ƏDA¹

[ər.] сущ. 1. тегьер, къайда; // вичи-вич тухунин къайда; адет, хесет; 2. наз, наз гун; 3. фурс, дамах; 4. кар, амал.
ƏCZAXANA
ƏDA²
OBASTAN VİKİ
"Xocalıya ədalət" beynəlxalq kampaniyası
"Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası (ing. Justice for Khojaly) — Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biri. == Haqqında == "Xocalıya ədalət" beynəlxalq kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmışdır. Kampaniya Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyır. Kampaniyanın fəaliyyəti həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmişdir. Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə və irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan digər səmərəli vasitələri təşkil edir. == Kampaniyanın strateji məqsədləri == 1.
"Ədalət" inqilabi fəhlə təşkilatı
Ədalət Partiyası, Ədalət İnqilabi Fəhlə Təşkilatı və ya Ədalət Firqəsi — 1916-cı ildə iranlı mühacirlər tərəfindən əsası qoyulmuş, 1916-cı ildə sosial demokrat təşkilat kimi formalaşmışdır. Onun qurucuları arasında Əsədulla Qafarzadə, Bəhram Ağayev, Ağababa Yusifzadə və, sonradan Seyid Cəfər Pişəvəri kimi tarixə keçən, Cavadzadə Xalxali vardılar. == Tarixi == Ədalət özünü İctimaiyyun-Amiyyunun varisi hesab edir, Cənubi Azərbaycanda müntəzəm surətdə fəal inqilabi iş aparırdı. Təşkilatın Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı Komitəsində və Hümmətdə daimi nümayəndələri var idi. Ədalətin proqram və nizamnaməsi Azərbaycan və fars dillərində xüsusi kitabça şəklində nəşr edilmişdir, həmçinin, "Hürriyyət" qəzetində dərc olunmuşdu, hansınınki redaktoru partiyanın üzvü olan Mir-Cəfər Pişəvəri idi. Ədalət 1917-ci ildən Azərbaycan və fars dillərində "Bayraqi-ədalət" adlı jurnal nəşr etməyə başlamışdı. Burada, əsasən, İranın daxili siyasi vəziyyətinə dair problemlər, Qacar sülaləsinə qarşı mübarizə, şahlıq hakimiyyətinin devrilməsi və demokratik respublika qurulması tələbi işıqlandırılırdı. 1917–1918-ci illərdə təşkilat xeyli möhkəmləndi və Cənubi Azərbaycan fəhlələri içərisindən silahlı dəstə təşkil etdi. Bu dəstə 1918-ci ilin mart soyqırımı zamanı mədən-zavod rayonlarında asayişə nəzarət edir, burada qırğın düşməsinin qarşısını alırdı. 1919-cu ilin əvvəlində Əsədulla Qafarzadə başda olmaqla, partiyanın Mərkəzi Komitəsinin yeni tərkibi seçildi.
Ah, ədalət! (film, 1997)
Dünya xalqları ədalətliləri
"Dünya xalqları ədalətliləri" və ya "Beynəlxalq ədalətlilər" (ivr. ‏חסידי אומות העולם‏‎) — 1951-ci il "Holokost xatirəsi haqqında İsrail qanunu”na əsasən, Avropanın nasistlər tərəfindən işğalı zamanı və "Holokost” illərində öz həyatlarını təhlükəyə ataraq minlərlə yəhudini xilas etmiş qeyri-yəhudilərə verilən fəxri ad. 1963-cü ildən etibarən İsrail Ali Məhkəməsi hakiminin rəhbərlik etdiyi komissiya "Beynəlxalq ədalətlilər"in mükafatlandırılması vəzifəsini həyata keçirir. Bu ada layiq görülən şəxs, üzərində adının qeyd olunduğu medalla mükafatlandırılır, həmçinin, adı Qüdsdə yerləşən "Yad va-Şem" muzeyinin ərazisində yerləşən "Ədalətlilər bağçası”nın Şərəf Lövhəsində həkk olunur. Əgər həmin şəxs vəfat edibsə, onun yaxın qohumu bu adı ölən insanın xatirəsinə əldə etmək üçün dövlətə müraciət etməlidir. Bu ada layiq görülən şəxslərin sırasında İsrail dövlətində yaşamağı seçənlərə orta əmək haqqı miqdarında təqaüd və sağlamlıq sığortası, həmçinin, ev və ehtiyac olan zaman tibbi dəstəklə də təmin olunur. Faciə və qəhrəmanlıq İnstitutu "Yad va-Şem" 1 yanvar 2016-cı il tarixində 51 ölkədən 26.119 nəfər insanı "Dünya xalqlarının mömini" kimi təsdiq edib. == Möminlərin fəaliyyəti == Yəhudilərə yardım böyük cəsarət və fədakarlıq tələb edirdi. Nasistlər yəhudiləri qoruyan və onları gizlədən bütün şəxsləri ölümlə təhdid edirdilər. Yəhudilərə kömək edənlərə verilən cəzalar ölkələr üzrə bir-birindən fərqlənirdi.
