ŞOTLAND

I
сущ. шотландец, шотландка; şotlandlar шотландцы (нация, основное население Шотландии, представители этой нации)
II
прил. шотландский (относящийся к Шотландии, шотландцам, принадлежащий, свойственный им). Şotland dili шотландский язык, şotland mədəniyyati шотландская культура
ŞOTKATUTAN
ŞOTLANDCA
OBASTAN VİKİ
Şotland
Şotlandlar (ş.german Scots Fowk, şot.kelt Gáidheal ya da Albannaich, ing. Scots) — əksəriyyəti Şotlandiya və ABŞ-də yaşayan xalq. Scotia sözü Qədim Romalılar tərəfindən I əsrdə mövcud olan qəbilə üçün işlədilirdi. Bundan başqa Qədim Romalılar Scotia sözünü İrlandiyada yaşayan Qel tayfası üçün də işlətmişdir. Bede İrlandiyadan Pikt ölkəsinə qədər ərazidə olan xalqlardan Scottorum sözünü işlədərək bəhs etmişdir. Qel olaraq tanınan tayfalar Dal Riyata Krallığına, yəni Şotlandiyanın qərbinə gəlmədir. Bede şotlandlardan bəhs edərkən natio, yəni xalq sözünü işlətmişdir. Piktlərlə yanaşı digər xalqlardan isə gens, yəni irq şəklində bəhs etmişdir. Anqlo-Saks Xronologiyası adlı sənəddə Scot sözü Qellər ölkəsinə eyham vurmaq üçün istifadə olunmuşdur. Scottorum sözü isə 1005-ci ildə İrlandiya kralı tərəfindən İmperator Scottorum şəklində yenidən istifadə olunmuşdur.
Şotland Riti
Qədim və Qəbul Edilmiş Şotland Nizamnaməsi (ing. Scottish Rite) — Masonluqda dərəcələndirməni ifadə etmək üçün istifadə edilən masonluq ritlərindən biri. Şotland Riti masonlar arasında ən geniş istifadə edilən ritdir.
Şotland dili
Şotland dili — Şotlandiyada ingilis dilindən başqa əsasən iki yerli dildə danışılır, bunların hər ikisi şotland dili adlansa da, bir birindən dil qruplarına görə seçilən iki fərqli dillərdir.
Şotland funtu
Şotland funtu (ş.german Pund Scots, ing. Pound Scots) — Şotlandiya krallığının XII–XVIII əsrlərdə pul vahidi. Hal-hazırda Şotlandiya bankları tərəfindən buraxılan əskinazlar da bəzən "Şotland funtu" adlandırılır. Şotlandiya sikkələrinin buraxılması kral I David dövründə baş tutub (1124–1153-cü illərdə hakimiyyətdə olub). Onlar funt stetrlinq kimi 20 şillinq və 240 pensdən ibarət olub. Şotland funtunun keyfiyyəti aşağı düşdükcə onun ingilis funtuna nisbəti də dəyişirdi. 1603-cü ildə Şotlandiya kralı I Yakov İngiltərənin kralı olduqdan sonra 1 funt sterlinq 12 şotland funtuna bərabər edildi. 1707-ci ildə Uniya haqqında Akt qəbul edildikdən sonra şotland funtu dövriyyədən çıxarıldı. Müstəqil dövlət olmasa da, Şotlandiyanın üç bankı öz əskinazlarını buraxmaq hüququna malikdir. Onlar "Şotland funtu" adlanmasalar da, funt sterlinq kimi nominala malikdirlər.
