Əfqanıstan

coğ. Afghanistan m

əfqan
əfqanıstan
OBASTAN VİKİ
Əfqanıstan
Əfqanıstan (puşt. افغانستان, dəri افغانستان) — Cənubi Asiyada ölkə. Əfqanıstan Mərkəzi Asiyada yerləşməsinə baxmayaraq sıx etnik və mədəni əlaqələri nəzərə alınaraq bəzi qaynaqlar tərəfindən Yaxın Şərq ölkəsi hesab edilir. Şərq və cənubda Pakistan, qərbdə İran, şimalda Türkmənistan, Özbəkistan və Tacikistan, şimal-şərqdə isə Çin Xalq Respublikası ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kabil şəhəri, ümumi sahəsi 660,230 kvadrat kilometrdir. Əfqanıstan dənizə çıxışı olmayan ölkədir. Ərazisinin əksər hissəsi qışı çox soyuq keçən Hinduquş dağları ilə əhatə olunmuşdur. Ölkənin şimalı məhsuldar düzənliklərdən, cənub-qərbi isə yayı çox isti olan səhra landşaftından ibarətdir. 15 avqust 2021-ci ildə Əfqanıstan İslam Respublikası süquta uğramışdır, prezident Əşrəf Qəni hakimiyyəti Taliban hərəkatına vermişdir. Yerinə Əfqanıstan İslam Əmirliyi qurulmuşdur.
Qarabağ (Əfqanıstan)
Qarabağ (fars. قره‌باغ‎) — Əfqanıstanın Kabil vilayətinin Qarabağ vulusvalisində şəhər. == Əhalisi == Ərazisində 15.000 nəfər əhali yaşayır. 2002-ci ilin statistikasına əsasən əhalinin 60 %-i taciklərdən və 40 % isə puştunlarından ibarətdir. == Tarixi == Bəzi tarixi mənbələr Qızılbaşların İmperiyası dağıldıqdan sonra bura köç etdiklərini qeyd etmişlər. Bir çox məlumatlarda bu əraziləri Hazaristan olaraq da adlandırırlar. Əfqanıstanda baş vermiş müharibələr nəticəsində demək olar ki, tamamilə dağıdılan ərazilərdən biri də Qarabagh bölgəsi olmuşdur. Belə ki, bütün təhsil və sağlıq müəssisələri dağıdılmış, kənd təsərrüfatı yararsız hala salınmış və bütünlüklə infrastruktur yerlə yeksan edilmişdir. Bu ərazilər kişmiş istehsalına görə Əfqanıstanda ən önəmli yerlərdən hesab olunur. Birləşmiş Millətlər Təşkilatı 2002-ci ildə bu ərazilər haqqında xüsusi sənəd hazırlamış və dünyada ən çox yardım edilməsi lazım olan ərazilərin siyahısına əlavə etmişdir.
Taliqan (Əfqanıstan)
Taliqan-Əfqanıstanda şəhər.
Əfqanıstan Prezidenti
Əfqanıstanın Prezidenti (puşt. د افغانستان د اسلامي جمهوریت رئیس) — Əfqanıstan İslam Respublikasının prezidenti konstitusiyaya görə Əfqanıstan İslam Respublikasının dövlət və hökumət başçısı (2004–2021) və Əfqanıstan Silahlı Qüvvələrinin Ali Baş Komandanı olmuşdur. == Namizədlik üçün qanunlar == 2004-cü il Əfqanıstan Konstitusiyasının 62-ci maddəsində deyilir ki, Prezident vəzifəsinə namizəd üçün: Əfqan vətəndaşı olan, müsəlman vətəndaşı olmaq; başqa ölkənin vətəndaşı olmamaq; namizədliyini elan edərkən ən azı qırx yaşında olmaq; bəşəriyyətə qarşı törədilmiş cinayətə, cinayət əməlinə görə məhkum edilməmiş və ya məhkəmə tərəfindən vətəndaş hüquqlarından məhrum edilmiş; əvvəllər prezident olaraq iki dəfədən çox vəzifə etməmişlər.
Əfqanıstan Respublikası
Əfqanıstan (puşt. افغانستان, dəri افغانستان) — Cənubi Asiyada ölkə. Əfqanıstan Mərkəzi Asiyada yerləşməsinə baxmayaraq sıx etnik və mədəni əlaqələri nəzərə alınaraq bəzi qaynaqlar tərəfindən Yaxın Şərq ölkəsi hesab edilir. Şərq və cənubda Pakistan, qərbdə İran, şimalda Türkmənistan, Özbəkistan və Tacikistan, şimal-şərqdə isə Çin Xalq Respublikası ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kabil şəhəri, ümumi sahəsi 660,230 kvadrat kilometrdir. Əfqanıstan dənizə çıxışı olmayan ölkədir. Ərazisinin əksər hissəsi qışı çox soyuq keçən Hinduquş dağları ilə əhatə olunmuşdur. Ölkənin şimalı məhsuldar düzənliklərdən, cənub-qərbi isə yayı çox isti olan səhra landşaftından ibarətdir. 15 avqust 2021-ci ildə Əfqanıstan İslam Respublikası süquta uğramışdır, prezident Əşrəf Qəni hakimiyyəti Taliban hərəkatına vermişdir. Yerinə Əfqanıstan İslam Əmirliyi qurulmuşdur.
Əfqanıstan bayrağı
Əfqanıstan bayrağı — Əfqanıstanın dövlət rəmzi. İndiki Əfqanıstan bayrağının quruluşu 1997–2001-ci illərdəki Əfqanıstan İslam Əmirliyi bayrağı ilə eynidir Bayraqda ağ rəng üstündə qara rəngdə Kəlmeyi-Şəhadət yazılıb (Mən şahidlik edirəm ki, Allahdan başqa tanrı yoxdur, və yenə şahidlik edirəm ki, Məhəmməd Allahın elçisidir).
Bazərgan (Əfqanıstan)
Bazərgan — Herat vilayətinin rayonlarından biri.
Əfqanıstan coğrafiyası
Əfqanıstan Cənubi Asiyada, 60°30' və 75°E uzunluqları və 20°21' və 38°30'Ş. arasında, əsasən İran Yaylasının şimal-şərq hissəsində yerləşən dövlətdir. == Coğrafi mövqeyi və təbiəti == Cənubi-Qərbi Asiyanın Orta Şərq adlanan bölgəsində yelləşmiş Əfqanıstan şimaldan Türkmənistan, Özbəkistan və Tacikistan, şimali-qərbdən Çin və Hindistan, şərqdən və cənubdan Pakistan, qərbdən və cənub-qərbdən İranla həmsərhəddir. Əfqanıstan dənizlərdən çox uzaq yerləşmiş Asiya ölkələrindəndir. Ona ən yaxın su hövzəsi olan İran körfəzi ölkənin cənub-qərb sərhədlərindən 500 km aralıdır. Sahəsi 652 min kv. km-dir. Bu göstəriciyə görə dünyanın 40-cı dövlətidir. Ölkənin Pakistan ilə sərhədi mübahisəli bir yerdir. Bu sərhəd Əfqanıstan tərəfindən rəsmi şəkildə tanınmayıb. Siyasi ədəbiyyatda bu sərhədi Dürand xətti də adlandırırlar.
