əlborcu
əlcə-əlcə
OBASTAN VİKİ
2011-ci il Əlcəzair iğtişaşları
12 fevral Əlcəzairin paytaxtı Əlcəzair şəhərində aksiyaçılarla polislər arasında qarşıdurma gedir. Lent.az-ın "France 24" telekanalına istinadən verdiyi məlumata görə, aksiyaçılar Əlcəzair prezidenti Abdelaziz Buteflikanın istefasını tələb edir, "Buteflika-rədd ol!" şüarları səsləndirirlər. Polis indiyə qədər 20 nəfəri saxlayıb. "France Presse" agentliyi isə artıq 2 min nəfərin polis səddini yardığı barədə məlumat yayıb. Misir ssenarisinin təkrarlanacağından qorxan Əlcəzair hakimiyyəti müxalifətə demokratik azadlıqların genişlənməsi, iş yerlərinin açılması və hökumət dəyişikliyi tələbi ilə kütləvi aksiya keçirməyə icazə verməsə də, insanlar küçələrə çıxıblar. Etiraz aksiyalarını müxalifət partiyalarının koalisiyası, sivil təşkilatlar və qeyri-rəsmi həmkarlar ittifaqları təşkil edəcək. Bundan öncə müxalifət dünən paytaxtda keçirilən nadir nümayişin iştirakçılarını alqışlamışdı. Həmin bu nümayiş küçələrə on minlərlə polisin çıxarılmasına baxmayaraq baş tutmuşdu. Tunis və Misirdə baş verən xalq üsyanlarından ruhlanan 2000-ə yaxın fəal paytaxtın 1 May meydanında toplaşaraq prezident Əbdüləziz Butelfikanın istefasını tələb ediblər. Bir çox fəallar polis barrikadalarını yararaq meydana çata bilmişlər.
Afir (Əlcəzair)
Afir (ərəb. أعفير‎) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 17 metr yüksəklikdə, 62 km2 ərazidə yerləşir. == Demoqrafiya == 2008-ci ildə əhalinin sayı 13,223 nəfər idi.
Azzaba (Əlcəzair)
Azzaba (ərəb. عزابة‎) — Əlcəzairin Skikda vilayətində kommuna. Mədən bölgəsidir. Bir qrup civə vulkanogen-hidrotermal yataqları var. Ümumi ehtiyatları 12 min ton civədir. Filizdə civənin tərkibi 1,15% təşkil edir. Açıq mədən hasilatı təqribən 0,7 min tondur (1987). Kommuna çoxsaylı Roma xarabalıqlarının yerləşdiyi bir ərazidə salınmışdır. Fransa müstəmləkəçiliyi dövründə Jemmap adlanan kommunanın adı Əlcazirin müstəqillik dövründə dəyişdirilmişdir.
Azərbaycan–Əlcəzair münasibətləri
Azərbaycan–Əlcəzair münasibətləri — Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin aprel ayının 22-də qurulmuşdur. == Parlamentlərarası əlaqələr == Bir müddət Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Əlcəzair parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərmişdir. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Rəfael Allahverdiyev olmuşdur. == İqtisadi əlaqələr == === Əmtəə dövriyyəsi (min doll.) === == Mədəni əlaqələr == 1988-ci ildə Şamaxı rayonunun kənd sakinlərinin və Azərbaycan Dövlət İncəsənət Universitetinin tələbələrinin iştirakı ilə əlcəzairli rejissor Dedo Mate-Koco tərəfindən qısametrajlı "Fatimə" filmi çəkilmişdir. Filmdə Əlcəzair xalqının müstəmləkəçilik buxovlarından azad olunması uğrunda apardığı mübarizədən bəhs edilir.
Canet (Əlcəzair)
Canet (ərəb. جانت‎; fr. Djanet) — Əlcəzairin cənub-şərqində, İllizi vilayətində şəhər və kommuna. Canet dairəsinin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin cənubunda, Tassilin Accer yaylasının cənub hissəsində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1,470 kilometr (910 mil) cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 1,053 metr (3,455 ft) qədərdir.Canet kommunası İllizi və Bürc-əl-Huas kommunaları, Liviya və Niger əraziləri ilə həmsərhəddir. Sahəsi 57,460 km2-dir. == İqlimi == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 18 mm). Orta illik temperatur 23,4 °C-dir.
