ŞAHPƏRƏSTLİK
ŞAHZADƏLİK
OBASTAN VİKİ
Konsort Şahzadə
Kral-konsort, şahzadə-konsort və ya kraliça-konsort (Prince consort) — monarxın həyat yoldaşı (kişi və ya qadın özü monarx olduqda bu titul işlədilmir). Müasir dövrün konsortları II Elizabetin həyat yoldaşı şahzadə Filip və Danimarkanın kraliçası II Marqretin əri şahzadə Henrikdir. Kraliçanın həyat yoldaşının yüksək statusunu göstərmək üçün ona şahzadə, şahzadə-konsort və ya kral-konsort titulu verilə bilər. Kraliçanın ölümündən sonra konsort titulu itirilir və sadəcə şahzadə və ya hersoq çağrılır. Anoloji status, kraliça-konsort kralın da həyat yoldaşına verilə bilər. Məsələn, VI Georqun həyat yoldaşı kraliça II Elizabetdə bu statusu daşımışdır (1936—1952).
Mehrab (şahzadə)
Mehrab — Şirvanşah şahzadəsi. == Hakimiyyət uğrunda mübarizə == Haqqında çox məlumat yoxdur. Bürhanəlinin ölümündən sonra Şirvan əyanları Dərbəndi Şirvanşahlar nəslindən Mehrab adlı birisini Şirvan hakimi seçdilər. Səfəvilər əleyhinə mübarizəyə başçılıq edən Mehrab Mirzə Şirvan qoşunları ilə Şirvan sərhədini keçərək Kür sahillərinə enib Siqnax şəhərini tutdu. Abdulla xan Mehraba hücum etdi, müqavimət göstərməyə gücü çatmayan Mehrab qaçdı və Şirvan vilayəti yenidən qızılbaşların əlinə keçdi.
Şahzadə
Şahzadə bu mənalara gələ bilər: Şahzadə (oğlan) — titul. Şahzadə (qız) — titul. Şahzadə (kitab) (Azərbaycan dilindəki adı ilə: Hökmdar) — yazıçı Nikkolo Makiavelli tərəfindan yazılmış siyasət haqqında elmi nəzəriyyə. Şahzadə (Osmanlı imperiyası) — Osmanlı sülaləsinə mənsub kişi. Şahzadə (Prince of Persia) — Prince of Persia oyun seriyasının qəhrəmanı.
Şahzadə-konsort
Kral-konsort, şahzadə-konsort və ya kraliça-konsort (Prince consort) — monarxın həyat yoldaşı (kişi və ya qadın özü monarx olduqda bu titul işlədilmir). Müasir dövrün konsortları II Elizabetin həyat yoldaşı şahzadə Filip və Danimarkanın kraliçası II Marqretin əri şahzadə Henrikdir. Kraliçanın həyat yoldaşının yüksək statusunu göstərmək üçün ona şahzadə, şahzadə-konsort və ya kral-konsort titulu verilə bilər. Kraliçanın ölümündən sonra konsort titulu itirilir və sadəcə şahzadə və ya hersoq çağrılır. Anoloji status, kraliça-konsort kralın da həyat yoldaşına verilə bilər. Məsələn, VI Georqun həyat yoldaşı kraliça II Elizabetdə bu statusu daşımışdır (1936—1952).
Şahzadə (Osmanlı)
Osmanlı dövlətində şahzadə — Osmanlı sülaləsinə mənsub kişilərə deyilirdi. İlk dönəmlərdə paşa, əmir, çələbi, sultan və bəylərbəyi kimi titullarla anılan şahzadəlik tarixi iki dövrdən ibarətdir. Birinci dövr XVI əsrin ikinci yarısına qədərki dövrdür. Bu dövrdə şahzadələr öz xidmətçiləri ilə birlikdə hansısa əyalətdə idarəetmə strukturunda vəzifələndirilirdi. İkinci dövr isə "Əkbər və Ərşət" hüququnun qanuniləşdirilməsi ilə şahzadələrin qəfəsə qoyulması ilə başlamışdır. Osmanlı sistemində gələcəyin hökmdar namizədi olaraq qəbul edilən şahzadələrin kimdən olması vacib deyildi. Şahzadələrin dünyaya gəlməsi isə sarayda böyük sevinclə qarşılanırdı. XVII əsrə aid sənədlərə görə, şahzadələrin doğumu top atəşi ilə xalqa elan edilir, şənliklərlə qeyd olunurdu. Bu səbəblə sarayda dövlət xadimlərinin və yüksək məmurların iştirakı ilə təbrik mərasimi təşkil olunurdu. Yeni dünyaya gələn şahzadələrin baxımına anası və 20 kəniz nəzarət edir, daha sonra isə şahzadə saray ağası olan 3 lələnin nəzarəti altında böyüyürdü.
Şahzadə (dəqiqləşdirmə)
Şahzadə bu mənalara gələ bilər: Şahzadə (oğlan) — titul. Şahzadə (qız) — titul. Şahzadə (kitab) (Azərbaycan dilindəki adı ilə: Hökmdar) — yazıçı Nikkolo Makiavelli tərəfindan yazılmış siyasət haqqında elmi nəzəriyyə. Şahzadə (Osmanlı imperiyası) — Osmanlı sülaləsinə mənsub kişi. Şahzadə (Prince of Persia) — Prince of Persia oyun seriyasının qəhrəmanı.
Şahzadə Abdullah
Şahzadə Abdullah (1464, Amasya ili – 6 noyabr 1483, Qaramanlı eli) — 8. Osmanlı sultanı II Bəyazidin oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Abdullah 1464-cü ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun xanımlarından Şirin Xatundur. Uşaqlıq illəri Amasyada keçən Şahzadə Abdullah 1480-ci ildə qardaşlarıyla birlikdə İstanbula — babası Fateh Sultan Mehmedin yanına göndərildi. Burada qardaşları Qorqud, Əhməd, Aləmşah, Mahmud və Səlim, eləcə də əmisi Şahzadə Cemin oğlu Oğuz xanla birlikdə möhtəşəm mərasimlə sünnət edildi. Mərasimin ardından Trabzon sancaqbəyi təyin edildi və anası Şirin Xatunla birlikdə Trabzona yollandı. Beləcə, Trabzona təyin olunan ilk Osmanlı şahzadəsi oldu. Cəmi bir il sonra Fateh Sultan Mehmedin vəfatıyla atası II Bəyazid dərhal İstanbula yola düşdü və qardaşı Şahzadə Cemlə girişdiyi taxt mübarizəsinin ardından taxta çıxdı. Atasının taxta çıxmasından bir müddət sonra vəzifə yeri dəyişdirildi və ana-oğul Qaraman əyalətinə yollandı.