Haqq Ədalət Partiyası
Haqq Ədalət Partiyası — sabiq səhiyyə naziri Əli İnsanov tərəfindən 25 yanvar 2020-ci ildə təsis edilən, 15 oktyabr 2021-ci ildə dövlət qeydiyyatlna alınan siyasi partiya. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Haqq Ədalət Partiyasının üzvlərinin 65.3%-i kişi, 34.7%-i isə qadın olmuşdur. == Haqqında == Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs edilib. 17 mart 2019-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin əfv sərəncamı ilə azadlığa buraxılıb. Bundan sonra Əli İnsanov noyabr ayının 24-də Haqq Ədalət Partiyasını yaradacağını elan edib. Partiya yaratmaq üçün 15 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılmış, Əli İnsanov Təşkilat Komitəsinin sədri, Rəşad Abbaslı isə Təşkilat Komitəsinin sədrinin katibi seçilib. Təşkilat Komitəsinin yaranmasından ötən 2 ayda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan və Xudat şəhərləri daxil olmaqla 33 şəhər və rayon təşkilatı təsis olunub. 11 rayonda isə təşkilati işlər aparılıb. İşlər tamamlanandan sonra Bakı Şəhər İcra Hakimiyyətinə təsis konfransı üçün yer ayrılması səbəbi ilə müraciət olunsa da, Bakı Şəhər İcra Hakimiyyəti partiyaya özünün yer tapmasını tövsiyə etmişdir. Təsis konfransında Təşkilat Komitəsi sədri Əli İnsanovun namizədliyi sədr postuna sürülmüşdür.
Lalə Ədalətqızı
Lalə Ədalətqızı (12 mart 1976, Birinci Qaralı, Neftçala rayonu) — Azərbaycanlı jurnalist, teleaparıcı və ssenarist. == Həyatı və təhsili == Lalə Ədalətqızı Fətullayeva (ata soyadı) 12 mart 1976-cı ildə Neftçala rayonunun Birinci Qaralı kəndində anadan olub. 1983-1993-cü illərdə Qədimkənd kənd orta məktəbində təhsilni əla qiymətlərlə başa vuraraq 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. 2004-2007-ci illərdə BDU-nun Jurnalistika fakültəsində Radio-telejurnalistika ixtisası üzrə magistr pilləsini uğurla başa vurub. Nəsir İmanquliyev, Famil Mehdi, Şirməmməd Hüseynov, Qulu Məhərrəmli, Aydın Dadaşov, Zeynal Məmmədli və.s kimi Azərbaycan ziyalılarından dərs alıb. == Əmək fəaliyyəti == === Erkən illəri === 1994-cü ildən ilk məqalələri BDU-nun “Bakı Universiteti” qəzetində dərc olunub. 1995-ci ildə “Biznes Press” qəzetində, 1996-cı ildən “Ədalət” qəzetində, 1999-cu ildən “Tv-Tell” jurnalında müxbir kimi fəaliyyət göstərib. 1999-cu ildə Azərbaycanın xalq artisti, tanınmış kinorejissor, həmin vaxt “Sara” televiziyasının baş rejissoru vəzifəsini icra edən Vasif Babayevin təklifi və təkidi ilə Sara TV-də müxbir və teleaparıcı kimi çalışmağa başlayıb. Sara TV-də Səhər, Xəbərlər, Tibb, Hüquq və digər verilişlərin aparıcısı olub. Bu televiziya bağlandıqdan sonra qısa müddət "Günay" qəzetində müxbir kimi çalışıb.
