1. Ora-burasını əzmək, bərk əzmək.
Quyudan çıxan daş qırıntıları güllə kimi … gəlir və qabağına keçən hər şeyi əzişdirirdi.
2. Ovuşdurmaq, övkələmək, ovxalamaq.
Gülşad ixtiyarsız olaraq barmaqlarını əzişdirdi.
3. məc. Döymək, kötəkləmək, qol-qabırğasını əzmək.
Telli kandarda çıxardığı başmaq tayını aldı, [pişiyi] əzişdirəcəkdi.
Məşədi Əsgər o qədər zorlu idi ki, üç-dörd elə hambalları büküb-bükmələyib əzişdirə bilərdi.
Qonşum az qaldı məni divara dirəyib əzişdirsin.
// məc. Məğlub etmək, darmadağın etmək.
Dayan, almanları əzişdirək qoy; Hüseynə edərik yaxşıca bir toy.