Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bakı Şəhər Zəhmətkeş Deputatlar Soveti
Bakı Şəhər Xalq Deputatları Soveti, 1937-ci ildən 1977-ci ilədək Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti, 1920-ci ildən 1937-ci ilədək Bakı Fəhlə, Əsgər və Matroslar Soveti və ya qısaca Bakı Şəhər Soveti, Baksovet — Azərbaycan Sovet Sosialist Respublikasında Bakı şəhərinin yerli özünüidarə orqanı. == Tarixi == Aprel işğalından sonra Bakı Şəhər İctimai Özünüidarəsinin də fəaliyyətinə son qoyuldu. Hakimiyyəti ələ alan Azərbaycan Kommunist Partiyası Bakı şəhərində Bakı Müvəqqəti İnqilab Komitəsini təsis etdi. Bu komitəyə rəhbərlik Əliheydər Qarayevə tapşırıldı.1 ay sonra, 28–29 may tarixlərində Bakı Müvəqqəti İnqilav Komitəsinin xələfi və Bakı şəhərinin yeni yerli qanunverici orqanı Bakı Fəhlə, Əsgər və Matroslar Sovetinə, qısaca Bakı Sovetinə seçkilər keçirildi. I çağırış Bakı Sovetinin ilk sessiyası 13 iyun 1920-ci ildə keçirilmişdir. Həmin iclasda Bakı Sovetinin İcraiyyə Komitəsinə üzvlər və sədr seçilmişdir. İclasda Əliheydər Qarayev Bakı Sovetinin İcraiyyə Komitəsinin sədri seçilmişdir. İcraiyyə Komitəsinin sədri seçildikdən sonra Əliheydər Qarayev Aşqabadda dəfn olunmuş 26 Bakı komissarının nəşlərinin Bakıya gətirilməsini təklif etmiş, təklif iştirakçılar tərəfindən dəstəklənmişdir. O, Bakı Soveti İcraiyyə Komitəsinin sədri kimi oktyabrın 31-də Azərbaycan Müvəqqəti İnqilab Komitəsi tərəfindən hazırlanmış 1908-ci ildə fəaliyyətə başlamış "Kurinskaya Voda" müəssisəsinin milliləşdirilməsi və müəssisənin idarə olunmasının Bakı Sovetinin su təchizatı idarəsinə verilməsi haqqında dekreyini imzalayanlardan biri idi.1937-ci ildə qəbul edilən yeni konstitusiyaya əsasən sovetin adı Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti, 1977-ci ildə qəbul edilən yeni konstitusiyayla isə bu ad Bakı Şəhər Xalq Deputatları Soveti olaraq dəyişdirilmişdir. == Çağırışlar == == Strukturu == == Rəhbərlər == Bakı Şəhər Xalq Deputatları Sovetinin sədr vəzifəsi olsa da, icra orqanı olan İcraiyyə Komitəsinin sədri daha səlahiyyətli hesab olunurdu.
Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti
Bakı Şəhər Xalq Deputatları Soveti, 1937-ci ildən 1977-ci ilədək Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti, 1920-ci ildən 1937-ci ilədək Bakı Fəhlə, Əsgər və Matroslar Soveti və ya qısaca Bakı Şəhər Soveti, Baksovet — Azərbaycan Sovet Sosialist Respublikasında Bakı şəhərinin yerli özünüidarə orqanı. == Tarixi == Aprel işğalından sonra Bakı Şəhər İctimai Özünüidarəsinin də fəaliyyətinə son qoyuldu. Hakimiyyəti ələ alan Azərbaycan Kommunist Partiyası Bakı şəhərində Bakı Müvəqqəti İnqilab Komitəsini təsis etdi. Bu komitəyə rəhbərlik Əliheydər Qarayevə tapşırıldı.1 ay sonra, 28–29 may tarixlərində Bakı Müvəqqəti İnqilav Komitəsinin xələfi və Bakı şəhərinin yeni yerli qanunverici orqanı Bakı Fəhlə, Əsgər və Matroslar Sovetinə, qısaca Bakı Sovetinə seçkilər keçirildi. I çağırış Bakı Sovetinin ilk sessiyası 13 iyun 1920-ci ildə keçirilmişdir. Həmin iclasda Bakı Sovetinin İcraiyyə Komitəsinə üzvlər və sədr seçilmişdir. İclasda Əliheydər Qarayev Bakı Sovetinin İcraiyyə Komitəsinin sədri seçilmişdir. İcraiyyə Komitəsinin sədri seçildikdən sonra Əliheydər Qarayev Aşqabadda dəfn olunmuş 26 Bakı komissarının nəşlərinin Bakıya gətirilməsini təklif etmiş, təklif iştirakçılar tərəfindən dəstəklənmişdir. O, Bakı Soveti İcraiyyə Komitəsinin sədri kimi oktyabrın 31-də Azərbaycan Müvəqqəti İnqilab Komitəsi tərəfindən hazırlanmış 1908-ci ildə fəaliyyətə başlamış "Kurinskaya Voda" müəssisəsinin milliləşdirilməsi və müəssisənin idarə olunmasının Bakı Sovetinin su təchizatı idarəsinə verilməsi haqqında dekreyini imzalayanlardan biri idi.1937-ci ildə qəbul edilən yeni konstitusiyaya əsasən sovetin adı Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti, 1977-ci ildə qəbul edilən yeni konstitusiyayla isə bu ad Bakı Şəhər Xalq Deputatları Soveti olaraq dəyişdirilmişdir. == Çağırışlar == == Strukturu == == Rəhbərlər == Bakı Şəhər Xalq Deputatları Sovetinin sədr vəzifəsi olsa da, icra orqanı olan İcraiyyə Komitəsinin sədri daha səlahiyyətli hesab olunurdu.
