ƏHDİ-CƏDİD

Bibliyanın xristianlığa aid olan 2-ci bölməsi (hissəsi); İncil (bax) .
ƏHD
ƏHDİ-ƏTİQ
OBASTAN VİKİ
Əhdi-Cədid
Əhdi-cədid və ya Yeni Əhd – xristianların müqəddəs kitabı Bibliyanın ikinci bölməsi. Əhdi-cədidin ilk dörd kitabı İncil adlanır. Əhdi-cədid 27 kitabdan ibarət olub qədim yunan dilində yazılmışdır. İlk dörd kitab İncildir. Ondan sonra Həvarilərin İşləri Kitabı, həvari Paulun yazdığı 13 Məktub, İsa Məsihin digər həvariləri və yaxın ardıcılları tərəfindən yazılmış 7 Məktub və müəllifi məlum olmayan "İbranilərə Məktub" yer alır. Əhdi-cədidin son kitabı "Yəhyaya nazil olan Vəhy"dir. İncil Xilaskar İsa Məsihin həyatından, təlimindən, ölümündən və dirilməsindən bəhs edir. Həvarilərin İşləri İsa Məsih ölüb-diriləndən sonra Onun həvarilərinin gördükləri işlərdən danışır. Məktublar ilk kilsəyə (imanlılar cəmiyyəti) yol göstərmək üçün yazılıb. Vəhy Kitabı insanlara gələcəkdə baş verəcək hadisələri açıqlayan peyğəmbərlik kitabıdır.
Əhdi Cədid
Əhdi-cədid və ya Yeni Əhd – xristianların müqəddəs kitabı Bibliyanın ikinci bölməsi. Əhdi-cədidin ilk dörd kitabı İncil adlanır. Əhdi-cədid 27 kitabdan ibarət olub qədim yunan dilində yazılmışdır. İlk dörd kitab İncildir. Ondan sonra Həvarilərin İşləri Kitabı, həvari Paulun yazdığı 13 Məktub, İsa Məsihin digər həvariləri və yaxın ardıcılları tərəfindən yazılmış 7 Məktub və müəllifi məlum olmayan "İbranilərə Məktub" yer alır. Əhdi-cədidin son kitabı "Yəhyaya nazil olan Vəhy"dir. İncil Xilaskar İsa Məsihin həyatından, təlimindən, ölümündən və dirilməsindən bəhs edir. Həvarilərin İşləri İsa Məsih ölüb-diriləndən sonra Onun həvarilərinin gördükləri işlərdən danışır. Məktublar ilk kilsəyə (imanlılar cəmiyyəti) yol göstərmək üçün yazılıb. Vəhy Kitabı insanlara gələcəkdə baş verəcək hadisələri açıqlayan peyğəmbərlik kitabıdır.
Cədid
Cədid (Liviya) — Liviyanın cənub-qərbindəki Fəzzan bölgəsində, Böyük Səhrada vadi şəhər
Əhdi-Ətiq
Əhdi-ətiq və ya Əski Əhd — Xristianların müqəddəs kitabı Bibliyanın həcmcə daha böyük, birinci bölməsi. Həmçinin Yəhudilərin müqəddəs kitabı. 39 kitabdan ibarət olub, e.ə. 3–2 əsrlərdə tamamlanmışdır. Yəhudilər və xristianlar tərəfindən Müqəddəs Yazılar kimi qəbul olunur. Yəhudilər Əhdi-ətiqə Tanax deyirlər. Tanax 3 hissədən ibarətdir: Tövrat (תּוֹרָה Tora), Peyğəmbərlər (נְבִיאִים Nəviim) və Yazılar (כְּתוּבִים Kətuvim). "Tanax" adı bu üç hissənin ibrani dilindəki baş hərflərinin birləşməsindən meydana gələn sözdür (Ta-Na-X). İudaizmdə (Tanaxda) və xristianlıqda (Əhdi-ətiqdə) kitabların sıralanma və kateqoriyalara bölünmə ənənələri fərqlidir. Əhdi-ətiq, xüsusən yunan dilinə tərcüməsi Septuaginta erkən xristian kilsəsinin Müqəddəs Yazıları idi.
