ƏZƏL

[ər.] 1. сущ. эвел, сифте кьил авачир алатай вахт; 2. нареч. эвел, вилик, кӀвенкӀве, сифте, сад лагьайди; 3. прил. эвелан, сифте, сад лагьай; əzəl başdan лап кьилелай, лап эвелдай, сифте йикъалай; 4. əzəllər гз. виликра, эвелра, алатай девирра.
ƏZDİRMƏK
ƏZƏLCƏ
OBASTAN VİKİ
Sübhi Əzəl
Sübhi Əzəli (ing. Mírzá Yaḥyá Núrí; 1831, Tehran – 29 aprel 1912, Famaqusta) — Bəhailik dinin peyğəmbəri olaraq qəbul edilən Bəhaullahın qardaşı, Əzəliyyə təriqətinin qurucusu.
Əzəl
Ezel — 2009-cu ildən 2011-ci ilədək yayımlanan Türk istehsalı serial. Ssenarist Kərəm Dərənin 11 martda beyninə qan sızdığına görə teleserial 2 həftə yayımlanmamış, 12 apreldən etibarən yayımını davam etdirmişdir. Ezel teleserialı 2010-cu ildə ilk dəfə təqdim olunan İsmayıl Cem Televiziya Mükafatları müsabiqəsində 14 nominasiyadan 9-da mükafat qazanaraq böyük uğura imza atmışdır.
Əzəl Sultanov
Sultanov Əzəl Cəfər oğlu (1905, Nuxa – iyul 1990, Bakı)— geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan EA akademiki, tanınmış Sultanovlar nəslinin nümayəndəsi. == Həyatı == Sultanov Əzəl Cəfər oğlu Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. 1930-cu ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Politexnik İnstitutunu (indiki ADNSU) bitirmişdir. 1934-cü ildə Azərbaycanın geoloji bürosuna rəis təyin edilmiş, Moskva Neft İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1939-cu ildə "Naftalanın akçaqıl çöküntülərinin litologiyası" mövzusunda namizədlik, 1944-cü ildə isə "Azərbaycanın məhsuldar qatının litologiyası" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. O, akçaqılın əmələ gəlməsini dərinlik hərəkətləri intensivliyinin artması ilə əlaqələndirmişdir. 1945-1948-ci illərdə Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) direktoru, 1952-1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin elm üzrə prorektoru və "Çökmə süxurların petroqrafiyası" kafedrasının müdiri, 1954-1955-ci illərdə Azərbaycan SSR EA Rəyasət Heyəti yanında Məhsuldar qüvvələri öyrənən Şuranın sədri, 1958-1970-ci illərdə yenidən Geologiya İnstitutunun direktoru vəzifələrində işləmişdir. 1958-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1959-cu ildə həqiqi üzvü seçilmişdir. == Təhsili == 1930-cu ildə mühən­dis-geoloq ixti­sa­sı üzrə Azərbaycan Politexnik İnstitutunu bitirib. 1935-ci ildə Mos­kva Neft İnstitutunun aspi­ran­turasına daxil olub.
Əzəl çərşənbə
Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Ümumiyyətlə, Çərşənbə günlərində və xüsusilə son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə hörmətsizlik edilməməsi lazım olduğuna inanırlar. Çərşənbələr yazın gəlişindən xəbər verir. Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar müasir ənənələr daxildir. Etnoqraflar çərşənbələrə dörd ünsürün adının Azərbaycanda müasir dövrdə bir neçə şəxs tərəfindən qoyulmasını, nə Cənubi Azərbaycanın, nə də türk dünyasının digər bölgələrinin istər qədim, istərsə də müasir Novruz ənənələrində Novruz çərşənbələrinin dörd ünsürlə adlandırılması hallarının mövcud olmadığını əsaslandırırlar. Əvəzində isə türk dünyasında od, istilik, Günəş anlamını verən "cəmrə" anlayışı mövcuddur. Fevralın 20-də, yəni kiçik çillənın çıxdığı gün cəmrə havaya baxır, yəni hava isinir. Bundan bir həftə sonra, yəni fevralın 27-də cəmrə suya, martın 6-da isə torpağa baxır və Günəşin vasitəsilə havanın, suyun, torpağın isinməsi baş tutur. Tədqiqatçıların araşdırmalarına görə, qədimdən, Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür: 1) Yalançı çərşənbə; 2) Xəbərçi çərşənbə; 3) Ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün qəbirlər ziyarət olunur); 4) İlaxır çərşənbə.
