çal-çayır
çal-çəpər
OBASTAN VİKİ
Siyah-Çal
Siyah-Çal (Qara çala) Tehranda (İran) hamamlar üçün yeraltı su anbarı olmuş, daha sonra qatı cinayətkarların saxlandığı yerə çevrilmişdir. Tarixdə daha çox Babilər hərəkatı önəmli şəxslərinin saxlandığı yer kimi məşhurlaşmışdır. Bəhai dininin peyğəmbəri Bəhaullahın məhz burada vəhy aldığı bildirilir.
Çal (Zəncan)
Çal (fars. چال‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur. Xudabəndə şəhristanının Yuxarı Tarım kəndistanında, Sırdan qəsəbəsindən 54 km şimal-qərbdədir.
Çal marmot
Çal marmot (lat. Marmota caligata) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Sus və Çal!
Sus və Çal (kor. 닥치고 꽃미남 밴드, ing. Shut up! Flower boy band) — Cənubi Koreyanın TVN telekanalında yayımlanan serialıdır. Bu serial azad ruhlu oğlanlardan ibarət olan orta məktəbli "Eye Candy" rok qrupunun dostluqlarını, sevgilərini və musiqiyə olan rəğbətlərini təsvir edir.
Sən çal qapımı
Sen Çal Kapımı, "MF Yapım" tərəfindən idarə olunan, birinci hissəsi 8 iyul 2020-ci ildə nəşr olunan, Ender Mıhlar və Yusuf Pirhasan, ikinci hissədən isə Altan Dönmezin rejissorluğu ilə çəkilən Türk istehsalı dram və romantik komediya serialıdır. Serialda baş rolları Hande Erçel və Kerem Bursin paylaşır. 2 sezondan ibarət olan serial 8 sentyabr 2021-ci ildə yayımlanan 52-ci bölümü ilə finala çıxaraq sona çatdı.
Çal, oyna! (xalq mahnısı)
Çal, oyna! — Azərbaycan xalq mahnısı. Ermənilər keşiş Komitasın əsəri kimi təqdim edirlər. 1969-cu ildə Rəşid Behbudovun ifası ilə məşhurlaşmışdır. Xalq mahnılarının, məişət mahnıları qrupuna daxildir və öz növbəsində məişət mahnılarının lirik mahnılar növünə aiddir. Sözlərinin və musiqisinin yaranma tarixi haqqında dəqiq məlumat yoxdur. Mahnı bəzən "Mehribanım, mehriban" kimi də adlandırılır. İlk dəfə 1965-ci ildə, Rafiq Babayev və Rəşid Behbudovun tərtibatı ilə "Qaya qrupu"nun ifasında efirdə səslənmişdir. 1969-cu ildə Rəşid Behbudovun ifası ilə məşhurlaşmışdır.. Mahnı ümumiyyətlə, Rast muğamı təməlindədir.

Digər lüğətlərdə