əhli-keflik
əhli-kitab
OBASTAN VİKİ
Kərəm
Kərəm — kişi adı. Kərəm Mirzəyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Kərəm Həsənov — Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Əliyev — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. Kərəm Kərimov (həkim) — tibb elmləri doktoru Kərəm Əsədov — biologiya elmləri doktoru Kərəm Tunçeri — Türk peşəkar basketbolçu. Kərəm Hacızadə — Aktyor Qaçaq Kərəm — tanınmış qaçaq. Kərəm Karabulut — Kərəm Əkbərov — === Kerem === Kerem Behnke — Kerem Bursin —Yaşayış məntəqələriQaçaq Kərəm (Ağstafa) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd.DigərKərəm bulağı — Gədəbəy rayonunun Pərizamanlı kəndində yerləşən bulaq Yanıq Kərəm — Azərbaycanın milli rəqsi.
Kitab əhli
Kitab əhli — (ərəb.اهل الكتاب) İslam ənənəsinə görə, digər iki səmavi dinlərin əhalisini, yəhudi və xristianları, bildirən anlayış. Kitab əhlinə münasibət fərqli idi. Bütpərəstlərdən fərqli olaraq, kitab əhli daha imtiyazlı vəziyətdə idi, onların sıxışdırılması və təqib olunması barədə açıq göstərişlər yox idi. Məsələn kitab əhlinin qadınları ilə nigaha girmək icazəsi vardı, lakin onlara qız vermək qadağan idi. Kitab əhli öz kilsələrində və sinaqoqlarında ibadət edirdilər və öz ayinlərini yerinə yetirməkdə azad idilər. Lakin onlar zimmilər zümrəsinə aid idilər və xüsusi cizyə vergisi ödəyirdilər, yaxud bunun əvəzinə orduda köməkçi qoşun kimi istifadə edilirdilər.
Əhli-Beyt
Əhli-Beyt (ərəb. أهل البيت‎; "ev əhli" mənası verir) — İslam ənənəsinə görə Məhəmməd peyğəmbərin ailəsi. == Quranda == Əhli Beyt sözü müsəlmanların müqəddəs kitabı olan Quranda 2 yerdə işlədilmişdir. == Ərəb cəmiyyətində == Cahiliyyә dövrü әrәb cәmiyyәtindә qәbilәnin hakim ailәsini bildirәn "Əhli-Beyt" ifadәsi islam meydana gәldikdәn sonra Məhəmməd peyğәmbәrin ailәsinә şamil olundu. Quranda "әhl" sözü sahib, tәrәfdar, eyni mәkanı paylaşanlar, bir dinә, yaxud peyğәmbәrә inananlar, zövcә, "beyt" sözü isә ev, Allahın evi (mәscid) vә ailә mәnalarında işlәnmişdir. "Əhli-Beyt" ifadәsinә İbrahimin (11:73), Musanın (28: 12) vә Mәhәmmәdin (33:33) ailәsindәn bәhs edәn üç ayәdә rast gәlinir. Əhli-Beyt-ә kimlәrin daxil edilmәsi barәdә fikirlәr fәrqli olsa da, bunlar, әsasәn, Mәhәmmәd peyğәmbәr, Əli ibn Əbu Talib, Fatimә, Hәsәn әl-Müctәba, Hüseyn ibn Əli vә digәr doqquz imamdan ibarәtdir. İlahi lütfün vә gizli biliklәrin daşıyıcıları kimi Əhli-Beyt-ә xüsusi ehtiram bәslәnilir. == Əhli-Beyt sünni nəzərində == Sünnilərin ən mötəbər hesab etdikləri altı kitabdan biri olan "Səhihi-Müslim"də Peyğəmbərin zövcəsi Aişədən nəql olunur: "Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi.
