Ətiq Ordubadi
Ətiq Ordubadi — XVI əsrin görkəmli xəttatı
Şah İsmayılın dəftərxanasında münşilik təcrübəsi alan,"tuğrayi‐şahi" adlanan xətt növünü ixtira edən Ətiq Ordubadi dövrünün tanınmış sənətkarlarından olmuşdur. Araşdırmamız zamanı aydın oldu ki, tuğra, padişahın adı və ləqəbi yazılan möhür mənasına gəlir. Tuğra, xəttatlıq sənaətinin bir qolu olmuş və yüz illərcə usta xəttatlar tərəfindən istifadə olunmuşdur. Türk dilində söz olaraq padşahın adını ehtiva edən xüsusi bir işarə, padşahın imzası kimi mənalar da ifadə edir. Oğuz ləhcəsində isə bu söz tuğrağ şəklindədir, hökmdarın möhürü mənasını ifadə edir. Qeyd edək ki, M. Tərbiyət özünün "Danişməndani-Azərbaycan" əsərində də bu haqda məlumat vermişdir:
"Ətiq Ordubadi sonralar dəftərxanadakı vəzifəsini tərk etmiş, Məşhəd məqbərəsi ziyarətgahının işlər müdiri olmuş, uzun müddət orada yaşayaraq, Şahrux mədrəsəsi yanında özünə məqbərə tikdirmişdir". Mənbələrdən əldə etdyimiz məlumatlarda onun təmkinli, alicənab və saf savada malik insan olduğunu görürük. Şah İsmayıl dəftərxanasında xüsusi hörmətə malik olan Ətiq Ordubadi haqqında bir çox təzkirədə məlumat verilmişdir..