şirindillilik
şirinköklü
OBASTAN VİKİ
Şirinkök
Şirinkök (lat. Polypodium) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin şirinkökkimilər fəsiləsinə aid bitki cinsi.
Adi şirinkök
Adi şirinkök (lat. Polypodium vulgare) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin şirinkökkimilər fəsiləsinin şirinkök cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 10–50 sm olan, çox vaxt yerüstü kökümsovları sürünən və qonur təbəqə ilə sıx örtülmüş bitkidir. Yarpaq ayası görünüşünə görə uzanmış-neştərşəkillidir, qalın dəriciklidir; yuxarı hissəyə doğru seqmentlər tədricən daralan, dartılmış və ya dəyirmiləşmişdir, tamkənarlıdır və yaxud qeyri-müəyyən mişarvaridir, qaidə hissəsinə doğru birləşmişdir; ikinci dərəcəli damarlar ikiqat-çəngəlvaridir, əsas damardan enli, demək olar ki, düz bucaq altında çıxır. Saplaq yarpaq ayasından qısadır. Sorusları dəyirmidir, orta damara yaxın yerləşmişlər; sporlar sarımtıldır, çox və ya az qabarıqdırlar. Çoxillikdir. İyul-avqust aylarında sporlayır. == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, Qob., Kür-Araz oval., KQ mərkəzi, KQ şimal, KQ cənub, Lənk. dağ., Lənk.
Şirinkökkimilər
Şirinkökkimilər (lat. Polypodiaceae) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinə aid bitki fəsiləsi.

Digər lüğətlərdə