Əhli-Haqq
Yarsanizm, Əhli-haqq və ya Kakayi (kürd. یارسان, kürd. ئەهلی حەق; fars. اهل حق‎, ərəb. كاكائي‎) — 14-cü əsrin sonlarında İranın qərbində Sultan Sahaq tərəfindən əsası qoyulmuş sinkretik bir din. Yarsanizm ardıcıllarının ümumi sayının İranda yarım milyondan bir milyona qədər olduğu təxmin edilir. İraqdakı rəqəmlər məlum deyil. Davamçılar daha çox Guran, Səncabi, Kəlhur, Zəngənə və Cəlalvənd tayfalarından olan kürdlərdir. İranda türk yarsan anklavları da mövcuddur.İraqdakı bəzi Yarsanilərə Kakayi deyilir. Yarsanilər dediyinə görə bəzi insanlar onları aşağılayaraq "Əliallahi" və ya "Əliyə ibadət edənlər" adlandırırlar ki, yarsanilər bunu inkar edir.
Əhli-Həqq

Əhli-Sünnə
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" anlamına gəlir. Sünnilər bu adla Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 2 etiqadı, 4 fiqh məzhəbi vardır. Əşariyyə, Matüridiyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Əhli-Sünnət

Əhli Beyt
Əhli-Beyt (ərəb. أهل البيت‎; "ev əhli" mənası verir) — İslam ənənəsinə görə Məhəmməd peyğəmbərin ailəsi. == Quranda == Əhli Beyt sözü müsəlmanların müqəddəs kitabı olan Quranda 2 yerdə işlədilmişdir. == Ərəb cəmiyyətində == Cahiliyyә dövrü әrәb cәmiyyәtindә qәbilәnin hakim ailәsini bildirәn "Əhli-Beyt" ifadәsi islam meydana gәldikdәn sonra Məhəmməd peyğәmbәrin ailәsinә şamil olundu. Quranda "әhl" sözü sahib, tәrәfdar, eyni mәkanı paylaşanlar, bir dinә, yaxud peyğәmbәrә inananlar, zövcә, "beyt" sözü isә ev, Allahın evi (mәscid) vә ailә mәnalarında işlәnmişdir. "Əhli-Beyt" ifadәsinә İbrahimin (11:73), Musanın (28: 12) vә Mәhәmmәdin (33:33) ailәsindәn bәhs edәn üç ayәdә rast gәlinir. Əhli-Beyt-ә kimlәrin daxil edilmәsi barәdә fikirlәr fәrqli olsa da, bunlar, әsasәn, Mәhәmmәd peyğәmbәr, Əli ibn Əbu Talib, Fatimә, Hәsәn әl-Müctәba, Hüseyn ibn Əli vә digәr doqquz imamdan ibarәtdir. İlahi lütfün vә gizli biliklәrin daşıyıcıları kimi Əhli-Beyt-ә xüsusi ehtiram bәslәnilir. == Əhli-Beyt sünni nəzərində == Sünnilərin ən mötəbər hesab etdikləri altı kitabdan biri olan "Səhihi-Müslim"də Peyğəmbərin zövcəsi Aişədən nəql olunur: "Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi.
Əhli Sünnə
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" anlamına gəlir. Sünnilər bu adla Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 2 etiqadı, 4 fiqh məzhəbi vardır. Əşariyyə, Matüridiyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Əhli Şirazi
Məhəmməd ibn Yusif Əhli Şirazi (fars. اهلی شیرازی‎; təq. 1454, Şiraz – təq. 1535, Şiraz) — fars şairi.Əhli Şirazinin təxminən 1454–1535-ci illərdə İranın Şiraz şəhərində yaşadığı və öldüyü zaman cənazəsini oradakı Hafiz Şirazinin türbəsində dəfn olunduğu güman edilir. Onun haqqında tənha həyat sürdüyü, ehtiyac içində yaşadığı, bütün həyatının mübarizə ilə keçdiyi barədə şahid ifadələri var. == İstinadlar == == Xarici keçidlər == Manuscript of his works available on the digital library website of the Iran Parliament Library.