Əfqanıstan dilləri
Əfqanıstan dilləri — Əfqanıstan Respublikasında rəsmi və qeyri rəsmi işlədilən dillər. Hal hazırda ölkədə dəri və puştu dövlət dili kimi qəbul olunub. Bundan başqa ölkədə özbək, türkmən, bəluc, paşai və nuristan dilləridə geniş yayılıb. 1980-cı ildən bu dillər üstünlük təşkil etdiyi bölgələrdə xüsusi status əldə etmişlər. 2004-cü ildən, Əfqanıstan Konustutiyasının 16-cı maddəsinə əsasən türk dilləri (özbək və türkmən), bəluc, paşai, nuristan və pamir dilləri üçüncü rəsmi dil hesab olunur == Ümumi məlumat == 1936-cı ilə qədər dövlət dili yalnız dəri dili (buna farsi-kabili deyirdilər) olmuşdur. Geniş əhali kütləsi, o cümlədən puştular bu dildə danışırdılar. Dəri dili şəhərlərdə bu günə qədər geniş yayılmışdır. 1936-cı ildən puştu dili ikinci dövlət dili kimi qəbul edildi. 1964-cü ildən isə əhəmiyyətinə görə birinci dilə çevrilir. Əfqanıstanda yaşayan xalqlar 30-dan artıq dildə danışır.
Əfqanıstan himni
Əfqanıstan dövlət himni (puşt. ملي سرود Milli Sürud) – 2006-ci ilin may ayında təsdiq və rəsmi elan edilib. Əfqanıstan konstitusiyasına görə Əfqanıstanın dövlət himni həm puştu həm dəri dillərində olmalıdır, həm də Allahu Əkbər (Allah ən böyükdür) və Əfqanıstanda yaşayan millətlərin adlarını qeyd etməlidir. Sözlərinin müəllifi Əbdul Bari Cahanidir və bəstəkarı Bəbrək Vasadır.
Əfqanıstan iqtisadiyyatı
Əfqanıstan iqtisadiyyatı alıcılıq qabiliyyəti paritetinə (PPP) əsasən ümumi daxili məhsul (ÜDM) baxımından dünyada 102-ci yerdədir. == Əfqanıstan iqtisadiyyatının əsas xüsusiyyətləri == Əfqanıstan dünyanın ən geridə qalmış ölkələrindən biridir. Ölkədə adambaşına düşən milli gəlir ildə 100 dollara yaxındır (2006). İqtisadiyyatı zəif inkişaf etmiş Əfqanıstanın geriliyinə səbəb tarixən onun aqrar ölkə olması və buradakı vətəndaş müharibəsi olmuşdur. == Kənd təsərrüfatının aparıcı sahələri == Əfqanıstanın aqrar quruluşundakı gerilik kənd təsərrüfatında texniki təchizatın aşağı səviyyəsi ilə izah olunur. Kənd təsərrüfatında görülən işlərin əksəriyyəti əvvəllər olduğu kimi, hələ də əl ilədir. Əkinçilik süni suvarmaya möhtacdır. İqlimin çox quraq olması, atmosfer yağıntılarının fəsillər üzrə qeyri-bərabər düşməsi əkin sahələrinin suvarılmasını tələb edir. Ölkədə ümumi əkin sahəsi 4,5 mln. hektardır, bunun 2,6 mln.
Əfqanıstan müharibəsi
Əfqanıstan müharibəsi (1979-1989)
Əfqanıstan qızılbaşları
Əfqanıstan qızılbaşları (fars. افغانستان قزلباش‎) — Azərbaycan türklərinə daxil olan etnoslardan biri, Əfqanıstan əhalisinin bir etnik qrupu, ölkənin bir etnik azlıqlarından biri. Əfqanıstan qızılbaşları həmçinin əfşarlar olaraq da adlandırılırlar. "Sovet etnoqrafiyası", Böyük Rusiya ensiklopediyası və Joshua Projectə görə Əfqanıstan qızılbaşlarının əsas dili Daridir. Kabil ətrafı (şimal hissədə), paytaxtın Çandavul rayonu, Herat şəhərində yaşayan qızılbaşlar azərbaycan türkcəsinin xüsusi bir şivəsində danışırlar. Əfqanıstan mənbələrinə görə qızılbaşlar Kabil, Qəzni, Qəndəhar və digər iri şəhərlərdə cəmləşmişlər. Təhsilli etnik qrup olması səbəbindən tarixən məmur təbəqəsində önəmli yer tutmuşlar. == Struktur == Qızılbaşlar başlarına qırmızı rəngli baş geyimi taxan 7 türk qəbiləsinin (şamlı, rumlu, ustaclı, təkəli, əfşar, qacar, zülqədər, baharlı) nümayəndələrinə deyilirdi. Əfqanıstan qızılbaşları bir necə qrupa bölünürdü: əfşarlar, cavanşirlər və muradxanlılar, həmçinin bayatlar, şahsevənlər, şamlılar, ənsarlı və şah ağası. Cavanşirlər Şuşa əsillidirlər və Əfqanıstan qızılbaşlarının əsas hissəsini təşkil edirlər.
Əfqanıstan rabitəsi
Əfqanıstan sənədləri
Əfqanıstan sənədləri — ABŞ-nin Əfqanıstandakı müharibəsi ilə əlaqədar Əfqanıstanın Bərpası üzrə İdarənin baş inspektoru (SIGAR) tərəfindən hazırlanmış və İnformasiya Azadlığı haqqında Akt tələbinin ardınca 2019-cu ildə "The Washington Post" tərəfindən çap olunan müsahibələr toplusu. Bu sənədlər "SIGAR"ın müharibədə bilavasitə rol oynamış general və diplomatlardan tutmuş humanitar təşkilatların əməkdaşlarına və əfqan məmurlarına qədər 400-dən artıq insandan alınmış müsahibələr əsasında apardığı daxili araşdırmanın nəticəsidir. Əfqanıstan sənədləri Pentaqon və ABŞ Dövlət Departamentinin uzun illər müharibənin gedişi barədə yalan məlumat verdiklərini sübut etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == The Afghanistan Papers: A Secret History of the War. New York: Simon & Schuster (August 31, 2021 tarixində nəşr olunub). 2021. ISBN 978-1-9821-5900-9.