Korso (Əlcəzair)
Korso (ərəb. قورصو‎, fr. Corso) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 22 metr yüksəklikdə yerləşir, 22,4 km2 ərazini əhatə edir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 41 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 5 kilometr qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 20,705 idi.
Milli Qurtuluş Cəbhəsi (Əlcəzair)
Milli Qurtuluş Cəbhəsi (fr. Front de libération nationale, FLN; ərəb. جبهة التحرير الوطني لجزائرية‎, Jabhat al-Taḩrīr al-Waţanī‎‎) — Əlcəzairdə milliyətçi siyasi partiya. Əlcəzair müharibəsi zamanı əsas milliyətçi hərəkat olmuşdur. Bu, 1989-cu ildə digər partiyalar qanuniləşdirilənə qədər Əlcəzair dövlətinin yeganə hüquqi və hakim siyasi partiyası idi. == İstinadlar == == Əlavə ədəbiyyat == Derradji Abder-Rahmane, The Algerian Guerrilla Campaign: Strategy & Tactics, Lewiston, New York: Edwin Mellen Press, 1997. Derradji Abder-Rahmane, Concise History of Political Violence in Algeria in Arms: Brothers in Faith, Enemies in Arms, Vol. 1, Lewiston, New York: Edwin Mellen Press, September 2002. Derradji Abder-Rahmane, Concise History of Political Violence in Algeria in Arms: Brothers in Faith, Enemies in Arms, Vol. 2, Lewiston, New York: Edwin Mellen Press, November 2002.
Nasiriyyə (Əlcəzair)
Nasiriyyə (ərəb. ناصرية‎, fr. Naciria) — Əlcəzairin şimalında, Bumerdes vilayətinin ərazisində kommuna . == Coğrafi mövqe == Kommuna vilayətin cənub-şərq hissəsində, dəniz səviyyəsindən 158 metr yüksəklikdə yerləşir. Kommuna paytaxt Əlcəzairdən təqribən 77 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 43 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 22,431 nəfər idi.
Penon de Əlcəzair
Penon de Əlcəzair (isp. Peñón de Argel) — Aralıq dənizinin Əlcəzair şəhəri sahilinə yaxın ərazidə yerləşən ada. Orta əsrlərdə ada qumlu dillə sahilə birləşirdi. == Tarix == 1510-cu ildə İspaniya imperiyası Afrikanın şimalında möhkəmlənmək məqsədi ilə Əlcəzairin yaxınlığında olan adanı işğal edir. Adanın məhdud imkanlarına baxmayaraq ispanlar burada istehkam inşa edə bilirlər. Adada yerləşən qarnizon 200 nəfərdən ibarət idi. Yerli sultan İspaniya imperiyasının vassallığını qəbul edir və kral II Ferdinanda and edir. Qala 1516-cı ildə Oruc Barbarossanın hücumuna məruz qalsa da ələ keçirilmir. 1529-ci ildə isə Xeyrəddin Barbarossa Əlcəzair müharibəsi əsnasında qalanı ələ keçirir. Onun əmri ilə qala ispanların regiondakı mövcudluğunun simbolu olaraq tamamən dağıdılır.
Premyer Liqa Qızıl Əlcək
Premyer Liqa Qızıl Əlcək (ing. Premier League Golden Glove) — Premyer liqada qol buraxmadan ən çox oyun keçirən qapıçıların qazandığı futbol mükafatıdır. Sponsorluq razılaşmaları nəticəsində, bu mükafat ilk dəfə 2004–05 mövsümündən bu yana hər il "Barclays Qızıl Əlcək" adıyla təqdim olunur. Başlanğıcda, Qızıl Əlcək mükafatı sadəcə bir oyunçu tərəfindən qazanılırdı. Qolsuz oyun sayılarının bərabər olması nəticəsində mükafat, qolsuz oyun sayısının sezon boyu çıxdığı oyun sayısına nisbəti yüksək olan qapıçıya verilirdi. 2013–14 mövsümündən etibarən isə mükafat, qapıçıların çıxdıqları oyun sayısına baxmayaraq, qol buraxmama rokordu bərabər olan qapıçılar arasında paylaşılır. Qızıl Əlcək mükafatları 2005-ci ildən verilməyə başlamışdır. Bu mükafatı ilk qazanan Petr Çex olmuşdur. Qapıçılar arasında ən çox qazananlar isə, dörd mükafatla Co Hart və Petr Çexdir. Hartın mükafatı qazandığı dörd mövsümdə də forma geydiyi Mançester Siti, hal-hazırda mükafatı ən çox qazanan klubdur.