Macarıstan Zəhmətkeşlər Partiyası
Macarıstan Zəhmətkeşlər Partiyası- (mac. Magyar Dolgozók Pártja), 1948-1956 illər ərzində Macarıstan Xalq Respublikasında iqtidarda olan kommunist partiyası. == Tarixi == 1948-ci il iyunun 12-si ilə 14-ü arasında Macarıstan Kommunist Partiyası (MKP) və Macarıstan Sosyal Demokrat Partiyasının (MSDP) birgə qurultayında hər iki partiya birləşdi və Macarıstan Zəhmətkeşlər Partiyası yaradıldı. Yaradılan yeni partiyanın sədri Şakaşiç, baş katibi isə Matyaş Rakoşi oldu. O, 1956-cı ilə qədər bu vəzifəni yerinə yetirmişdir. Rakoşidən sonra baş katib Ernü Gerü, ondan sonra isə Yanoş Kadar olmuşdur. Macarıstan zəhmətkeşlər partiyasının nəzdində 1948-ci ilin fevralında Macarıstan Xalq Cəbhəsi təşkil edildi. 1949-cu il mayın 15-də Dövlət Məclisinə keçirilən seçkilərdə Xalq Milli Cəbhəsi 95% səs aldı. 1949-cu il avqustun 18-də Macarıstan Xalq Respublikasının Konstitusiyası qəbul edildi. 1956-cı il Macar inqilabından sorna Kadarın başçılıq etdiyi MZP Macar Sosialist Fəhlə Partiyası kimi yenidən təşkil edildi.
Müsəlman Zəhmətkeş Ziyalılar İttifaqı
Müsəlman Zəhmətkeş Ziyalılar İttifaqı — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş qeyri-hökumət təşkilatı. == Yaradılması == 1919-cu il fevralın 15-də gənc Azərbaycan dövlətini möhkəmləndirmək üçün hökumətə yardım etməkdən ötrü ziyalıları birləşdirmək məqsədilə yaradılmışdı. Mehdi bəy Hacıbababəyovım sədrliyi ilə keçirilən təsis iclasında ittifaqın nizamnaməsi qəbul edilmiş, 12 üzvdən və 6 namizəddən ibarət şura seçilmişdi. 1919-cu il fevralın 17-də şura ittifaqın gələcək fəaliyyətinə həsr olunmuş ilk iclasını keçirdi. İclasda doktor Əli Seyidovun sədrliyi ilə şuranın rəyasət heyəti seçildi və texniki, maliyyə-iqtisadi, tibbi-sanitar, təsərrüfat, mətbuat komissiyaları yaradıldı. == Fəaliyyəti == Ziyalılar ittifaqı dövrün bütün demokratik təşkilatları ilə əl-ələ verərək Azərbaycanın müstəqilliyinə təhlükə törədən xarici və daxili qüvvələrə qarşı mübarizədə hökuməti qızğın müdafiə edirdi. İttifaqın iclaslarında ölkə həyatının mühüm məsələləri müzakirə olunurdu. Müzakirələrdə müxtəlif partiyaların təmsilçiləri, həmçinin Türkiyə, İran, Krım və Türküstandan gələn nümayəndələr də çıxış edirdilər.
Qan, zəhmət, göz yaşları və tər
Qan, zəhmət, göz yaşları və tər ifadəsi, 1940-cı ilin 13 mayında Böyük Britaniya parlamentinin İcmalar palatasında Vinston Çörçill tərəfindən verilmiş nitqdə məşhur olmuşdur. == İfadənin tarixi == Bu, İkinci dünya müharibəsinin ilk ilində Kralın tapşırığı ilə Böyük Britaniyanın baş naziri olduqdan sonra 1940-cı ilin 13 mayında İcmalar palatasında Çörçillin ilk nitqi idi. Çörçill 10 mayda Nevill Çemberleni əvəzləmişdi və bu nitqdə o, öz hökumətinə etimad göstərilməsini xahiş etmişdi. Təklif, birmənalı olaraq qəbul edilmişdi. Bu, Fransa uğrunda döyüş zamanı onun 3 nitqindən birincisi idi. Çörçill oxşar ifadələri daha tez istifadə etmişdi: 1931-ci ildə “Onların təri, onların göz yaşları, onların qanı” və “milli həyatın yeni strukturlarını qan, tər və göz yaşları üzərində qurmaq” kimi.Çörçillin cümləsi – “Mən heç nə təklif etməmişəm, lakin qan, zəhmət, göz yaşları və tər” 1849-cu ilin 2 iyulunda Cüzeppe Qaribaldinin bir fikrinin parafrazası kimi adlandırılmışdı. O, Roma şəhərində öz inqilabi qüvvələrinin qarşısında demişdi: “Mən aclığı, susuzluğu, məcburi yürüşləri, döyüşü və ölümü təklif edirəm.” Çörçill gənc olarkən Qaribaldinin bioqrafiyasını yazmağı fikirləşmişdi. == Çıxarış == Biz tarixdə baş vermiş ən böyük döyüşlərdən birinin hazırlıq mərhələsindəyik.... Biz Norveç və Hollandiyada çox yerlərdə fəaliyyətdəyik –, biz Aralıq dənizində hazırlıqlıyıq. Hava döyüşü davam edir və çox hazırlıqlar burada – vətəndə aparılmışdır.
Qarapapaq (Cənubi Zəhmətabad)
Qarapapaq (farsca: قره پاپاق) — Qərbi Azərbaycan ostanının, Miyandoab şəhristanının, Mərkəz bəxşinin, Cənubi Mərhəmətabad dehestanında kənd. == Əhalisi == 2006-cı il siyahıyaalınmasına əsasən kənddə 85 ailədə 334 nəfər əhali yaşayır. Əhalisi etnik azərbaycanlıdır və azərbaycan dilində danışır.
Rusiyanın və bütün şərqin müsəlman zəhmətkeşlərinə
Rusiyanın və bütün şərqin müsəlman zəhmətkeşlərinə — Rusiya Sovet Federativ Sosialist Respublikası Xalq Komissarları Sovetinin (RSFSR XKS) 1917-ci il noyabrın 20-də (dekabrın 3-də) qəbul olunmuş müraciətnaməsi. == Haqqında == XKS-nin sədri V.İ.Lenin və xalq milli işlər komissarı İ.V.Stalin imzalamışlar. Mətni Bakıda nəşr edilən qəzetlərdə, o cümlədən "Hümmət" qəzetində (1917 il 5 dekabr, № 22) dərc olunmuşdu. Müraciətnamədə deyilirdi: Bunun ardınca Rusiyada baş vermiş Oktyabr çevrilişinin {1917) rolundan bəlağətlə bəhs edilirdi: Sonra müraciətin ünvanı aşağıdakı kimi müəyyənləşdirilirdi: Lakin ən başlıca məsələ müraciətdə irəli sürülən müddəalar idi. Müraciətdə göstərilirdi ki, "Bu gündən sizin dininiz və adətləriniz, sizin milli və mədəni təsisatlarımız azad və toxunulmazdır. Öz milli həyatınızı azad və mümaniətsiz qurun. Sizin buna haqqınız vardır. Bunu biliniz ki, Rusiyanın bütün xalqlarınm hüququ kimi, sizin də hüququnuzu inqilab və onun orqanları, Fəhlə, Əsgər və Kəndli Deputatları Sovetləri var qüvvəsi ilə qoruyur" və i.a. 1917 il noyabrın 2 (15)-də elan edilmiş Rusiya xalqlartnın hüqııq bəyannaməsi kimi, bu sənəd də bilavasitə təbliğat xarakteri daşımış, orada elan edilmiş, prinsipial müddəalara əməl olunmamışdı. Bu, "Zaqafqaziyanın türk və müsəlmanları"na, xüsusilə Azərbaycan Xalq Cümhuriyyətinə münasibətdə özünü əyani şəkildə göstərmişdi.
