şifonersiz
şifraçan
OBASTAN VİKİ
Şifr
Şifr (ərəb. صِفْر ‎, ṣifr "Sıfır", ordan, fr. chiffre "sifra") — hansısa mətnin ötürülmək üçün "açar" vasitəsilə oxunmaz vəziyyətə çatdırılması sistemi. Ərəb dilindən götürülüb. Sıfır sözü ilə kökdaşdır. Şifrlər diplomatik nümayəndəliklər öz hökumətləri ilə yazışması, silahlı qüvvələrdə öz rabitələri ilə məlumat ötürülərkən və bankların tranzaksiyası zamanı istifadə edilir. Şifr, yəni "sıfır"rəqəmi bir Hind rəqəmidir. Onu Avropaya ilk gətirən alim "Əl–Xarəzmi" olmuşdur. "şifr" tarixə "əs-sifr" yəni sıfır olaraq gəlmişdi.
Bloklu şifr
Bloklu şifr-ilkin məlumatın (PLAİNTEXT) müəyyən uzunluqlu bloklara bölündüyü və blok-blok şifrəli mətnə çevrildiyi şifr. Şifrin dayanıqlılığını yüksəltmək üçün tətbiq olunan raund (ROUND) adlı bu çevirmə bir neçə dəfə təkrarlanır. Açıq və şifrlənmiş mətnin ölçüsü eyni olur. Adətən, blokun ölçüsü (BLOCK SİZE) 64 və ya 128 bit olur. Bloklu şifrə örnək olaraq DES, 3DES və AES şifrlərini göstərmək olar. == Tarix == Blok şifrələrinin müasir dizaynı təkrarlanan məhsul şifrəsi konsepsiyasına əsaslanır. Klod Şennon 1949-cu ildə özünün əsas nəşri olan Məxfilik Sistemlərinin Əlaqə Nəzəriyyəsində məhsul şifrələrini təhlil etdi və onları əvəzetmə və dəyişdirmə kimi sadə əməliyyatları birləşdirərək təhlükəsizliyin effektiv şəkildə yaxşılaşdırılması vasitəsi kimi təklif etdi.[6] Təkrarlanan məhsul şifrələri hər biri orijinal açardan əldə edilən fərqli alt açardan istifadə edən çoxlu dövrlərdə şifrələməni həyata keçirir. Horst Feistelin şərəfinə Feistel şəbəkəsi adlandırılan bu cür şifrələrin geniş yayılmış tətbiqi, xüsusilə DES şifrəsində həyata keçirilir. AES kimi blok şifrələrinin bir çox digər realizasiyaları əvəzetmə-yerləşdirmə şəbəkələri kimi təsnif edilir. Ödəniş Kartı Sənayesi Məlumat Təhlükəsizliyi Standartı (PCI DSS) və Amerika Milli Standartlar İnstitutu (ANSI) standartları çərçivəsində istifadə edilən bütün kriptoqrafik blok formatlarının kökü Atalla Qutunun əsas yeniliyi olan Atalla Açar Bloku (AKB) ilə bağlıdır.
Da Vinçi şifrəsi
Da Vinçi şifrəsi (ing. The Da Vinci Code) — Den Braun tərəfindən 2003-cü ildə nəşr olunan detektiv-triller janrında roman. Parisdəki Luvr muzeyində baş verən bir cinayət İsa Məsihin Mariya Maqdalena ilə evli olması ehtimalı üzərinə, simvolist Robert Lenqdon və kriptoloq Sofi Nevünü, Sion və Opus Dei təriqətləri arasındakı bir müharibənin ortasına gətirir. Roman, muzey müdirü Jak Sonyerin cəsədinin Da Vinçinin məşhur əsəri Vitruvi adamı şəklində çılpaq halda, ətrafında sirli bir mesaj və bədənində qanla çəkilmiş bir pentaqrammayla muzeyin Böyük salonunda tapılması ilə başlayır. Əsər boyunca, Fransanın Merovinq krallarının İsa Məsih və Mariya Maqdalenanın şəcərəsindən gəldiyini iddia edən alternativ bir din tarixi araşdırılır. Da Vinçi şifrəsi qısa zamanda insanlar arasında San Qril əfsanəsi və Mariya Maqdalenanın xristianlıq tarixindəki önəmi barədə spekuliyasiyalar yaratdı. Bununla birlikdə, kitab, bir çox xristian məzhəbləri tərəfindən Roma-Katolik kilsəsinə bir hücum olaraq dəyərləndirildi və bir çox ölkədə qadağan edildi. Ancaq yenə də əsər, 2009-cu ildən etibarən 80 milyon tirajla nəşr edildi və 44 dilə tərcümə edilərək ən çox satanlar siyahısında yerini aldı. 2006-cı ildə Columbia Pictures tərəfindən əsər eyni adla ekranlaşdırıldı. 2016-cı ilə kimi artıq 80 million nüsxə satilmışdür.