Salam, Əlcəzair (1968)
== Məzmun == Film Əlcəzairdə keçirilən beynəlxalq yarmarka haqqındadır. Dünyanın 20 ölkəsinin iştirak etdiyi bu yarmarkada Azərbaycan yeganə respublika idi ki, ona xüsusi bölmə ayrılmışdı. Filmdə yarmarkanın açılışı, Əlcəzair dövlət xadimlərinin yarmarkanın Azərbaycan bölməsinə gəlişi, burada nümayiş etdirilən eksponatlar, Əlcəzairin qeyri-adi gözəlliyi, habelə respublikamızın incəsənət ustalarının konsertləri öz əksini tapmışdır.
Salam, Əlcəzair (film, 1968)
== Məzmun == Film Əlcəzairdə keçirilən beynəlxalq yarmarka haqqındadır. Dünyanın 20 ölkəsinin iştirak etdiyi bu yarmarkada Azərbaycan yeganə respublika idi ki, ona xüsusi bölmə ayrılmışdı. Filmdə yarmarkanın açılışı, Əlcəzair dövlət xadimlərinin yarmarkanın Azərbaycan bölməsinə gəlişi, burada nümayiş etdirilən eksponatlar, Əlcəzairin qeyri-adi gözəlliyi, habelə respublikamızın incəsənət ustalarının konsertləri öz əksini tapmışdır.
Sali (Əlcəzair)
Sali (ərəb. سالي‎‎) — ‎ Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Rəqqan dairəsinin bir hissəsidir. == Coğrafi mövqe == Şəhər vilayətin şərq hissəsində, Böyük Səhranın mərkəzi vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1110 kilometr cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 286 metr yüksəkdir. Sali kommunasının 16,683 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 7 mm-dir).
İtalyan qadın Əlcəzairdə
İtalyan qadın Əlcəzairdə (it. L'italiana in Algeri) — Coakkino Rossininin 2 pərdəli Feliçe Romaninin librettosunda opera. Komediya janrda olan bu operanın ilk premyerası 22 may 1813-cü ildə Venesiyada, San-Benedetto teatrında səhnələşdirilmişdir. == Yazılma tarixi == Əvvəlcə operanın librettosuna bəstəkar Luici Moska tərəfindən opera bəstələnmişdir. Onun premyerası Milan teatrı La Skalada 16 avqust 1808-ci ildə səhnələşdirilmişdir. Rossini yeni əsəri üçün həmin librettonu götürərək bəstəkar Getano Rossi ilə bir qədər dəyişdirirlər. Bu opera həm də bir il sonra yazılmış olduğu "Türk İtaliyada" operası ilə analoq təşkil edir. == Personajlar == == Orkestr tərkibi == 2 fleyta (ikinci pikolo) *2 qaboy, *2 klarnet, *1 faqot 2 korno *2 trompet bas davul Simli alətlər piano, (Violonçel və kontrabas] == I Pərdə == zaman: XVIII əsr məkan: Əlcəzair Bəy sarayının zalı. Bəyin arvadı Elvira qulu Zulməyə Musatafanın onu daha sevməməsindən şikayət edir. İçəri daxil olan bəy bərk acıqlıdır.
Əlcək
Əlcək — əllər üçün nəzərdə tutulan geyim növü. == Tarixi == İlk əlcəklər Misir piramidaları dövrünə aid edilir. İlk əvvəllər əlcəkləri torba halında hazırlayırdılar, buna görə də onların barmaq üçün nəzərdə tutulmuş hissələri yox idi. Amma sonradan bir barmaq üçün yer tikildi. Misir xanımları bu üsulla öz əllərini işdən və yeməkdən qoruya bilirdilər. Bu əlcəklər oddan və əllərin bulaşmasından uzaqlaşmaq üçün istifadə edilirdi. Orta əsr dövrünə qədər bu proses davam etdi, lakin sonradan dəriyə bənzər çox nazik quruluşa malik olan və barmaqlara sıxlaşmış əlcəklər tikdilər. Keçən əsrin kişiləri əllərində əlcəklər daşıyırdılar, onlar bunu çox vaxt ətrafdakıları cəlb etmək üçün istifadə edirdilər. İspanların kübar təbəqəyə aid olan nümayəndələri papa və kralların yanında olarkən əlcək taxmırlar, həmçinin kilsə, dəfn mərasimində, faciəvi hadisələrdə və bayramlarda da əlcəyin taxılması xoş hal deyil. Əlcəklərin tikişinə xüsusi diqqət yetirilirdi, çünki onları sürətli taxmaq üçün bu mühüm əhəmiyyət kəsb edir.
