bağbanlar kəndləri və Biləsuvar şəhəri ilə sərhəddir.
Zəhmətabad (Cəlilabad)
Zəhmətabad — Azərbaycan Respublikasıınn Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Zəhmətabad kəndi Azərbaycan Respublikasının Cəlilabad rayonunun sərhədboyu (İran İslam Respublikası ilə) ərazisində yerləşir. Bu kənd ərazisində hündürlüyü 600-800 metr olan dağlarla əhatə olunmuşdur.Cənubda İran İslam Respublikası, Şimalda Soltankənd kəndi, qərbdə Kövüzbulaq kəndi, şərqdə Musalı kəndləri ilə həmsərhəddir. Bu kəndin ərazisində Respublikamızın sərhəd çayı olan Bolqarçay axır.[mənbə göstərin] Zəhmətabad kəndinin Keçmiş adı Məhəmmədabad olmuşdur.Sovet hakimiyyəti dövründə kənd sakinləri yüksək əməksevər və zəhmətkeş olduqlarına görə kəndi Zəhmətabad adlandırmışlar. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 559 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı əsas olaraq kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil əkinçilik əsasən dəmyə əkinçiliyidir və ən çox dənli (arpa,buğda) bitkilər yetişdirilir. İqtisadi əhəmiyyətli olan Bakı-Yardımılı magistral yolu bu kəndin ərazisində keçir.
Zəhmətabad bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zəhmətkənd
Zəhmətkənd (keçmiş adı Musabəyov) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən şimalda, 15 km məsafədə yerləşir. Zəhmətkənd (oyk.) - Gədəbəy rayonunun eyniadlı inzibati əraz vahidində kənd. Dağ ətəyindədir. Oykonim rəmzi məna daşıyır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1398 nəfər əhali yaşayır. Aşıq Oruc Əhmədov – ustad aşıq. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Zəhmətkənd bələdiyyəsi
Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İsrail Zəhmət Partiyası
İsrail Əmək Partiyası (ivr. ‏מִפְלֶגֶת הָעֲבוֹדָה הַיִּשְׂרְאֵלִית‏‎) bəzən Avoda — İsraildə yaranan sosial demokratik və sionist partiyadır. Partiya 1968-ci ildə Mapay, Ahdut HaAvoda və Rafinin birləşməsi ilə quruldu. 2005-ci ildə Bir Millət, 1999-cu ildə parçalanandan sonra partiyaya üzv oldu. 1977-ci ilə qədər bütün İsrail Baş nazirləri İşçi hərəkatı ilə əlaqəli idilər. Mövcud partiya lideri (2019-cu ilin iyul ayından) Əmir Peretzdir. Partiya hazırda birləşmə həyata keçirmək üçün Mavi və Ağ ilə danışıqlar aparır. İşçi Partiyası İsrail-Fələstin sülh prosesini, praqmatik xarici siyasət siyasətini və sosial-demokratik iqtisadi siyasətini dəstəkləməklə əlaqələndirilir. Partiya Proqressiv Alyansın üzvü, Sosialist İnternasionalı,və Avropa Sosialistlər Partiyasının müşahidəçi üzvüdür.
Rusiya Zəhmətkeşləri İttifaqı
ABŞ və Kanadada Rusiya Zəhmətkeşləri İttifaqı (ing. Union of Russian Workers in the United States and Canada) və ya sadəcə Rusiya Zəhmətkeşləri İttifaqı (RZİ; rus. Союз Русских Рабочих) — 1908-ci ildə ABŞ-də Rusiyadan olan mühacirlər tərəfindən yaradılmış leyborist təşkilat. İttifaqın üzvlərinin əksəriyyəti siyasi təqiblərdən və iqtisadi sıxıntılardan xilas olmaq üçün Rusiyadan qaçan fabrik işçiləri və kəndlilər idi. RZİ ABŞ və Kanadadakı rusiyalı fəhlələri sosializm bayrağı altında birləşdirməyə, daha yaxşı iş şəraiti və əmək hüquqları uğrunda mübarizə aparmağa çalışırdı. RZİ anarxizm ideyalarından güclü şəkildə təsirlənmişdi. Həmçinin, təşkilatın bir çox liderləri və üzvləri anarxist dairələrdə fəal idilər. RZİ fəaliyyətinin ilk illərində əməkçilərin hüquqlarını dəstəkləmək məqsədilə, eyni zamanda ABŞ-də rusiyalı mühacirlərin üzləşdiyi təzyiqlərə qarşı tətillər və etiraz aksiyaları təşkil etmişdir. Buna baxmayaraq, qrupun radikal baxışları və anarxizmlə əlaqəsi onu Birinci Dünya müharibəsi zamanı hökumətin repressiya hədəfinə çevirmişdir. 1919-cu ildə ABŞ hökuməti RZİ və digər radikal əmək təşkilatlarına qarşı repressiya həyata keçirmiş və bu, nəticədə qrupun ləğv edilməsinə səbəb olmuşdur.

Digər lüğətlərdə