Sosial ədalət
Sosial ədalət — sərvət bölgüsü, şəxsi fəaliyyət imkanları və sosial imtiyazlarla ölçülən şəxs və cəmiyyət arasındakı ədalətli və ədalətli münasibətlər anlayışı. Qərbdə olduğu kimi köhnə Asiya mədəniyyətlərində də sosial ədalət anlayışı çox vaxt fərdlərin ictimai rollarını yerinə yetirmələrini və cəmiyyətdən lazım olanı almalarını təmin etmək prosesinə istinad etmişdir. Sosial ədalət uğrunda cari qlobal hərəkatlarda əsas diqqət sosial hərəkətlilik üçün maneələrin qırılmasına, təhlükəsizlik şəbəkələrinin yaradılmasına və iqtisadi ədalətə yönəldilmişdir. Sosial ədalət insanlara əsas üstünlükləri və əməkdaşlıq yüklərini əldə etməyə imkan verən cəmiyyət institutlarında hüquq və vəzifələri təyin edir. Müvafiq qurumlar sərvətlərin ədalətli bölüşdürülməsinə və bərabər imkanların təmin edilməsinə tez-tez vergitutma, sosial sığorta, səhiyyə, dövlət məktəbi, ictimai xidmətlər, əmək qanunvericiliyi və bazarların tənzimlənməsi daxildir. Ədaləti cəmiyyətə qarşılıqlı münasibətlə əlaqələndirən şərhlər mədəni adət-ənənələrin fərqliliyi ilə vasitə olunur, bəziləri cəmiyyət qarşısında fərdi məsuliyyəti, digərləri hakimiyyətə çatma və onun istifadəsi arasındakı tarazlığı vurğulayır. Sosial ədalət anlayışını Hippo Avqustin ilahiyyatı və Tomas Peynin fəlsəfəsi ilə izləmək olarsa da, "sosial ədalət" termini 1780-ci illərdə açıq şəkildə istifadə edilmişdir. Luigi Taparelli adlı bir Cezuit keşişi, adətən bu terminlə əlaqələndirilir və Antonio Rosmini-Serbati əsəriylə 1848-ci il inqilabları zamanı yayıldı. Ancaq son araşdırmalar sübut etdi ki, "sosial ədalət" ifadəsinin istifadəsi daha qədimdir( hətta 19cu əsrdən əvvəl). Məsələn, Anqlo-Amerikada, Federalist Sənədlərdə, № 7-də rast gəlinir: " Konnektikutda Rhode adası Qanunvericiliyi tərəfindən edilən böyüklüklər səbəbiylə həyəcanlanmış qisas alma meylini müşahidə etdik; və buna bənzər hallarda, digər hallarda müharibə, perqament yox, qılınc kimi əxlaqi öhdəliklərin və sosial ədalətin bu cür vəhşicəsinə pozulmalarını cəzalandıracağını əsaslandırırıq.
Türklər gəlir: Ədalət qılıncı (film, 2020)
Türklər gəlir: Ədalətin qılıncı (türk. Türkler Geliyor: Adaletin Kılıcı) — ssenaristi və prodüseri Mehmed Bozdağ, rejissoru isə Kamil Aydın olan Bozdağ Film imzalı tarixi türk filmi. Film, XV əsrdə (1450-ci illərdə) Fateh Sultan Mehmetin Lazar Brankoviçin zülmünə son qoymaq üçün göndərdiyi Axıncıların əhvalatını anladır.