Əlcəzair himni
"Qəssəmən" (ərəb. قَسَمًا‎‎) — Əlcəzair dövlət himni. Bəstəkarı — Robert Samut, sözlərinin müəllifi — Mufdi Zəkəriyyə. 1963-ci ildə müstəqillik qazandıqdan sonra təsdiq edilmişdir.
Əlcəzair milli futbol komandası
== Tarixi == Əlcəzair yığması tarixində ilk dəfə 1982-ci ildə mundialın final mərhələsinə yüksələ bilib. İspaniyada keçirilən yarışda afrikalılar ilk oyunda AFR yığmasını 2:1 hesabı ilə məğlub etməklə, bütün dünyanı şoka salıb. Sonradan Avstriyaya uduzub, Çilini məğlub edən komandanın "torbası" Almaniya – Avstriya matçında tikilib. Artıq növbəti mərhələyə çıxan avstriyalılar qonşularına 0:1 hesabı ilə uduzaraq, hər 3 komandanın eyni xal toplamasın və Əlcəzairin kənarda qalmasına səbəb olub. 4 il sonra isə "səhra tülküləri" qrupda cəmi 1 xal toplamaqla zəif imicini doğruldub. CAR-da üçüncü cəhdini gerçəkləşdirəcək komanda Afrika Millətlər Kubokunda kifayət qədər uğur qazanıb. Lakin bu uğurlar uzaq keçmişdə qalıb. 1990-cı ildə qızıl, 1970-də gümüş, 1984 və 1988-ci illərdə bürünc qazanıb.
Əlcəzair müqaviləsi (1975)
Əlcəzair müqaviləsi — İran və İraq arasında 6 mart 1975-ci ildə Əlcəzairdə bağlanmış ikitərəfli beynəlxalq müqavilə. Müqavilə iki ölkə arasındakı ərazi mübahisələrinin həll edilməsini, Şatt əl-Ərəb çayının dalğası boyunca dövlət sərhədinin qurulmasını və qarşılıqlı təxribat fəaliyyətlərinin dayandırılmasını nəzərdə tuturdu. Razılaşma 1980-ci ildə İran-İraq müharibəsi ərəfəsində İraq tərəfindən birtərəfli qaydada pozuldu. == Əvvəlki hadisələr == İran-İraq sərhədindəki qarşıdurmanın mənşəyi XIX əsrin ortalarında, İran və Osmanlı İmperiyası arasındakı müqavilələr çərçivəsində Şəttül-Ərəb kanalının tamamilə sonuncunun ərazisinə düşməsindən başlayır. Osmanlı imperiyasının çökməsindən və suveren İraqın qurulmasından sonra Şətül ərəbin sularını İraq sərhədləri içində saxlayan, lakin İrana çay limanları zonasında geniş hüquqlar təmin edən 1937-ci il ikitərəfli bir müqavilə imzalandı. İran 1969-cu ildə Şəttül-Ərəb hərbi flotilla göndərərək müqaviləni ləğv etdi; İraq, o anda hərbi cəhətdən zəiflədi, yalnız əhəmiyyətli bir sayda İran subyektini qovaraq cavab verə bildi. 1970-ci ildə İraqdakı onsuz da Kürd separatçılarını dəstəkləyən İran, qonşu bir ölkədə də dövlət çevrilişi etməyə çalışdı ki, bu da ertəsi il iki ölkə arasında diplomatik əlaqələrin kəsilməsinə səbəb oldu. 1970-ci illərin birinci yarısında, Misir və İordaniya liderlərinin vasitəçiliyi ilə İran və İraq rəhbərliyini danışıqlar masasına gətirmək üçün bir neçə cəhd edildi. 1973-cü ildə İran Senatı sədrinin müavini Abbas Məsudi Bağdadı ziyarət etdi. 1974-cü ildə iki ölkənin xarici işlər nazirləri əvvəl Cenevrədə, daha sonra İstanbulda bir araya gəldilər, lakin bu görüşlərdə münaqişə məsələlərinin heç biri həll edilmədi , lakin həm şahı uzun illər ərəb dünyası ilə yaxınlaşma axtarışında olan İran, həm də kürdlərlə daxili müharibəyə batmış İraq genişmiqyaslı müharibədən çəkinməyə çalışdı və bu, qarşılıqlı güzəştlərin əsası oldu.
