çəyirtkəkimilər

çəyirtkəkimilər
çəyirtkəkimi
çığ
OBASTAN VİKİ
Çəyirtkəkimilər
Çəyirtkəkimilər (lat. Acridoidea) — düzqanadlılar dәstәsindәn cücü fәsilәüstü. Uzunluğu 9 sm-dir. Bığcıqları bәdәninin yarısından qısadır. Qanadı 2 cütdür, bəzən onlar inkişaf etmәmiş olur, yaxud da olmur. Arxa ayaqları sıçrayıcıdır. Yumurtaqoyanı qısadır. Yumurtanı torpağa, bəzən də bitki toxumalarına topalarla qoyur və köpüklü maye ilə bürüyür. Bu maye quruyur və möhkəm kapsula (yumurta kisəsi) əmələ gətirir. Sürfələr yazda çıxır və 1-1,5 aya inkişaf edir; 4-7 dəfə qabıq qoyur.

Digər lüğətlərdə