Ədalət fəvvarəsi (Bern)
Ədalət fəvvarəsi (alm. Gerechtigkeitsbrunnen‎) — İsveçrənin Bern şəhərinin Gerehtiqkaytsqasse döngəsində yerləşir. Bu, XVI əsrə aid öz orijinal görünüşünü saxlamış yeganə məşhur Bern fəvvarəsidir və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. Fəvvarənin mərkəzi fiquru Roma ədalət ilahəsi Yustisiyanı simvolizə edir (Qədim Yunan mifologiyasındakı Femidanın analoqu). Bu fəvvarə səkkizbucaqlı əsas və iki kiçik əlavə hovuzdan ibarətdir. Əsas hovuz əhəngdaşından hazırlanıb və dəmir halqa ilə bəzədilib. Hövzənin mərkəzində postamentdən çıxan bürünc borular var, onun üzərində isə haşiyəli frizlə bəzədilmiş dar daş sütun dayanır. Fəvvarənin heykəli gözəl qadını təsvir edir. O əlində ədalət mühakiməsinin ənənəvi simvollarını — qılınc və tərəzi saxlayır. Qadının gözləri sarğılanıb — bu onun qərarlarının bütövlüyünü simvolizə edir.
Betmen Supermenə qarşı: Ədalət şəfəqində
Betmen Supermenə qarşı: Ədalətin şəfəqi (ing. Batman v Superman: Dawn of Justice) — ABŞ istehsalı olan, DC Comics-in fantastik kitablarındakı Supermen və Betmen obrazları əsasında çəkilmiş fantaziya filmidir. Bu film 2013-cü ildə nümayiş olunmuş Polad Adam filminin ikinci seriyasıdır. Filmin ssenarisi Kristofer Nolan və Devid Qoyerə məxsusdur. Rolları Ben Afflek, Henri Kavill, Emi Adams, Cessi Ayzenberq, Diana Leyn, Ceremi Eyrens və digər aktyorlar ifa edirlər. Bu film Betmen və Supermenin eyni filmdə yer aldığı ilk filmdır. Həmçinin filmə Möhtəşəm Qadın, Akvamen, Sayborq və Fleş obrazlarıda daxil edilmişdir. Filmin çəkiləcəyi 2013-cü ildə San Diego Comic-Con International-da Polad Adam filminin nümayiş olunmasından sonra açıqlandı. Snayder 2013-cü ilin iyun ayında verdiyi müsahibəsində Qara Cəngavərin Yüksəlişi filmində Frank Miller tərəfindən hazırlanmış Betmen obrazının filmə daxil olunacağını bildirmişdir. Sınaq çəkilişləri 2013-cü ildə East Los Angeles College-də başladı.
Türklər gəlir: Ədalətin qılıncı
Türklər gəlir: Ədalətin qılıncı (türk. Türkler Geliyor: Adaletin Kılıcı) — ssenaristi və prodüseri Mehmed Bozdağ, rejissoru isə Kamil Aydın olan Bozdağ Film imzalı tarixi türk filmi. Film, XV əsrdə (1450-ci illərdə) Fateh Sultan Mehmetin Lazar Brankoviçin zülmünə son qoymaq üçün göndərdiyi Axıncıların əhvalatını anladır.