Əfqanıstan tarixi
Əfqanıstan tarixi — Əfqanıstanın keçmiş dönəmi. == Ən qədim dövr == XVII əsr bizim eradan əvvəl — Əfqanıstan ərazisinə hind-ari tayfaları basqın edir və Qəndəhar əyaləti yaranır. VI əsr bizim eradan əvvəl — Əfqanıstan ərazisi Əhəmənilər dövlətinin tərkibinə qatılır. IV əsr bizim eradan əvvəl —Makedoniyalı İsgəndər Əfqanıstan ərazisini ələ keçirir. Sonra Selevkilər dövlətinin tərkibinə daxil olur. Yunan-Baktriya dövləti I-V əsr — Kuşan dövlətinin tərkibində. V əsr — Əfqanıstan ərazisi eftalitlərin əlinə keçir. VI əsr — Əfqanıstan ərazisi Sasanilər imperiyasının tərkibinə qatılır. == VII əsrdən X əsrədək == == Qəznəvilər dövrü == XI əsrdə — Qəznəvilər dövlətinin ərazisinə qatılmışdı. == Qurilər dövrü == 1148–1206-ci illərdə Əfqanıstan Qurilər dövlətinin tərkibində idi.
Əfqanıstan türkmənləri
Əfqanıstan türkmənləri — Əfqanıstanın Əfqan Türkistanı və ya Cənubi Türkistan deyilən hissəsində çoxu Türkmənistan sərhədinə yaxın, bir hissəsi isə İran (Məşhəd) sərhədində yaşayan türkmənlərin bir qolu olan türk xalqı. Sünni müsalman olub Əfqan özbəklərindən sonra Əfqanıstan türklərini təşkil edən ikinci böyük xalqdır. Özbəklərdən fərqli olaraq oturaq yox, köçəridirlər və heyvandarlıqla məşğul olurlar. 1885-ci ildə Rusiya və Əfqanıstan arasında sərhəd təyinindən sonra Türkmənistan türkmənləri ilə Xorasan türkmənləri ayırılmışlardır. Əfqanıstan türkmənlərinin əsas uruqları Ersarı, Çavdır, Yamut, Göklən, Təkə, Sarıq, Salur və Abdal uruqlarıdır. Ən böyükləri isə Ersarı uruğudur. == Əhali == 1990-cı illərdə əhali sayı 200000 nəfər olmuşdur. Hal-hazırda əhali sayı təxmini olaraq -1000000 600000 -1000000 nəfər təşkil edir. Əfqanıstanda olan əhalinin siyahıya alınması zamanı türkmənlərin yaşadığı bəzi kənd və qəsəbələr saya daxil edilməmişdir və demək olar ki, türkmən qadınlarının heç biri siyahıya alınmamışdır. Bunlarla birlikdə Əfqanıstan türkmənlərinin sayı 3 milyon olaraq təxmin edilir.
Əfqanıstan şəhərləri
== Həmçinin bax ==
Əfqanıstan Əmirliyi
Əfqanıstan Əmirliyi (Puştu: د افغانستان امارت Da Afghānistān Amārat, Farsca: امارت افغانستان Amārat-i Afghānistān) — 1919-cu ilə qədər Britaniyanın protektoratı olan müasir Əfqanıstan ərazisində dövlət. 1926-cı ildə padşah olan əmir Amanullah tərəfindən Krallığa (Konstitusiyalı monarxiya) çevrilmişdir. == Tarixi == 1879-cu ildə növbəti İngiltərə-Əfqan müharibəsindən sonra Əmir Yaqub-xan müqavilə imzaladı. Müqaviləyə əsasən Əfqanıstan Britaniyanın protektoratına çevrildi. Sonra əvvəllər Rusiya imperiyasında gizlənən Əbdürrəhman Əfqanıstan əmiri oldu. XIX əsrin sonunda Əbdürrəhmanın dövründə Böyük Britaniya və Rusiya Əfqanıstanın bu gün də mövcud olan müasir sərhədlərini birgə müəyyən etdilər. Əmir Həbibullah 20 fevral 1919-cu ildə ov edərkən öldürüldü. Əmir Həbibullahın ölümündən sonra üçüncü oğlu Amanullah hakimiyyətə gəldi. O, ilk növbədə 1919-cu ildə üçüncü İngiltərə-Əfqan müharibəsini apardı və bu müharibə başa çatdıqdan sonra tədricən ölkənin Britaniya imperiyasından tam müstəqilliyinə nail oldu . On illik hakimiyyəti dövründə Amanullah-xan Əfqanıstanda tez və tam islahat aparmağa çalışdı.
Əfqanıstan əfqanisi
Əfqanıstan əfqanisi ((simvolu: Afs; puşt. افغانۍ; dəri افغانی; kodu: AFN)) - Əfqanıstan respublikasının pul vahidi. 1 əfqani 100 pula bölünür, baxmayaraq ki, artıq pul dövriyyədə deyil. == Orijinal əfqani (1925-2001) == İlk əfqani (ISO 4217 kodu: AFA) 1925-ci ildə təqdim olundu. Bir əfqani 100 pula bölünürdü, 20 əfqani isə bir əmaniyə bərabər idi. Bu əfqani 9 qram gümüş tərkibə malik idi. Birinci dünya müharibəsi dövrü istisna olmaqla, Əfqanıstanın valyuta məzənnəsi bazar qüvvələri tərəfindən sərbəst şəkildə müəyyən edilmişdir. Ancaq bəzi dövrlərdə Əfqanıstanda iki fərqli məzənnə rejimi mövcud idi: Əfqan Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş rəsmi valyuta məzənnəsi və Kabilin Saraya Şahzadə adlı pul bazarında təklif və tələbkar qüvvələr tərəfindən müəyyən edilmiş sərbəst bazar məzənnəsi. Əfqanıstanın Mərkəzi Bankı olan Də Əfqanıstan Bankının yaradılmasından sonra belə imtiyazlı rəsmi sabit məzənnə tətbiq olunmağa davam etmişdi. Də Əfqanıstan Bankı rəsmi nisbətini Saraya Şahzadənin valyuta məzənnəsinə yaxın tutmağa çalışsa da, 1980-ci illərdə və vətəndaş müharibəsi dövründə rəsmi və sərbəst valyuta məzənnələri arasındakı boşluq genişləndi.