Şotland maarifçiliyi
Şotlandiya maarifçiliyi, şotland maarifçiliyi və ya Şotland Maarifçilik dövrü (ing. Scottish Enlightenment, ş.german Scots Enlichtenment, şot.kelt Soillseachadh na h-Alba) — Şotlandiya tarixinin XVIII–XIX əsrləri əhatə edən, intellektual və elmi fəaliyyət dalğası ilə səciyyələndirilən dövrü, Maarifçilik dövrünün epizodu. Şotlandlar XVIII əsrdə Avropanın ən savadlı xalqlarından biri idi. Onların ümumi savadlılıq dərəcəsi təqribən 75% idi. Şotlandiya maarifçiliyinin əsas şəxsləri alimlər, mütəfəkkirlər və yazıçılar idi. Şotlandiyanın paytaxtı olan Edinburq şəhərində elmi cəmiyyətlər formalaşmışdı. Şotlandiya mütəfəkkirləri Avropa marrifçiliyinin humanist və rasional fikirlərindən fərqli olaraq, dünya haqqında olan, rasional baxımdan düzgün olmayan ənənəvi anlayışlardan uzaqlaşaraq insan dərrakəsinin fundamental əhəmiyyətini müdafiə etmişdir. Onlar düşünürdülər ki, səbəb ilə irəliləyən insan təbiət və cəmiyyət üçün daha yaxşı dəyişikliklər edə bilər. Bu, Şotlandiya maarifçiliyinin açar amilidir. Maarifçilik Şotlandiyada empirizm və praktikliyi ilə fərqlənirdi.
Şotland (german) dili
Skots dili — Şotlandiyada və İrlandiyanın şimalındakı Olster bölgəsinin bəzi hissələində danışılan German dillərinə aid dil. Bəzən sözügedən dil Şotland kelt dili fərqləndirilmək üçün "Loland Skots" olaraq da adlandırılır.
Şotland dili (keltcə)
Şotland kelt dili və ya Gel dili (Gàidhlig; ing. Scottish Gaelic, və ya Scots Gaelic) — kelt dillərinin Hoydel qolunun nümayəndəsi, daşıyıcıları olan -kelt qəl xalqı -adətən dağlıq Şotlandiyada və Hebrid adalarında yaşayırlar. Daşıyıcılarının sayı Şotlandiyada 58 652 nəfər(2001) və 500-1000 arası Kanadada (Yeni Şotlandiya əyaləti, əsasən Keyp-Breton adası). Dil daşıyıcılarının kiçik qrupları ABŞ, Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika Respublikasında var. Daşıyıcıların dünyada sayı təxminən 60 min nəfərdir. Şotlandiyanın düzənlik ərazisində yayılmış ingilis dilinə qohum, german dil qrupuna aid skoç dili ilə fərqli dillərdir.
Şotland german dili
Skots dili — Şotlandiyada və İrlandiyanın şimalındakı Olster bölgəsinin bəzi hissələində danışılan German dillərinə aid dil. Bəzən sözügedən dil Şotland kelt dili fərqləndirilmək üçün "Loland Skots" olaraq da adlandırılır.
Şotland kelt dili
Şotland kelt dili və ya Gel dili (Gàidhlig; ing. Scottish Gaelic, və ya Scots Gaelic) — kelt dillərinin Hoydel qolunun nümayəndəsi, daşıyıcıları olan -kelt qəl xalqı -adətən dağlıq Şotlandiyada və Hebrid adalarında yaşayırlar. Daşıyıcılarının sayı Şotlandiyada 58 652 nəfər(2001) və 500-1000 arası Kanadada (Yeni Şotlandiya əyaləti, əsasən Keyp-Breton adası). Dil daşıyıcılarının kiçik qrupları ABŞ, Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika Respublikasında var. Daşıyıcıların dünyada sayı təxminən 60 min nəfərdir. Şotlandiyanın düzənlik ərazisində yayılmış ingilis dilinə qohum, german dil qrupuna aid skoç dili ilə fərqli dillərdir.
Şotland sallaqqulaq pişiyi
Şotland sallaqqulaq pişiyi və ya skottiş – fold (ing. Scottish Fold) — məxsusi qulaq quruluşu olan (qulaqlar önə və aşağı əyilmiş) pişik cinsi. Bu pişiklərin qeyri – adi xarici görünüşünün səbəbi genetik mutasiyadır. Öz yaranmasına görə bu pişiklər 1961 – ci ildə Şotlandiyanın Petşir qraflığında yerləşən fermada doğulmuş və gözlənilməz mutasiya aşkarlanmış pişik balalarına borcludurlar. Çoban Uilyam Ross ağ pişik balası Syuzini əldə edir. Müasir skotiş – foldlar məhz Syuzidən törəyiblər. Təəssüflər olsun ki, bu pişik erkən yaşda avtomobilin altında qalsa da o vaxta qədər o, daha bir qulağı sallaq pişik balasını – Snuksu dünyaya gətirməyə macal tapmışdı. Snuks bu cins pişiklərin artmasında böyük rol oynamışdır. İlk vaxtlar hesab edirdilər ki, bu pişiklər kardır. Lakin bu ehtimallar özünü doğrultmadı amma xüsusi quruluşuna görə onların qulaqlarına tez – tez təmizləmə lazımdır.