Zəhmət
Zəhmət (1935-ci ildən), Haçaparaq — Qərbi Azərbaycanda azərbaycanlıların yaşamış olduğu kənd. == Tarixi == Kənd rayon mərkəzindən 3 km şimal-qərbdə, Zəngi çayının sağ sahilində yerləşir. Zəngibasar rayonu təşkil edilənədək (14 yanvar 1969) Vağarşabad rayonunun tərkibində olmuşdur. Erməni mənbələrində kəndin tarixi adı Xacaparaq, Azərbaycan mənbələrində Xocəparak kimi qeyd edilir. 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «haçalanmanın başlandığı yer» mənasında işlənən haça sözü ilə, qədim türk dilində «gecələr heyvan salınan, hasarlanmış yer» mənasında işlənən parax sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 .l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Zəhmət qoyulmuş, Ermənistan prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək Xaçpar adlandırılmışdır. == Əhalisi == Kənddə 1831-ci ildə 326 nəfər, 1873 - cü ildə 716 nəfər, 1886-cı ildə 753 nəfər, 1897-ci ildə 1059 nəfər, 1904 - cü ildə 992 nəfər, 1914 - cü ildə 1135 nəfər, 1916-cı ildə 1113 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuşdur.
Zəhmət Şahverdiyev
Zəhmət Əbülfət oğlu Şahverdiyev (11 noyabr 1942, Kotanlı, Paşalı rayonu – 5 mart 2022, Bakı) — Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü (2014). == Həyatı == Zəhmət Şahverdiyev 1 noyabr 1942-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Kotanlı kəndində anadan olmuşdur. 1949–1958-ci illərdə Kotanlı kəndində səkkizillik, 1958–1961-ci il illərdə Qovuşuq kəndində tam orta məktəbi bitirmişdir. 1966–1970-ci illərdə Bakı şəhərində, ADPİ-də əyani şöbə üzrə təhsil almış, buranı tarix ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1968–1970-ci illərdə həmin institutda "Beynəlxalq münasibətlər üzrə mühazirəçi" ixtisası almışdır. 1970-ci ildə Azərb.SSR Ali və Orta Təhsil Nazirliyinin göndərişi ilə ADPİ-nun Naxçıvan filialına müəllim təyin edilmişdir. 1978–1981-ci illərdə Azərb.SSR EA Tarix İnstitutunun aspiranturasında qiyabi şöbə üzrə təhsil almışdır. 1984-ci ildə elmlər namizədi adı almaq üçün dissertasiya müdafiə etmişdir. 1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, 1989-cı ildən isə dosent vəzifələrində çalışmışdır.
Zəhmətabad
Zəhmətabad (Biləsuvar) — Azərbaycanın Biləsuvar rayonunda kənd. Zəhmətabad (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Zəhmətabad (Biləsuvar)
Zəhmətabad (əvvəlki adı: Novomixaylovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Zəhmətabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Bağbanlar kənd Sovetindəki Novomixaylovka kəndi Zəhmətabad kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Biləsuvar rayonunun Zəhmətəbad kəndi Bağbanlar kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Zəhmətabad kənd Soveti yaradılmışdır. == Toponimikası == Kənd XIX əsrin ortalarında Rusiyanın mərkəzi quberniyalarından köçürülmüş rus ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. Kənd əvvəllər rusların köçüb gəldiyi yerin adı ilə Abazovka, sonralar Novomixaylovskoye və nəhayət Novomixaylovka adlanırdı. 1991-ci ildən indiki adla adlandırılmışdır. Oykonim rəmzi məna daşıyır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə yerləşir. Bəydili, Əliabad, Bağbanlar kəndləri və Biləsuvar şəhəri ilə sərhəddir.
Zəhmətabad (Cəlilabad)
Zəhmətabad — Azərbaycan Respublikasıınn Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Zəhmətabad kəndi Azərbaycan Respublikasının Cəlilabad rayonunun sərhədboyu (İran İslam Respublikası ilə) ərazisində yerləşir. Bu kənd ərazisində hündürlüyü 600-800 metr olan dağlarla əhatə olunmuşdur.Cənubda İran İslam Respublikası, Şimalda Soltankənd kəndi, qərbdə Kövüzbulaq kəndi, şərqdə Musalı kəndləri ilə həmsərhəddir. Bu kəndin ərazisində Respublikamızın sərhəd çayı olan Bolqarçay axır.[mənbə göstərin] == Toponimikası == Zəhmətabad kəndinin Keçmiş adı Məhəmmədabad olmuşdur.Sovet hakimiyyəti dövründə kənd sakinləri yüksək əməksevər və zəhmətkeş olduqlarına görə kəndi Zəhmətabad adlandırmışlar. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 559 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı əsas olaraq kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil əkinçilik əsasən dəmyə əkinçiliyidir və ən çox dənli (arpa,buğda) bitkilər yetişdirilir. İqtisadi əhəmiyyətli olan Bakı-Yardımılı magistral yolu bu kəndin ərazisində keçir.