Şahzadə Aləmşah
Şahzadə Aləmşah (1477, Amasya ili – avqust 1503, Manisa ili) — 8-ci Osmanlı sultanı II Bəyazidin oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Aləmşah 1467-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Gülruh Xatundur. 1480-ci ildə babasının əmriylə İstanbula gətirilmiş, qardaşları Əhməd, Qorqud, Mahmud və Səlim, eləcə də əmisi Şahzadə Cemin oğlu Oğuz xanla birlikdə sünnət edilmişdir. 1490-cı ildə Mentəşə, 1502-ci ildə isə Manisa sanqcaqbəyliyinə təyin edildi. Bütün bu təyinatları boyunca anası Gülruh Xatun da onunla birlikdə vəzifə yerinə göndərilmişdir. Gülruh Xatunun oğlunun Manisa sancaqbəyliyi dönəmində əri Sultan Bəyazidə ünvanladığı məktublar günümüzədək gəlib çatmışdır. Bu məktublarda oğluna artıq nəzarət edə bilməməsindən şikayətlənən Gülruh Xatun, oğlunun həddindən artıq alkoqollu içki içdiyini, yalnız paytaxtdan göndəriləcək bir lələnin şahzadəni nizam-intizama sala biləcəyini bildirir. Yenə Gülruh Xatunun Sultan Bəyazidə ünvanladığı 1510 tarixli məktubda oğlunun gənc yaşda vəfat etməsinin səbəbi olaraq onun içki aludəçiliyini göstərir. Qeyd edildiyi üzrə Şahzadə Aləmşah 1503-cü ildə anidən vəfat etdi.
Şahzadə Babayeva
Şahzadə Babayeva — aktrisa. == Həyatı == Yasamal rayonundakı 20 saylı orta məktəbdə təhsil alıb. 1976-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. Tələbəlik illərində C.Məmmədquluzadənin "Anamın kitabı" əsərində ana, S.Vurğunun "Xosrov və Şirin" dramı əsasında hazırlanmış tamaşada Şirin və Məryəm, Eduard Definin "Silindir"ində Rita obrazlarını özünəməxsus orijinallıqla tamaşaçılara təqdim edib. 1981-ci ildə institutu bitirdikdən sonra təyinatla Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına göndərilib. "Teymurləng"də Olimpiya, "Həyatın dibində" Nastya, "Adsız ulduz"da Monna, "Knyaz"da Jasmen Şəki Dövlət Dram Teatrında yaratdığı uğurlu obrazlardandır. 1984-cü ildən 1992-ci ilədək Gənclər teatrında çalışan aktrisa, 1993-cü ildə taleyini Bakı Bələdiyyə Teatrına bağlamışdır. Hüseynağa Atakişiyevin həyat yoldaşı olmuş və bir oğlu dünyaya gəlmişdir. 2002-ci ildə Əməkdar artist fəxri adına layiq görülmüşdür.
Şahzadə Bəyazid
Şahzadə Bəyazid (I Süleymanın oğlu) — I Süleymanın oğlu. Şahzadə Bəyazid (I Əhmədin oğlu) — I Əhmədin oğlu.
Şahzadə Cahangir
Şahzadə Cahangir (9 dekabr 1531, İstanbul – 27 noyabr 1553[…], Hələb) — Sultan Süleyman Qanuninin Xürrəm Sultanla olan nikahdan dünyaya gələn oğludur. == Həyatı == Şahzadə Cahangir 1531-ci ildə İstanbulda dünyaya gəlmişdir. Təhsilini sarayda tamamlamışdır. Fiziki qüsurlu dünyaya gəlmiş, bu səbəblə ətrafındakı insanlar tərəfindən təcrid olunmuşdur. Qardaşı Şahzadə Bəyazidlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. 28 sentyabr 1539-cu ildə baş tutan və 2 həftə davam edən mərasim əsnasında bacısı Mihrimah Sultan da o illərdə Diyarbəkir bəylərbəyi olan Rüstəm Paşayla evləndirilmişdir. Həddi buluğa çatdığı yaşlarda atası tərəfidən Amasiya sancaqbəyliyinə gətirilmək istənsə də, xəstəliyi səbəbilə bu vəzifəni qəbul etməmişdir. Saraydakı günlərini xəttatlıqla və "Zarifi" təxəllüsü ilə şeir yazmaqla keçirmişdir. Atasının yalnız 2 səfərində iştirak etmiş ancaq bütün səfər dövrünü xüsusi kəcavədə həkim nəzarətində yatalaq olaraq keçirmişdir. Qatıldığı son səfər olan Naxçıvan səfərində isə böyük qardaşı Şahzadə Mustafa atası tərəfindən edam edilmişdir.
Şahzadə Diana
Ledi Diana Spenser və ya Ledi Di (ing. Lady Diana Spencer, ing. Diana, Princess of Wales; 1 iyul 1961[…], Sandrinqem sarayı[d], Sandrinqem[d], Norfolk qraflığı, Şərqi İngiltərə[d], İngiltərə, Birləşmiş Krallıq – 31 avqust 1997[…], XIII arondisman, XIII arondisman, Fransa[…]) — Uels şahzadəsi, III Çarlzın birinci həyat yoldaşı. == Həyatı == Diana Spenser 1961-ci il iyul ayının 1-i Norfolkda zadəgan ailəsində dünyaya gəlib. Spenserlər bir neçə nəsillər boyu Kral Ailəsi ilə sıx bağlı olmuşdur. Diana doğulanadək Spenserlər, ailə xəttinin davam etməsi üçün oğlan övladına ümid bəsləyirdilər. Diana Müqəddəs Mariya Maqdalena Kilsəsində, Sandringhemdə vaftiz (xaç suyuna salınma) edilmişdi. Diana ailənin beş uşağından dördüncüsü idi. Diananın üç bacı-qardaşı var idi: Sara, Ceyn və Çarlz. Onun Con adlı körpə qardaşı da vardı, lakin o Diana doğulmamışdan bir il əvvəl vəfat etmişdi.
Şahzadə Georgi
Şahzadə Georgi (gürc. უფლისწული გიორგი; d. 27 sentyabr 2011) — şahzadə David Baqrationi və şahzadə Anna Baqrationi Qruzinskinin oğlu. Primogenituraya əsasən, əgər Qruzinski və ya Muxrani sülalələrində başqa ali əsilli və indi yaşayanlardan çox yaşayan Baqrationi şahzadəsi anadan olmazsa, şahzadə Georgi Baqrationi Evinin baş kişi varisi və XII Georginin baş varisi olacaq. == Həyatı == Şahzadə Georgi 2011-ci il sentyabrın 27-də, saat 22:40-da İspaniyanın Madrid şəhərində 3 kiloqram 700 qram çəkisi ilə anadan olub.
Şahzadə Harri
Uels şahzadəsi Harri (ing. Prince Henry of Wales, tam adı Henri Çarlz Albert Devid Mauntbatten-Vindzor, ing. Henry Charles Albert David Mountbatten-Windsor; 15 sentyabr 1984-cü il, Paddinqton, London) — III Çarlz və onun birinci həyat yoldaşı Şahzadə Diananın oğlu, Böyük Britaniya kraliçası II Elizabetanın nəvəsi. Hal-hazırda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının taxt-tacına növbədə beşincidir.
