ştamplanma-bölünmə

ştamplanma-bölünmə
ştamplanma
ştamplanmaq
OBASTAN VİKİ
Meyoz bölünmə
Cinsiyyətli çoxalmada cinsiyyət hüceyrələri qametlər iştirak edir. Erkək qamet spermatogenez, dişi qamet Yumurtahüceyrə adlanır. Cinsiyyət orqanlarında erkəyin toxumluğunda və dişinin yumurtalığında qametlər yaranır. Yumurtahüceyrənin formalaşması Ovogenez, spermatazoidin formalaşması isə Spermatazoid adlanır. Yetişmə başlayana qədər xromosomların diploid yığımı (2n) olur. Məsələn insanda ön cinsiyyət hüceyrələri yetişənə qədər 46 xromosom olur. Yetişdikdən sonra qametlərdə xromosomların sayı bölünür - haploid (n) olur. Yetişmə zamanı cinsiyyət hüceyrələri bölünür. Bu proses Meyoz adlanır. Meyoz iki ardıcıl bölünmədən ibarətdir.
Mitoz bölünmə
Eukariot hüceyrələrin əsas bölünmə üsullarından biridir. Fasiləsiz surətdə davam edən bu prosesin öyrənilməsini asanlaşdırmaq üçün onu şərti olaraq 4 hissəyə ayırırlar: Profaza, Metafaza, Anafaza, Telofaza. Mitoz bölünmə prosesi İnterfazadan sonra başlayır. Mitozun birinci fazasıdır. Bu fazada hüceyrənin nüvəsi həcimcə böyüyür, nüvə şirəsinin qatılığı azalır. Spirallaşma nəticəsində nüvə şirəsində olan sapşəkilli xromosomlar qısalır, yoğunlaşır və işıq mikroskopunda daha aydın görünür. Bu zaman ikiləşmiş sentriollar (sentriola malik hüceyrələrdə) qütblərə çəkilir. Sentriollar qütblərə çəkildikdən sonra bölünmə vətərləri yaranmağa başlayır. Profazanın sonunda nüvə pərdəsi (qılafı) ayrı-ayrı hissıciklərə parçalanaraq əriyir. Həmin hissəciklər endoplazmatik şəbəkənin membranlarına birləşir.
Xristianlıqda bölünmə
Xristianlıqda bölünmə yaxud xristian kilsəsinin parçalanması kilsədə əqidə ixtilafı nəticəsində baş verən hadisədir. Xristian kilsəsi ərslər boyunca dəfələrlə bölünmüşdür. Lakin qlobal miqysada bölünmə üç dəfə baş vermişdir. Birinci dəfə 451-ci ildə Xalkedon Kilsə Məclisində monofizitliyin rədd edilməsi ilə bir sıra şərqi kilsələr ortodoksal kilsədən ayrılmışdır. 1054-cü ildə ortodoksal kilsə parçalanaraq, pravoslav kilsəsi və katolik kilsəsi olmaq üzrə ikiyə bölünmüşdür. Axırda üçüncü dəfə, 1517-ci ildə başlanan Reformasiyanın nəticəsində katolik kilsəsindən ayrılan islahat hərəkatı zamanla protestant məzhəbinin yaranmasına səbəb olmuşdur. 451-ci ildə Xalkedonda (hal-hazırda Türkiyədə, İstanbulun Kadıköy bölgəsi) keçirilən IV Ümumdünya Kilsə Məclisində Konstantinopol arximandriti Evtixiyin təlimi rədd edilmişdir. Belə ki, Evtixiy Nestorun təlimini inkar edərək, onun əksi olan başqa bir ifrat fikir irəli sürürdü. Evtixiyə görə, İlahi və insani təbiət İsada tam olaraq bir-birinə qovuşmuşdur. Amma bu zaman İsadakı İlahi təbiət insani təbiəti üstələyir.