Zəhmətabad bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zəhmətkənd
Zəhmətkənd (keçmiş adı Musabəyov) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən şimalda, 15 km məsafədə yerləşir. == Toponimikası == Zəhmətkənd (oyk.) - Gədəbəy rayonunun eyniadlı inzibati əraz vahidində kənd. Dağ ətəyindədir. Oykonim rəmzi məna daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1398 nəfər əhali yaşayır. === Tanınmış şəxslər === Aşıq Oruc Əhmədov – ustad aşıq. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Zəhmətkənd bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İsrail Zəhmət Partiyası
İsrail Əmək Partiyası (ivr. ‏מִפְלֶגֶת הָעֲבוֹדָה הַיִּשְׂרְאֵלִית‏‎) bəzən Avoda — İsraildə yaranan sosial demokratik və sionist partiyadır. Partiya 1968-ci ildə Mapay, Ahdut HaAvoda və Rafinin birləşməsi ilə quruldu. 2005-ci ildə Bir Millət, 1999-cu ildə parçalanandan sonra partiyaya üzv oldu. 1977-ci ilə qədər bütün İsrail Baş nazirləri İşçi hərəkatı ilə əlaqəli idilər. Mövcud partiya lideri (2019-cu ilin iyul ayından) Əmir Peretzdir. Partiya hazırda birləşmə həyata keçirmək üçün Mavi və Ağ ilə danışıqlar aparır. İşçi Partiyası İsrail-Fələstin sülh prosesini, praqmatik xarici siyasət siyasətini və sosial-demokratik iqtisadi siyasətini dəstəkləməklə əlaqələndirilir. Partiya Proqressiv Alyansın üzvü, Sosialist İnternasionalı,və Avropa Sosialistlər Partiyasının müşahidəçi üzvüdür.
Rusiya Zəhmətkeşləri İttifaqı
ABŞ və Kanadada Rusiya Zəhmətkeşləri İttifaqı (ing. Union of Russian Workers in the United States and Canada) və ya sadəcə Rusiya Zəhmətkeşləri İttifaqı (RZİ; rus. Союз Русских Рабочих) — 1908-ci ildə ABŞ-də Rusiyadan olan mühacirlər tərəfindən yaradılmış leyborist təşkilat. İttifaqın üzvlərinin əksəriyyəti siyasi təqiblərdən və iqtisadi sıxıntılardan xilas olmaq üçün Rusiyadan qaçan fabrik işçiləri və kəndlilər idi. RZİ ABŞ və Kanadadakı rusiyalı fəhlələri sosializm bayrağı altında birləşdirməyə, daha yaxşı iş şəraiti və əmək hüquqları uğrunda mübarizə aparmağa çalışırdı. RZİ anarxizm ideyalarından güclü şəkildə təsirlənmişdi. Həmçinin, təşkilatın bir çox liderləri və üzvləri anarxist dairələrdə fəal idilər. RZİ fəaliyyətinin ilk illərində əməkçilərin hüquqlarını dəstəkləmək məqsədilə, eyni zamanda ABŞ-də rusiyalı mühacirlərin üzləşdiyi təzyiqlərə qarşı tətillər və etiraz aksiyaları təşkil etmişdir. Buna baxmayaraq, qrupun radikal baxışları və anarxizmlə əlaqəsi onu Birinci Dünya müharibəsi zamanı hökumətin repressiya hədəfinə çevirmişdir. 1919-cu ildə ABŞ hökuməti RZİ və digər radikal əmək təşkilatlarına qarşı repressiya həyata keçirmiş və bu, nəticədə qrupun ləğv edilməsinə səbəb olmuşdur.
Fəhm
Fəhm–qavrama, anlama, anlaq, dərrakə. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Səhm
Səhm — öz sahibinə emitentin (səhmi buraxan şirkətin) gəlirinin bir hissəsini dividend şəklində almaq, emitentin idarə olunmasında iştirak etmək və emitentin ləğvi halında geridə qalan əmlakın bölüşdürülməsi zamanı həmin əmlakın bir hissəsini əldə etmək hüququnu verən pay qiymətli kağızıdır. == Növləri == Səhmin iki növü vardır: Adi səhm İmtiyazlı səhmAdi səhm — sahibinin səhmdar cəmiyyətinin gəlirinin bir hissəsini dividend şəklində almaq, cəmiyyətin idarə edilməsində iştirak etmək və ləğv edildiyi halda yerdə qalan əmlakın bir hissəsini əldə etmək hüquqlarını təsbit edir. İmtiyazlı səhm — sahibinin malik olduğu səhmin nominalından müəyyən faizlə ifadə olunmuş ölçüdə dividend almaq hüququnu təsbit edir və bu dividendin alınmasında digər adi səhm sahiblərinə nisbətən üstünlük hüququnu təmin edir. == Buraxılma halları == Səhmlər aşağıdakı hallarda buraxılır: Səhmdar cəmiyyətlə yaradıldıqda Müəssisənln və ya təşkilatın səhmdar cəmiyyətlnə çevrilməsi zamanı Nizamnamə kapitalının artırılması zamanı == Xüsusiyyətləri == Səhmlərin bir neçə xüsusiyyəti var: Səhm — mülkiyyət tituludur Səhmin "mövcudluğu" müddəti yoxdur Səhmlərə bilinməzlik xasdır Səhmlərə məhdud məsuliyyət xasdır Səhmlər bölünə və birləşə bilərlər == İstinadlar == == Xarici keçidlər == Səhm nədir və necə alınır?
Zəm-zəm
Zəm-zəm suyu (ərəb. زمزم‎) — Məkkə şəhərində, Məscidül-həramın ərazisində, İslam dininin ən müqəddəs yeri sayılan Kəbədən 20 metr şərqdə yerləşən bulaqdır. İslam inanclarına görə, bu bulaq min illər əvvəl, İbrahim peyğəmbərin körpə oğlu İsmayıl susuzluqdan ağladığı vaxt möcüzəvi şəkildə Allah tərəfindən yaradılmışdır. Hər il milyonlarla zəvvar Həcc və ya Ümrə ziyarətləri zamanı bu bulağın suyundan içir və özü ilə götürür. == Yaranması == İslam tarixində qeyd olunur ki, İbrahim peyğəmbər Allahın əmri ilə öz körpə oğlu İsmayılı və onun anası Həcəri Hicazda qoyub gedir. Həcər susuzluqdan əziyyət çəkən oğlu üçün su axtarsa da, tapa bilmir. Çünki Məkkə isti və quru havası və çox az su mənbəyi olan yerdə yerləşir. Həcər su axtarışında 7 dəfə Səfa və Mərva dağları arasındakı məsafəni gedib gəlir. Susuzlayan İsmayıl ayaqları ilə yeri sürtdükdə həmin yerdən su çıxmağa başlayır. Bu hadisənin başqa bir versiyasında Allah Cəbrayılı göndərir və o öz əsası (digər versiyada qanadı) ilə yerə toxunur və həmin yerdən su çıxır.
