şühudi
şükran 2021
OBASTAN VİKİ
Səna
Səna (ərəb. صنعاء‎) — Yəmənin paytaxtı və böyük şəhəri. == Haqqında == Bütün göstəricilərə görə Səna Yəmənin ən böyük şəhəridir. Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış Səna dəniz səviyyəsindən 2150 metr hündürlükdə, qərbdən və şərqdən dağlarla əhatə olunan geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir. Səna ölkənin əsas siyasi-inzibati, mədəni-maarif və sənaye mərkəzidir. Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri, əsas sənaye sahələri cəmlənmişdir. Paytaxtın iqtisadi həyatında metal emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir. Səna müasir tələblərə cavab verən şose yolları vasitəsilə Taiz, Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı var.
Daryaraq səna
== Təbii yayılması == Afrika və Hindistanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5-2 m olan çoxillik, tropik yarımkoldur. Gövdəsi düz dayanan, budaqları yuxarıya doğru yönəlmişdir. Az şaxələnən, torpağın dərin qatlarına gedən mil kök sisteminə malikdir. Yarpaqları növbəli, cütlələkvari, 4-8 cüt ensiz, 20-yə qədər yumurtavari-neştərvari yarpaqcıqdan ibarətdir. Yarpaqcıqların kənarları bütöv, ucu biz, dərili, uzunluğu 3-4 sm, eni 0,5-1 sm, qısa saplaqlıdır. Avqust ayında çiçəkləyir. Çiçəkləri bir az əyri, iri, qızılı-sarı, salxımşəkilli çiçək qrupunda yığılmışdır. Ləçəkləri sarıdır. Paxlası oraqvari, əyri, dərivari, yastı, hamar, uzunluğu 5,5 sm, eni 2,5 sm, tünd qonur rəngli, çoxtoxumludur.
Şişyarpaq səna
Senna alexandrina (lat. Senna alexandrina) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin səna cinsinə aid bitki növü. == Təbii yayılması == Sudanda yayılmışdır. == Botaniki təsviri == Yerə sərilən yarımkoldur. Hündürlüyü 1,5 m-ə qədərdir. Gövdəsi düz, çoxlu budaqlara şaxələnir. Yarpaqları növbəli, cütlələkvari olub, 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqları enli neştərvari, ucu şiş, göyümtül-yaşıl, üzəri tüksüz və ya zəif tüklü, kənarları bütövdür. Çiçəkləri iri, salxımşəkilli çiçək qruplarına yığılmışdır. Ləçəkləri sarı, kasayarpaqları 5, erkəkcikləri 10-dur.
Səna (bitki)
Səna (lat. Senna) — paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Səna (dəqiqləşdirmə)
Səna — Yəmənin paytaxtı və böyük şəhəri. Səna (bitki) — paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Oxşar == SANA — Suriyanın dövlət informasiya agentliyi.
Tərs yumurtavari səna
== Təbii yayılması == Əsasən Sudanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 metr olan yarımkol və ya koldur. Yarpaqları 5 cüt, yarpaqcıqları enli, tərs-yumurtavari, ucdan dəyirmidir. Ləçəkləri qeyri bərabərdir. Paxlası yastı, oraqvari, iri, 3-4 sm uzunluğundadır. Avqust ayında çiçəkləyir. == Ekologiyası == İşığa, istiyə, küləyədavamlı bitkidir. Torpağa tələbkar deyildir. == Azərbaycanda yayılması == Mədəni halda Abşeronda Dendrologiya İnstitutunun təcrübə sahəsində becərilir. == İstifadəsi == Yolların kənarlarında canlı çəpərlərin salınmasında, qrup əkinlərində istifadəsi məqsədyönlüdür.
Quranın Səna əlyazması
Səna əlyazması — bu gün mövcud olan ən qədim Quran əlyazmalarından biri. 1972-ci ildə Yəməndə Səna Böyük Məscidinin bərpası zamanı bir çox digər Quran fraqmentləri və başqa əşyalarla birlikdə tapılıb . Əlyazma iki təbəqədə perqament üzərində yazılmışdır. Üst təbəqə Osman dövründə istifadə edilən standart yazı ilə yazılmış Quran olsa da, alt təbəqə standart yazı ilə müqayisədə fərqlənir. Alt təbəqənin bir versiyası 2012-ci ildə nəşr edildi. Karbon testləri onun 99% dəqiqliklə 669-cu ildən əvvəl və 95.5 faiz dəqiqliklə 578-ci ildə sonra yazıldığını göstərir. Səna əlyazmalarından 926 parça təhlil edilmişdir. 22%-i məlum olan Qurandan yazılış, dilçilik və düzülüş etibarilə tamamilə fərqlənir.

Digər lüğətlərdə

здра́вица негра́ждане обвине́ния прель премно́го придомо́вый расшиби́ться держа́лка завори́чиваться не спуска́ть глаз привёртываться просви́рный самолю́бие слеса́рная стру́шиваться dedans dignitary Liverpudlian ministration papier collé parametric sex hygiene tennis-court вереск перепоить