Şiştəpə
Şiştəpə — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
1924-cü ilə qədər bölgədəki Qarabulaq, Novçalı kimi ətraf yüksəkliklərdə o cümlədən Qozlu dərəsi, Səlimli bulağı adlanan ərazilərdə məskunlaşan Sarı Əhmədli, Sədərəkli, Pərzadlı, Məhərli, Mələkli, Nəsifli, Ziyadlı, Xəlilli, Maşadılar, Namazalı, Comardlı, Arıxlı, Bağlar, Lolaşlı vs. kimi sülalalər şura hökumətinin qurulmasından sonra daha aşağıya, Şiştəpə təpəsinin ətrafına məskunlaşdırılmışdır. Bu dövr qədər isə həmin yüksəklilərdəki kənd Zəyəmə tabe olan Yuxarı Ayıblı olaraq adlanmışdır.
Kəndin qəbiristanlığı — Meydanda aparılan araşdırmalar zamanı 2 əsrdən çox yaşı olan qəbrlər ortaya çıxmışdır. Bu cür tapıntılar isə onu göstərir ki, kəndin tarixi rəsmi tarixdən çox daha qədimə söykənir. Araşdırmaçı yazar, Şahbaz Qarayevin "Gülüstan çiçəyi kəndimiz" əsərindəki məlumatlara əsasən, yuxarıda sadalanan sülalələrin yaşadığı bölgə çar dövründə Əyyublu, Yuxarı Əyyublu digər ifadə ilə Ayıblı və Yuxarı Ayıblı adlarını daşımışdır.
Kənd sakinlərinin tamamı türk əsilli olub, oğuzların Əfşar boyundan olduğu təxmin edilir. Kənd əhalisi 5982 nəfərdir ki, onun 3205 nəfərini kişilər, 2777 nəfərini isə qadınlar təşkil edir.
Qara bəy Qarabəyov — ADR Parlamentinin üzvü, həkim.