Zak Snayderin Ədalət liqası
Zak Snayderin Ədalət liqası (ing. Zack Snyder's Justice League) — 2017-ci ildə ABŞ super qəhrəmanı olan Ədalət Liqası -nın 2021 -ci ildəki filmdir. DC Genişləndirilmiş Kainat (DCGK) beşinci filmi Betmen Supermenə qarşı (2016) filminin davamı olan Ədalət Liqasını istehsaldan ayrılmadan əvvəl düşündüyü kimi təqdim edir. Teatr azad kimi, Zack Snayder Ədalət Liqası belə DC Comics" Ədalət Liqası – Brus Ueyn (DC Genişləndirilmiş Kainat) ( Ben Aflek ), Klark Kent (DC Genişləndirilmiş Kainat) ( Henry Cavill ), Diana Prins (DC Genişləndirilmiş Kainat) ( Qal Qadot ), Viktor Ston (DC Genişləndirilmiş Kainat) (Rey Fişer), Artur Köri (DC Genişləndirilmiş Kainat) ( Jason Momoa ) və Flaş (Ezra Miller) – dünyanı Darkseyd (Rey Porter), Steppnvulf (komikslər) ( Ciarán Hindləri ) və onların Parademonlar ordusunun fəlakətli təhlükəsindən xilas etməyə çalışırlar. 2017 -ci ildə Warner Bros. Pictures tərəfindən yayımlanan Ədalət Liqası çətin produksiya ilə üzləşdi. Onun ssenarisi 2016-2017-ci illər arasında istehsal öncəsi və istehsal zamanı böyük dəyişikliklərdən keçdi. 2017-ci ilin may ayında Snayder, qızının ölümündən sonra post-prodüserlik əsnasında işini tərk etdi və Cos Uedon filmi tamamlamaq üçün işə götürüldü. Uedon, daha parlaq bir ton və daha çox yumorla yenidən qurulmalara və digər dəyişikliklərə nəzarət etdi və Warner Bros -un göstərdiyi kimi iş müddətini əhəmiyyətli dərəcədə qısaltdı. Ədalət Liqasının kinematik versiyası qarışıq rəylər aldı və böyük xəyal qırıqlığı oldu, bu da Warner Bros.u DCEU -nun gələcəyini yenidən qiymətləndirməyə və paylaşılan bir hekayəyə daha az hörmətlə yanaşaraq fərdi personajlar ətrafında filmlər hazırlamağa vadar etdi.
Ədalət liqası (film)
Ədalət Liqası (ing. Justice League) — DC Comics-in eyni adlı super qəhrəman hekayəsi əsasında Warner Bros. Pictures tərəfindən istehsal edilən ABŞ super qəhrəmanlıq filmidir. Filmin rejissoru Zak Snayder, ssenari müəllifi isə Kris Terriodur. Əsas rolları Ben Afflek, Henri Kavill, Qal Qadot, Ezra Miller, Ceyson Mamoa, Rai Fişer və Kiaran Hinds ifa edirlər. Ədalət Liqası -nda Betmen Möhtəşəm Qadın ilə birlikdə Fləş, Aquamen, Siborq və yenicə dirilmiş Supermeni aralarına alaraq Steppenvolf və onun Parademonsdan olan ordusuna qarşı mübarizə aparırlar. Film 2014-cü ilin oktyabr ayında Snayderin Terrionun yeni film üçün ssenari yazacağını bildirməsi ilə elan edildi. Əsas fotoqrafiya 11 aprel 2016-cı ildə başlayıb eyni ilin 14 oktyabr ayında başa çatdı. Filmin 17 noyabr 2016-cı ildə 2D, 3D və IMAX 3D formatlarında nümayiş olunacağı təyin edildi. Betmen Supermenə qarşı: Ədalətin şəfəqi hadisələrində özünü bəşəriyyət üçün qurban verən Supermendən sonra Brüs Ueyn və Şahzadə Diana Fləş, Aquamen, Siborq və yenicə dirilmiş Supermeni aralarına alaraq Steppenvolf və onun Yer kürəsində Parademonsdan olan ordusuna qarşı mübarizə başlayırlar.
Ədalət Məmmədov (hərbçi)
Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik üzrə Bakı Konfransı
Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik üzrə Bakı Konfransı — oktyabr ayının 20-də Bakı şəhərində təşkil edilən konfrans nəzərdə tutulur. Konfransda rəsmi şəxslər, 14 ölkənin, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin, həmçinin Korsikanın təmsilçiləri də iştirak etmişdirlər. Konfrans Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə həyata keçirilmişdir. Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində bu ilin iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. Bundan əvvəl BTQ bu ilin sentyabrın 22-də ABŞ-ın Nyu-York şəhərində yerləşən BMT-nin mənzil qərargahında “Dekolonizasiya: Sakit İnqilab” adlı konfrans keçirib. Tədbirin əsas məqsədi BMT Baş Assambleyası tərəfindən 75/123 nömrəli “Müstəmləkəçiliyin ləğvi üzrə beynəlxalq dördüncü onillik” adlı qətnamənin qəbulunun yaratdığı imkanlardan yararlanmaq üçün müzakirələrin aparılması və Fransanın müstəmləkə siyasətinin dünya birliyinə çatdırılması olub. Prezident İlham Əliyev Bakıda "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlamışdır. Müraciətdə Fransa xüsusən tənqid edilmişdir: ...Sizi “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransın açılışı münasibətilə salamlayıram. Müxtəlif qitələri təmsil edən 14 ölkə, habelə ədalət uğrunda mübarizə aparan ərazilərin təmsilçilərinin Bakıya toplaşaraq, XXI əsrdə təəssüf ki, hələ də davam edən kolonializm siyasətini pisləməsi və onun aradan qaldırılması istiqamətində sistemli və ardıcıl iş aparması və təşkilatlanması sevindirici haldır...Azərbaycan XXI əsrdə kolonializmin davam etməsindən və kolonializmin yeni təzahürləri meyllərinin artmasından olduqca narahatdır. Bandunq Konfransından 70 ilə yaxın dövrün keçməsinə baxmayaraq kolonializmi hələ də davam etdirən ölkələr var.