Kambalayabənzər əzələ
Kiçik bel əzələsi
Kiçik bel əzələsi (lat. Musculus psoas minor) çanağın daxili qrup əzələlərinə aid olub, Onurğa sütununun XII döş və I bel fəqərələrinin yan səthindən, fəqərələrarası diskdən başlanğıc götürərək qalça fassiyasında tamamlanır.
Kiçik girdə əzələ
Kiçik girdə əzələ — Yuxarı ətraf əzələsi.
Kiçik sağrı əzələsi
Kiçik sağrı əzələsi (lat. Musculus gluteus minimus) — çanağın xarici qrup əzələlərindən olub, qalça sümüyündən başlayıb, bud sümüyünün böyük qabarcığına bağlanır. Kiçik sağrı əzələsinin yığılmasından bud bud-çanaq oyanağından açılır.
Köndələn çalovabənzər əzələ
Köndələn çalovabənzər əzələ (lat. musculus arytenoideus transversus) — qırtlaq əzələsi.
Kürəkaltı əzələ
Kürəkaltı əzələ (lat. musculus subscapularis) üçbucaq formalı böyük çiyin əzələsi olub, kürəküstü çuxurdan başlanır, bazu sümüyünün kiçik qabarına bağlanır. Rotator manjetinin 4 əzəsindən biri olan kürəkaltı əzələ həmin əzələlər içərisində ən böyüyü və ən güclüsüdür, belə ki, bu əzələ manjetin ümumi gücünün 50%-ni təşkil edir. Əsas funksiyası qolun daxilə rotasiyasını təmin etməkdir.
Məməyəbənzər əzələlər
Məməyəbənzər əzələlər (lat. musculus papillaris) — mitral qapaq və üçtaylı qapağın yerdəyişməsini məhdudlaşdırma rolunu oynayır.
Orta sağrı əzələsi
Orta sağrı əzələsi (lat. Musculus gluteus medius) — çanağın xarici qrup əzələlərindən olub, qalça sümüyündən başlayıb, bud sümüyünün böyük qabarcığına bağlanır və böyük sağrı əzələsinin altında yerləşir. Orta sağrı əzələsinin yığılmasından bud bud-çanaq oyanağından açılır. Əzələnin ön lift dəsti ayrılıqda yığılaraq budu daxilə, arxa lift dəsti isə xaricə fırladır.
Plantaris əzələsi
Plantaris əzələsi — insanlarda proprioseptif funksiyalar üçün xüsusiləşmiş bir əzələdir. Xarici əzələlərdən biridir və qamış sinirinə birləşir. == Haqqında == Heyvanlar tərəfindən əşyaları ayaqları ilə tutmaq və nəzarət etmək üçün istifadə olunur (meymunlar ayaqlarını əlləri qədər uğurlu şəkildə istifadə edə bilirlər) və əsas funksiyası budur, başqa hər hansı bir prosesə dəstək təmin etmir. Bu əzələ insanlarda da eynən mövcuddur, lakin funksiyasını itirdiyindən bədənin digər hissələrindən hər hansı birinin yenidən formalaşdırılmasında toxumaya ehtiyac olduğunda, həkimlər tərəfindən yerindən alınaraq istifadə edilirlər. İnsan bədəni üçün o qədər əhəmiyyətsiz və lazımsızdır ki, insanların 9%-ı buna sahib olmadan doğulur.
Qalxan-qırtlaq qapağı əzələsi
Qalxan-qırtlaq qapağı əzələsi (lat. musculus thyreoepigloticus) — qırtlaq əzələsi.
Qalxan-çalovabənzər əzələ
Qalxan-çalovabənzər əzələ (lat. musculus thyreoarytenoideus, m. thyreoarytenoideus externus —BNA) — qırtlağın daxili qrup əzələlərindən biri.
Qalça-bel əzələsi
Qalça-bel əzələsi (lat. musculus iliopsoas) daxili qrup çanaq əzələlərindən olub, böyük bel əzələsi və qalça əzələsinə aid əzələ liflərinin birləşməsindən təşkil olunmuşdur.
Qalça əzələsi
Qalça əzələsi (lat. musculus iliacus) daxili qrup çanaq əzələlərindən olub, qalça çuxurundan başlanğıc götürüb, bud sümüyünün kiçik troxanter çıxıntısına bağlanır.