Şotland milliyətçiliyi
Şotlandiya milliyətçiliyi və ya şotland milliyətçiliyi (ing. Scottish nationalism) — şotlandların vahid millət təşkil etməsi ideyasını elan edən, vahid milli kimliyin yaradılması və saxlanmasını müdafiə edən siyasi-ictimai hərəkatlar toplusu. Şotlandiya milliyətçiləri Şotlandiyanın Birləşmiş Krallıqdan müstəqilliyi uğrunda mübarizə aparır. Şotlandiya millətçiliyi 1920–1970-ci illərdə fəal şəkildə formalaşmış və indiki ideoloji yetkinliyinə 1980–1990-cı illərdə çatmışdır. Millətin mənşəyi, siyasi kontekst və unikal xüsusiyyətlər, o cümlədən gel dili, poeziyası və kinosu şotlandların fərdi kimliyini və milli kimliyini dəstəkləyir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Şotland milliyətçiliyi ilə əlaqəli mediafayllar var.
Ed (Şotlandiya kralı)
Ağ Ed (ing. Áed the White), Ed mak Exdax (şot.kelt Áed mac Echdach), Ed Find (şot.kelt Áed Find; VIII əsr – 778) — Dal Riada kralı (768–778). Ağ Ed 733-cü ildə vəfat edən III Eoxaydın oğlu idi. Atasının ölümündən çox keçməmiş Dal Riada krallığı piktlərdən asılı vəziyyətə düşmüşdür. Ağ Ed haqda ilk məlumat 768-ci ilə təsadüf edir. "Olster annalları" əsərinə görə, Ağ Edin ordusu ilə pikt kralı I Kiniodun ordusu arasında bir döyüş baş vermişdir. Bu dövrdə Dal Riada özünü piktlərdən azad etmişdir. "Alba krallarının salnaməsi" əsəri Ağ Edin bir çox qanunlar qəbul etdiyini və bu qanunların I Domnallın (Donald) hakimiyyəti dövründə bütün Şotlandiyaya şamil edildiyi haqda məlumat verir, ancaq bu qanunların məzmunu naməlumdur. Ağ Ed 778-ci ildə vəfat etmişdir və Dal Riada taxtını qardaşı II Fergüsə buraxmışdır. Anderson, Alan Orr.
Hamilton (Şotlandiya)
Həmilton (ş.german Hamiltoun, şot.kelt Baile Hamaltan) — Şotlandiyanın Cənubi Lanarkşir bölgəsində böyük bir şəhər.
I Domnall (Şotlandiya kralı)
I Donald (ing. Donald I), I Domnall (şot.kelt Domnall I) və ya Domnall mak Alpin (ortagel: Domnall mac Ailpín, şot.kelt Domnall mac Ailpín; 812, Ayona – 13 aprel 862 və ya 13 aprel 863, Pertşir[d]) — 858–862-ci illərdə Alba (Şotlandiya) kralı, Dal Riada kralı II Alpinin oğlu, Dal Riada kralı I Kennetin qardaşı. İrlandiya annallarında I Donaldın "Piktlər kralı" titulunu daşıdığı məlumatı verilir. Onun hakimiyyəti dövründə "Ed qanunları" bütün Şotlandiyaya şamil edilmişdir. Domnall mak Alpin təqribən 812-ci ildə indiki Böyük Britaniyaya tabe Şotlandiyanın Ayona adasında anadan olmuşdur. O, Dal Riada kralı II Alpinin oğlu və Dal Riada kralı I Kennetin qardaşı idi. I Kennet 858-ci ildə vəfat edəndə iki oğlu var idi, ancaq krallığın tanistri formasındakı vərəsəlik qanunlarına görə, onun xələfi ən böyük oğlu yox, kiçik qardaşı Domnall mak Alpin olmuşdu. Дональд // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