Şahzadə Hüseyn
Şahzadə Hüseyn (14 noyabr 1613, İstanbul, Osmanlı imperiyası – 1617, İstanbul, Osmanlı imperiyası) — 14-cü Osmanlı sultanı I Əhmədin oğlu. == Həyatı == Şahzadə Hüseyn 1613-cü ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahfiruz Xədicə Sultandır. Uşaqlıq illəriylə bağlı yetərli məlumat yoxdur. 1617-ci ildə vəfat etmiş, cənazəsi babası Sultan Mehmedin türbəsinə dəfn olunmuşdur. Atasının deyil, babasının türbəsinə dəfn olunmasından, həmin ilin noyabrında vəfat edən atası Sultan Əhməddən öncə vəfat etdiyi anlaşılır.
Şahzadə Kəyumərs
Şahzadə Kəyumərs — Şirvanşah I İbrahimin oğludur və Şirvanşahlar dövlətinin şahzadəsidir. == Həyatı == Atası onu Cəlairilərin qaraqoyunlulara qarşı mübarizəsində dəstək olmaq üçün Təbrizə göndərir. 1410-cu ildə, Sultan Əhmədin məğlub olduğu gün Kəyumərs Təbrizin həndəvərinə gəlib çatır. Gecə o, Qara Yusifin qoşunlarının qəfil hücumuna məruz qalaraq əsir alınır. Qara Yusifin əmri ilə Kəyumərs Ərciş qalasında saxlanılırdı. Şirvanşah oğlunun geri qaytarılması üçün böyük məbləğdə pul təklif etir. Lakin Qara Yusif Kəyumərsi təmənnasız buraxaraq, hədsiz iltifat göstərir və onunla atası Şeyx İbrahimə tabe olmaq tələbi ilə məktub göndərir. Şirvanşah Kəyumərsin xəyanət etməsindən, atasını devirərək, Qara Yusifin vassal olmaq barədə onunla saziş bağlamasından şübhələnərək oğlunu edam etdirir. == Ölümündən sonra == Ölümündən sonra 1412-ci ildə qaraqoyunlularla şirvanşah , gürcü və şəkililərin birləşmiş qüvvələri arasında döyüş olur . Məğlub olan Şirvanşah I İbrahim qaraqoyunlulardan vassal asılılığını qəbul edir .
Şahzadə Leya
Şahzadə Leya Orqana (ing. Princess Leia Organa), sonradan General Leya Orqana (ing. General Leia Organa) kimi tanınan personaj, Ulduz müharibələri franşayzının qəhrəmanıdır. Ulduz müharibələri filmlər seriyasında bu personaj aktrisa Kerri Fişer tərəfindən canlandırılmışdır. İlk dəfə "Ulduz müharibələri" (1977) filmində təqdim edilən Leya Alderaan planetinin şahzadəsi, İmperiya senatının üzvü, Üsyançılar alyansının agentidir. O, sithlərin qəddar lordu Dart Vayderə mane olur və İmperiyanın qorxunc silahı olan Ölüm ulduzunun məhv edilməsinə kömək edir. "İmperiya cavab zərbəsi endirir" (1980) epizodunda Leya üsyançıların bazasına rəhbərlik edir Vayderə qalib gəlir və kontrabanda ilə məşğul olan Han Soloya aşiq olur. "Cedayın qayıdışı" (1983) epizodunda Leya Solonun yad planetli cinayətkar Cabba Hattdan xilas edilməsi əməliyyatına başçılıq edir, məlum olur ki, o, Vayderin qızı və Lyuk Skayuolkerin əkiz bacısıdır. Prikvel filmi olan "Sithin qisası" (2005) epizodunda məlum olur ki, əkizlərin anası Nabu planetinin senatoru (keçmiş kraliça) Padme Amidaladır və o, uşaqları dünyaya gətirərkən vəfat edib. Senator Beyl və Alderaan kraliçası Breha Orqana Leyanı övladlığa götürürlər.
Şahzadə Mahmud
Şahzadə Mahmud (təq. 1582, Manisa – 7 iyun 1603, İstanbul) — Sultan III. Mehmedin Manisa sancaqbəyliyi dövründə dünyaya gələn oğludur. Anasının kim olduğu tam olaraq məlum olmasa da, bəzi qaynaqlada Fülanə Sultan olaraq qeyd olunur. == Həyatı == Babası III. Murad vəfat etdikdən sonra atası ilə birlikdə İstanbula gəldi. Döyüşkən və cəsur xarakterli olan Şahzadə Mahmud mükəmməl təhsil almışdır. Şahzadə Mahmudun dövlət işləri ilə həddən çox maraqlanması və anası ilə nənəsi Safiyə Validə Sultan arasındakı sürtüşmələr şahzadəni III. Mehmedin gözündən düşürdü. Belə ki, Xaçoba döyüşündən sonra Anadoluda Cəlali üsyanları güclənmişdi. III. Mehmed Anadoluya bu səbəbdən bir sıra dövlət adamı və paşaları göndərsə də, üsyanı yatırmaq mümkün olmurdu. Şahzadə Mahmud dəfələrlə atasından üsyanı yatırmaq üçün ordu istəsə də, atası razı olmurdu. Hətta atasına "Məni ordunun başına sərdar olaraq Anadoluya göndərməyiniz üçün sizdən rica edirəm, qısa müddətdə Anadoluda bir nəfər quldur belə qalmayacaq" dediyi rəvayət edilir.
Şahzadə Mehmed
Şahzadə Mehmed (I Süleymanın oğlu) — I Süleymanın Xürrəm Sultandan doğulan və Manisa sancaqbəyi olan oğlu. Şahzadə Mehmed (I Əhmədin oğlu) — 14-cü Osmanlı sultanı I Əhmədin oğlu. Şahzadə Mehmed (II Bəyazidin oğlu) — II Bəyazidin Fərahşad Xatundan doğulan oğludur. 1489-cu ildə Kəfə sancaqbəyi təyin edilmişdir.