Zəm-zəm suyu
Zəm-zəm suyu (ərəb. زمزم‎) — Məkkə şəhərində, Məscidül-həramın ərazisində, İslam dininin ən müqəddəs yeri sayılan Kəbədən 20 metr şərqdə yerləşən bulaqdır. İslam inanclarına görə, bu bulaq min illər əvvəl, İbrahim peyğəmbərin körpə oğlu İsmayıl susuzluqdan ağladığı vaxt möcüzəvi şəkildə Allah tərəfindən yaradılmışdır. Hər il milyonlarla zəvvar Həcc və ya Ümrə ziyarətləri zamanı bu bulağın suyundan içir və özü ilə götürür. == Yaranması == İslam tarixində qeyd olunur ki, İbrahim peyğəmbər Allahın əmri ilə öz körpə oğlu İsmayılı və onun anası Həcəri Hicazda qoyub gedir. Həcər susuzluqdan əziyyət çəkən oğlu üçün su axtarsa da, tapa bilmir. Çünki Məkkə isti və quru havası və çox az su mənbəyi olan yerdə yerləşir. Həcər su axtarışında 7 dəfə Səfa və Mərva dağları arasındakı məsafəni gedib gəlir. Susuzlayan İsmayıl ayaqları ilə yeri sürtdükdə həmin yerdən su çıxmağa başlayır. Bu hadisənin başqa bir versiyasında Allah Cəbrayılı göndərir və o öz əsası (digər versiyada qanadı) ilə yerə toxunur və həmin yerdən su çıxır.
Adi səhm
Adi səhm — səhmdar cəmiyyəti tərəfindən buraxılmış qiymətli kağız səhmdar cəmiyyətinin nizamnamə kapitalında paya mülkiyyət hüququnu təsdiq edir, cəmiyyətin idarə edilməsində iştirak etmək, ləğv edildikdə əmlakın bir hissəsini almaq hüququ verir. Cəmiyyət, habelə Səhmdarlar Yığıncağının və Direktorlar Şurasının (Müşahidə Şurasının) müvafiq qərarları qəbul edildikdə, sabit olmayan dividendlər şəklində mənfəətin bir hissəsini almaq. Bundan əlavə, mövcud milli qanunvericiliklə dividendlərin ödənilməsinə məhdudiyyətlər qoyula bilər. Beləliklə, məsələn, Rusiyada maliyyə hesabatlarında müəssisənin hesabat dövrü üçün xalis mənfəəti göstərilmədikdə və ya məhkəmə qərarları olduqda (beynəlxalq arbitraj məhkəmələri də daxil olmaqla) dividendlərin ödənilməsi qadağandır. Dividendlər imtiyazlı səhmlərin sahiblərinə faizlər ödənildikdən sonra mənfəətin qalan hissəsindən ödənilir. Adi səhmlərin sahibləri, bir qayda olaraq, səhmdarların ümumi yığıncağında səs vermək hüququna malikdirlər. Adi səhmlər üzrə dividendlərə zəmanət verilmir. Adi səhmlər fond birjasında və ya birjadan kənar satılır. Rusiyada adi səhmlərin mübadilə dəyəri çox vaxt imtiyazlı səhmlərin dəyərindən yüksək olur.
İmtiyazlı səhm
Abdulla Əhm
Abdulla Əhməd oğlu Əhmədov (12 mart 2002, Sumqayıt – 29 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abdulla Əhmədov 2002-ci il martın 12-də Sumqayıt şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Abdulla Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Talışın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abdulla Əhmədov sentyabrın 29-da Talış istiqamətində şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abdulla Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Abdulla Əhmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruhullah Zəm
Ruhullah Zəm (fars. روح‌الله زم‎; 27 iyul 1978, Tehran – 12 dekabr 2020, Tehran) — İran ictimai fəalı və jurnalisti. O, hökumət korrupsiyası haqqında sənədləri yayımlamaqla tanınır. Zəm 2009-cu ildə İran İnqilab Keşikçiləri tərəfindən həbs edilmişdi. Həbs edilməsindən və İranı tərk etməsindən sonra 2015-ci ildə "Amad News" adlı "Telegram" kanalı açan Zəm 2017–2018-ci il İran etirazları zamanı əhəmiyyətli jurnalistik fəaliyyət göstərmişdir. "Voice of America" portalının farsdilli bölməsi onu tez-tez buraxılışlarına dəvət edir. == Həyatı == Ruhullah Zəm 1978-ci ildə İranın paytaxtı Tehran şəhərində, ruhani ailəsində anadan olmuşdur. Onun atası Məhəmmədəli Zəm 1980–1990-cı illərdə müxtəlif dövlət vəzifələrində çalışmış bir islahatçı idi. Ruhullah Zəm 2009-cu ildə keçirilən etiraz aksiyalarına qoşulmuş, bir müddət Evin həbsxanasında saxlanılmışdır. O, 2011-ci ildə Əli Xameneiyə göndərdiyini açıq məktubda işgəncəyə məruz qaldığını bildirmişdir.
Borc-səhm svopu
Lehm.
İohann Georq Xristian Lehmann (alm. Johann Georg Christian Lehmann‎, 25 fevral 1792 – 12 fevral 1860, Hamburq) — Alman botaniki, tibb elmləri doktoru, fizika və təbiətşenaslıq üzrə professor, Hamburq Botanika Bağının direktoru. == Adı == Lehmannın adının aşağıdakı yazılışlarına da rast gəlinir: alm. Johann Georg Christoph Lehmann‎, alm. Johannes Georg Christian Lehmann‎, alm. Joannes Georgius Christianus Lehmann‎, alm. Christianus Lehmann‎, alm. Christian Lehmann‎>, alm. Johann Georg Cristian Lehmann‎. == Elmi işləri == Generis Nicotiniarum Historia ...
Bəhr
Bəhr — əruz vəzninin tərkib hissələrindən biri. Əruz altı ünsürdən (rükndən) ibarətdir və bu ünsürlər də on doqquz bəhrə bölünür. Klassik Azərbaycan poeziyasında əruzun on iki bəhrindən istifadə edilmişdir. Həmin bəhrlər aşağıdakılardır: həcəz, rəməl, rəcəz, müctəs, müzare, mütəqarib, münsərih, xəfif, səri, mütədarik, kamil, müqtəzəb. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Bəzm
Bəzm İranın Fars ostanının Bəvanat şəhristanının Mərkəzi bəxşinin Sərvistan dehistanında kənd.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 422 nəfər və 111 ailədən ibarət idi.