I Donald (Şotlandiya kralı)
I Donald (ing. Donald I), I Domnall (şot.kelt Domnall I) və ya Domnall mak Alpin (ortagel: Domnall mac Ailpín, şot.kelt Domnall mac Ailpín; 812, Ayona – 13 aprel 862 və ya 13 aprel 863, Pertşir[d]) — 858–862-ci illərdə Alba (Şotlandiya) kralı, Dal Riada kralı II Alpinin oğlu, Dal Riada kralı I Kennetin qardaşı. İrlandiya annallarında I Donaldın "Piktlər kralı" titulunu daşıdığı məlumatı verilir. Onun hakimiyyəti dövründə "Ed qanunları" bütün Şotlandiyaya şamil edilmişdir. Domnall mak Alpin təqribən 812-ci ildə indiki Böyük Britaniyaya tabe Şotlandiyanın Ayona adasında anadan olmuşdur. O, Dal Riada kralı II Alpinin oğlu və Dal Riada kralı I Kennetin qardaşı idi. I Kennet 858-ci ildə vəfat edəndə iki oğlu var idi, ancaq krallığın tanistri formasındakı vərəsəlik qanunlarına görə, onun xələfi ən böyük oğlu yox, kiçik qardaşı Domnall mak Alpin olmuşdu. Дональд // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
I Kennet (Şotlandiya kralı)
I Kennet (ortagel: Cináed I, şot.kelt Coinneach I, ing. Kenneth I) və ya Kennet mak Alpin (ortagel: Cináed mac Ailpin, şot.kelt Coinneach mac Ailpein, ing. Kenneth MacAlpin; təq. 810, Ayona – 8 fevral 858, Forteviot[d]) — təqribən 834–858-ci illərdə Dal Riada kralı, 843–858-ci illərdə piktlər kralı və Makalpinlər sülaləsinin banisi olan II Alpinin oğlu. Dal Riada taxt-tacına irsən sahiblənən I Kennet 843–850-ci illərdə piktlərin krallığını ihlaq edir və bütün Şotlandiyanı fəth etməyə, eləcə də piktləri assimilyasiya etməyə başlayır. Buna görə də ona An Ferbasax (şot.kelt An Ferbasach, azərb. Fateh‎) ləqəbi verilmişdir. Onun krallığının paytaxtı Forteviot idi. O, Stratklayd krallığından olan britlərlə, eləcə də Piktlanda basqınlar təşkil edən danimarkalı vikinqlərlə vuruşmuşdur. Əlavə olaraq, I Kennet Skun daşı kimi talismanları Ayonadakı tərk edilmiş monastırdan götürüb başqa bir yerə aparmışdı.
Livinqston (Şotlandiya)
Livinqston (ing. Livingston, şot.kelt Baile Dhùn Lèibhe) — Böyük Britaniyada, Şotlandiya vilayətində kiçik şəhər.
Pert (Şotlandiya)
Pert (ing. Pert, şot.kelt Peairt) — Böyük Britaniyaın Şotlandiya regionunda yerləşən şəhər, Pert və Kinross vilayətinin inzibati mərkəzi (1975-ci ilədək Pertşir qraflığının inzibati mərkəzi).