Ah, ədalət!
Ah, ədalət! — qısametrajlı televiziya tamaşası rejissor Mirzə Əliyev tərəfindən 1997-ci ildə ekranlaşdırılmışdır. Teletamaşa Azərbaycan televiziyasında istehsal edilmişdir. Televiziya tamaşası azərbaycanlı şair, yazıçı, dramaturq, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin həyatını əks etdirir. Teletamaşada rolları Nazir Rüstəmov, Azad Şükürov, Məleykə Məmmədova, Əfqan Soltanov, Kazım Abdullayev, Rafiq İbrahimov və Elman Təvəkküloğlu ifa edirlər. == Məzmun == Televiziya tamaşası azərbaycanlı şair, yazıçı, dramaturq, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin (Nazir Rüstəmov) həyatını əks etdirir. Teletamaşada ziyalıların ona qarşı çıxışları, onun yaradıcılığını əsassız tənqid etmələri, digərlərinin isə cidd-cəhdlə onun tərəfini tutmaları, Cavidin haqsız yerə həbsi, həbsdə Mişkinaz (Məleykə Məmmədova) xanımla son görüşü, uzun illər sonra Cavidin nəşinin Azərbaycana gətirilməsi lirik şəkildə tərənnüm olunur. == Filmin üzərində işləyənlər == Əsər müəllifi: Nafilə Abuzərli Rejissor: Mirzə Əliyev Operator: Abbasağa İmanov Rəssam: Rəfael Əlizadə == Rollarda == Nazir Rüstəmov — Hüseyn Cavid Azad Şükürov — Cavidin tərəfdarı Məleykə Məmmədova — Mişkinaz Cavid Əfqan Soltanov — Cavidin tərəfdarı Kazım Abdullayev — Cavidə qarşı çıxan Rafiq İbrahimov — Cavidə qarşı çıxan Elman Təvəkküloğlu — Cavidə qarşı çıxan == Film haqqında == Televiziya tamaşası Nafilə Abuzərlinin "Cavid" poeması əsasında ekranlaşdırılıb.
Azadlıq və Ədalət Partiyası (Misir)
Azadlıq və Ədalət Partiyası (ərəb. حزب الحرية والعدالة‎) — Misirin aparıcı siyasi partiyalarından biri, islam yönümlü siyasi partiyasıdır. 2011-ci ildə Müsəlman Qardaşlar təşkialatının siyasi qanadı kimi yaranıb. Misirdəki 2011-ci il parlament seçkilərində qanunların demokratikləşdirilməsi və sosial sahədə mühafizəkarlıq proqramı ilə çıxış edirdi.
