ÇAYXANA
ÇAYIR
OBASTAN VİKİ
Abbas Çayxorski
Abbas Abbasəli oğlu Çayxorski (21 yanvar 1917, Çaxırlı – 30 noyabr 2008, Rino[d], Nevada) — azərbaycanlı professor, kimya elmləri doktoru, SSRİ nüvə reaktorlarının qəbulu üzrə Dövlət Komissiyasının sədri (1969–1991), Azərbaycan Milli Elmlər Akademiyasının fəxri doktoru, SSRİ Dövlət Mükafatı laureatı, neptunium elementinin kimyası sahəsində dünya şöhrətli tədqiqatçı. == Həyatı == === Erkən illər === Abbas Çayxorski 1917-ci il yanvarın 21-də indiki Ermənistanın ərazisində mövcud olmuş İrəvan quberniyasının, Yeni Bəyazid qəzasında, Çaxırlı kəndində, Abbasəli bəyin ailəsində anadan olmuşdur. 1918-ci ildə Azərbaycanlıların Ermənistandan deportasiyası zamanı onun ailəsi müxtəlif vaxtlarda Ağdam, Göyçay və Ağdaş rayonlarında məskunlaşır. Onun uşaqlıq və yeniyetməlik illəri Ağdaşda keçir, o, burada orta məktəbi bitirir, sonra isə Bakıda texnikuma daxil olur. Çayxorskinin atası Abbasəli 1920-ci illərin ortalarında həbs olunmuş və məlumatlara görə, 1930-cu illərdə sürgündə vəfat etmişdir. Abbas Çayxorski ali təhsilini 1939-cu ildən başlayaraq Bakı Dövlət Universitetinin kimya fakültəsində almışdır. Çar Rusiyası dövründə zadəganlar özlərinə doğulduğu yerlə səsləşən soyad götürürdülər. Abbas Çayxorskinin hazırda ABŞ-də yaşayan oğlu Aleksandr müsahibələrindən birində söyləyir: Abbas Çayxorski Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq universitetdə təhsilini yarımçıq qoyaraq cəbhəyə yollanmışdır. === Hərbi illəri === O, 2 ay Bakı artilleriya məktəbində təhsil almış, 1941-ci ilin avqustundan Cənub, Qafqaz, Krım və Şimali Qafqaz cəbhələrində vuruşmuşdur. Çayxorski 1942-ci ilin avqustunda yaralanaraq hospitala aparılır.

Digər lüğətlərdə