Əfqanıstan əhalisi
Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2012 – ci ilin əvvəlinə ölkə əhalisinin cəmi sayının 25,500,100 (2011 – ci ilin əvvəlinə 24,485,600) nəfər olduğu ehtimal edilir . Ölkə əhalisinin milli tərkibini təşkil edən etnik qruplar : puştunlar, taciklər, həzaralar, özbəklər, türkmənlər, aymaqlar, bəluclar, qızılbaşlar, nuristanlılar, paşayilər və sairədir. == Etnik tərkib == Böyük Sovet Ensiklopediyasının II nəşri, III cildinin (1950-ci ildə çap edilib), 494-cü səhifəsində yazılıb: == Əfqanıstan Türkləri == Əfqanıstanda indiyə qədər bütün ölkəni əhatə edən və nəticələri şübhə doğurmayan siyahıya alma aparılmadığından onun əhalisinin etnik tərkibi haqqında dəqiq məlumatlar yoxdur , bütün rəqəmlər müxtəlif mənbələrin qeyri-rəsmi təxmininə əsaslanır . Pan-İranizm ideyasını bəyənən və ona felən dəstək verən Avropanın "müstəqil sosial təşkilatları" İranda olduğu kimi Əfqanıstanda da Türk kökənli əhalinin sayını öz rəsmi məlumatlarında süni şəkildə azaldırlar . Əksər qərb mənbələrinə əsasən Əfqanıstanda Türk kökənli xalqlar ölkə əhalisinin təxminən 12%-ni təşkil edirlər (özbəklər-9% , türkmənlər-3%) . Ancaq Əfqanıstandakı Türk mənşəli etnik qrupların (əsasən Özbək və Türkmən) liderlərinin iddialarına əsasən həzaralar və çahar aymaqlar daxil edilmədən bütün Türk əsilli xalqlar Əfqanıstan əhalisi içində təxminən 35%-lik paya sahibdirlər (19% – özbəklər, 13% – türkmənlər , 3% – qızılbaşlar , qırğızlar , tatarlar , qaraqalpaqlar , qazaxlar) . Əfqanıstanda Türk toplumunu özbəklər , türkmənlər , qızılbaşlar , qırğızlar , qaraqalpaqlar , qazaxlar , tatarlar əmələ gətirirlər . Özbəklər – Əfqanıstanda puştun və taciklərdən sonra üçüncü ən böyük etnik qrupdurlar . sayları 4,000,000 nəfərdən çoxdur . Türkmənlər – sayları 900,000 nəfərdən çoxdur (bəzi təxminlərə görə 3,000,000 nəfərdir) .
Əsədabad, Əfqanıstan
Əsədabad — Əfqanıstanda şəhər. Künər vilayətində yerləşir.
Əsədabad (Əfqanıstan)
Əsədabad — Əfqanıstanda şəhər. Künər vilayətində yerləşir.
Əfqanıstan kürdləri
Əfqan kürdləri, Əfqanıstanda kürd mənşəli etnik qrupdur. Onlar dəfələrlə Əfqanıstanda olublar. == Tarix == Əfqanıstandakı kürdlər hələ monqol istilası zamanı kürdlər İranın şimal-qərbindən indiki Əfqanıstanda monqollarla döyüşmək üçün götürüldükdə gəldi; Xorasan kürdlərinin türkmən və özbək köçəriləri ilə döyüşmək üçün öz torpaqlarından götürülməsi ilə eyni səbəb. Kürdlər müxtəlif vaxtlarda Əfqanıstana gələrək orada yaşayıblar. Kürdlərin Əfqanıstana köçünün digər böyük dalğası onların Əfşar sülaləsi dövründə İran Kürdüstanından daha böyük Xorasana miqrasiyasının davam etməsi idi. Nadir şahın ordusunu iki əsas qrup təşkil etdi. Birincisi, döyüş və döyüşə rəhbərlik edən Şahsevən türkləri, ikincisi isə Nadirin ordusunda ehtiyatda olan kürd dəstəsi idi. Əfqan kürdlərinin əksəriyyəti monqollara qarşı döyüşmək üçün gətirilən kürdlərin nəslindən və ya Əfqanıstana köçmüş kürdlərin nəslindən və ya Nadir şaha sadiq kürdlərin nəslindən olsa da, 1980-ci illərdə İslamçı kürdlərin əhəmiyyətli bir hissəsi Əfqanıstana qarşı döyüşmək üçün gəlmişdi. Əfqan kürdləri bu gün daha çox assimilyasiya olunurlar, lakin onlar özlərini kürd kimi tanıyır, əksəriyyəti Dari dilini ana dili kimi danışır və onların arasında kürdcə danışanların sayı çox azdır. Əfqan kürdlərinin bir çoxu şəhərlərdə məskunlaşsa da, bir çoxları hələ də Əfqanıstan dağlarında keçi və qoyunlarla birlikdə köçəri həyat tərzi keçirirlər.
Əfqanıstan tatarları
Əfqanıstan tatarları (tatar. Äfğanistan tatarları; fars. تاتارهای افغانستان‎) Əfqanıstanda türk etnik qrupdur. Çox kiçik bir icma əfqan tatar dilində danışır, böyük əksəriyyəti isə ya dari, puştu, özbək və ya türkmən dilində danışır. == Tarix == Əfqan tatarları Qızıl Ordaya qoşularaq Əfqanıstana gələn, ilk olaraq Cənubi Türküstanında məskunlaşan Tatar köçərilərindən olduğunu iddia edirlər. Onlar kənd yerlərində, əsasən Cənubi Türküstanının Səməngan və Bəlx bölgələrində köçəri həyat sürürlər, eyni zamanda müxtəlif digər vilayətlərdə də varlar. Əfqan tatarlarının yerli icma liderləri onların əhalisinin təxminən 100.000 nəfər olduğunu təxmin edirlər, baxmayaraq ki, Əfqanıstanda onilliklər ərzində siyahıyaalma aparılmayıb. Əfqan tatar dili bu gün təhlükə altındadır, yalnız çox kiçik bir azlıq bu dildə danışır. Əfqan tatarlarının əksəriyyəti məskunlaşdıqları bölgənin dilini mənimsəmişlər. Onlar tarixlərinin böyük bir hissəsini uzaq bir həyat sürmüşlər.
Nadirin Əfqanıstan yürüşləri
Nadirin Əfqanıstan yürüşləri — Nadirin Əfqanıstandakı abdalı tayfasına qarşı yürüşləri. == Narazılığın səbəbləri == Hələ 1597-ci ildə şah I Abbas tərəfindən abdali tayfasının başçısı Sado təyin edildi, bu tayfaya qilzaylar qarşısında üstünlük verdi. Abdali tayfası, şah I Abbasa Qəndaharın mühasirəsində yardım etdiyinə görə, Sado sultan titulu aldı. XVII-XVII əsrlərin kəsiyində abdalinin sayı olduqca çoxaldı. Onların arasında, Səfəvi şahlarından və onların təyin etdiyi Qəndahar hakimlərindən, narazılıq artırdı. Sadonun nəslindən olan Abdulla-xan Sadozayın Səfəvilərə qarşı təbliğatı xüsusi ilə təhlükəli idi. Herat bəylərbəyi Məhəmməd Zaman xan Ustaclının ölümündən sonra yaranan qarışıqlıqdan istifadə edərək Abdulla öz oğlu Əsədulla ilə hakimiyyəti öz əlinə almağa çalışdı. Çevriliş alınmadı, çünki yeni təyin olunmuş bəylərbəyi Abbasqulu xan Şamlı, abdali tayfasına qarşı qüvvəsini cəmləşdirərək, onlarla bacara bildi və Abdulla ilə Əsədullanı zindana saldı. Lakin vəziyyət gərgin olaraq qalırdı. Ola bilsin, burada abdaliyə meyl edənlər az deyildi.