Piktlər sülaləsinin kralları (Şotlandiya)
Piktlər sülaləsinin kralları — V əsrin əvvəlləri — 843-cü illərdə Şotlandiyada hakimiyyətdə olmuş sülalənin nümayəndələri. Eripin oğlu Drust — 413–480 və ya 513 Anielin oğlu Talorq — 480–484 və ya 513–516 Eripin oğlu I Nexton Morbet — 484–508 və ya 516–539 Drust Qurdinmox — 508–538 və ya 539–569 Qalan Erilix — 538–550 və ya 539–581 Fudrusun oğlu Drust — 550–555 və ya 581–586 Qiromun oğlu Drust — 550–560 və ya 581–591 Qiromun oğlu Qardnak — 560–567 və ya 591–598 Qiromun oğlu Keyltran — 567–568 və ya 598–599 Muyrloxeyxin oğlu Talorq — 568–578 və ya 599–610 Muneytin oğlu Drust — 578–579 və ya 610–611 Qalam Kennalef — 579 və ya 552–580 və ya 611–613 Meylkonun oğlu Bruyd — 556–586 Domelxin oğlu II Qartnat 586–597 Verbanın oğulluğu II Nexton 597–620 Lutrinin oğlu Kiniox — 620–631 Foxelin oğıu Qartneyt — 631–635 Foxelin oğlu Bruyd — 635–641 Foxelin oğlu Talorq — 641–653 Enfretin oğlu I Talorkan — 653–657 Domnallın oğlu IV Qartnert — 657–663 Domnallın oğlu Drest — 663–672 Bilinin oğlu Bruyd — 672–693 Entifidixin oğlu Taran — 693–697 Darqartın oğlu Bruyd — 697–706 Darqartın oğlu III Nexton — 706–724 Talorqenin oğlu Drust — 724–726 Kropun oğlu I Alpin — 726–728 Darqartın oğlu III Nexton (ikinci dəfə) — 728–732 Ferqyusun oğlu Anqus 732–761 Ferqyusun oğlu Bruyd — 761–763 Feredaxın oğlu I Kiniod — 763–775 Feredaxın oğlu II Alpin — 775–780 Enqusun oğlu Talorqen — 780–782 Talorqenin oğlu VIII Drest — 782–787 Tadqın oğlu Konall — 787–789 Ferqyusun oğlu Konstantin — 790–820 Ferqyusun oğlu II Enqus — 820–834 Konstantinin oğlu Drust — 834–836 Anqusun oğlu Eohanan — 836–839 Barqotun oğlu Vurad — 839–842 Feraxın oğlu Bruyd — 842 Feraxın oğlu Kiniod — 842–843 Feraxın oğlu Bruyd — 843–845 Feraxın oğlu Drust — 845–847 Alpinin oğlu Kiniod — 847–858, həmçinin I Kennet Makalpin adı ilə Dal Riadların kralı 843-cü ildə 843-cü ildə piktlərin və skottların krallıqlarını uğurla birləşdirərək Alba krallığını yaratdı, lakin onun davamçıları IX əsrin sonlarına qədər "Piktlər kralı" titulunu daşımışlar. Хендерсон Изабель. Пикты. Таинственные воины древней Шотландии / Пер. с англ. Н. Ю. Чехонадской. — М.: Центрполиграф, 2004. — 217 с. Adomnán, Life of St Columba, tr.
Qordon Vilson (Şotlandiya siyasətçisi)
Robert Qordon Vilson (ing. Robert Gordon Wilson; 16 aprel 1938, Qlazqo – 25 iyun 2017, Dandi) — Şotlandiya siyasətçisi və hüquqşünası. O, 1979–1990-cı illərdə Şotlandiya Milli Partiyasının (şmp) lideri və 1974-cü ildən 1987-ci ilə qədər Dandi-İsti təmsil edən parlament üzvü olmuşdur. O, 1983–1986-cı illərdə Dandi Universitetinin rektoru olmuşdur. SNP: The Turbulent Years 1960–1990, 2009. ISBN 9780951282076 Pirates of the Air: The Story of Radio Free Scotland, 2011 ISBN 9780951282083 Scotland: The Battle for Independence, 2014 ISBN 9780957228535 Thomas A. W. Stewart, "'A disguised Liberal vote'? – third-party voting and the SNP under Gordon Wilson in Dundee during the 1970s and 1980s", Contemporary British History, vol. 33, no. 3 (2019), pp. 357–382.
Yeni il Şotlandiyada
Yeni Şotlandiya
Yeni Şotlandiya — Kanadada əyalət. Mərkəzi Halifaks şəhəridir.