Dünyamalı Kərəm
Dünyamalı Kərəm (azərb. Dünyamalı Kərəm oğlu Əliyev‎; 1920, Qoçulu, Bolnisi bələdiyyəsi) — şair-jurnalist, Gürcüstan SSR-in Əməkdar jurnalisti (1979), Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycanlı uzunömürlü. == Həyatı == Dünyamalı Kərəm 1920-ci ildə Gürcüstanın Borçalı mahalının Qoçulu kəndində anadan olub. === Təhsili === İlk təhsilini doğma kəndində, orta təhsilini qonşu kəndin orta məktəbində alıb. 1937-1940-cı illərdə Tiflisdəki Pedaqoji Məktəbdə təhsil alıb və bu maarif ocağını bitirdikdən sonra təyinatla İmirhəsən və Qoçulu kənd orta məktəblərində direktor vəzifəsində çalışıb. Dünyamalı Kərəm 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. == Yaradıcılığı == Bir müddət "Kommunist" qəzetində müxtəlif vəzifələrdə çalışıb. Dünyamalı Kərəm "Sovet Gürcüstanı" qəzetində uzun müddət məsul katib işləyib. 1994-cü ildə onun "Borcalım mənim" adlı şeirlər kitabı nəşr olunub.
Kərəm Hacızadə
Kərəm Əmiralı oğlu Hadızadə — Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyoru, «Fəxri Mədəniyyət İşçisi» döş nişanı ilə təltif olunmuşdur. == Həyatı == Kərəm Əmiralı oğlu Hadızadə 15 sentyabr 1965-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1991-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. Bir çox Beynəlxalq teatr festivallarında iştirak edib. 2013-cü ilin iyun ayının 25-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin «Fəxri Mədəniyyət İşçisi» döş nişanı ilə təltif olunmuşdur. Dram və kino aktyorudur. Bir neçə televiziya filmində və reklamda çəkilmişdir. Evlidir. == Mükafatları == 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Kərəm Hadızadə

Kərəm Həsənov
Kərəm Əvəz oğlu Həsənov (2 avqust 1969, Cəlilabad rayonu) — Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri, 1-ci dərəcə dövlət müşaviri. == Həyatı == Kərəm Həsənov 2 avqust 1969-cu ildə Cəlilabad rayonunda anadan olmuşdur. 1986-cı ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1988–1989-cu illərdə Moskva şəhərində hərbi xidmət keçmişdir. 1992-ci ildə isə Azərbaycan Dövlət İqtisad İnstitutunu (Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu) fərqlənmə diplomu ilə bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir. === Ailəsi === Deputat Malik Həsənovun qardaşıdır. == Fəaliyyəti == 1992–2000-ci illərdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində mütəxəssis vəzifəsindən şöbə rəisi vəzifəsinə kimi yüksəlmişdir. 2000–2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyində departament direktorunun müavini, departament direktoru və nazir müavini kimi vəzifələrdə çalışmışdır. 16 sentyabr 2001-ci ildən 16 sentyabr 2005-ci ilədək isə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin direktoru vəzifəsində çalışmışdır. 16 sentyabr 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin tabeliyindən alınaraq onun əsasında Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi yaradılmış sədri isə Kərəm Həsənov təyin edilmişdir.