Şahzadə Mononoke
Şahzadə Mononoke (もののけ姫, Mononoke hime, Qisasçı ruhların şahzadəsi) — Studio Ghibli tərəfindən 1997-ci ildə buraxılan tam metrajlı animasiya filmi. Rejissor və ssenari müəllifi Hayao Miyazaki, bəstəkar Co Hisayşidir. Film Yaponiyada ilin ən gəlirli filmi olmuş, ABŞ-də 2 million dollar, ümümilikdə isə 150 million dollar qazanmışdır. == Məzmun == Yaponiyada odlu silahının yarandığı Muromaçi dövrüdür. Emişi xalqı va həmçinin baş qəhrəman Aşitakanın yaşadığı Naqo kəndi böyük caduya məruz qalandan sonra demona çevrilən bir qabanın hücumuna uğrayır. Kəndini müdafiə edərkən Aşitaka qabanı öldürür və cadunun bir hissəsi onun sağ əlində qalır. Müdrik qadın qabanın qəzəblənməsinin səbəbini bildikdə Aşitakanın öləcəyini söyləyir. Aşitaka saçlarını kəsib sadiq antilopu ilə kəndi tərk edir və demonun qəzəblənməsinə səbəb olanın axtarışına çıxır. == Maraqlı faktlar == Saçın kəsilməsi feodal Yaponiyasında insanın ölməyi demək idi. Aşitaka bu hərəkəti ilə kəndlilərə ölü olduğunu və kəndə daha qayıtmayacağını söyləmiş olurdu.
Şahzadə Murad
Şahzadə Murad (Osmanlıca:شہزادہ مراد‎; 1495, Amasya – 1519, İsfahan) — Osmanlı şahzadəsi, Şahzadə Əhmədin övladı. II Bəyazidin (1481–1512) ölümündən sonra Osmanlı taxtı uğrunda baş vermiş toqquşmalarda iştirak etmişdir. == Həyatı == Muradın atası Əhməd Osmanlı taxtının hüquqi varisi idi. Lakin taxt-tac uğrunda mübarizədə qardaşı Şahzadə Səlimə məğlub olmuş Əhməd Səfəvi hökmdarı I Şah İsmayıldan yardım almışdır. Şahzadə Əhmədin Səlim tərəfindən öldürülməsindən sonra onun oğlu Murad Şah İsmayıldan yardım almağa və taxt iddiasını davam etdirməyə çalışmışdır. Şah İsmayıl ondan istifadə eədərk Səlimə qarşı olan müxalifəti mobilizasiya etmək istəyirdi. 1512-ci ildə Nurəli Xəlifənin Anadoluya doğru baş tutmuş böyük ölçülü yürüşündə Murad da ona qatılmış və hətta səfəvilərdən Qızılbaş börkü almışdır. Səlimin xəfiyyələrinin ona verdiyi məlumata görə, Şah İsmayılın məqsədi Anadolunu ələ keçirmək və bəylərbəyilik kimi Murada vermək idi. Yerdə qalan torpaqlar isə qızılbaşlar tərəfindən idarə edilməli idi. Hər bir halda, Qızılbaşların Murada verdikləri dəstək nəticəsiz qaldı və Murad Səfəvi sarayına sığınmağa məcbur oldu.
Şahzadə Mustafa
Şahzadə Mustafa (osman. شهزاده مصطفى, türk. Şahzade Mustafa; 1515 – 6 oktyabr 1553) — Qanuni Sultan Süleyman ilə xanımı Mahidövran Sultanın oğlu. Atası Süleymanın əmriylə edam edilmişdir. Şahzadə Mustafa sultan olmadan haqqında ən çox mərsiyə yazılan tək şahzadədir. Manisa, Amasya və Konya sancaq bəyliklərində vəzifə almışdır. Atasına qarşı üsyan etdiyi üçün mühakimə olunmuşdur; Naxçıvan yürüşünə gedən Osmanlı ordusunun Konyada yerləşdiyi vaxt padşahın otağında boğdurulmuşdur. Qətli dövlətə qarşı üsyan ilə bağlıdır, lakin dəlillər və şahidlər mövzusu mübahisəlidir. Bəzi tarixçilər Xürrəm Sultanın öz oğullarından birini taxta çıxarmaq üçün Şahzadə Mustafaya tələ qurduğunu və ölümünü hazırladığını iddia edir. Həmçinin, 2005-ci ildə Amasiya valiliyi miniatürlərdən ilhamlanaraq Şahzadə Mustafanın bal mum heykəlini hazırlatmışdır.
Şahzadə Naruhito
Naruhito (yap. 皇太子徳仁親王; 23 fevral 1960, Çiyoda[d]) — 126-cı Yaponiya imperatoru, 125-ci Yaponiya imperatoru Akihito (Yamato sülaləsindən) və imperatriçə Miçikonun oğlu. İkinci Dünya müharibəsindən sonra doğulmuş ilk Yaponiya imperatoru. == Uşaqlığı == Naruhito 1960-cı ilin fevral ayında Tokio imperiya sarayının hospitalında doğulub. Naruhitonun uşaqlığının xoşbəxt keçdiyi bildirilir və onun atçılıq, musiqi və alpinizm kimi bir çox hobbisi var idi. Bir gün sarayın ərazisində qədim yolun qalıqlarını tapan Naruhito nəqliyyat tarixinə maraq duymağa başladı və öz bakalavr və magistr dərəcələrini də tarix fənnindən aldı. O, daha sonra dedi:"Mənim uşaqlıqdan bəri yollara marağım var idi. Yollar səni bilinməyən dünyaya aparırır. Mənim liderlik həyatım olandan bəri küçədə azad gəzmək şansım azdır, demək lazımdır ki, yollar bilinməyən dünyaya dəyərli bir körpüdür". 1974-cü ilin avqust ayında 14 yaşındakı şahzadə Avstraliyanın Melburn şəhərinə göndərildi.
Şahzadə Numan
Şahzadə Numan (1723–1764) — 23. Osmanlı Padşahı Sultan III. Əhməd'in Meyli Sultan'dan olan oğludur. == Həyatı == Sultan III. Əhməd'in 10. oğlu olan Şahzadə Numan, sarayda qalmışdır, padşah olmağı gözlənilmədiyi üçün I. Əbdülhəmid və III. Mustafa qədər maraq göstərilməmişdir. 8 oktyabr 1721-ci il çərşənbə günü İncili köşkdə baş tutan mərasimin ardından ilk təhsilinə başlayan Şahzadə Numan dini təlimlə yanaşı, hüsnxətt üzrə də dərslər aldı. Lalə Dövrü'ndə Sultan III. Əhməd, hərəmləri və övladları adına Üsküdar'da demək olar ki, hər küçəyə bir çeşmə tikdirmişdi. Oğlu Şahzadə Numan adına da Üsküdar'da 1728 tarixində Şahzadə Numan Çeşməsi'ni inşa etdirdi. 1764-cü ildə vəfat etmişdir. Cənazəsi Yeni Camii Türbəsi'ə dəfn edildi.