Ədalət, Hüquq, Demokratiya Partiyası
Ədalət, Hüquq, Demokratiya Partiyası və ya qısaca ƏHD Partiyası, həmçinin, 16 mart 2024-cü il tarixinədək Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası və ya qısaca BAXCP — Azərbaycanda fəaliyyət göstərən milliyətçi, sağ mərkəzçi siyasi partiya. Partiya Azərbaycan Xalq Cəbhəsi Partiyasının xələfi olduğunu iddia edir. Qurucusu və hazırkı sədri Qüdrət Həsənquliyevdir. Ədalət, Hüquq, Demokratiya Partiyası qurulduğu gündən bəri bütün bələdiyyə və parlament seçkilərində iştirak etmişdir. Partiya Azərbaycan Respublikasının Milli Məclisinin II, III, IV, V və VI çağırışlarında 1 deputatla — Qüdrət Həsənquliyev ilə təmsil olunmuşdur. Ədalət, Hüquq, Demokratiya Partiyasını Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında 2010-cu ildən bəri Mikayıl Rəhimov təmsil edir. O, həmçinin, 2011-ci ildən bəri komissiya katibi vəzifəsini də daşıyır. 2006–2010-cu illərdə isə partiya Demokratik İslahatlar Partiyası nümayəndəsi Tamam Cəfərovanın üzvlüyünə dəstək vermiş və beləcə Tamam Cəfərova həm də keçmiş adı ilə BAXCP-ni təmsil etmişdir. Partiyanın sıralarında indiyədək Azərbaycan Respublikasının Milli Qəhrəmanı Maşallah Abdullayev, keçmiş Laçın dağ-atıcı alayının ilk komandiri Arif Paşa, jurnalist Elçin Mirzəbəyli, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq deputatları Bünyamin Qəmbərli, Fərəc Yusifbəyli və Mikayıl Rəhimov, hüquqşünas, professor Məhəmməd İmanlı kimi şəxslər təmsil olunmuşdur. Ədalət, Hüquq, Demokratiya Partiyası indiyədək 7 qurultay keçirmiş və 1 sədr seçmişdir.
Ədalət (ad)
Ədalət — Azərbaycanlı kişi adı. Aşıq Ədalət — Azərbaycan aşığı, Azərbaycan SSR əməkdar incəsənət xadimi. Ədalət Şükürov — Azərbaycanlı müğənni. Ədalət Məmmədov (hərbçi) — Baş serjant, şəhid. Ədalət Yusub — Klassik Xalq Cəbhəsi Partiyasının sabiq sədr müavini Ədalət Əbdülsəmədov — azərbaycanlı aktyor. Ədalət Abdinov — Azərbaycan Sosialist Hərəkatının sədri, jurnalist.
Ədalət Kaya
Ədalət Kaya (1977, Diyarbəkir ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Ədalət Kaya 1977-ci ildə Diyarbəkir ilinin Kulp ilçəsində anadan olub. Qazi Universiteti Siyasi və İctimai Elmlər Bölməsindən məzun olub. Milli Təhsil Nazirliyində və TBMM-də çalışıb. Mardin Şəhər Bələdiyyəsində şöbə müdiri vəzifəsində təmsil olunub. Rosa Qadınlar Dərnəyinin qurucu prezidenti olub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Diyarbəkir ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Kişi və qadınlar üçün bərabər cəmiyyət Komissiyasının Katibi vəzifəsində təmsil olunub. 1 uşaq anasıdır.
Ədalət qapıları
"Ədalət qapıları"(pyesi) — İki pərdədən ibnarət pyes. 1926-cı ildə "Bakı fəhləsi kooperativ nəşriyyatı" tərəfindən Bakıda nəşr olunub. Əbdürrəhim bəy Haqverdiyev tərəfindən 1921-ci ildə qələmə alınan pyes iki pərdədən ibarətdir. Sovet dövründə qələmə aldığı ilk pyeslərdə olduğu kimi burada da yazıçı feodalizmi tənqid edir. Əsərdə monarxiya rejimindəki xalqların problemləri əks olunur. Yazıçı pyesdə ölkələrin birində dövləti ədalətsiz idarə edən şahın acı sonunu təsvir edir. Özünü ədalətli görən şah cəza metodlarını insanlara tətbiq edir. Bu ağır cəzaların qurbanları arasında öz qızının sevgilisi də var. Qızının bütün təkidlərinə baxmayaraq onu edam etməyə qərar verir, lakin xalqın reaksiyası ilə qarşılaşır və taxtdan salınır. Beləliklə, ölkədə dinc günlər başlayır.