Əlcəzair qadın milli voleybol komandası
Əlcəzair qadın milli voleybol komandası — Əlcəzairi qadın voleybolunda təmsil edən milli komanda. Afrika çempionudur. Əlcəzair Voleybol Federasiyası milli komandaya nəzarət edir. == Tarixi == Komanda 6 əsas turnirdən beşində (Olimpiya Oyunları, dünya çempionatı, qitə çempionatı, dünya qran-prisi, dünya kuboku) iştirak etmişdir. Bu xüsusiyyətinə görə Afrikada ən yaxşılardandır. Əlcəzair millisi 1978, 2007 və 2011-ci illərdə Afrika Oyunlarında çempionluq sevincini yaşamışdır. 2008 və 2012 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaqları isə onlar üçün çox önəmli uğurdur. Onlar hər iki turnirdə on iki komanda içərisində yalnız on birinci yeri tuta bilmişlər.
Əlcəzair soyqırımı
Setif və Gelma qətliamı — 8 may 1945-ci ildə Əlcəzairin Setif, Guelma və Kherrata şəhərlərində Fransa ordusunun mülki əhaliyə qarşı törətmiş olduğu qətliam. Fransa hökumətinin verdiyi rəsmi məlumatda öldürülmüş əlcəzairlilərin sayı 1200, yaralıların sayı 1500 göstərilsə də digər mənbələrdə öldürülmüş əlcəzairlilərin sayının 6000 ilə 45 000 arasında olduğu bildirilir. == Ümumi məlumat == Əlcəzair Fransa üçün olduqca əhəmiyyətli ərazi olmuşdur. XIX əsrə qədər Osmanlı hakimiyyətinin tərkibində olan Əlcəzair torpaqları 1830-cu ildə Fransanın torpaqlarına qatıldı və 132 il boyunca Fransanın müstəmləkəsi olaraq qaldı. 1954-cü ildən 1962-ci ilə qədər davam edən müstəqillik mübarizəsi əsnasında, Əlcəzair qiyamını ört-basdır etmək üçün 1.5 milyon insanı qətlə yetirən Fransa rəhbərliyi, bu tətbiqi əsnasında tək deyildi. Dünyadakı hər cür İslami addımı özünə qarşı təhdid sayan İsrail rəhbərliyi, Əlcəzair qiyamını yatırtmaq üçün fransızlara böyük dəstək vermişdi. Dövrün "La Croix" jurnalı müxbirlərindən olan Jacques Duquesne işgəncələr haqqında belə yazır: "İşgəncə və insanların itməsi problemləri beyinləri davamlı şəkildə məşğul edirdi. Kişilər, bəzən də qadınlar həbs olunur və daha sonra onlardan heç bir xəbər olmurdu. Cəsədlərinin daş bağlanaraq dənizə atıldığı bilinirdi. Saylarının 3 mindən artıq olduğu irəli sürülürdü, amma Əlcəzair bələdiyyə başçısı Jacques Chevallier, 5 mindən artıq bir rəqəmdən bəhs edirdi.
Əlcəzair səhrası
Əlcəzair səhrası (ərəb. الصحراء الجزائرية‎) — Afrikanın şimalında yerləşən səhra. Saxaranın bir hissəsini özündə əhatə edir. Əlcəzairin isə 80 % əhatə edir. Səhranın sahəsi 3 500 000 km² təşkil edir.
Əlcəzair xalqının manifesti
"Əlcəzair xalqının manifesti" — 10 fevral 1943-cü ildə Fərhad Abbas tərəfindən yayımlanmış, "Əlcəzair milləti" üçün yeni statusun verilməsini tələb edən və 28 seçilmiş müsəlman səlahiyyətlisi tərəfindən imzalanmış manifest. Manifest müstəmləkəçiliyi pisləyir və Əlcəzair xalqının özünü idarə etmək hüququnu təsdiq edir. Burada irqindən və dinindən asılı olmayaraq bütün insanların azadlıq və bərabərliyinə təminat verən konstitusiya layihəsinin hazırlanmasını, ərəb dilinin fransız dili ilə eyni statusa malik rəsmi dil kimi tanınmasını, kilsə ilə dövlətin ayrılması ilə dini etiqad azadlığı tələb edilir. Manifestin əlavə hissəsi müharibənin sonunda Əlcəzair Məclisinin yaradılmasını tələb edir. Mətn həm Məssali Hacının, həm də Fərhad Abbasın davamçılarının nailiyyətlərini təcəssüm etdirir. Bu, Bencamin Storanın ifadəsinə görə, Əlcəzair xalqının siyasi əksəriyyətini müəyyən edir.