Yeni Şotlandiya silahlı hücumları (2020)
Yeni Şotlandiya silahlı hücumları - Kanadanın Yeni Şotlandiya əyalətinin Portalik şəhərində və 50 km radiusda olan bir sıra digər yaşayış məntəqələrində dinc insanlara qarşı kütləvi atəşin açılması. Yerli polisinin verdiyi məlumata görə hadisə 51 yaşlı şəhər sakini Qabriel Uortman tərəfindən törədilmişdir. Baş vermiş silahlı hadisə Kanada tarixində ən çox insan təlafətına səbəb olan olay kimi tarixə keçib. Kanadanın Baş naziri Castin Trüdo həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib. 18 aprel axşamı əyalət polisi paytaxt Halifaksdan 130 kilometr şimalda yerləşən Portalik şəhərindən və ətraf ərazilərdən çoxlu sayda 9-1-1 çağırışları qəbul etmişdir. Polisə zəng edən şəxslər, naməlum şəxsin dinc insanlara atəş açdığını və çoxlu sayda həlak olanın olduğunu bildiriblər. Gecə boyunca davam edən araşdırmalar zamanı ən azı 50 kilometr radius ərazisində güllələnənlərin və qan izlərin olduğu müəyyənləşdirilmişdir. Portalik əhalisi qısa zamanda təxliyə edilmiş və axtarış ərazisi genişləndirilmişdir. Atışmalarda üç binanın və iki avtomobilin məqsədli və ya təsadüfən yandığı təyin olunmuşdur.
Yeni Şotlandiya yarımadası
Yeni Şotlandiya yarımadası (ing. Nova Scotia peninsula) — Kanadanın cənub-şərqində yerləşən yarımada. Yarımadanın ərazisinin böyük qismi Yeni Şotlandiya vilayəti ərazisində yerləşir. Yarımadanın uzunluğu 430 km, eni isı 130 km. Şərqdə ensiz Kanso boğazı yarımadanı Keyp-Breton adasından ayırır. Şimaldan Nortamberlend boğazı Şahzadə Eduard Adasından ayırlr. Cənubdan və cənub-şərqdən Atlantik okeanın suları ilə yuyulur. Qərbdən Men körfəzi, şimal-qərbdən Fandi körfəzi ilə əhatələnir. Materiklə Şiqnekto bərzəxi ilə birləşir. Cənub və cənub-şərqdən sahilləri olduqca parçalıdır və fiordlarla zəngindir.
Çarlz Mürrey (Şotlandiya aktyoru)
Çarlz Mürrey (ing. Charles Murray; 1754[…] – 1821[…]) — Şotlandiya aktyoru. Liverpulda həvəskar olaraq oynadıqdan sonra Mürrey teatr rəhbəri Yanger tərəfindən York teatrına təqdim edilmişdir. Yorkda ilk dəfə peşəkar səhnədə Reymur adı ilə çıxış etmiş. 1776-cı ilin sentyabrında Veykfilddə bir meyxanada baş verən davadan sonra o, vəzifəsindən məhrum edilmişdir. Bir müddət sonra Mürrey öz adı ilə Norviçdə çıxış etmişdir. 8 oktyabr 1785-ci ildə ilk dəfə Batda çıxış etmişdir. Burada müxtəlif rollar canlandıraraq 1796-cı ilə qədər qalmışdır. Arvadı bəzən onunla birlikdə çıxış edirdi və 1 iyul 1793-cü ildə kiçik qızı Harriyet Mürrey səhnədə debüt etmişdir.
Şotlandiya
Şotlandiya (ing. Scotland; şot.kelt Alba) — Böyük Britaniya krallığına daxil olan tarixi və inzibati ərazi. Böyük Britaniya adasının şimal hissəsində yerləşir. Paytaxtı Edinburq, ən böyük şəhəri isə Qlazqodur. Şotlandiya özünün qalaları və dağlıq peyzajı ilə tamamilə başqa ölkə təəsüratını yaradır. Şotlandiyada 787 ada vardır, demək olar ki, hamısında əhali məskunlaşıb. Məşhur Haylənds ("yüksək yerlər") vilayəti – ölkənin şimal-qərbində dağlar dənizlərlə, çəmənlər, meşələrlə əvəz olunan təkrarolunmaz təbii landşaftdır. Şotlandiya ətrafı okean və dəniz dünyada biloji canlıların ən çox yaşadığı su hövzəsi sayılır, orada 40 min növ var. 1707-ci ildən Birləşmiş Krallığın bir hissəsi kimi yaşayan, böyüyən və inkişafa çalışan Şotlandiya, Birləşmiş Krallığı meydana gətirən dörd böyük quru parçasından biridir. Hər nə qədər Şotlandiya parlamenti Londona bağlı olsa da, Şotlandiyanın avtonom bir hüquq sistemi və kilsəsi mövcuddur.

Digər lüğətlərdə