Ədalətin missiyası
Ədalətin missiyası (ing. Mission Of Justice) — 1992-ci ildə döyüş janrında çəkilən filmdir. Polis vəzifəsində çalışan Kurt Harris küçədə qadını döyən cinayətkarı həbs edir. Lakin sabahısı gün həmin cinayətkar həbsdən buraxılır. Cinayətkar həbsdən çıxan kimi yenidən qadını döyməyə başlayır. Qadının köməyinə yetişən Kurt Harris və dostu Titus cinayətkarı öldürür. Lakin qadın ağır zərbələrdən ölür. Bu hadisədən sonra Kurt polis məntəqəsinin rəhbəri ilə mübahisə edir və ona zərbə endirərərk işdən könüllü surətdə azad edilir. Amma polis məntəqəsindən başqa şəhərdə küçələrin nəzarəti ilə məşğul olan xüsusi təşkilat vardır. Təşkilat rəhbəri Reyçel Larkin şəhər Meri olmaq niyyətindədir.
Ədalət Liqası (animasiya serialı, 2001)
Ədalət Liqası (ing. Justice League) — 17 noyabr 2001-ci ildən, 29 may 2004-cü ilə kimi Cartoon Network telekanalında yayımlanmış ABŞ animasiya teleserialı. Şounun prodüsserliyi Warner Bros. Animation tərəfindən edilmişdir. Serial, Qardner Foks tərəfindən yaradılmış Amerikanın Ədalət Liqası və DC Comics tərəfindən yayımlanan başqa komiks kitabı personajları əsasında hazırlanmışdır. DC Animasiya Kainatının yeddinci layihəsi olan serial, "Betmen" (Yeni Betmen macəraları daxil olmaqla) və "Supermen" animasiya seriallarının sikveli, "Gələcəyin Betmeni" animasiya serialının isə prikvelidir. Serial iki mövsümdən sonra bitsə də, hadisələr 2004-cü ildən yayıma girən "Limitsiz Ədalət Liqası" serialında davam etdirilmişdir.
Ədalət liqası (dəqiqləşdirmə)
Ədalət liqası (film)
Ədalətli rəftar
Ədalətli rəftar (ing. Fair Dealing) — termini əsasən müəllif hüquqları qanunlarında istifadə olunur və əsərin müəllif hüquqları ilə qorunan hissələrindən məhdud, ədalətli şəkildə istifadəni tənzimləyir. Termin, müəllif hüquqlarının pozulmadan əsərin müəyyən hissələrinin istifadə olunmasına imkan yaradır. Ədalətli rəftar xüsusilə təhsil, tədqiqat, xəbər yayımı və tənqid məqsədləri ilə bağlıdır. Müəyyən bir istifadə "ədalətli" hesab edilə bilmək üçün bir neçə əsas meyar nəzərə alınır: İstifadənin məqsədi — əgər istifadə tədqiqat, təhlil, xəbər yayımı və ya tədris məqsədi daşıyırsa, bu, ədalətli rəftar hesab oluna bilər. Əsərin məzmunu — məhsul ictimaiyyət üçün geniş şəkildə əlçatan olan materiallar üzərində ədalətli rəftar prinsipi daha geniş tətbiq edilə bilər. İstifadənin miqyası — əsərin çox kiçik bir hissəsinin istifadəsi ədalətli sayıla bilər, lakin əsərin tam surətinin çıxarılması adətən bu prinsiplə uyğun gəlmir. İstifadənin təsiri — əsərin kommersiya dəyərinə və ya müəllifin gəlirlərinə mənfi təsir etməməsi də vacib şərtdir. Əgər istifadə əsərin bazardakı satışlarına və ya müəllifin gəlirlərinə zərər verirsə, bu, ədalətli rəftar sayılmaya bilər. Beləliklə, "ədalətli rəftar" müəllif hüquqları qanununda balans yaradan bir vasitədir və istifadəçilərə, müəllifin icazəsi olmadan da müəyyən şərtlər daxilində əsərdən yararlanmağa imkan verir.

Digər lüğətlərdə