Cəhim
Cəhim — İslam dinində Cəhənnəmin 4-cü təbəqəsinə verilən ad.
Həcm
Həcm – skalyar fiziki kəmiyyət. Həcmi BS-də m3 ilə SQS sistemində isə sm3 ilə ölçürlər. Bundan başqa mayelərin həcminin ölçmək üçün litrdən də istifadə olunur. Maye və bərk cisimlərin həcmini ölçmək üçün menzurkadan istifadə olunur.
Məhr
Məhr — "məhriyyə" sözündən olub, nikahpulu deməkdir. Miqdari kəbinkəsdi mərasimində təsdiq olunub təzə mənzilə köçürüləcək gəlinə, gələcəkdə o boşanarsa, ərinin ona verəcəyi pulun adı. Babalarımızın inancma görə, mehriyyəsiz kəbin batildir. Başqa sözlə, bu, kəbin kağızında "talaq" üçün müəyyən edilmiş kəbinhaqqıdır. Onun miqdarı toydan çox-çox qabaq, elçilik vaxtı, oğlan evinin maddi vəziyyətindən asılı olaraq müəyyən olunur və heç vaxt geriyə alınmır. Qız tərəf, adətən, onun yüksək olmasma, oğlan evi isə onun aşağı salınmasına çalışır. Qaydaya görə, bu məbləğ toydan bir neçə gün əvvəl ödənilməlidir, amma çox vaxt oğlan evi buna yalnız söz verməklə kifayətlənir, molla da kəbin kağızında bunları qeyd edərək imzalayır. Həmin vəsait qadının şəxsi mülkiyyəti sayılır, boşanma qadının təşəbbüsü ilə baş verərsə, qayda-qanuna görə, o bu pulun yalnız yarısını alır. Vaxtilə bəzi varlı ailələrdə pul əvəzinə yarızarafat, yarıgerçək sayaraq, həyatda mümkün olmayan miqdarda, məsələn, bir pud söyüd ağacının külü, yaxud quru soğan qabığı, bəzən isə 22 pud mis yazdırılır. Bəllidir ki, söyüd ağacı yandırıldıqda onun heç vaxt külü qalmır, soğanın qabığı isə çox yüngül olduğuna görə, boşanma zamanı kişi qadına bu "miqdarda" kül-qabığı vermək iqtidarında olmur.
Nəzm
Nəzm — ərəbcədən hərfi mənada vəzni, qafiyəsi və rədifi olan bədii əsər deməkdir ("nəzm" - نظم - söz olaraq sıra, tərtib, nizam, sıralanmış və ya şeir anlamına gəlir). Nəzm əsərlərinin özünün də öz mürəkkəb-daxili və ritmik-struktur qanunauyğunluqları var.Nəzm nümunələri xalq yaradıcılığı və ədəbiyyat olmaqla olduqca geniş bir arealı əhatə edir. Lap qədimdən nitq yarandığı dövürlərdən ov, əmək nəğmələri, oxşamalar, bayatılar və s. şəkildə şifahi xalq ədəbiyyatı yaranmağa başlamışdır. Sonralar nəzmin bu qolu xalq ozanları, aşıqları sayəsində daha da zənginləşmiş və öz qayda qanunları yaranmışdır. Yazılı ədəbiyyat nümunələri yarandıqdan sonra bu iş daha da təkmilləşmiş müxtəlif xalqların söz adamlarının başqa-başqa dillərdə bədii söz sənətinə verdiyi töhfələr nəticəsində ümumi nizam qnunauyğunluqlarını gözləyən bayatı, rübai, məsnəvi, qəzəl, qoşma, gəraylı və s. növlər yaranmışdır. == Bayatı == Bayatının mənşəçə bayatların adı ilə bağlı olduğu ehtimal edilir. 7 hecalı 4 misradan ibarətdir. 3-cü misrası sərbəst, qalanları həmqafiyə olur.
Rəcm
Rəcm və ya daşqalaq (lat. lapidatio) — hələ qədimlərdə yəhudilərə və yunanların icra etdikləri ölüm hökmü növü. Quran ayələri daşqalağın əvvəlki qövmllərdə də olmasını təsdiq edir. Məsələn, "Onlar dedilər: "Ey Şüeyb! Dediklərinin çoxunu başa düşmür və səni aramızda zəif (gücsüz) görürük. Əgər əşirətin (dinimizə tapınan qəbilən) olmasaydı, səni daşqalaq edərdik. Yoxsa sən bizim üçün əziz (hörmətli) bir adam deyilsən!"", yaxud, (Gəncləri illərlə yatırtdığımız kimi) beləcə də onları bir-birindən hal-əhval tutsunlar deyə, oyatdıq. Onların biri dedi: "(Mağarada) nə qədər qaldınız?" Onlar: "Bir gün və ya bir gündən az!" - deyə cavab verdilər. Onlardan (bəziləri isə) belə dedi: "Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. İndi içərinizdən birini bu gümüş pulunuzla şəhərə (Tərsusa və ya Əfsusa) göndərin ki, görsün ən təmiz təam hansıdırsa, ondan sizə ruzi (yemək alıb) gətirsin.