Kərəm Kərimov
Kərimov Kərəm Təbriz oğlu — tibb elmləri dоktоru. == Həyatı == Kərimov Kərəm Təbriz oğlu 1947-ci ildə anadan olub. 1974-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət tibb institutunu bitirmişdir, 1974-1975 illərdə Azərbaycan Elmi-Tədqiqat oftalmologiya institutunda internatura kursunu keçmişdir, 1975-1977-ci illərdə Naxçıvan Respublika göz xəstəxanasında həkim-okulist işləmişdir, 1977-1979-cu illərdə Azərbaycan Elmi-Tədqiqat göz xəstəlikləri institutunda kliniki ordinaturada hazırlıq keçdikdən sonra, 1979-cu ildə bu instituta baş laborant vəzifəsinə qəbul edilmişdir və sonralar ardıcıl şəkildə həmin institutun təşkilati-metodik şöbəsinin müdiri, görmə üzrə əlillərin reabilitasiyası şöbəsinin müdiri, qlaukoma şöbəsinin müdiri, əlillərin reabilitasiyası və qlaukoma üzrə Respublika Mərkəzinin rəhbəri vəzifəsində çalışmışdır. 1998-ci ilin iyun ayından K.T.Kərimov Z.Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri institutunun direktoru vəzifəsinə təyin edilmişdir. Hal-hazırda refraksiya cərrahiyyəsi şöbəsinin elmi rəhbəridir. 1985-ci ildə K.T.Kərimov "Azərbaycan Respublikasında görmə üzrə ilkin əlillik və korların və zəifgörənlərin reabilitasiyası" mövzusunda namizədlik dissertasiyasını, 1997-ci ildə isə "Azərbaycan Respublikasında görmə üzvünün patologiyası nəticəsində korluğun və əlilliyin sosial-gigiyenik, kliniki-oftalmoloji, ekspert-reabilitasiya problemləri və tibbi-sosial reabilitasiyanın yolları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1986-cı ildə K.T.Kərimovun təşəbbüsü ilə institutda təşkil edilmiş əlillərin tibbi-sosial reabilitasiyası şöbəsinin əsasında 1993-cü ildə xüsusi elmi-metodik və praktik reabilitasiya Mərkəzi yaradılmışdır. Bu strukturlarda uzun illər ərzində K.T.Kərimovun rəhbərliyi altında respublikada görmə üzvünün müxtəlif xəstəlikləri nəticəsində görmə üzrə əlilliyin və korluğun yayılması, strukturu, səbəbləri, profilaktikası, mübarizə tədbirləri, əlillərin erqonomik göstəricilərinin yaxşılaşdırılması yollarının axtarışı, tibbi və sosial reabilitasiyasının imkanları, əlillərdə süni büllurun implantasiyasının xüsusiyyətləri kimi problemlər işlənilir. Bundan əlavə, axırıncı illərdə K.T.Kərimov qlaukoma və şəkərli diabet nəticəsində gözün tor qişasının zədələnmələrinin lazer müalicəsi, gözün optik qüsurları olan miopiyanın, hiprmetropiyanın, astiqmatizmin eksimer-lazer korreksiyası problemlərinin işlənilməsi ilə də yaxından məşğuldur. K.T.Kərimov 132 elmi əsərin, o cümlədən 2 monoqrafiyanın və 8 metodik tövsiyənin müəllifidir, bir neçə onluq elmi əsəri xarici ölkələrdə çap olunub.
Kərəm Mirzəyev
Kərəm Mirzəyev (20 may 1960, Qubadlı – 1 oktyabr 1992, Mazutlu, Laçın rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirzəyev Kərəm Ərşad oğlu 20 may 1960-cı ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuşdur. 1977-ci ildə burada orta məktəbi bitirmişdir. 1978-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstituna daxil olmuşdur. Azərbaycan İnşaat Universitetini yenicə başa vurub kəndlərinə qayıtmışdı. 1983–1985-ci illərdə hərbi xidmətdə olmuşdur. Kərəm Arxangelsk və Murmansk şəhərlərində tank bölüyündə xidmət etmişdi. 1990-cı ildə Qubadlı rayonunda sahə müvəkkili kimi işə başlayır. Müharibə başlayanda Kərəm baş leytenant idi və doğma Xanlıq kəndində sahə müvəkkili işləyirdi. Bir müddət Kalininqrad şəhərində təhsil aldığdan sonra Vətənə dönür.
