Əfqanıstan-Türkiyə münasibətləri

Əfqanıstan–Türkiyə münasibətləriƏfqanıstan İslam Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında olan beynəlxalq səviyyədəki əlaqələr.

Əlaqələrin tarixçəsi

[redaktə | mənbəni redaktə et]
Mustafa Kamal Atatürk və Əfqanıstan kralı Əmanullah Xan Ankarada (1928)

Əfqanıstan Orta Asiyada türk coğrafiyasına yaxın olduğu üçün burada həmişə çox sayda türk qövmü yaşamışdır. İslamdan əvvəl Ağ HunlarGöytürklər kimi türk qövmlərinin hakimiyyəti altında olan bu bölgə İslamın yayılmasından sonra da Qəznəvilər dövləti, Böyük Səlcuq İmperiyasıXarəzmşahlar kimi digər türk qövmlərinin hakimiyyəti altına keçmişdir. Bölgəyə türk təsiri Teymurilər dövlətiBabir İmperiyası dövründə də davam etmişdir.

Əfqanıstan XIX əsrin ortalarında Hindistanla birlikdə ingilis müstəmləkəsi olmuşdur. 9 avqust 1919-cu ildə Əmanullah Xanın başçılığı ilə müstəqillik qazanan ölkə hələ Qurtuluş savaşı vaxtında yeni yaranmaqda olan Türkiyə Cümhuriyyəti ilə əlaqələr qurmuşdur. 1 mart 1921-ci ildə türk və əfqan heyətləri Moskvada görüşlər keçirmiş, Türkiyə tərəfindən Yusuf Kamal TəngirşəngRıza Nur, Əfqanıstan tərəfindən isə general Mehmet Vəli Xanın iştirakı ilə Türkiyə-Əfqanıstan İttifaq Andlaşması imzalanmışdır[1]. Keçmiş Mədinə mühafizi Fəxrəddin Paşa Kabilə ilk Türkiyə səfiri olaraq göndərilmişdir[2].

İkinci dünya müharibəsindən əvvəl Almaniyaİtaliyanın bölgədə artan təzyiqlərinə qarşı 7 iyul 1936-cı ildə Türkiyə, İran, Əfqanıstan və İraq Sadabat paktı imzalayaraq bölgənin əvvəlcə faşistlər, sonra da sovetlər tərəfindən işğal olunmasının qarşısını almışlar.

Müasir dövrdəki əlaqələr

[redaktə | mənbəni redaktə et]

ABŞ-də 2001-ci ildə baş verən 11 sentyabr terror aktlarının Əfqanıstanda planlaşdırıldığı əsas gətirilərək ABŞ-nin başçılığı altında NATO qoşunları 7 oktyabr 2001-ci ildə Taliban tərəfindən idarə olunan Əfqanıstana qarşı əməliyyatlar həyata keçirməyə başladılar. 12 noyabr 2001-ci ildə Taliban gücləri Kabili NATO qüvvələrinə təslim edərək Əgqanıstanın cənubuna çəkildilər. Kabildə puştun kökənli Həmid Kərzainin rəhbərliyi ilə müvəqqəti hökumət quruldu. 2004-cü ildə keçirilmiş seçkilərdə qalib gələn Kərzai bu günə qədər Əfqanıstan dövlət başçısı olaraq fəaliyyət göstərir.

Əfqanistana qarşı əməliyyatlar keçirən NATO qoşunlarının tərkibində döyüşməsi üçün Türkiyə 260 nəfərlik bir bölüm göndərdi. Türkiyə ilə Əfqanıstan arasındakı əlaqələr 2001-ci ildən daha da inkişaf etməyə başladı. 4 aprel 2002-ci ildə ilk dəfə Türkiyəyə gələn Həmid Kərzai baş nazir Bülənt Əcəvit və prezident Əhməd Necdət Sezər ilə görüşlər keçirdi. 20 noyabr 2005-ci ildə baş nazir Rəcəb Tayyib Ərdoğan Əfqanıstana rəsmi səfərə yollandı və bununla da bu ölkəni ziyarət edən ilk Türkiyə baş naziri oldu.

Əfqanıstanda fəaliyyət göstərən Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvətləri tərkibində (ISAF) hələ də 1.845[3] nəfərlik bir bölümü olan Türkiyə Kabil ətrafında təhlükəsizliyin təmin olunmasına və Vardak vilayətində həyata keçirilən layihələrin icrasına görə cavabdehdir. 16 mart 2012-ci ildə türk əsgərlərini daşıyan Sikorski vertolyotunun Kabilin Bağrami məhəlləsində bir evin üzərinə düşməsi ilə 9 zabit, 2 unter-zabit, 1 serjant-mayor, eləcə də evdə olan 6 nəfər həlak olmuşdur.[4]

  1. "Arxivlənmiş surət". 2007-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-04.
  2. "Arxivlənmiş surət". 2007-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-04.
  3. "Deadly Turkish army helicopter crash in Afghanistan" Arxivləşdirilib 2012-03-16 at the Wayback Machine, BBC News (16 mart 2012). 17 mart 2012 tarixində yoxlanılmışdır.  (ing.)
  4. "Afganistan'da helikopter düştü: 12 Türk askeri şehit" Arxivləşdirilib 2012-03-18 at the Wayback Machine, Radikal (16 mart 2012). 17 mart 2012 tarixində yoxlanılmışdır.