Əhdi Bağdadi
Əhdi Bağdadi — XVI əsrdə yaşamış Azərbaycan filoloqu və şairi. Əhdi Bağdadi lirik şeirlər müəllifi kimi tanınmışdır. Füzulinin müasiri olmuş, onun oğlu Fəzli ilə dostluq etmişdir. Əhdinin Azərbaycan dilində "Gülşəni-şüəra" ("Şairlər gülşəni") təzkirəsində XVI əsrdə yaşayıb-yaradan bir çox Azərbaycan şairlərinin həyatı və əsərləri haqqında məlumatlar verilmişdir. Əsərin əlyazması Sankt-Peterburq Dövlət Universitetinin kitabxanasında saxlanılır.
Əhdi Ətiq
Əhdi-ətiq və ya Əski Əhd — Xristianların müqəddəs kitabı Bibliyanın həcmcə daha böyük, birinci bölməsi. Həmçinin Yəhudilərin müqəddəs kitabı. 39 kitabdan ibarət olub, e.ə. 3–2 əsrlərdə tamamlanmışdır. Yəhudilər və xristianlar tərəfindən Müqəddəs Yazılar kimi qəbul olunur. Yəhudilər Əhdi-ətiqə Tanax deyirlər. Tanax 3 hissədən ibarətdir: Tövrat (תּוֹרָה Tora), Peyğəmbərlər (נְבִיאִים Nəviim) və Yazılar (כְּתוּבִים Kətuvim). "Tanax" adı bu üç hissənin ibrani dilindəki baş hərflərinin birləşməsindən meydana gələn sözdür (Ta-Na-X). İudaizmdə (Tanaxda) və xristianlıqda (Əhdi-ətiqdə) kitabların sıralanma və kateqoriyalara bölünmə ənənələri fərqlidir. Əhdi-ətiq, xüsusən yunan dilinə tərcüməsi Septuaginta erkən xristian kilsəsinin Müqəddəs Yazıları idi.
Bünab Cədid
Bünab-i Mərənd (Mərənd Binabı) (həmçinin Bünab-i Cədid (Yeni Bunab) və sadəcə Binab) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4,430 nəfər və 1,236 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar. == Tarixi == 2004-ədək sadəcə Bünab adlanan bu yaşayış məntəqəsi yalnızca iri bir kənd sayılırdı, lakin həmin il şəhər statusu qazanmış və adı Bünab-i Cədid (yəni "Yeni Bünab") olaraq dəyişdirilmişdi. Bu ad isə 2012-də (Mərənd şəhristanında yerləşdiyinə görə) Bünab-i Mərənd (yəni "Mərənd Bünabı, Mərənddə yerləşən Bünab") olaraq təkrarən dəyişdirildi. == Coğrafiyası == Bünab-i Mərənd öz ətraf ərazisinin füsunkar təbiəti ilə seçilir — Aladar və Ağcaqapı dərələrinin adlarını misal gətirmək olar. Şəhərin yaxınlığında həmçinin su anbarı yerləşir.
Cədid (Liviya)
Cədid — Liviyanın cənub-qərbindəki Fəzzan bölgəsində, Böyük Səhrada vadi şəhəridir. Səbha rayonunun inzibati-mərkəzi olan Səbha şəhərinə yaxındır.