Qulaq pərdəsini gərginləşdirən əzələ
Qulaq pərdəsini gərginləşdirən əzələ (lat. m. tensor tympani) — eyni adlı yarımkanalda yerləşərək həmin kanalın divarından və yevstax borusunun qığırdağından başlayır və çəkic sümükcüyünün dəstəsinə bağlanır; vəzifəsi çəkicin dəstəsini dartmaqla qulaq pərdəsini gərginləşdirməkdir.
Sülhün əzələləri
Fulton çıxışı — 1945-in sonu 1946-cı ilin əvvəllərində Vinston Çörçill bir neçə ay ABŞ-də səfərdə olduğu müddətdə prezident Harri Trumenlə, dövlət departamentinin rəhbərləri və digər siyasi xadimlərlə görüşlər keçirir. Çörçill bir neçə həftə Floridadakı kurorta qaldığı müddətdə "Sülhün əzələləri" adlı çıxışını hazırlayır. Çörçillin nitqi Ettli, Boven, Trumen və dövlət katibi Ceyms Birnsin razılığı ilə baş tutur. Çörçill nitqinin əvvəlində çıxışının ümumdünya əhəmiyyətini daşıdığını və okeanın o tayındakı qardaş ölkələrə səsləndiyini vurğulayır. Çörçillin 1946-cı ilin 5 mart tarixində Fultonun Vestminster kollecindəki "Sülhün əzələri" adlı nitqindən əsas hissələr: - İndi biz hansı strateji konsepsiyaya əməl etməliyik? Biz indi bütün ölkələrdə, hər bir evin, ailənin, azadlığını və təhlükəsizliyini təmin etməliyik. Buna nail olmaq üçün 2 dəhşətdən xilas olmaq lazımdır - müharibələr və tiranlar. Məqsədimiz yeni müharibələrin qarşısını alnması olmalıdır. İndi müharibələrin qarşısını almaq üçün beynəlxalq təşkilat yaranıb. Millətlər Cəmiyyətinin xələfi olan Birləşmiş Millətlər Təşkilatı yaradılmışdır.
Tinialtı əzələ
Tinaltı əzələ (lat. musculus infraspinatus) — üçbucaq formalı yastı çiyin əzələsi olub, kürək sümüyünün eyni adlı çuxurunu tutmuşdur. Rotator manjetinin 4 əzələsindən biri olan tinaltı əzələ kürək sümüyünün tinialtı çuxurundan başlanğıc götürərək, bazu sümüyünün böyük qabarının orta səthinə bağlanır. Əsas funksiyası qolun xaricə rotasiyasını təmin etməkdir.
Tiniüstü əzələ
Tinüstü əzələ (lat. musculus supraspinatus)- çiyini əhatə edən rotator manjetinin 4 əzələsindən biridir. Bu əzələ öz başlanğıcını tinüstü çuxurdan götürür, bazu sümüyünün böyük qabarına bağlanır. Əsas funksiyası qolun qalxmasını təmin etməkdir.
Çalov-qırtlaq qapağı əzələsi
Çalov-qırtlaq qapağı əzələsi (lat. musculus aryepigloticus) — qırtlağın əzələsi.
Çəp çalovabənzər əzələ
Çəp çalovabənzər əzələ (lat. musculus arytenoideus obliquus) — qırtlaq əzələsi.
Üzük-qalxanabənzər əzələ
Üzük-qalxanabənzər əzələ (lat. musculus cricothyroideus) — qırtlağın xarici qrup əzələsi. Bu əzələ üzüyəbənzər qığırdaq qövsünün xarici səthindən başlayaraq lifləri yelpinc kimi yuxarı və arxaya doğru yayılır və qalxanabənzər qığırdağın aşağı kənarına, üzük-qalxanabənzər oynaq (lat. articulati cricothyreoidea) kapsuluna və aşağı buynyza bağlanır. Öz liflərinin gedişinə görə iki hissəyə bölünür: düz hissə (lat. pars recta) şaquli istiqamətdə düz yuxarı qalxır və çəp hissə (lat. pars obliqua) yan və arxaya doğru gedir. Vəzifəsi qalxanabənzər qığırdağı üzüyəbənzər qığırdağa yaxınlaşdıraraq çalovabənzər qığırdaqların arasındakı məsafəni və qalxanabənzər qığırdaq bucağını böyüdür və səs bağlarını gərginləşdirir.