Da Vinçi şifrəsi (dəqiqləşdirmə)
Da Vinçi şifrəsi, yazıçı Den Braunun romanı Da Vinçi şifrəsi (film, 2006) baş rollarda Tom Henks və Odri Totunun oynadığı filmdir.
Da Vinçi şifrəsi (film, 2006)
Da Vinçi şifrəsi filmi, Den Braunun eyni adlı romanına əsaslanaraq 2006-cı ildə çəkilmiş bir trillerdir. Film Parisdəki Luvr muzeyində baş verən bir cinayət və bu cinayətin İsa Məsih və Mariya Maqdalena ilə bağlı bir sirri aşkara çıxarmaq üzrə olan simvolist Robert Lenqdon və kriptoloq Sofi Nevünün macəralarından bəhs edir. Xristianlıq tarixi və San Qril əfsanəsi ilə bağlı bir çox spekulyasiya və iddiaları gündəmə gətirir. Bir çox ölkədə qadağan edilmiş və bir çox xristian məzhəbi tərəfindən tənqid olunmuşdur. Filmdə Tom Henks, Odri Totu, Yan MakKellen və Jan Reno kimi məşhur aktyorların oynamış və Ron Howard tərəfindən rejissorluq edilmişdir. Dünya miqyasında 758 milyon dollar qazanaraq ən çox baxılan filmlər siyahısına daxil olmuşdur.
Da Vinçi şifrəsi (kitab)
Da Vinçi şifrəsi (ing. The Da Vinci Code) — Den Braun tərəfindən 2003-cü ildə nəşr olunan detektiv-triller janrında roman. Parisdəki Luvr muzeyində baş verən bir cinayət İsa Məsihin Mariya Maqdalena ilə evli olması ehtimalı üzərinə, simvolist Robert Lenqdon və kriptoloq Sofi Nevünü, Sion və Opus Dei təriqətləri arasındakı bir müharibənin ortasına gətirir. Roman, muzey müdirü Jak Sonyerin cəsədinin Da Vinçinin məşhur əsəri Vitruvi adamı şəklində çılpaq halda, ətrafında sirli bir mesaj və bədənində qanla çəkilmiş bir pentaqrammayla muzeyin Böyük salonunda tapılması ilə başlayır. Əsər boyunca, Fransanın Merovinq krallarının İsa Məsih və Mariya Maqdalenanın şəcərəsindən gəldiyini iddia edən alternativ bir din tarixi araşdırılır. Da Vinçi şifrəsi qısa zamanda insanlar arasında San Qril əfsanəsi və Mariya Maqdalenanın xristianlıq tarixindəki önəmi barədə spekuliyasiyalar yaratdı. Bununla birlikdə, kitab, bir çox xristian məzhəbləri tərəfindən Roma-Katolik kilsəsinə bir hücum olaraq dəyərləndirildi və bir çox ölkədə qadağan edildi. Ancaq yenə də əsər, 2009-cu ildən etibarən 80 milyon tirajla nəşr edildi və 44 dilə tərcümə edilərək ən çox satanlar siyahısında yerini aldı. 2006-cı ildə Columbia Pictures tərəfindən əsər eyni adla ekranlaşdırıldı. 2016-cı ilə kimi artıq 80 million nüsxə satilmışdür.