Şahzadə Orxan
I Əhməd (osman. مراد رابع Ahmed-i evvel, Divan ədəbiyyatındakı adı ilə Bahtî ; 18 aprel 1590, Manisa, Osmanlı imperiyası – 22 noyabr 1617[…], İstanbul, Osmanlı imperiyası) — 14. Osmanlı padşahı, 93. İslam xəlifəsidir. == Həyatı == === İlk illəri və taxta çıxışı === Atası III Mehmedin Saruhan sancaqbəyliyi əsnasında 28 aprel 1590-cı ildə Manisada dünyaya gəlmişdir. Anası Handan Sultandır. Ordu və idarəetmə sistemində böyük rəğbət qazanan və taxtın ən güclü namizədi olan böyük qardaşı Şahzadə Mahmud, çevriliş edəcəyi şübhəsi ilə 7 iyun 1603 tarixində sarayda boğularaq edam edilmiş, beləliklə, Şahzadə Əhməd üçün taxt yolu açılmışdı. Cəlali üsyanları səbəbilə sancağa göndərilməmişdir. Atasının 22 dekabr 1603 tarixində vəfatının ardından 14 yaşında taxta çıxdı. Atası Sultan Mehmed o günə qədərki sultanlar içərisində ən gənc yaşda vəfat edən sultan olduğundan, Osmanlı tarixində ən gənc yaşda taxta oturan hökmdar da məhz Sultan Əhməd oldu.
Gürcüstan şahzadəsi Qriqol
Qriqol Baqrationi və ya Gürcüstan şahzadəsi Qriqol (ing. Prince Grigol of Georgia; 24 yanvar 1789, Tiflis – 21 sentyabr 1830, Sankt-Peterburq) — Bagrationidən bir gürcü kral şahzadəsi.
Harri Potter və Mələz Şahzadə (film, 2009)
Harri Potter və Yarımqan Prins (ing. Harry Potter and the Half-Blood Prince) — Harri Potter seriyasnın altıncı kitab əsasında çəkilən film. == Məzmunu == Harri Potter və "Yarımqan Prins"də Voldemortun geri dönüşünü Sehr Nazirliyinin də qəbul etməsiylə artıq insanlar Harrini "Seçilmiş Insan" deyə çağırmağa başlayırlar. Bu vaxt Harri, özünə vəftiz atası Siriusdan miras mallar qaldığını öyrənir. Bu mallar, Simruq Ordeninin gizli qərargahı olan Grimmauld meydanındakı, Blek ailəsinin evi və yaşlı ev elfi Kriçerdir. Harry, professor Sneypin Qaranlıq sənətlərə Qarşı Müdafiə müəllimi olduğu xəbərini eşitdikdə çaşıb qalır. Sneypin yeri, Harry-nin fərqində olmadan müəllimlik etməsi üçün razı etdiyi Horace Slughorn doldurur. Bu bir baxıma Harrinin faydasına olmuşdur çünki; Slughorn, Harrini Sneypin istədiyindən daha aşağı bir OSS (Orta sehrbazlıq səviyyəsi) balı ilə FYBS (Faciəvi Yorucu sehrbazlıq imtahanları) Eliksir sinifinə qəbul edər. Beləcə Harry seherbaz (ölüm yeyənlərlə döyüşən cadugər) ola bilməsi üçün lazım olan dərsləri ala bilər. (Harrinin gələcəkdə etməyi düşündüyü tək peşə sehrbazlıqtır.
Harri Potter və Mələz Şahzadə (roman)
Harri Potter və Yarımqan Prins (ing. Harry Potter and the Half-Blood Prince) — Harri Potter haqqında kitabların altıncı tomu. Bu kitab Ginnesin rekordlar Kitabına dünyanın ən çox satılan kitabı kimi düşüb. 2005-ci ildə kitabın əsasında film ekran üzü gördü.
Karlos (Asturiya şahzadəsi)
Karlos və ya Don Karlos (isp. Don Carlos) (8 iyul 1545, Valyadolid – 24 iyul 1568, Madrid) – İspaniya və Portuqaliya kralı II Filipin ən böyük oğlu və Asturiya şahzadəsi. Anası isə Portuqaliya kralı III Conun qızı Mariya Manuela idi. Əqli cəhətdən şüurunu itirməsinin ardından 1568-ci ilin əvvəllərində atasının əmriylə həbs edildi və bir ildən artıq müddətin ardından həbsdə ikən vəfat etdi. Fridrix Şillerin "Don Karlos" faciəsi və Cüzeppe Verdinin "Don Karlos" operası məhz onun macəralı həyatı və ölümündən bəhs edir. == Mənbə == Parker, Geoffrey (2002). Philip II. Open Court, pp. 92–93, 101. 4ª edición. ISBN 978-0-8126-9519-9 Marshall, Peter: The Magic Circle of Rudolf II: Alchemy and Astrology in Renaissance Prague.
Konsort şahzadə Albert
Konsort şahzadə Albert və ya Albert Saksen-Koburq Saalfeld (alm. Albert Franz August Karl Emmanuel Herzog von Sachsen-Coburg-Gotha‎, 26 avqust 1819 – 14 dekabr 1861) — Böyük Britaniya prinsi (Konsort Şahzadə) (ing. HRH the Prince Consort). Böyük Britaniya və İrlandiya Birləşmiş Krallıqının Kraliçası, 1876–1901-ci illərdə isə Hindistanın imperatriçası tituluna sahib Kraliça Viktoriyanın həyat yoldaşı olmuşdur. == Həyatı == Albert Saksen-Koburq Saalfeld 1836-cı ildə gələcək həyat yoldaşı Kraliça Viktoriya ilə tanış oldu. 1839-cu ildə onlar ikinçi dəfə görüşdülər və evləndilər. Albert Saksen-Koburq Viktoriyanın dayısı oğlu idi. Albert Saksen-Koburq Saalfeld yüksək təhsil görmüş öz dövrünün ağıllı və perspektivli gənclərindən hesab edilirdi. Almanca, ingiliscə, italyanca, fransızca danışa bilirdi. Gənc yaşlarından musiqi təhsili almışdır.
Külək: Yel kürəsinin şahzadəsi
Külək - Yel kürəsinin şahzadəsi — Azərbaycan ədəbiyyatında süjet xəttində superqəhrəmanların yer aldığı ilk fentezi janrında roman. Azərbaycanlı yazıçı Xülya Sabirli tərəfindən yazılmış Külək trilogiyasından olan ilk romandır. Roman oxucunu yaşadığı dünyaya kənardan – Yel kürəsindən baxmağa sövq edir. Bu səyahət zamanı isə onu Külək müşayiət edir. Külək Yel kürəsini və onun mərkəzi Bakını xilas etmək üçün atası İşığa yardım eləməyə qərarlıdır. Lakin buna müvəffəq olmaq heç də asan deyil. Üstəlik, Yer kürəsinin də taleyi indi bu balaca qızdan asılıdır. Buna baxmayaraq, Külək anası Umayın nağıllarından, atası İşığın məsləhətlərindən və Simurq quşunun qorumasından güc alaraq, bu amansız yolda inamla addımlayır. Romanda Bakı şəhəri, Qız Qalası, İçərişəhər, Bayıl qalası, Atəşgah, Qobustan və digər tarixi məkanların mistik üzü oxucuya təqdim olunub. == Personajlar == Külək (superqəhrəman)- Yel Kürəsinin şahzadəsi və romanın əsas personajıdır.