Üzəngi əzələsi
Üzəngi əzələsi (lat. m. stapedius) təbil boşluğunun dal divarında yerləşir və lat. eminentia pyramidalis adlanan hündürlüyün içəri tərəfindən başlayaraq üzəngi sümükcüyünün dal ayaqcığına bağlanır. Vəzifəsi üzəngini dartmaqla daxili qulağı şiddətli vurğulardan mühafizə etməkdir.
Vastus lateralis əzələsi
Vastus lateralis əzələsi (/ˈvæstəs ˌlætəˈreɪlɪs, ˈræ-/) və ya vastus externus — budun anterolateral hissəsində yerləşən səthi və palpasiya olunan bir əzələ. Hər bir alt əzada (ayaqda) olduğu üçün bir cüt əzələdir. Quadriseps qrupunun digər əzələləri ilə birlikdə diz oynağını uzatmağa, aşağı ayağı irəli aparmağa xidmət edir. Bud sümüyünə bağlanmış bir sıra düz, geniş vətərlərdən əmələ gəlir və diz qapağının üst kənarında olur. Vastus lateralis əzələsi virelessus lateralis, vastus medialis, vastus intermedius və rectus femoris ilə birlikdə insan vücudunda dördbucaqlı adlanan ən güclü əzələni əmələ gətirir. Vastus lateralis isə dördün ən böyüyüdür. Vastus lateralis, 7 aydan az olan və yeriyə bilməyən, əzələ tonusunun itməsi olan körpələrdə əzələdaxili inyeksiya üçün tövsiyə edilən yerdir. == Mənşəyi == Bu əzələ daha böyük trokanterin alt hissəsindən və intertrokanterik xəttin yuxarı hissəsindən əmələ gəlir və bütün sümüyün xarici səthində aşağıya doğru hərəkət edir. Lifləri maili olaraq xaricə düzülmüşdür və uzanmalarının 3/4 hissəsi ərzində daha çox trokanterdən qaynaqlanan aponevroz adlanan lifli kollagen membrana möhkəm yapışdırılır. == Funksiyası == Vastus lateralis əzələsi diz qapağının arxasında bir qüvvə yaratdığından, büküldükdə, onun stabilliyində iştirak edir.
Plantar əzələ
Plantar əzələ — arxa baldır əzələsi. İncə əzələli qarın və uzun nazik vətərdən ibarətdir. Axilles vətəri qədər qalın olmasa da, plantar vətər (uzunluğu 30-45 sm (12-18 düym) arasındadır) insan bədənindəki ən uzun vətərdir. Vətər istisna olmaqla, plantar əzələ təxminən 5-10 sm (2.0-3.9 düym) uzunluğundadır və əhalinin 8-12% -ində yoxdur. Baldırın ikibaşlı əzələsi və soleus əzələləri ilə birlikdə ayağın arxa hissəsindəki plantar bükmələrdən biridir. İnsan əcdadları ağaca dırmaşmaqdan dik yeriməyə keçdikdə plantar əzələnin əhəmiyyətsiz bir əzələyə çevrildiyi düşünülür və anatomik cəhətdən müasir insanlarda o, ilk növbədə baldırın ikibaşlı əzələsi vasitəsilə hərəkət edir. == Strukturu == Plantar əzələsi bud sümüyünün lateral suprakondilar silsiləsinin aşağı hissəsi, baldırın ikibaşlı əzələsinin yan hissəsinin mənşəyindən bir qədər yuxarı hissədə olur. O, diz oynağının arxasından inferomedial istiqamətdə keçir və distal olaraq Axilles vətərinə yapışaraq vətəri olur. Bəzən daban sümüyününün orta hissəsinə ayrıca bağlanır. === İnnervasiyası === Plantar əzələ oma kələfindəki oturaq sinirin bir qolu olan qamış siniri tərəfindən innervasiya olunur.
Pilləkanvarı əzələ sindromu
Pilləkanvarı əzələ sindromu (ing. scalenus syndrome, ing. thoracic outlet syndrome) – körpücükaltı arteriya və çiyin kötüyünün aşağı şaxələrinin ön pilləkanvarı əzələlər arasında sıxılması, yuxarı ətrafda damar və hissiyyat pozğunluqlarının yaranması.

Digər lüğətlərdə