Nizami-cədid
Nizami-cədid — XVIII əsrin sonları-XIX əsrin əvvəllərində Osmanlı imperiyasında Avropa dövlətlərinin (ilk növbədə Rusiya imperiyasının) artan təsirlərinə qarşı Türkiyənin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə ordu quruculuğu, yeni vergilərin müəyyənləşdirilməsi, dövlət idarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, mərkəzi hakimiyyətlə regionlar arasında səlahiyyətlərin dəqiqləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər seriyası. Bu sahədə ilk islahatlar sultan III Səlim tərəfindən həyata keçirilməyə başlamışdır. Ill Səlim Fransa təcrübəsini əsas tutaraq Nizami-cədid (yeni qayda) adlanan islahatları həyata keçirməyə başladı. Nizami-cədid termini ərəb (النظام الجدید) və türk (An-Niẓām Al-Jadīd) sözbirləşməsindən yaranıb "yeni qayda" deməkdir. XVIII əsrin sonlarında Osmanlı imperiyasında siyasi və iqtisadi böhran daha da dərinləşmişdi. Ölkəni böhrandan çıxarmaq üçün Sultan III Səlim (1789–1807) taxta çıxan kimi islahat layihəsi hazırlamağı tapşırmışdı. İslahat tərəfdarları XVIII əsrin sonlarında Osmanlı imperiyasının müharibələrdə məğlubiyyətinin əsas səbəbini ordunun qeyri-mütəşəkkilliyində görürdülər. Ona görə də islahatlar zamanı əsas diqqət ordu quruculuğuna yönəldilmişdi. Ordunun yenidən qurulması üçün küllü miqdarda vəsait lazım idi. Yeniçərilər heç bir qanuna və intizama tabe olmurdular.
Sekbani Cədid
Sekbani Cədid (29 sentyabr 1808 - 18 noyabr 1808) — II Mahmudun əvvəlki Nizami-cədid Ordusunun bir nümunəsi olaraq qurduğu qısa müddətli Osmanlı ordusu. Ruse deputatı, Ələmdar Mustafa Paşa, ordusu ilə İstanbula gedərək IV Mustafanı taxtdan saldı və onu II Mahmud ilə əvəz etdi. (28 iyul 1808) II Mahmudda öz növbəsində Ələmdar Mustafa Paşanı Böyük Vəzir etdi. Ələmdar Mustafa Paşa böyük vəzir olandan sonra ilk işlərdən biri olaraq dövlətin görkəmli şəxsləri ilə böyük bir görüş keçirdi. Bu iclasda qəbul edilən qərarlar İttifaq sənədi adlı sənəddə sənədləşdirildi. Bu sənədlə Osmanlı parlamenti, dövlət əmrlərinə qulaq asacağına söz verdi. Nizami-Cədid ordusu Sekbanı Cədid olaraq yenidən quruldu. Həmin dövrdə Karaman qubernatoru olan Kadi Əbdürrəhman Paşa bu yeni ordunun başçısı təyin edilmişdir. Taxtdan salınmış IV Mustafa və adamları hadisələrin bu cür inkişaflarından məmnun deyildilər. 14 noyabr 1808-ci il gecəsində yeniçərilər Ələmdar Mustafa Paşanın malikanəsinə hücum edərək onu öldürdülər.
Üsuli-Cədid
Üsuli-cədid (yeni üsul) — Azərbaycanda 1920-ci ilədək məktəb və mədrəsələrdə tətbiq edilən yeni tədris üsulu, mütərəqqi pedaqoji cərəyan. XIX əsrin sonları-XX əsrin əvvəllərində yaranmışdır. Üsuli-cədid məktəblərində dərslər ana dilində keçirilir, rus dili müstəqil fənn kimi tədris edilirdi. Əlifba təlimi yeni üsulla aparılırdı. Üsuli-cədid məktəblərində dövrün qabaqcıl ziyalıları dərs deyirdilər. Azərbaycanda ilk üsuli-cədid məktəbləri S.Ə.Şirvani tərəfindən Şamaxıda (1870), M.T.Sidqi tərəfindən Ordubad (1892) və Naxçıvanda (təxm.1894), M.M.Nəvvab tərəfindən Şuşada (təxm.1895), M.İ.Qasir tərəfindən Lənkəranda (təxm.1896) açılmışdır. Mollalar və dindarlar üsuli-cədid məktəblərini pisləmiş, onu "kafir məktəbi" adlandırmış, tərəfdarlarını təqib etmişdir.
Biçənək-i Cədid
Biçənək-i Cədid (fars. بوچينك جديد‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 95 nəfər yaşayır (27 ailə).