Kərəm Mustafayev
Kərəm Nəriman oğlu Mustafayev (1 iyul 1962, Noraşen rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki, Azərbaycan Respublikasının Müdafiə Nazirinin Müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı. == Həyatı == Kərəm Mustafayev 1 iyul 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1983-cü ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini, 2002-ci ildə Naxçıvan Dövlət Universitetini, 2006-cı ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib. 1983–1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri və tabor komandiri vəzifələrində xidmət edib. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tabor komandiri, Əlahiddə Gücləndirilmiş Motoatıcı briqadanın qərargah rəisi-briqada komandirinin müavini, Əlahiddə Gücləndirilmiş Motoatıcı briqadanın komandiri, Motoatıcı diviziya komandiri, Ordu korpusunun komandiri vəzifələrində xidmət edib. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. 14.05.2014-cü il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Müdafiə nazirinin müavini — Əlahiddə Ümumqoşun Ordu Komandanı vəzifəsinə təyin olunub. Ailəlidir. 1 oğlu, 2 qızı var. == Təltif və mükafatları == Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara, orden və medallara layiq görülüb.
Kərəm Məmmədov
Məmmədov Kərəm Hətəm oğlu (22 fevral 1965, Gəyliyən, Dmanisi rayonu – 10 iyun 2023, Bakı) — Azərbaycan tarixçisi, etnoqraf, tarix elmləri namizədi, BDU-nun Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar müəllimi (2019). == Həyatı == Kərəm Məmmədov 1965-ci il fevral ayının 22-də Dmanisi rayonunun (1947-ci ilə qədər Başkeçid) Gəyliyən kəndində anadan olmuşdur. 1982-ci ildə həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə qəbul olunmuşdur. 1983–1985-ci illərdə Əfqanıstan Respublikasında hərbi xidmətdə olmuş, əsgərlikdən qayıtdıqdan sonra təhsilini Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində davam etdirmişdir. 1987-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təhsilini davam etdirmək üçün Leninqrad Dövlət Universitetinin tarix fakültəsinə (indiki Sankt-Peterburq Universiteti) göndərilmişdir. 1990-cı ildə Leninqrad Dövlət Universitetində tarix fakültəsinin "Antropologiya və Etnoqrafiya" ixtisasını fərqlənmə diplomu ilə bitirmiş, işlə təmin olunmaq üçün Azərbaycan Respublikasının Xalq Təhsili Nazirliyinin sərəncamına göndərilmişdir. 1991–1993-cü illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin "Azərbaycanın qədim dövr və orta əsrlər tarixi" kafedrasında baş laborant vəzifəsində çalışmış, 1993–1996-cı illərdə əyani aspiranturada təhsil almışdır. 1995-ci ildən Bakı Dövlət Universitetinin tarix fakültəsində çalışır, Azərbaycan və rus bölmələrində "Antropologiya", "Qafqaz xalqlarının antropologiyası", "Qafqaz xalqlarının etnoqrafiyası", "Etnoqrafiya", "Ermənilərin tarixi", "Gürcüstan tarixi", "Antropometriya" fənlərini tədris edir. "Antropologiyanın əsasları" və "Qafqaz xalqlarının etnoqrafiyası" dərsliklərinin müəllifidir. 1996-cı ildə "İslamaqədərki Azərbaycanda dini inanclar" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Kərəm Nöhbalayev
Kərəm Şahin oğlu Nöhbalayev — 14 aprel 1995-ci il, Xaçmaz rayonu, Yeni Həyat, Azərbaycan — 26 fevral 2014-cü il Azərbaycan — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Şəhid. == Həyatı == Kərəm Şahin oğlu Nöhbalayev. 14 aprel 1995-ci il Xaçmaz rayonunun Yeni Həyat kəndində anadan olub. 2001-ci ildə Yeni Həyat kənd orta məktəbinin birinci sinfinə daxil olub. 2012-ci ildə orta məktəbi bitirib.