Novruz bayramı Əfqanıstanda
Əfqan süfrəsi isə adətən stolun üstündə olmur. Süfrə yerə sərilir və ona dəstərxan deyirlər. Əfqan süfrəsində kompota bənzər bir təam da olur. Həmin təamın adı "həft meyvə", yəni yeddi meyvədir. Amma quru meyvələrdən hazırlanır. Əfqanlar bunu ilin heç bir ayrı ayında hazırlamırlar, ancaq Novruzda hazırlayırlar. "Həft meyvə" - ərik qurusu, kişmiş, qoz, iydə və sairdən hazırlanır. Əfqanıstanda da Azərbaycandakı kimi yumurta döyüşləri olur, amma orda yumurta boyamaq bir az uzun çəkir – yumurtaları qaynadandan sonra da fırçayla üstünə cürbəcür naxış vururlar. Əfqanıstanda Novruz şənliklərinin mərkəzi Məzari-Şərif şəhəridir - əfqanların inancına görə, Məhəmməd peyğəmbərin kürəkəni Əlinin məzarı bu şəhərdədir. İnsanlar həmin şəhərə toplaşır, Əlinin ziyarətgahında orda xüsusi sərgilər, mərasimlər, şoular təşkil olunur.
SSRİ-Əfqanıstan müharibəsi
Əfqanıstan müharibəsi — 1979–1989-cu illərdə SSRİ-nin Əfqanıstanda apardığı müharibədir. 1979-cu il dekabrın 24-də ilk sovet hərbi qüvvələri Əfqanıstan sərhədini keçmişdir. Sovet ordusu ölkəni tərk etdikdən sonra da müharibə davam etmişdir. == Səbəbləri == 1885-ci ildə Rusiya qüvvələri Panjdeh insidenti zamanı Əfqanıstan qüvvələrindən Amudəryanın cənubundakı Panjdehdə mübahisəli ərazini ələ keçirdi. Sərhəd 1885–1887-ci illərdə birgə ingilis-rus Əfqanıstan Sərhəd Komissiyası tərəfindən razılaşdırılmışdır. Rusiyanın bölgəyə marağı sovet dövründə də davam etdi, 1955 və 1978-ci illər arasında milyardlarla iqtisadi və hərbi yardım Əfqanıstana göndərildi. 1978-ci ildə Saur İnqilabından sonra 27 aprel 1978-ci ildə Əfqanıstan Demokratik Respublikası yaradıldı. Hökumət kasıb yoxsul, fermer-cütçü sosialist gündəmində idi. Sovet İttifaqı ilə yaxın münasibətləri vardı. 5 dekabr 1978-ci ildə Sovet İttifaqı və Əfqanıstan arasında dostluq müqaviləsi imzalanmışdır.
Xarici İşlər Nazirliyi (Əfqanıstan)
Əfqanıstan Xarici İşlər Nazirliyi (fars. وزارت خارجه افغانستان‎) — Əfqanıstan Respublikasının xarici əlaqələrini idarə etməkdən məsul nazirlik. Nazirlik rəsmi olaraq Əfqanıstan Prezidenti Əşrəf Qəni Əhmədzaya bağlıdır. Xarici işlər naziri isə Məhəmməd Hənif Atmardır.
İngiltərə-Əfqanıstan müharibələri
İngilis-əfqan müharibələri (1838-1842), (1878-1880), (1919) — İngiltərənin Əfqanıstanla müharibələri. == Birinci ingilis-əfqan müharibəsi (1838-1842) == Birinci müharibə ingilislərin Qəndəhar və Qəznəni tutmaq, və Kabil tərəfə çıxmaq məqsədi ilə, Bolan keçidindən istifadə edən 30 minlik ordusunun Cənub - Qərbi Əfqanıstana soxulması ilə başladı. Əfqan qüvvələrinin bir qismini Pişəvərdan yayındırmaq üçün, Heybər keçidinə yardımçı zərbə endirilmişdi. Əfqan ordusu ingilislərdən saylarına (15 min) və silahlanmalarına görə xeyli geridə qalırdılar. 1839-cu ildə ingilislər Qəndəharı, Qəznəni və Kabili tutdular. Buna cavab olaraq ölkədə partizan müharibəsi başladı. 1841-ci ilin noyabrında Kabildə üsyan qalxdı. İngilislərin marionetkası Şüca şah öldürüldü, işğalçı ordu isə Kabildən qaçdı. 1842-ci ildə İngiltərənin Əfqanıstana cəza ekspedisiyası uğursuz oldu. 1842-ci ilin sonunda ingilislər öz məğlubiyətləri ilə barışmalı və əfqan ərazisini tərk etməli oldular.
Əfqanıstan-Pakistan baryeri
Əfqanıstan-Pakistan baryeri — Pakistanın Əfqanıstanla 2,670-kilometr sərhəddi boyunca tikilən ayırıcı baryerdir. Baryer Dürand xətti vasitəsilə qanunsuz immiqrasiyanın qarşısının alınması üçün nəzərdə tutulmuşdur. Pakistan prezidentinin mətbuat katibi olmuş general-mayor Şaukat Sultan bildirdi ki, baryer sərhəd vasitəsilə Əfqanıstandan mücahidlərin sərhəddi keçməsinin qarşısını almaq məqsədi ilə tikilir. Baryerin tikintisi Amerika Birləşdirilmiş Ştatların maliyyə dəstəyi ilə həyata keçirilir. == Baryer == 2005-ci ilin sentyabrında pakistanlılar bildirdilər ki, Əfqanıstanla sərhəd boyunca 2400 kilometr baryer tikməyə başlayacaqlar, mücahidlərin və narkotik alverçilərinin sərhəddi keçməsinin qarşısını almaq üçün. Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf hətta sərhəddi də minalamağı təklif etdi. 2009-cu ildə pakistanlılar yenidən bu baryeri tikməyə başlamağa qərar verdilər. Maliyyələşdirmə olmadığına görə sərhəd məntəqəsinin yalnız 35 kilometrini hasarlamağı bacardılar. 2011-ci ilin iyununda Pakistan ordusunun mətbuat katibi general-mayor Atar Abbas bildirdi ki, sərhəd zonasında 35 kilometr uzunluğunda baryerin tikilməsinə görə Pakistan hərbçiləri baryerin tikintisi vaxtı taliblərin fasiləsiz basqınlarına məruz qaldılar. Əfqanıstan baryerin tikintisi layihəsinin bahalığına əsas gətirib tikintidə iştirak etmədi.