Külək: Yel kürəsinin şahzadəsi (roman)
Külək - Yel kürəsinin şahzadəsi — Azərbaycan ədəbiyyatında süjet xəttində superqəhrəmanların yer aldığı ilk fentezi janrında roman. Azərbaycanlı yazıçı Xülya Sabirli tərəfindən yazılmış Külək trilogiyasından olan ilk romandır. Roman oxucunu yaşadığı dünyaya kənardan – Yel kürəsindən baxmağa sövq edir. Bu səyahət zamanı isə onu Külək müşayiət edir. Külək Yel kürəsini və onun mərkəzi Bakını xilas etmək üçün atası İşığa yardım eləməyə qərarlıdır. Lakin buna müvəffəq olmaq heç də asan deyil. Üstəlik, Yer kürəsinin də taleyi indi bu balaca qızdan asılıdır. Buna baxmayaraq, Külək anası Umayın nağıllarından, atası İşığın məsləhətlərindən və Simurq quşunun qorumasından güc alaraq, bu amansız yolda inamla addımlayır. Romanda Bakı şəhəri, Qız Qalası, İçərişəhər, Bayıl qalası, Atəşgah, Qobustan və digər tarixi məkanların mistik üzü oxucuya təqdim olunub. == Personajlar == Külək (superqəhrəman)- Yel Kürəsinin şahzadəsi və romanın əsas personajıdır.
Külək - Yel kürəsinin şahzadəsi
Külək - Yel kürəsinin şahzadəsi — Azərbaycan ədəbiyyatında süjet xəttində superqəhrəmanların yer aldığı ilk fentezi janrında roman. Azərbaycanlı yazıçı Xülya Sabirli tərəfindən yazılmış Külək trilogiyasından olan ilk romandır. Roman oxucunu yaşadığı dünyaya kənardan – Yel kürəsindən baxmağa sövq edir. Bu səyahət zamanı isə onu Külək müşayiət edir. Külək Yel kürəsini və onun mərkəzi Bakını xilas etmək üçün atası İşığa yardım eləməyə qərarlıdır. Lakin buna müvəffəq olmaq heç də asan deyil. Üstəlik, Yer kürəsinin də taleyi indi bu balaca qızdan asılıdır. Buna baxmayaraq, Külək anası Umayın nağıllarından, atası İşığın məsləhətlərindən və Simurq quşunun qorumasından güc alaraq, bu amansız yolda inamla addımlayır. Romanda Bakı şəhəri, Qız Qalası, İçərişəhər, Bayıl qalası, Atəşgah, Qobustan və digər tarixi məkanların mistik üzü oxucuya təqdim olunub. == Personajlar == Külək (superqəhrəman)- Yel Kürəsinin şahzadəsi və romanın əsas personajıdır.
Luitpold (Bavariya şahzadəsi)
Luitpold (alm. Luitpold Karl Joseph Wilhelm von Bayern‎) (12 mart 1821 - 12 dekabr 1912), qardaşı oğulları II Lüdviqin və Ottonun fəaliyyət göstərə bilməməsi səbəbindən 1886-1912-ci illərdə Bavariyanın faktiki hökmdarı idi. O, həmçinin son Bavariya kralı III Lüdviqin atasıdır. == İlk illəri == Luitpold 12 mart 1821-ci ildə Vürtsburqda, Bavariya kralı I Lüdviqin və onun həyat yoldaşı Sakse-Hildburqhausenli Terezanın üçüncü oğlu kimi anadan olub. O, Bavariya kralı II Maksimilian və Yunanıstan kralı Ottonun kiçik qardaşı idi. Luitpold həm Bavariya krallığının və həm də qardaşı Ottonun övladı olmadığı üçün Yunanıstan krallığının varisi idi. Lakin Yunan konstitusiyası Ottonun varisinin Yunan Pravoslav Kilsəsinə mənsub olmasını tələb edirdi. Otto 1862-ci ildə taxtdan salındı və yerinə Danimarka şahzadəsi Villhelm I Georq adı ilə kral təyin edildi. Otto 1867-ci ildə vəfat etdi və Luitpold ilə onun nəslini Ottonun iddiasının davamçıları olaraq buraxdı. Lakin Luitpold heç vaxt bu iddianı irəli sürmədi.
Marqaret (Böyük Britaniya şahzadəsi)
Şahzadə Marqaret Rouz (ing. Margaret Rose; 21 avqust 1930[…] – 9 fevral 2002[…]) — Kral VI Corc və ana kraliça Elizabet Bouz-Layonun kiçik qızı və kraliça II Elizabetin kiçik və yeganə bacısı idi. == Erkən həyatı == Şahzadə Marqaret 1930-cu ilin 21 avqustunda, saat 21:22-də anasının ata-baba yurdu olan Şotlandiyanın Qlamis qəsrində anadan olub və kral ailəsində məhəbbətlə Marqot kimi tanınıb. Kilsə qeydiyyatında onun nömrəsinin on üç olmaması üçün doğumunun qeydiyyatı bir neçə gün gecikdirilib. Marqaret 30 oktyabr 1930-cu ildə Bukinqem sarayının şəxsi kapellasında Kenterberi arxiyepiskopu Kosmo Lanq tərəfindən vəftiz olunmuşdur. Doğulduğu zaman Marqaret Britaniya taxtının dördüncü varisi idi. Onun atası olan York hersoqu (daha sonralar Kral VI Corc) Kral V Corc və Kraliça Mariyanın ikinci oğlu idi. Anası Elizabet Bouz-Layon əvvəlcə ikinci qızına Ann Marqaret adını vermək istəmiş, lakin Kral V Corc Ann adını deyil, alternativ ad olan Marqaret Rozu bəyənmişdir. Marqaret bacısı Elizabetlə birlikdə Şotland mürəbbiyə Merion Krouford tərəfindən təhsil almışdır.
Mehmed Cəmaləddin Əfəndi (Şahzadə)
Mehmed Cəmaləddin Əfəndi (28 oktyabr 1890, Yıldız Sarayı, İstanbul ili – 18 noyabr 1946, Beyrut) — 32. Osmanlı sultanı Əbdüləzizin oğlu Şövkət Əfəndinin oğlu, Osmanlı şahzadəsi. == Şəcərəsi == Mahmud Hüsaməddin Əfəndi (d. 1 sentyabr 1916 - ö. 7 avqust 1966, Beyrut) Süleyman Sadəddin Əfəndi (d. 20 noyabr 1917 - ö. 8 may 1985, Səudiyyə Ərəbistanı) — 1 aprel 1956-cı ildə Lamiyə Baba ilə evləndi. 3 övladı oldu. Orxan Süleyman Sadəddin (d. 16 iyul 1959, Beyrut) Pərixan Süleyman Sadəddin (d.