Da Vinçinin şifrəsi

Qabaqcıl şifrləmə standartı
Qabaqcıl şifrləmə standartı– elektron məlumatları qorumaq üçün istifadə edilən, ABŞ hökuməti tərəfindən bəyənilmiş şifrləmə alqoritmini müəyyən edir (2000-ci ildən qüvvədədir). AES alqoritmi informasiyanın şifrlənməsi və deşifrlənməsi üçün simmetrik blok şifridir. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Sezar şifrəsi
Sezar şifrəsi — dünyada ən qədim bəlli olan şifrələrdən biridir. Məşhur Roma sərkərdəsi Yuli Sezar öz yazışmalarında indi onun adını daşıyan şifrdən istifadə edirdi. Adi latın əlifba yazılırdı, sonra onun altında həmin əlifba, lakin sola hərf dövri sürüşmə ilə yazılırdı. Sezar şifrəsini yerini dəişmə (əvəz etmə) şifrə kimi təsnif etmək olur. Şifrənin mükəmməlləşdirilmiş formasına Vijiner şifrəsi deyilir. Müasir kriptoqrafiyada Sezar şifrəsi dözümsüz kimi sayılır. y = ( x + k ) m o d n {\displaystyle y=(x+k)\ mod\ n} x = ( y + n − ( k m o d n ) ) m o d n {\displaystyle x=(y+n-(k\ mod\ n))\ mod\ n} x {\displaystyle ~x} — açıq tekstin simvolu, y {\displaystyle ~y} — şifrələnmiş tekstin simvolu, n {\displaystyle ~n} — əlifbanın gücü, k {\displaystyle ~k} — açar. Fərz edək ki k = 4 {\displaystyle k=4} . Onda "V" hərifi yerini dəişərək "A" hərifi olacak: Əsas əlifba: ABCÇDEƏFGĞHXIİJKQLMNOÖPRSŞTUÜVYZ Şifrələnmiş: ÇDEƏFGĞHXIİJKQLMNOÖPRSŞTUÜVYZABC Mətn: vikipediya açıq ensiklopediya Şifrələnmiş mətn: aqmqşgfqbç çəkn gpuqmorşgfqbç David Kahn, The Codebreakers — The Story of Secret Writing, 1967. ISBN 0-684-83130-9.
Verilənlərin şifrələnməsi standartı
Verilənlərin şifrələnməsi standartı (en. Data Encryption Standard — DES), (ru. Стандарт цифрования данных), (tr. Veri şifreleme standardı) - verilənlərin şifrlənməsi və şifrlərin açılması üçün nəzərdə tutulmuş mükəmməl alqoritmdir. 1976-cı ildə IBM şirkəti tərəfindən işlənib hazırlanmış, ABŞ-nin Milli Standartlar Bürosunda ( National Bureau of Standards National Institute of Standards and Technology ) sınaqdan keçirilmiş və 1980-ci ildə ABŞ hökuməti tərəfindən qəbul olunmuş bu standart dövlət və kommersiya qurumlarında mühüm, ancaq məxfi olmayan informasiyanın şifrlənməsi üçün nəzərdə tutulmuşdu. 64-bitlik verilənlər bloklarını 64-bitlik açarın köməyilə şifrləməyə imkan verir. Şəbəkədə eyni zamanda 14 min kompüterin birgə işinin nəticəsində şifrləri açmaq mümkün olmuşdur. Ona görə də 2000-ci ildə rəsmi olaraq AES standartı ilə əvəz olunmuşdur. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
İDEA (beynəlxalq verilənlərin şifrlənməsi alqoritmi)