Əfqanıstan-Pakistan sərhəd toqquşması (2017)
Əfqanıstan-Pakistan sərhəd toqquşması (ing. 2017 Afghanistan–Pakistan border skirmish) - 2017-ci ilin 5 may tarixində Pakistanın Bəlucistan əyaləti ərazisində yerləşən Çəmən sərhəd məntəqəsi yaxınlığında Pakistan və Əfqanıstan qüvvələri arasında baş vermiş silahlı toqquşma. Hadisə nəticəsində hər iki tərəfin ümumi itkisi 15 nəfərdən çox olmuşdur. == Arxa plan == 2017-ci ilin fevral ayında Pakistan Sehvanda baş vermiş partlayışdan sonra Əfqanıstanla olan Çəmən və Torxam sərhəd keçid məntəqələrini bağlamışdır. Mart ayında Pakistanın Baş Naziri Nəvaz Şərif sərhəd keçid məntəqələrinin 32 gün qapalı qaldıqdan sonra açılması ilə bağlı göstəriş vermiş bu addımın xoşniyyəti mesajı olduğunu bildirmişdir. Hadisələrin gedişatında Pakistan, Əfqanıstanla problemli sərhəd bölgələrinə əlavə mühafizə çəpərləri çəkdiyini bəyan etmişdir. 2017-ci ilin 5 aprel tarixində Əfqanıstan Xarici İşlər Nazirliyinin rəsmi mətbuat katibi mühafizə çəpərlərinin kifayət etməyəcəyi təqdirdə rəsmi Kabilin silahlı müdaxiləyə hazır olduğunu bildirmişdir. Əfqanıstan və Pakistan sərhəddi tarix ədəbiyyatlarında Durand xətti olaraq tanınır və ərazinin hər iki tərəfində puştunlar yaşamaqdadır. Əfqanıstan hökuməti əraziyə nəzarətin düzgün formada təşkil edilmədiyini əsas gətirərək tarixən Pakistanla bu bölgə üzərində fikir ayrılığı yaşamışdır. Əfqanıstanın Xarici İşlər Nazirliyi sərhəd bölgəsinə yaxın yerlərlərdə yerləşən kəndlərdə Pakistan tərəfindən aparılan siyahıyaalınmanın dayandırılmasını tələb etmişdir.
Əfqanıstan-Türkiyə münasibətləri
Əfqanıstan–Türkiyə münasibətləri — Əfqanıstan İslam Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında olan beynəlxalq səviyyədəki əlaqələr. == Əlaqələrin tarixçəsi == Əfqanıstan Orta Asiyada türk coğrafiyasına yaxın olduğu üçün burada həmişə çox sayda türk qövmü yaşamışdır. İslamdan əvvəl Ağ Hunlar və Göytürklər kimi türk qövmlərinin hakimiyyəti altında olan bu bölgə İslamın yayılmasından sonra da Qəznəvilər dövləti, Böyük Səlcuq İmperiyası və Xarəzmşahlar kimi digər türk qövmlərinin hakimiyyəti altına keçmişdir. Bölgəyə türk təsiri Teymurilər dövləti və Babir İmperiyası dövründə də davam etmişdir. Əfqanıstan XIX əsrin ortalarında Hindistanla birlikdə ingilis müstəmləkəsi olmuşdur. 9 avqust 1919-cu ildə Əmanullah Xanın başçılığı ilə müstəqillik qazanan ölkə hələ Qurtuluş savaşı vaxtında yeni yaranmaqda olan Türkiyə Cümhuriyyəti ilə əlaqələr qurmuşdur. 1 mart 1921-ci ildə türk və əfqan heyətləri Moskvada görüşlər keçirmiş, Türkiyə tərəfindən Yusuf Kamal Təngirşəng və Rıza Nur, Əfqanıstan tərəfindən isə general Mehmet Vəli Xanın iştirakı ilə Türkiyə-Əfqanıstan İttifaq Andlaşması imzalanmışdır. Keçmiş Mədinə mühafizi Fəxrəddin Paşa Kabilə ilk Türkiyə səfiri olaraq göndərilmişdir. İkinci dünya müharibəsindən əvvəl Almaniya və İtaliyanın bölgədə artan təzyiqlərinə qarşı 7 iyul 1936-cı ildə Türkiyə, İran, Əfqanıstan və İraq Sadabat paktı imzalayaraq bölgənin əvvəlcə faşistlər, sonra da sovetlər tərəfindən işğal olunmasının qarşısını almışlar. == Müasir dövrdəki əlaqələr == ABŞ-də 2001-ci ildə baş verən 11 sentyabr terror aktlarının Əfqanıstanda planlaşdırıldığı əsas gətirilərək ABŞ-nin başçılığı altında NATO qoşunları 7 oktyabr 2001-ci ildə Taliban tərəfindən idarə olunan Əfqanıstana qarşı əməliyyatlar həyata keçirməyə başladılar.
Əfqanıstan-Özbəkistan sərhədi
Əfqanıstan–Özbəkistan sərhədi — uzunluğu 144 kilometr (89 mil) olan Özbəkistanın xarici dövlətlərlə sərhədlərinin ən qısası. Amudərya çayı boyunca Türkmənistanla sərhəd qovuşuğundan Tacikistanla sərhəd qovuşuğuna qədər uzanır. == Təsviri == Sərhəd bütövlüklə Amudərya çayının talveqi üzrə keçir, qərbdəki türkmən sərhədi qovuşuğundan şərqdəki tacik qovuşuğuna qədər. Sərhəd Özbəkistan tərəfdən avtomobil və dəmir yolları ilə keçir, Özbəkistanın Termez şəhərinin şərqində isə əsas keçid məntəqəsi yerləşir. Özbəkistan sərhəd boyunca iki hasardan ibarət sədd qoyub: biri tikanlı məftillərdən ibarətdir, ikincisi isə daha hündürdür, oranı elektrikli tikanlı məftillər (380 volt), minalar və silahlı Özbəkistan əsgərlərinin patrulları qoruyurlar. == Tarixi == Sərhəd keçmiş Sovet İttifaqı ilə Əfqanıstan arasındakı sərhəddən sonra bu şəkildə qalıb. Sərhəd mövcud formasını əsasən Böyük Oyun adı ilə tanınan 19-cu əsrdə Orta Asiyada İngiltərə-Rusiya rəqabəti dövründə almışdır. Rusiya İmperiyası Xivə xanlığı və Buxara əmirliyini fəth etdikdən sonra və Britaniya İmperiyası Britaniya Hindistanını idarə etdiyi zaman, iki dövlət Əfqanıstanı aralarında olan müstəqil bufer dövləti statusunda qalmasını qərara aldılar. 1873-cü ildə Böyük Britaniya və Rusiya sərhədin xülasəsinə dair razılığa gəldilər: Amudərya Hvaja Salar kəndindən Zorku gölünə qədər şərq sərhədi elan edildi, Vahan dəhlizi isə Əfqanıstanda qaldı. Sərhədin qərb hissəsi (yəni müasir Əfqanıstan-Türkmənistan sərhədinin çox hissəsi) sərhəd komissiyası tərəfindən daha sonra təyin olunmalı idi.
