Zənginləşdirilmiş uran
Zənginləşdirilmiş uran və yaxud uranın zənginləşdirilməsi (ing. Enriched uranium) - izotopların ayrılması prosesi ilə uran-235 izotopunun faiz tərkibinin artırıldığı zənginləşdirilmiş uran növü. Təbiətdə yaranan uran üç əsas izotopdan ibarətdir. Bunlar uran-238, uran-235 və uran-234 izotoplarıdır. Yer kürəsində bu üç izotopa rast gəlinsə də, təbii uranın 99 %-dən çoxunu u-238 izotopu təşkil edir. Bu izotop isə nüvə silahı və reaktorlarında istifadə üçün əlverişsiz hesab edilir. Bu məqsədlər üçün u-235 izotopu istifadə edilir. Bunun səbəbi uran-235-in nüvəsinin rahatlıqla parçalanaraq zəncirvari nüvə reaksiyasını başlatmasıdır.
Mədənlərdən çıxarılan və ya təbiətdən əldə edilən və tərkibində u-235 və u-238 izotopu olan mineral kimyəvi reaksiyalardan istifadə edilərək qaz halına çevirilir daha sonra bu qaz yüksək sürətlə dönən slinderin içində hərəkət etdirilir. Nəticədə daha ağır olan u-238 izotopu slinderin divarına, daha yüngül olan u-235 izotopunu mərkəzi nöqtəyə toplanır.