IDEA(azərb. beynəlxalq verilənlərin şifrlənməsi alqoritmi‎, ing. International Data Encryption Algorithm, rus. международный алгоритм шифрования данных, türk. uluslararası veri şifreleme algoritması) – verilənlərin şifrlənməsi üçün simmetrik blok alqoritmi. İlkin adı PES (Proposed Encryption Standard, 1990) olub. Lay Süetsia (Xuejia Lai) və Ceyms Messi (James Massey) tərəfindən işlənib hazırlanıb və yekun variantı 1992-ci ildə yeni adla (IDEA) təqdim olunub. DES (Data Encryption Standard) ilə müqayisədə daha etibarlıdır; PGP (Pretty Good Privacy) və rəqəmsal imzada istifadə olunur. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
İnkar edilə bilən şifrləmə
İnkar edilə bilən şifrləmə (deniable encryption) — Şifrlənmiş informasiya haqqında tam səlahiyyətli bir adamın ələ keçirilməsi vəziyyətində, qarşı tərəfi aldatmaq üçün istifadə olunan üsuldur. Bu üsulda ələ keçərilən adam, şifrləmə sisteminin hiyləli açarını söyləyir, qarşı tərəf açarı istifadə edərək sistemdəki açıq məlumata çatdığını zənn edir, ancaq əslində əldə etdiyi məlumat yanlışdır, çünki ona yanlış(hiyləli açar) verilib. Yuxarıdakı bu vəziyyəti sadə bir nümunə ilə izah edək. Məqsədimiz iki ədəd açar çıxarmaq və açarlardan birsini gerçək məlumatı açmaq üçün, digərini isə inkar etmək üçün istifadə edək. Açıq mesaj: SabahMarsda İnkar mesaj: SabahAyda Açar: 2 İnkar Açarı: 3 Alqoritm ilk öncə açarla açıq mesajı, daha sonra inkar açarı ilə inkar mesajını şifrləyir. Daha sonra hər iki şifrlənmiş mətni cəmləyərək şifrli mesajı hasil edir. Şifrlənmiş mətn hər hansı bir yolla ələ keçirlərsə qarşı tərəfi aldatmaq üçün açıq mesajın açar ilə şifrlənmiş halını və inkar açarını verir. Qarşı tərəfdə şifrli mesajdan bu mesajı çıxaraq yanlış informasiyanı ələ keçirir. Kodun çıxışından da aydın olacağı üzrə şifrli mesaj olaraq toplanmış mesaj göndəriləcək. Bu mesajı alan qarşı tərəf mesajı açmaq üçün aşağıdakı düsturu istifadə edəcək: açıq mesaj = toplanmış - şifrli inkar - açar Bu düstur nəticəsində, "SabahMarsda" mesajı alınacaq.
Şifrləmə
Bu məqalə şifrləmə alqoritmləri haqqındadır. Əgər siz ümumi kriptoqrafiya haqqında məlumat əldə etmək istəyirsinizsə Kriptoqrafiya məqaləsinə baxın. Kriptoqrafiyada şifrləmə deyərkən məlumatın şifrlənməsi nəzərdə tutulur. Şifrli məlumat yalnız açıq mətni oxuma haqqı olan istifadəçi tərəfindən deşifr edilə bilər. Şifrləmə sözsüzki məlumat təhlükəsizliyinə təmamilə zəmanət vermir, amma onun icazəsiz istifadəsini dəfələrlə məhdudlaşdırır. Bu mətni deşifrləyib oxumaq üçün açar sözünü və şifrləmə alqoritmini bilmək lazımdır. Şifrlənəcək mətn açıq mətn adlanır, bu mətn şifrləmə açarından istifadə etməklə şifrləmə alqoritmi vasitəsilə şifrlənir. Alınan mətn şifrli mətn adlanır. Həmçinin gizli açar şifrləmisi kimi tanınır. Simmetrik açar şifrləmə metodunda şifrləmə və deşifrləmə üçün istifadə olunan açar eyni olur.