Əfqanıstan Azadlıq Cəbhəsi
Əfqanıstan Azadlıq Cəbhəsi (ƏAC) — Əfqanıstanda fəaliyyət göstərən antitaliban silahlı qruplaşması. Əfqanıstanın bəzi bölgələrində ƏAC və Milli Müqavimət Cəbhəsi (MMC) Talibana qarşı əməliyyatlarda əməkdaşlıq edir. MMC-nin təsir dairəsinin əsasən taciklər və Cəmiyyət-i İslamiyə meylli qruplara məhdudlaşdığını nəzərə alaraq ƏAC-nin MMC-yə tərəfdar döyüşçüləri öz sıralarına qatmağa çalışdığı iddia olunur. == Tarixi == Əfqanıstan Azadlıq Cəbhəsi 2022-ci ilin mart ayında sosial media vasitəsilə ictimaiyyətə yaradıldığını elan etmişdir. ƏAC 14 apreldə məlumat vermişdir ki, onun döyüşçüləri eyni vaxtda Bədəxşan, Bəğlan, Qəndəhar, Pərvan, Təxar, Ləğman və Səmənganda taliban qüvvələri ilə toqquşmuşdur. ƏAC 5 iyulda Bəgram aerodromuna raket hücumu təşkil etmişdir. Hücum nəticəsində altı taliban döyüşçüsü ölmüş, ikisini yaralanmışdır. Talibana aid hərbi vasitə də məhv edilmişdir. ƏAC döyüşçüləri 15 iyulda Bəğlan vilayətinin Xost va Fərəng rayonunda taliban hücumunun qarşısını almışdılar. 6 oktyabr 2022-ci ildə Qəndəharda ƏAC döyüşçülərinin taliban komandirinə sui-qəsd təşkil etdiyinə dair iddialar ortaya çıxmışdır.
Əfqanıstan Baş icraçısı
Əfqanıstan Baş icraçısı — Əfqanıstan İslam Respublikasının 1-ci baş icraçısı. == Vəzifələr == Əfqanıstan İslam Respublikasının baş icraçı direktoru, prezidentə siyasət tövsiyələrini verə biləcək Nazirlər Şurasının həftəlik iclasına rəhbərlik edir. Əfqanıstan İslam Respublikasının baş icraçı direktoru, prezidentin rəhbərlik etdiyi bir qurum olan Əfqanıstan Nazirlər Kabinetinə nazirlərə də tövsiyə edə bilər.
Əfqanıstan Demokratik Respublikası
Əfqanıstan Demokratik Respublikası (DRA) (Dəricə: جمهوری دمکراتی افغانستان, Jumhūree-ye Dimukrātee-ye Afghahnistān), (Puştuca:دافغانستان دمکراتی جمهوریت, Dǝ Afġānistān Dimukratī Jumhūriyat), 1987-ci ildə Əfqanıstan Respublikası adlandırıldı (Dəricə: جمهوری افغانستان, Jumhūrī-ye Afġānistān, Puştuca:د افغانستان جمهوریت, Dǝ Afġānistān Jumhūriyat) — Əfqanıstan Xalq Demokratik Partiyası (PDPA) ölkəni idarə zamanı dövrü əhatə edir. == Aprel inqilabı == 1978-ci il aprelin 27-28-də Əfqanıstanda Aprel İnqilabı baş verir, nəticədə polkovnik-leytenant Əbdül Qədirin başçılıq etdiyi bir qrup hərbçi prezident M. Davudu devirir və aprelin 29-da hakimiyyəti İnqilab Şurasına verir. Yerli radioda hakimiyyətin dəyişdirilməsi ilə bağlı bəyannamə iki dildə: Dəri və Puştu dillərində oxunur. Nur Məhəmməd Taraki yeni baş nazir olur və ölkə "demokratik respublika" elan edilir. Qırmızı bayraq yeni dövlətin bayrağı oldu. 1978-ci il aprelin 30-da yeni respublika dünyanın əksər dövlətləri, o cümlədən SSRİ və sosialist ölkələri, ABŞ, Böyük Britaniya, Pakistan tərəfindən tanındı. İnqilabçı hökumət "Kəndli borclarının azaldılması və sələmçiliyin aradan qaldırılması haqqında" fərman verməklə aqrar islahat elan edir: 11 milyon kəndli sələmçilik borcundan azad edildi. Qadınların bərabərliyi və iqtisadiyyatda dövlət sektorunun gücləndirilməsi elan edildi. Əvvəlcə inqilab heç bir ciddi müqavimətlə qarşılaşmadı. == Krizisin böyüməsi == Vaxtı keçmiş aqrar islahat nüfuzlu qəbilə başçılarını və ruhaniləri hökumətə qarşı çevirdiyi üçün tədricən axsamağa başladı.
Əfqanıstan Futbol Federasiyası
Əfqanıstan Futbol Federasiyası — Əfqanıstanda futbola nəzarət edən rəsmi qurum. == Uğurları == 2013-cü ilin "Qızıl Top" mükafatının təqdimetmə mərasimində Əfqanıstan Futbol Federasiyasının təmsilçisinə FİFA-nın "feyr-pley" mükafatı verilmişdi.
Əfqanıstan Hərbi Hava Qüvvələri
Əfqanıstan Hərbi Hava Qüvvələri, Əfqanıstanı havadan mümkün ola biləcək hər bir hücumdan qorumalı olan hərbi birlikdir. Əfqanıstan Silahlı Qüvvələrinin nəzarəti altında olan ikinci ən böyük qüvvə hesab olunur. == Təşkilatlanma == Əfqanıstan Hərbi Hava Qüvvələri hal-hazırda ABŞ tərəfindən yenidən modernizasiya edilərək yaradılır. == Tarixi == Əfqanıstan Hərbi Hava Qüvvələrinin tarixi 22 avqust 1924-cü ildə Əfqanıstan Hərbi Hava Qüvvələri adı ilə başlayır. 1921-ci ildə Rusiyadan alınmış olan 5 ədəd təyyarə ilə Əfqanıstan Hərbi Hava Qüvvələrinin tarixi başlanmışdır. Bu kiçik qüvvə 1929-cu ildə məhv edildi. 1937-ci ilə qədər Əfqanıstan Hərbi Hava Qüvvələrini yenidən yaratmaq mümkün olmamışdır. Siyasi dəyişikliklər səbəbi ilə 1937-ci ildə yenidən yaradılmış Əfqanıstan Hərbi Hava Qüvvələri bu dəfə Əfqanıstan Kral Hərbi Hava Qüvvələri adı ilə 1947-ci ilə qədər adlandırılmışdır. 1973-cü ilə qədər bu ad altında fəaliyyət göstərmişdir. Hərbi Hava Qüvvələri SSRİ-Əfqanıstan müharibəsinə qədər ordunun digər qüvvələrinə nisbətən kiçik bir qol olaraq tutulmuş və Sovet rejiminə dəstək vermişdir.
