ƏNGƏL

is.
1. Bir şeyin başa yetməməsinə, ya təxirinə səbəb olan şey; maneə, çətinlik.
[İblis:] Get, get, daha durma, artar əngəl. H.Cavid.
Bu qüvvənin qarşısında heç bir əngəl dayana bilməz. S.Rəhman.

□ Əngəl çıxarmaq (törətmək) – çətinlik törətmək, ləngitmək, mane olmaq.
Məmləkət işinə əngəl törətmək üçün düşünən başları vurmaq lazımdır. M.S.Ordubadi.

Əngəl çıxmaq1) maneə törəmək;
2) cəncəl çıxmaq.
[Leyla:] Qorxuram, axırda çıxa bir əngəl; Deyəsən, başını girləyib əcəl. S.Rüstəm.

Əngəl olmaq – bir şeyin başa yetməsinə, həyata keçməsinə mane olmaq, başa çatmağa, həyata keçməyə qoymamaq, çətinlik törətmək.
Əngələ düşmək – çətin vəziyyətə düşmək; pis, xoşagəlməz bir işə dolaşmaq.
…Çünki özümüzün əngələ düşməməyimiz üçün amerikalı qızı müdafiə etmək qərarına gəlmişdim. M.S.Ordubadi.

Əngələ salmaq – çətin vəziyyətə salmaq, pis, xoşagəlməz bir işə dolaşdırmaq.
Başına əngəl açmaq – çətin vəziyyətə salmaq, cəncəl açmaq.
[Əsgər:] Biçarə Gülçöhrənin başına əngəllər açdım. Ü.Hacıbəyov.
[Səlim bəy:] Ah, Mahmud bəy, qoyma, qoyma qaçsınlar; Qaçıb başımıza əngəl açsınlar. S.Rüstəm.

2. dan. Azar, xəstəlik, yaxud nöqsan, çatışmazlıq mənasında. Malda əngəl var.
– Xanım, sizdən təvəqqe eləyirəm, oğlunuzun sözünə çox da qulaq asmayasınız, çünki onun əqlində bir az əngəl var. N.Vəzirov.

Синонимы

  • ƏNGƏL ƏNGƏL Lakin hələlik neft kəməri çekən fəhlələr hər addımda böyük əngəllərə rast gəlirlər (M.Hüseyn); MANEƏ Hər gün, hər saat bir maneə çıxırdı (M
  • ƏNGƏL maneə — çətinlik
  • ƏNGƏL azar — xəstəlik
ƏNGƏDUŞ
ƏNGƏL-ÜZAR
OBASTAN VİKİ
Əngələvit
Angeğakot — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. == Tarixi == Mənbələrdə adı Əngələvit, Angelaut, Angeğaqot, Engələyurd kimi qeydə alınan kənd qədimdən Türk-Oğuz boylarının ana yurdu olmuşdur. == Abidələri == Zəngəzur mahalı ərazisində, Qarakilsə (02.03.1940-cı ildən - Sisian) rayonunun Əngələvit (erməni tələffüzündə - Angeğaqot) kəndinin köhnə qəbiristanlığında orta yüzillərə aid türk-xristian qəbirüstü abidələri. Bu abidələr öz forma rəngarəngliyinə görə diqqəti cəlb edir. == Əhalisi == Bura ilk ermənilər XIX yüzilin əvvəllərində Ġrandan köçürülüb gətirilmişlər. Sovet dövründə kəndin adı Angeğaqot kimi rəsmiləşdirilmişdir.

Значение слова в других словарях