Mehrab (Şirvanşah şahzadəsi)
Mehrab — Şirvanşah şahzadəsi. == Hakimiyyət uğrunda mübarizə == Haqqında çox məlumat yoxdur. Bürhanəlinin ölümündən sonra Şirvan əyanları Dərbəndi Şirvanşahlar nəslindən Mehrab adlı birisini Şirvan hakimi seçdilər. Səfəvilər əleyhinə mübarizəyə başçılıq edən Mehrab Mirzə Şirvan qoşunları ilə Şirvan sərhədini keçərək Kür sahillərinə enib Siqnax şəhərini tutdu. Abdulla xan Mehraba hücum etdi, müqavimət göstərməyə gücü çatmayan Mehrab qaçdı və Şirvan vilayəti yenidən qızılbaşların əlinə keçdi.
Misir şahzadəsi (animasiya, 1998)
Misir şahzadəsi — 1998-ci il istehsalı olan amerikan musiqili dram animasiyası.
Mixail (Bolqarıstan şahzadəsi)
Mixail (IX əsr, Preslav – 931) — Birinci Bulqar dövlətinin şahzadəsi. I Simeonun ən böyük oğlu idi. Lakin Simeon kiçik oğlu Pyotru taxta çıxarmaq istəyirdi. 927-ci ildə I Pyotr taxta çıxandan sonra Makedoniyaya qaçaraq bir qalada möhkəmləndi və taxta iddia etməyə başladı. Lakin elə həmin il gələn qəfil ölümü onu dəstəkləyənlərin istəklərini yarıda qoydu.
Qacar şahzadəsi Məculla Mirzənin portreti
Qacar şahzadəsi Məculla Mirzənin portreti və ya "Gənc oğlanın portreti" — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin akvarellə çəkdiyi rəsm əsəri. XIX əsrin ortalarında çəkilən portret, Bakıda Milli incəsənət muzeyində saxlanılır. İrəvaninin başqa bəzi əsərlərində olduğu kimi burada da dekorativlik həcmli plastik forma ilə məharətlə uyğun gəlir.. Rəsmin orta əsrlərin miniatür şərq ənənələri ilə möhkəm bağlı olmasına baxmayaraq, rəssam öz marağını daha çox insanın görünüşündə cəmləşdirib, və bu hansısa müstəvi fonda yox, konkret interyerə malik olan üçölçülü məkanda təsvir edib, bu isə Azərbaycanın təsviri sənətində yeni dövrün başlansının göstəricisi idi. Rəsm əsəri 21 x 12 sm ölçüdə kağız üzərində sulu boya ilə çəkilmişdir. == Təsviri == Qədd-qamətli cavan oğlan ornamentlərlə və göy gül-çiçəkli almazlarla zinətləndirilmiş rombabənzər şəbəkə ilə bəzədilmiş divarın fonunda təsvir edilmişdir. Gənc adamın üzünü uzunluğu çiyinə qədər olan qara saçlar ilə haşiyələnmişdir. Koppuş dodaqlarının dumanlı şəkili sifətə şıltaq ifadə verir. Bu gənc qısa qollu arxalıq geyinib. Geyimin ucunda bitki naxışla bəzədilmiş xətt var.
Qara şahzadə Eduard
Eduard Vudstok və Qara şahzadə Eduard (ing. Edward of Woodstock; ing. Edward the Black Prince) (15 iyun 1330 – 8 iyun 1376, Vestminster sarayı, Böyük London regionu[d]) — İngiltərə kralı III Eduardın ən böyük oğlu və İngiltərə taxtının vəliəhdi. Ancaq atasından daha öncə öldüyü üçün atasından sonra taxta onun oğlu Riçard çıxarıldı. Buna baxmayaraq Eduard Yüzillik müharibədə iştirak edən ən önəmli hərbçilərdən biri və yaşadığı dövrün ən güclü cəngavərlərindən biri idi. 1337-ci ildə atası tərəfindən Kornvol hersoqu elan edildi. 1338, 1340 və 1342-ci illərdə atasının yoxluğunda ona naib olaraq krallığı idarə etdi. 1343-cü ildə Uels şahzadəsi elan edildi və 1346-cı ildə atası tərəfindən cəngavər statusu verildi. 1346-cı ildə Kresi döyüşündə, 1349-cu ildə isə Kale döyüşündə iştirak etdi. Puatye döyüşündə Fransa kralı II Conu əsir aldı və 1 il sonra İngiltərəyə qayıtdı.
Qara şahzadə Edvard
Eduard Vudstok və Qara şahzadə Eduard (ing. Edward of Woodstock; ing. Edward the Black Prince) (15 iyun 1330 – 8 iyun 1376, Vestminster sarayı, Böyük London regionu[d]) — İngiltərə kralı III Eduardın ən böyük oğlu və İngiltərə taxtının vəliəhdi. Ancaq atasından daha öncə öldüyü üçün atasından sonra taxta onun oğlu Riçard çıxarıldı. Buna baxmayaraq Eduard Yüzillik müharibədə iştirak edən ən önəmli hərbçilərdən biri və yaşadığı dövrün ən güclü cəngavərlərindən biri idi. 1337-ci ildə atası tərəfindən Kornvol hersoqu elan edildi. 1338, 1340 və 1342-ci illərdə atasının yoxluğunda ona naib olaraq krallığı idarə etdi. 1343-cü ildə Uels şahzadəsi elan edildi və 1346-cı ildə atası tərəfindən cəngavər statusu verildi. 1346-cı ildə Kresi döyüşündə, 1349-cu ildə isə Kale döyüşündə iştirak etdi. Puatye döyüşündə Fransa kralı II Conu əsir aldı və 1 il sonra İngiltərəyə qayıtdı.