Əlcəzair şəhəri
Əlcəzair (ərəb. مدينة الجزائر‎, Mədinət əl-Cəzair) — Əlcəzairin paytaxtı və ən böyük şəhəri. Əhalisi 1998-ci ilin hesablamalarına görə 2 882 897 nəfərdir. Aralıq dənizi sahilində yerləşən liman şəhəridir. == Tarixi == Şəhərin əsası 944-cü ildə Buluggin ibn Ziri tərəfindən qoyulmuş, XVI əsrdə türklərin idarəçiliyinə keçmişdir. 1830-cu ildə fransızlar tərəfindən ələ keçirilmiş və koloniyanın paytaxtı olmuşdur.
Əlcəzairdə xristianlıq
Xristianlıq Şimali Afrikaya Roma dövründə gəldi. Tarixçi Teodor Mommzenin fikrincə, indi Aralıq dənizi sahilində olan Əlcəzair beşinci əsrdə tamamilə xristian torpağı idi. Əlcəzairin görkəmli bərbər xristianı, xristianlığın mühüm müqəddəsləri olan Müqəddəs Avqustin (və onun anası Müqəddəs Monika) idi. Xristianlığın təsiri vandal basqınlarının xaotik dövründə azaldı, lakin sonrakı Bizans dövründə gücləndi. 7-ci əsr ərəb istilalarından sonra xristianlıq tədricən yox olmağa başladı. Hazırda Şimali Afrikada əsasən müsəlmanlar məskən salıb: islam Əlcəzair, Liviya, Mərakeş və Tunisin dövlət dinidir. Digər inancların tətbiqi və ifadəsi qanunla təmin edilsə də, eyni qanunvericilik bazası azlıqların dinlərini fəal şəkildə öz dinlərini tətbiq etmək cəhdlərini, hətta kilsələr tikmək və ya təmir etmək hüququnu vermir. Xristianlığı qəbul edənlər səlahiyyətli orqanlar tərəfindən araşdırıla və axtarışa verilə, həmçinin cəzalandırıla bilər. Son illərdə Şimali Afrika müsəlmanları arasında xristianlığı qəbul edənlərin sayının artdığına dair bəzi sübutlar var, baxmayaraq ki, hökumət bir çox hallarda heç bir vətəndaşın şəxsiyyət vəsiqələrində dini islamdan başqa bir dinə dəyişdirməyəcək. Buna baxmayaraq, xristianların ümumi sayı bu ölkələrin əhalisinə nisbətən çox aşağı olaraq qalır.
Əlcəzair–Türkiyə münasibətləri
Əlcəzair–Türkiyə münasibətləri — Türkiyə ilə Əlcəzair arasındakı xarici əlaqələr. Əlcəzairin Ankarada səfirliyi və İstanbulda baş konsulluğu var. Türkiyənin Əlcəzairdə səfirliyi vardır. Hər iki ölkə Aralıq dənizi Birliyinin tamhüquqlu üzvləridir. == Tarixi == XVI əsrdən 1830-cu ilə qədər Şimali Əlcəzair, Osmanlı Əlcəzairi adı ilə tanınan Osmanlı İmperatorluğunun bir hissəsi idi. Əlcəzair Eyaltlardan biri idi və əhəmiyyətli dərəcədə siyasi muxtariyyətə sahib idi. 2017-ci ildə Türkiyə ilə Əlcəzair arasındakı 500 illik dostluğun simvollarından biri olan Əlcəzairdəki Ketçua Məscidi, Türk maliyyəsi ilə bərpa edildi. Bərpa 2006-cı ildə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Əlcəzairə səfəri zamanı imzalanan "Dostluq və Əməkdaşlıq Sazişi" ilə bağlı layihələrdən biri idi. Tarix, Əlcəzair ilə Türkiyə arasındakı əlaqələrə dair hər iki tərəfin rəsmilərinin görüşlərinin mərkəzindədir. Türkiyə Xarici İşlər Nazirliyi bunu belə izah edir: "Türkiyə ilə Əlcəzairin ortaq bir tarixi, dərin mədəni və qardaşlıq əlaqələri var".

Digər lüğətlərdə