çırpılı

çırpılı
çırpıq
çırpılıq
OBASTAN VİKİ
Çırpılı
Çırpılı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Rayon mərkəzindən 36 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Çirpili kimi qeyd edilmişdir. Toponim «quru budaq, kol qırıntısı» mənasında işlənən çırpı sözünə mənsubluq bildirən -lı şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.ll.1947-ci il fərmanı ilə adı dəyişdirilib Crapi, sonra Nerkin Crapi qoyulmuşdur.
Çırpılı körpüsü
Çırpılı körpüsü — Arpaçay çayı üzərində inşa edilmiş körpü == Haqqında == Adını yaxınlıqdakı Çırpılı kəndindən almışdır. Orta əsrlər dövrünə aid olan bu körpü, çoxsaylı kənd və el-oba yollarını birləşdirən mühüm bir keçid olmuşdur. Arpaçay yatağının enli olması və körpünün sahilə söykənən böyük tağları onun vaxtilə Qərbi Azərbaycanın böyük və çoxaşınan körpülərindən biri olduğunu göstərir. == İndiki vəziyyəti == Körpünün yalnız sol tərəfi günümüzə qədər salamat qalmış, sağ tərəfi isə tamamilə dağılıb. Bu hissənin uçma səbəbi həmin sahildəki torpaq qatının yumşaq olmasıdır. Bu səbəbdən körpünün sağ tərəfi tamamilə məhv olmuşdur.

Digər lüğətlərdə