AIHM
Avropa İnsan Hüquqları Məhkəməsi (ing. European Court of Human Rights, fr. Cour Européenne des droits de l’homme) — "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiya əsasında yaradılmış beynəlxalq məhkəmə. İnzibati binası Fransanın Strasburq şəhərində yerləşir. Məhkəmə, Konvensiyanın qəbul edilməsindən 9 il sonra, qüvvəyə minməsindən isə 6 il sonra, yəni 1959-cu ildən fəaliyyətə başlamışdır. Bu, əsasən onunla izah olunur ki, iştirakçı-dövlətin Konvensiyanı ratifikasiya etməsi avtomatik olaraq Məhkəmənin yurisdiksiyasını da tanıması demək deyildi. Bu halda dövlətin xüsusi bəyanatı tələb olunurdu. == Tarixi == 12 iyul 1949-cu ildə Avropa Şurasının Nazirlər Komitəsinə Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa Məhkəməsinin Statutunun layihələri təqdim edildi. Lakin buna baxmayaraq, Komitənin 9 avqust 1949-cu il tarixdə keçirilən birinci sessiyasında yeddi səs lehinə, dörd əleyhinə və bir səs bitərəf olmaqla "İnsan hüquqlarının və əsas azadlıqların müəyyən edilməsi, müdafiəsi və inkişafı" adlı bəndin Şuranın Məşvərətçi Assambleyasının birinci yığıncağının gündəliyindən çıxarılması qərara alındı. Hüquq komitəsi tərəfindən təklif edilən konvensiya layihəsində on iki əsas insan hüquq və azadlıqları sadalanırdı, həmçinin insan hüquqları üzrə Avropa Komissiyasının və Məhkəməsinin yaradılması, ayrı-ayrı şəxslərin və dövlətlərin şikayət ərizəsi ilə Komissiyaya müraciət etmək hüququ və Komissiyanın və ayrı-ayrı dövlətlərin işi Məhkəməyə verə bilməsi nəzərdə tutulurdu.
Rəhim
Rəhim və ya Rahim — Kişi adı. Rəhim Nağıyev — fəlsəfəşünas. Fəlsəfə e. n. (1968). Rəhim Nəvəsi — Cənubi Azərbaycanlı realist rəssam. Rəhim Rəhmanzadə — ortopedik cərrahiyyə və ortopedik travma təsisçisiRahim adı olan tanınmışlarRahim Dünyamalıyev — Rahim Nuriyev — Rahim Sadıqov — Rahim Tağıyev — gizir.
Rəsm
Təsviri incəsənətdə rəsm — eskiz və ya etüddən fərqli olaraq bitmiş xarakterə malik və müəyyən bədii mənaya sahib olan əsər. Freskadan və ya kitab miniatürlərindən fərqli olaraq rəsmin müəyyən interyer və ya dekorasiya sisteminə bağlı olması vacib deyildir. Hər bir rəsm əsəri adətən üç hissədən ibarət olur ki, bunlar bünövrə (kətan, taxta, metal, karton, kağız, daş, ipək və s.), zəmin və boya qatıdır. == Xarici keçidlər == Leone Battista Alberti, De Pictura (On Painting), 1435.
Vəhy
Vəhy – teologiyanın əsas anlayışı olub, mistik nurlanma halında fövqəltəbii reallığın fövqəlhissi dərkini ifadə edir. Dini məntiq isə vəhyin bütün varlıqların əsl və həqiqi yaradıcısının var olduğuna işarə etdiyini bir mənalı şəkildə iddia edir. Vəhy bu mənanın təsdiqləyicisi kimi çıxış edir. Bu yaradılmış məxluqların mövcud olduqları formaların ən doğrusu olduğunu, o anda, o məkanda bu formanın, vəziyyətin xaricində digərinin qeyri-mümkün olduğunu da ifadə edir. Vəhyin mahiyyəti dini istilahların məntiqi izahına tabedir. Vəhyin mahiyyətinin iki tərəfi vardır.: Vəhy Tanrının əmr və xəbərlərini yaratdıqlarına çatdırma tərzidir. Tanrıdan yaratdıqlarına çatdırılan biliyin tipidir.Vəhy həm məhdud çərçivədə ilahi biliyin seçilmiş insana, peyğəmbərə göndərilmə prosesinin adı, həm də çatdırılan biliklərin məcmusudur. İstər yəhudilərin Tövratı, istərsə də xristianların İncili, yaxud da müsəlmanların Qurani Kərimi həmin din mənsublarına görə, dini kitablar olmaqla bərabər, həm vəhy əsəridir, həm də bilavasitə vəhyin özüdür. Dini istilah olaraq vəhy termini müxtəlif mənalarda səsləndirilir. Bu ifadələr doğru başa düşülmədiyi təqdirdə, cəmiyyətdə fərqli fikir ayrılıqlarına yol aça bilir.
Zülm
Zülm - Şəxs və ya qruba bir başqa şəxs və ya qrup tərəfindən israrlı bir şəkildə pis rəftarıdır. Ən çox təsadüf edilən formaları dini zülm, etnik zülm və siyasi zülmdür. Ən çox təsadüf edilən nümunə isə çoxluq qrupun azlıq qrupa qarşı etdiyi zülmdür.
Avatar (rəsm)
Avatar — vizual gap (CHAT), yaxud virtual reallıq proqramlarında istifadəçini təmsil edən kiçik rəsm. Ölçüləri müxtəlif olur, ancaq 100x100, 50x50, 120x120 piksel ölçülü avatarlar daha geniş yayılıb. Hind mifologiyasına görə, avatarlar tanrıların yerüzünə endikləri zaman büründükləri şəkillərdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 996 s.
Başqırdlar (rəsm)
Başqırdlar (rusca:Башкиры) — rəssam Uilyam Allan tərəfindən 1814-cü ildə yağlı boya ilə çəkilən rəsm əsəridir. Rəsm əsəri hal-hazırda Rusiyanın Peterburq şəhərindəki Ermitaj Muzeyində saxlanılır. == Çəkilişi == Rəsm 1814-cü ilin payızında Edinburqda Uilyam Allan tərəfindən şəkilmişdir. Rəsimdə Napoleon müharibələri zamanı Başqırd atlılarının geyimləri və silahları göstərilmişdir. Uilyam Allan qeyd edirdi: 1815-ci ildə Uilyam Allanın rəsmi xalqa ilk dəfə təqdim edildi. 1816-cı ilin dekabrında gələəkdəki rus imperatoru I Nikolay səyahəti zamanı Edinburqdakı Uilyam Allanın sexinə gəldi. Bu görüş yerli qəzetlərin birində belə təqdim edilmişdi: Bu görüşdən sonra I Nikolay rssamın 3 rəsmini almışdır - "Başqırdlar", "Sərhəd mühafizəçisi" və "Aslan Gəray və Alkaziya Kuban çayını keçir". Birinci və ikinci əsər Ermitaj Muzeyində, üçüncü əsər isə Dağıstan İncəsənət Muzeyində sərgilənməkdədir. Əsər Rusiyaya gətirildikdən sonra Aniçkov Sarayında - I Nikolayın öz ofisində idi və "Üç kəndli ilə danışan iki başqır" adı altında siyahıya alındı. 1920-ci ildə rəsm əsəri Ermitaja göndərildi.