Nizami-Cədid ordusu
Nizami-Cədid ordusu — Osmanlı İmperiyasının sultanı III Səlim tərəfindən yaradılmış nizami ordu. Bu ordunun əsası 1717-ci ildə İstanbula gələn Fransız zabiti De Roşefortun sadərət islahat layihəsinin tərcüməsində, ediləcək hərbi yenilik Nizami-Cədid adlandırılmışdır. Bu ordu Yeniçəri ocağı tərəfindən çıxarılan Qabaqçı Mustafa üsyanı zamanı ləğv edilmişdir. Yeni bir ocağın qurulmasına qərar verilməsinin ən mühüm səbəbi, yeniçərilərin islah edilməsinin çox çətin olması idi. Bu islahat düşüncəsini mənimsəyən III.Səlim hələ taxta çıxdığı vaxtlarda bu düşüncəni mənimsəmiş olan,açıqfikirli və yenilikçi bir tərəfdar bir qrupu yığıncağa çağırdı. Bu qrupun rəhbərliyinə Rumeli kazəsgəri İsmayıl Paşazadə əs-Səid İbrahim İsmət Bəyi gətirir. Yayla İmamı Risaləsinə görə Nizami-Cədid üsulunu 72 maddədən meydana gəlmişdir. Osmanlı dövləti bu islahatı edərkən Fransadan kömək istəmiş, 1796-cı ildə mövzuyla əlaqədar olaraq top, humbara tökmə, top qundağı və tüfəngçi işçiləri gəlmişdi. Ayrıca bir müddət sonra Fransadan General Menand rəhbərliyində və iş başçısı Bamilo ilə gələn heyətlə Prussiya krallığıdan da zabitlər gəlmişdi. Bunlardan Albay Von Goetze, 1798-ci ildə III.Səlimin istəyinə görə Osmanlı Qara qüvvələrində araşdırmalar etdi.
İslampənahabadi Cədid (Urmiya)
İslampənahabadi Cədid (fars. اسلام‌پناه آبادی جدید‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 169 nəfər yaşayır (35 ailə).
Meşkabad-i Cədid (Həştrud)
Meşkabad-i Cədid (fars. مشك ابادجديد‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Mincab-i Cədid (Hurand)
Mincab-i Cədid (fars. منجاب جديد‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 50 nəfər yaşayır (12 ailə).
Miqas-i Cədid (Kəleybər)
Miqas-i Cədid (fars. مقاس جدید‎) və ya Yeni Miqas - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 43 nəfər yaşayır (30 ailə).
Nəqqarəkub-i Cədid (Əhər)
Nəqqarəkub-i Cədid (fars. نقاره كوب جديد‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 314 nəfər yaşayır (61 ailə).
Qışlaq-i Cədid (Əhər)
Qışlaq-i Cədid (fars. قشلاق جديد‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 52 nəfər yaşayır (11 ailə).
Rəştabad-i Cədid (Əhər)
Rəştabad-i Cədid (fars. رشتابادجديد‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 42 nəfər yaşayır (7 ailə).
Savan-i Cədid (Sərdəşt)
Savan-i Cədid (fars. ساوان جديد‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 553 nəfər yaşayır (98 ailə).
Təzəkənd-i Cədid (Pərsabad)
Təzəkənd-i Cədid (fars. تازه كندجديد‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 748 nəfər yaşayır (158 ailə).
Xoyaman-i Cədid (Xoy)
Xoyaman-i Cədid (fars. خويمن جديد‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 112 nəfər yaşayır (26 ailə).
İslamabad-i Cədid (Pərsabad)
İslamabad-i Cədid (fars. اسلام ابادجديد‎) və ya Yeni İslamabad — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,726 nəfər yaşayır (352 ailə).
Həsənabad-i Cədid (Mahnişan)
Həsənabad-i Cədid (fars. حسن ابادجديد‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 30 nəfər yaşayır (5 ailə).

Digər lüğətlərdə