Sofiya (Albaniya şahzadəsi)
Şönburq-Valdenburq şahzadəsi Sofiya Vid (alm. Sophie Helene Cecilie Prinzessin von Schönburg-Waldenburg‎; 21 may 1885, Potsdam, Prussiya – 3 fevral 1936) — şahzadə Vilhelmin həyat yoldaşı. Ərinin alban taxtına çıxması ilə o, Albaniya şahzadəsi oldu. Ölkədən kənarda və diplomatik yazışmalarda ona "Şahzadənin yoldaşı" deyirdilər, lakin Albaniyada ona "Mbretëreshë" və ya "Kraliça" deyə müraciət olunurdu. == Erkən həyatı == Şahzadə Sofiya Brandenburq əyalətindəki Prusiyanın Potsdam şəhərində irsi şahzadə I Otto Karl Viktor fon Şönburq-Valdenburqun (1856-1888) və onun həyat yoldaşı Şahzadə Lüsiya Sayn-Vitgenşteyn-Berleburqun (1859-1903) qızı olaraq anadan olmuşdur. Şahzadə Sofiyanın valideynlərinin hər ikisi gənc ikən vəfat etdi, buna görə də o, gəncliyinin çox hissəsini Moldaviadakı Hemeiuş mülkündə, ana tərəfdən qohumlarına məxsus olan Hemiuş Qalasında keçirdi. == Evliliyi və uşaqları == 30 noyabr 1906-cı ildə Valdenburqda Saksoniya şahzadəsi Sofiya Vid şahzadəsi Uilyam (1845-1907) və Niderland şahzadəsi Mariyanın (1841-1910) oğlu Vid şahzadəsi Vilhelmlə evləndi. Sofiyanın əri Şahzadə Vilhelm onun ikinci əmisi oğlu olan Almaniya İmperatoru II Vilhelmlə qohum idi. Onların iki övladı var idi: Albaniya şahzadəsi Mariya Eleonor (1909-1956) Albaniyanın irsi şahzadəsi Kerol Viktor (1913-1973) == Alban əcdadları == O, Şahzadə Skarlat Qikanın (1715-1766) qızı (Moldova şahzadəsi və Valaxiya şahzadəsi) və həyat yoldaşı Şahzadə Ruksandra Muruzinin nəslindən olan Şahzadə Yelena Kallimaçinin nəslindən olan bəzi uzaq alban əcdadlarına sahib idi. O, həmçinin Valaxiya şahzadəsi I Qriqor Qicanın (1628-1675) qızı Şahzadə Ruksandra Qica və onun həyat yoldaşı Şahzadə Mariya Strurdzanın nəslindəndir.
Uels Şahzadəsi
Uels şahzadəsi (ing. Prince of Wales, vall Tywysog Cymru) — İngiltərə taxtının kişi varisinin titulu; titul 1707-ci ildən İngiltərə ilə Şotlandiyanın birləşməsindən sonra yarandı. Bir qayda olaraq, taxtın qadın varisi "Uels Şahzadə Xanımı" titulunu daşımır, onu ancaq şahzadənin həyat yoldaşı istifadə edir. == Titulun tarixi == Bu titul erkən orta əsrlərdən bəri məlumdur, 13-cü əsrin sonlarına qədər onu Britaniyanın qərb regionu Uels hökmdarları daşıyırdılar. İngiltərədən müstəqil olan Uelsin son hökmdarı (Uels şahzadəsi) Llivelin ap Qrifid idi. XIII əsrin sonunda İngiltərə kralı I Eduardın Uelsi fəth etməsi və Uelsin müstəqilliyini itirməsi ilə əlaqədar olaraq, Uels şahzadəsi titulu ingilis tacına keçdi və taxtının varisinə aid olmağa başladı. Rəvayətə görə, I Eduard Uelsdə ingilis tacının üstünlüyünü təşkil etmək üçün hiyləgərliyə əl atdı. Bu bölgədə heybətli hərbi müvəffəqiyyət əldə etdikdən sonra o, Uels knyazlarını bir araya gətirərək İngiltərədən vassal asılılıqlarını tanımağa dəvət etdi, onlar, öz növbəsində, Uels şahzadəsinin ingilis dilində bir kəlmə də bilməyən yerli birinin olmasını tələb etdilər. Eduard dərhal bu şərti yerinə yetirmək üçün təntənəli bir and içdi. Knyazlar vassal asıllılıq müqaviləsini imzaladılar, bundan sonra Eduard onlara bir gün əvvəl Uelsin Karnarvon qalasında anadan olan oğlunu (gələcək kral II Eduard) göstərdi və söylədi: "Budur Uels şahzadəniz, sizin ölkədə doğulmuş və o, ingilscə bir dənə söz də bilmir".
Uels Şahzadəsi (Alyaska)
Uels Şahzadəsi (ing. Prince of Wales Island) — Aleksandr arxipelaqının ən iri adasıdır. Alyaskanın cənub-şərində, Sakit okeanın Alyaska körfəzi akvatoriyasına daxildir. Adanın sahəsi 6674 km² təşkil edir. ABŞ adaları arasında Havay, Kadyak və Puerto-Rikodan sonra dördüncüdür. Adaların dünyada sahəsinə görə sıralamasında 97-ci yeri tutur. == Coğrafiya və ekologiya == Adanın uzunluğu 217 km, eni 72 km təşkil edir. Burada 6000 nəfər insan yaşayır. Onların 1200 nəfəri Kreyq şəhərində yaşayır . İqtisadiyyatın əsasını meşəçilik, balıqçılıq və balıq məshullarının istehsalı təşkil edir.
Uels Şahzadəsi (ada)
Uels Şahzadəsi adası (ing. Prince of Wales Island) — Kanada Arktik arxipelaqına aid ada. == Coğrafiya == Buthia yarımadasının şimal-qərbində yerləşir. Kanada ərazisinə daxildir. Sahəsi 33,339 km²-dir, Adaların dünyada sahəsinə görə sıralamasında 40-cı yerdədir. Sahil xətdinin uzunluğu 2576 km təşkil edir.. Dəniz səviyəsindən hündürlüyü 320 metrdir. Uels Şahzadəsi adası şimaliamerika ekoloji qütb tundrası zonasına (ing. Middle Arctic tundra) daxildir.
Uels Şahzadəsi (boğaz)
Uels Şahzadəsi (boğaz) ing. Prince of Wales Strait - Kanada Arktik arxipelaqına daxil olan Banks adasını Viktoriya (ada)sından ayırır. Şimal-Qərb keçidinin bir qolunu təşkil edir. Vaykaunt-Melvill boğazı, Barrou boğazı və Lankaster boğazı keçidin əsasını təşkil edir. Bofort dənizini Amudsen körfəzi (cənub qərb), şimal-qərbdə isə Vaykaunt-Melvill boğazı ilə birləşdirir. Uzunluğu 275 km, orta eni 16 km, ən dar yerdə 10,5 km, dərinliyi 160 m təşkil edir. Qütb dairəsi daxilində yerləşdiyindən ilin böyük qismi buzla örtülü olur. Boğazı ilk dəfə Robert Mak-Klur 1850-ci ildə keçmiş və onu Albert Eduardın şərəfinə Uels Şahzadəsi adlandırmışdır.
Uels Şahzadəsi (dəqiqləşdirmə)
Şəxslər Uels Şahzadəsi Uilyam — İngilis kralliq ailəsinə mənsub, Uels Şahzadəsi Çarlz və Diana Frances Spencerin oğlu. Uels şahzadəsi Çarlz — Böyük Britaniya krallığının vəliəhdi. Kraliça II Elizabetin oğlu. Diana, Uels şahzadəsi — Uels şahzadəsi, Şahzadə Çarlzın birinci həyat yoldaşı. Digər Uels Şahzadəsi (boğaz) — Kanada Arktika arxipelaqına daxil olan Banks adasını Viktoriya adasından ayırır. Uels Şahzadəsi (Alyaska) — Aleksandr arxipelaqının ən iri adası. Uels Şahzadəsi (ada) — Kanada Arktik arxipelaqına aid ada.

Значение слова в других словарях