Dinamo GOHM
"Dinamo" GOHM — Bakı şəhərini təmsil etmiş sovet futbol klubu. 1928-ci ilə qədər yaradılmışdı. == Adlanması == 1987-ci ilə qədər — "Dinamo"; 1988-ci il — "Bakılı" GOHM; 1989—1990-cü illərdə — "Termist" GOHM; 1991-cü il — "Dinamo" GOHM. == Nailiyyətləri == Birinci dəstədə — 14-cü yer ( 1945-ci il Futbol üzrə SSRİ çempionatı, ikinci qrupda). SSRİ kuboku — 1/4 finalda məğlubiyyət (1944). == Xarici keçidlər == Footballfacts bazasında klub haqqında məlumat Wildstat bazasında klubun qeydə alınmış oyunları История азербайджанского футбола.
Azeym
Azeym (ərəb. العظيم‎) — İraqda çay. Çayın mənbəyi Süleymaniyyə mühafəzəsində, Zaqros dağlarındadır. 230 kilometr (140 mil) məsafədən sonra Dəclə çayına birləşir. Çayın hövzəsi 12,965 kv. metkilor (5,006 kv. mil) qədərdir. Çay yağış suları ilə qidalanır.
Behr
Hans Herman Behr (alm. Hans Hermann Behr‎; 18 avqust 1818 – 6 mart 1904, San-Fransisko, Kaliforniya) — Almaniya botaniki, entomoloqu, antropoloqu və həkimi. == Elmi fəaliyyəti == Hans Herman Behr bir çox bitki və həşərat növü təsnif etmişdir.. == Əsərləri == Denis Papins Dampfdruckpumpe von 1707 und ihr Nachbau: mit dem Faksimile und der Übersetzung seiner Veröffentlichung in der französischen Fassung. The hoot of the owl. Report of the committee appointed to prepare and present an account of the life and services of Doctor Hans Herman Behr. Beiträge zur pathologischen Geographie Californiens. On certain butterflies of California: Our Californian Argynides. On Californian lepidoptera. Entomological contributions.
Geum
Çınqılotu (lat. Geum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Acomastylis Greene Coluria R.Br. Erythrocoma Greene Neosieversia Bolle Novosieversia F.Bolle Oncostylus (Schltdl.) F.Bolle Oreogeum (Ser.) E.I.Golubk. Orthurus Juz. Parageum Nakai & H.Hara Sieversia Willd. Stylypus Raf. Taihangia T.T.Yu & C.L.Li Waldsteinia Willd. == Növləri == Hələb çınqılotu (Geum aleppicum Jacq.) Bolqar çınqılotu (Geum bulgaricum) Kanada çınqılotu (Geum canadense Jacq.) Yapon çınqılotu (Geum japonicum) Geum laciniatum Murr. Geum macrophyllum Willd.
Mehr
Mehr (fars. مهر‎) — İran və Əfqanıstanın rəsmi təqviminin yeddinci ayı. Mehr ayında 30 gün var. Bu ay sentyabr ayında başlayıb oktyabr ayında sona çatır. Mehr payızın ilk ayıdır.
Neom
Neom (NEOM; نيوم Niyom), Səudiyyə Ərəbistanının Tobruk regionunda tikilməsi planlanlaşdırılan bir şəhərdir. Proyect, ilk olaraq 24 oktyabr 2017-ci ildə Prens Məhəmməd ibn Salman tərəfindən elan olunmuşdur. Neomun ölkənin şimal-qərbində Qırmızı dənizin yaxınlığında və Səudiyyə Ərəbistanının Misir və İordaniya ilə bölüşdüyü sərhədlərdə yerləşməsi planlaşdırılır. NEOM-un ilk hissəsinin 2025-ci ilə qədər tamamlanması planlaşdırılır. Layihənin təxmini dəyərinin 500 milyard dollar olduğu düşünülür. Layihəni tamamilə bərpa olunan enerji mənbələri ilə dəstəkləmək planlaşdırılır. Şəhərin 26.500 km² ərazini əhatə etməsi və Qırmızı dəniz sahilləri boyunca 460 km uzanması planlaşdırılır. "Xəyalpərəstlər şəhəri" adlandırılan NEOM Səudiyyə Ərəbistanı, Misir və İordaniya sərhədində, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə qurulacaq. Şəhərin adı ingilis dilindəki "new" (yeni) və ərəb dilindəki "gələcək" sözünün ilk hərflərindən götürülüb. Neom bu dünyada yeni şeylər yaratmaq istəyən xəyalpərəst insanların şəhəri olacaq və burada ənənəvi investisiyalara yer verilməyəcək.
Perm
Perm — Rusiya Federasiyasında yerləşən şəhər Perm diyarına daxildir == Tarixi == Hazırda Perm (əski Bürüxan) Kama çayı üzərində iri sənaye şəhəridir. Kama çayına tatarlar "Ak İdil" deyirdilər. Rus salnamələrində Kama adına 1220-ci ildə rast gəlinir. Ruslar Kamaya (bu çay Volqanın əsas qoludur) yiyələnməkdə çətinlik çəkirdi. Noqaylar, kalmıklar, başqırdlar rusların aramsız hücumlarına mətanətlə sinə gərirdilər. Lakin ruslar irəlilədikcə hərb qalaları tikir və bu hərbi məskənlər "ostorojki",eləcə də "qorodki" (bu qədim rus sözləri "hasarlanmış, yonulmuş tirlərdən çəkilmiş qala" mənasını ifadə edirdi) adlanırdı və rusların dayaq məntəqələrinə çevrilirdi. Tatarların ulu əcdadları hələ qədimdən Bürüxan, indiki Perm vilayətinin sakinləri olmuşlar. Bəzi mülahizələrə görə Bürüxan şəhərinin adı bürü~börü "qurd"+xan=Bürüxan şəxs adından yaranmışdır. O da qeyd olunmalıdır ki, Bürüxan Sibir xalqlarında həm də "tapınma büt, sənəm, ilahi, pir" adıdır. Bu heykəllər müqəddəs ruhların obrazları idi.
Qeşm
Qeşm adası — İranın Hörmüz boğazında ada. Qeşm şəhristanı — İranın Hörmüzgan ostanının şəhristanlarından biri. Qeşm (şəhər) — İranın Hörmüzgan ostanındakı Qeşm şəhristanının inzibati mərkəzi.