Ucdan uca şifrələmə
Ucdan-uca vəya başdan-sona şifrələmə (End-to-end encryption/E2EE) yalnız son uclardakı istifadəçilərin oxuya biləcəyi bir rabitə sistemidir. Onun məqsədi İnternet provayderləri və şəbəkə administratorları kimi potensial dinləyicilərin söhbətin şifrəsini açmaq üçün lazım olan şifrələmə açarlarına daxil olmasının qarşısını almaqdır. E-poçt və söhbət şəbəkələri də daxil olmaqla, bir çox mesajlaşma sistemlərində mesajlar vasitəçilərdən keçir və alıcının sonradan əldə etməsi üçün üçüncü tərəfdən saxlanılır. Mesajlar şifrələnsə belə, onlar adətən yalnız "tranzit yolunda" şifrələnir və üçüncü tərəfdən deşifrə olunmuş şəkildə saxlanılır. Bu, üçüncü tərəfə axtarış və digər funksiyaları təmin etməyə və ya qəbuledilməz məzmunu skan etməyə imkan verir, lakin bu, həm də o deməkdir ki, üçüncü tərəf sistemində saxlanılan mesajlara girişi olan hər kəs tərəfindən arxa qapı vasitəsilə və ya qəsdən oxuna və sui-istifadə edilə bilər. Bu, repressiv hökumətlər altında yaşayanlar, bilgi ifşası, kütləvi nəzarət, etibarları üçüncü tərəflərin məlumatlarını qoruma bacarığına bağlı olan bizneslər, "hack"lənmə riski olacaq dərəcədə önəmli anlaşmalar və xəbərləşmələr, və sağlıq, cinsəllik və yetkinlik yaşına çatmayanlar haqqında həssas məlumatların paylaşılması kimi yüksək gizlilik tələb edən hallarda narahatlıq yarada bilər. Başdan sona şifrələmə faktiki göndərici və alıcı istisna olmaqla, verilənlərin oxunmasının və ya gizli şəkildə dəyişdirilməsinin qarşısını almaq məqsədi daşıyır. Mesajlar göndərən tərəfindən yalnız alıcıya şifrlənir, ona görə də üçüncü tərəfin onun şifrəsini açmaq üçün bir yolu yoxdur və şifrələnmiş şəkildə saxlayar. Qəbuledici şifrələnmiş məlumatları qəbul edir və şifrəsini açır. Üçüncü tərəflər ötürülən və ya saxlanılan bu şifrələnmiş məlumatların şifrəsini deşifrə edə bilmədiyindən, məsələn, ucdan-uca şifrələmədən istifadə edən şirkətlər öz istifadəçilərinin mesajlarını səlahiyyətlilərlə paylaşa bilməzlər.
Da Vinçi şifrəsi (film)
Da Vinçi şifrəsi filmi, Den Braunun eyni adlı romanına əsaslanaraq 2006-cı ildə çəkilmiş bir trillerdir. Film Parisdəki Luvr muzeyində baş verən bir cinayət və bu cinayətin İsa Məsih və Mariya Maqdalena ilə bağlı bir sirri aşkara çıxarmaq üzrə olan simvolist Robert Lenqdon və kriptoloq Sofi Nevünün macəralarından bəhs edir. Xristianlıq tarixi və San Qril əfsanəsi ilə bağlı bir çox spekulyasiya və iddiaları gündəmə gətirir. Bir çox ölkədə qadağan edilmiş və bir çox xristian məzhəbi tərəfindən tənqid olunmuşdur. Filmdə Tom Henks, Odri Totu, Yan MakKellen və Jan Reno kimi məşhur aktyorların oynamış və Ron Howard tərəfindən rejissorluq edilmişdir. Dünya miqyasında 758 milyon dollar qazanaraq ən çox baxılan filmlər siyahısına daxil olmuşdur.
Şifrə
Parol (fr. parole, en. password) — rəqəm, söz, işarələrin gizli kombinasiyası olub, şəxslərin bir-birlərini tanıması üçün və ya informasiya təhlükəsizliyində istifadə edilir. Parol subyektin identifikatorudur. Autentikasiyanın ən geniş yayılmış növüdür. Daxil edilmiş parol və istifadəçi üçün əvvəlcədən verilmiş parol müqayisə edilir. Onlar üst-üstə düşdükdə istifadəçinin həqiqiliyi təsdiqlənmiş sayılır. Parolların ən başlıca nöqsanı onların elektron ələ keçirilməsidir. Praktik olaraq yeganə çıxış yolu rabitə xətləri ilə ötürülməzdən əvvəl parolların kriptoqrafik şifrələnməsidir. Aşağıdakı tədbirlər parol mühafizəsinin etibarını artırmağa xeyli imkan verir: texniki məhdudiyyətlər qoyulması (parol çox qısa olmamalıdır, parolda hərf, rəqəm, durğu işarələri olmalıdır və s.) parolun fəaliyyət müddətinin idarə olunması, onların vaxtaşırı dəyişdirilməsi; parollar faylına icazənin məhdudlaşdırılması; sistemə uğursuz daxilolma cəhdlərinin məhdudlaşdırılması; istifadəçilərin təlimatlandırılması; parol generasiya edən proqramların istifadəsi.

Digər lüğətlərdə