Əfqanıstan Milli Koalisiyası
== Haqqında == Qrup 2010 parlament seçkilərində namizədləri irəli sürdü, parlamentdəki 249 yerdən 90-dan çoxunu qazandı və beləliklə əsas demokratik müxalifət hərəkatına çevrildi.Nəticədə, yeni parlamentin prezident səlahiyyətlərinə bəzi yoxlamalar və tarazlıqlar tətbiq edəcəyi güman edilir.Koalisiya korrupsiyaya qarşı mübarizə və Əfqan seçki sistemində islahatlar da daxil olmaqla bir çox məsələlərə diqqət ayırmaq niyyətindədir. İndiki sözçü Sayeed Ağa Hüseyin Fazel Sangcharaki'dir. Taliban üsyanları və Kərzayın danışıqlar strategiyası mövzusunda Doktor Abdullah belə dedi: "Deməliyəm ki, Taliban yerləşdirilmək üçün vuruşmurlar. Dövləti alt-üst etmək üçün döyüşürlər. Deməli, faydasız bir məşqdir və sadəcə yanıldırır. ... Ölümlə mübarizə aparacaq qruplar var. Biz onlarla danışmağı xoşlayırıq ya da onlarla danışmağı sevməsək də, onlar mübarizəni davam etdirəcəklər. Onda biz hərbi yolla mübarizə aparmağa hazır olmalıyıq. Yerdəki Taliban baxımından, ölkənin müxtəlif yerlərindəki insanların köməyi ilə onları cəlb edə biləcəyimiz bir çox imkan və imkan var.
Əfqanıstan Milli Koaliyası
== Haqqında == Qrup 2010 parlament seçkilərində namizədləri irəli sürdü, parlamentdəki 249 yerdən 90-dan çoxunu qazandı və beləliklə əsas demokratik müxalifət hərəkatına çevrildi.Nəticədə, yeni parlamentin prezident səlahiyyətlərinə bəzi yoxlamalar və tarazlıqlar tətbiq edəcəyi güman edilir.Koalisiya korrupsiyaya qarşı mübarizə və Əfqan seçki sistemində islahatlar da daxil olmaqla bir çox məsələlərə diqqət ayırmaq niyyətindədir. İndiki sözçü Sayeed Ağa Hüseyin Fazel Sangcharaki'dir. Taliban üsyanları və Kərzayın danışıqlar strategiyası mövzusunda Doktor Abdullah belə dedi: "Deməliyəm ki, Taliban yerləşdirilmək üçün vuruşmurlar. Dövləti alt-üst etmək üçün döyüşürlər. Deməli, faydasız bir məşqdir və sadəcə yanıldırır. ... Ölümlə mübarizə aparacaq qruplar var. Biz onlarla danışmağı xoşlayırıq ya da onlarla danışmağı sevməsək də, onlar mübarizəni davam etdirəcəklər. Onda biz hərbi yolla mübarizə aparmağa hazır olmalıyıq. Yerdəki Taliban baxımından, ölkənin müxtəlif yerlərindəki insanların köməyi ilə onları cəlb edə biləcəyimiz bir çox imkan və imkan var.
Əfqanıstan Qırmızı Aypara Cəmiyyəti
Əfqanıstan Qırmızı Aypara Cəmiyyəti (ing. Afghan Red Crescent Society, ARCS, puşt. د افغاني سرې میاشتې ټولنې) — Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətlər Federasiyasının Əfqan filialıdır. Cəmiyyət 20 ildən çox müddət ərzində bütövlükdə ölkəyə təsir göstərən şəraitə görə məhdud quruluşa malik olsa da, 70 ildən artıqdır ki, mövcuddur. == Tarixi == Əfqanıstan Qırmızı Aypara Cəmiyyəti 1934-cü ilin aprel ayında yaradılmışdır. İlk dəfə yetimlərə və ehtiyac içində olan şəxslərə yardım etmək məqsədilə Naderia Uşaq evinin əsasında təsis edilmişdir. 1951-ci ilin oktyabr ayında cəmiyyət üzvlük, mərkəzi, əyalət və yerli şöbələrdə seçkilər və idarə heyəti üçün demokratik müddəaları nəzərdə tutan konstitusiyanı qəbul etdi. 1964-cü ildə ƏQAC Marastoon (Əfqanıstan) və ya Əfqanıstanın rifah təşkilatlarını ələ aldı. Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyası ƏQAC-nin iki əsas tərəfdaşlarından biridir və 1991-ci ildə Əfqanıstandakı ən son münaqişə zamanı müvəqqəti evakuasiya ilə öz nümayəndə heyətini bura göndərmişdir. Son illərdə təşkilati potensial baxımından məhdud olmasına baxmayaraq, ƏQAC-nin təşkilat və fəaliyyətləri bütün ölkənin 32 əyalətinin 31-də aktiv fəaliyyət göstərir.
Əfqanıstan Silahlı Qüvvələri
Əfqanıstan Silahlı Qüvvələri Əfqanıstan İslam Respublikasını istənilən daxili və xarici təhdidlərdən müdafiə etmək vəzifəsi daşıyan hərbi qüvvədir. Əfqan Milli Ordusu və Əfqan Hərbi Hava Qüvvələrindən ibarətdir. Ölkə prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanıdır və silahlı qüvvələr birbaşa ona tabedir. Milli Hərbi Komanda Mərkəzi ölkənin paytaxtı Kabil şəhərində yerləşir və silahlı qüvvələrin baş qərargahı hesab olunur. 1709-cu il əfqan silahlı qüvvələrinin yarandığı tarix hesab edilir. 18-ci əsrdən 19-cu əsrə qədər əfqanlar Səfəvi İmperiyası və Maratha İmperiyasına qarşı bir çox döyüşdə iştirak etmişdir. Ordu Britaniya Hindistanının tərkibində əmir Əbdürrəhman xan tərəfindən idarə olunan zaman 1880-ci ildə yenidən təşkilatlanmışdır. 20-ci əsrin əvvəllərində Əmənullah xanın hakimiyyəti dövründə ilk dəfə modernizasiya olunan əfqan hərbi qüvvələri sonradan, Məhəmməd Zahir şahın 40 illik hökmranlığı dövründə ikinci dəfə yenilənmişdir. Sovet İttifaqı tərəfindən dəstəklənən Əfqanıstan Silahlı Qüvvələri 1978-ci ildən 1992-ci ilə qədər ABŞ, Səudiyyə Ərəbistanı və Pakistan tərəfindən dəstəklənən çoxmillətli mücahid qruplaşmalarına qarşı mübarizə aparmışdır. Prezident Məhəmməd Nəcibullanın 1992-ci ildə istefa verməsindən sonra Sovet hökuməti tərəfindən dəstəyin kəsilməsi nəticəsində ölkə müxtəlif qruplaşmalar tərəfindən bir neçə hissəyə parçalandı və mücahidlər hökumətə nəzarəti ələ keçirdi.
Əfqanıstan Sivil Müharibəsi (1996-2001)
Əfqanıstan Vətəndaş müharibəsi-Əfqanıstanda "Taliban" rejimini devirmək və Üsamə bin Ladeni öldürmək məqsədilə yerinə yetirilmiş əməliyyat və ya müharibə.

Значение слова в других словарях