Kərəm Sloyan
Kərəm Sloyan və ya Qyaram Sloyan (erm. Քյարամ Քյալաշի Սլոյան; 27 aprel 1996, İlançalan, Araqatsotn mərzi – 2 aprel 2016, Talış, Tərtər rayonu) — Qondarma Dağlıq Qarabağ Respublikasına bağlı Dağlıq Qarabağ Müdafiə Ordusunun əsgəri. 2014-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və xidmətini işğal altındakı Azərbaycan Respublikasının ərazilərində keçmişdir. Kərəm Sloyan 1-4 aprel 2016-ci ildə Azərbaycan və Ermənistan orduları arasında baş tutmuş Dördgünlük müharibədə iştirak etmiş və 2 aprel 2016-ci il tarixində döyüşlərin gedişatı zamanı həlak olmuşdur. Əsgərin ölümündən əvvəl və ya sonra başının kəsildiyi məlumdur.Sloyanın kəsilmiş başını əks etdirən video və foto görüntülər azərbaycandilli sosial media səhifələrində tirajlanmışdır. Azərbaycan tərəfi sözügedən müharibə zamanı hər hansısa düşmən əsgərinin başının kəsilməsi faktını rədd etmişdir. Ölümündən 1 ay sonra 2016-cı ilin 28 may tarixində dönəminin Ermənistan Respublikasının prezidenti Serj Sarkisyan tərəfindən 1-ci dərəcəli "Döyüş xaçı" medalı ilə təltif olunmuşdur. == Həyatı == Kərəm Sloyan 1996-cı ilin 27 aprel tarixində Ermənistan Respublikasının Araqatsotn mərzinə bağlı İlançalan kəndində, kasıb yezidi ailəsində anadan olmuşdur. Atası, Keleş Sloyan Qarabağ müharibəsinin iştirakçısı və veteranı olmuşdur. 2014-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və xidmətini işğal altındakı Ağdərə rayonunda keçmişdir.
Kərəm Tunçeri
Kərəm Tunçeri - Türk peşəkar basketbolçu.
Kərəm Veyisov
Kərəm Səttər oğlu Veyisov (11 dekabr 1998; Xaçmaz, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kərəm Veyisov 1998-ci il dekabrın 11-də Xaçmaz şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Kərəm Veyisov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kərəm Veyisov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərəm Veyisov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kərəm Veyisov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Kərəm bulağı
Kərəm bulağı — Gədəbəy rayonunun Pərizamanlı kəndində yerləşir. El qəhrəmanı Qaçaq Kərəmin adıyla adlandırılıb. Söylənilənlərə görə, Qaçaq Kərəm bu bulağın başında Pərizamanlı camaatının dəfələrlə qonağı olub.
Kərəm Əkbərov
Əkbərov Kərəm Nurəddin oğlu — azərbaycanlı bəstəkar. == Həyatı == Kərəm Əkbərov 1988-ci il iyun ayının 25-də Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. 2006-cı ildə Bül-Bül adına orta ixtisas musiqi məktəbini bitirmiş və eyni ildə Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasına, görkəmli bəstəkar Arif Məlikovun sinfinə daxil olmuşdur. 2010-cu ildə bəstəkarlıq sinfini "Azərbaycan" simfonik poema fantaziya əsəri ilə bitirmişdir. Bəstəkar təhsilini 2014-cü ildə magistr kimi tamamlamışdır. Və eyni zamanda Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur. Bəstəkarın əsərləri Azərbaycanda və xarici ölkələrdə dəfələrlə ifa olunmuşdur. Azərbaycanın xalq artistləri professor Rauf Abdullayev, Teymur Göyçayev onun əsərlərini ifa etmişlər. 2011-ci ildə Kanadanın Niaqara şəhərində Azərbaycan mədəniyyəti günlərində bəstəkarın "Kamera orkestri üçün suita"sı müvəffəqiyyətlə ifa olunmuşdur. Bəstəkar 2012-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyinin "Gənclər mükafatına" layiq görülmüşdür.
Kərəm Əliyev
Kərəm Qədim oğlu Əliyev — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kərəm Əliyev 1973-ci ildə Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olmuş, orta məktəbi bitirmişdir (1990). Hərbi xidmətə çağırılmışdır (05.08.1992). Döyüş yolu Kəlbəcər bölgəsindən keçmişdir. Pircahan kəndi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur.

Digər lüğətlərdə