Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Obriv-an-Ruayan
Obriv-an-Ruayan (fr. Auberives-en-Royans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38018. Kommunanın 2012-ci il üçün əhalisi 374 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 170 ilə 330 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 90 km cənub-şərqdə, Qrenobldan 37 km qərbdə yerləşir.
Obriv-syur-Varez
Obriv-syur-Varez (fr. Auberives-sur-Varèze) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russilyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38019. Kommunanın 1999-cu il üçün əhalisi 1159 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 169 ilə 256 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 38 km cənub-şərqdə, Qrenobldan 80 km şimal-qərbdə yerləşir.
Obriv-sür-Varez
Obriv-syur-Varez (fr. Auberives-sur-Varèze) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russilyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38019. Kommunanın 1999-cu il üçün əhalisi 1159 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 169 ilə 256 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 38 km cənub-şərqdə, Qrenobldan 80 km şimal-qərbdə yerləşir.
Otriv (Alye)
Otriv (fr. Hauterive) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Eskyurol kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03126. 2008-ci ildə əhalinin sayı 1076 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 687 nəfərin (15-64 yaş arasında) 489 nəfəri iqtisadi cəhətdən fəal, 198 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.2%, 1999-cu ildə 70.2%). Fəal olan 489 nəfərdən 445 nəfər (233 kişi və 212 qadın), 44 nəfəri işsizdir (15 kişi və 29 qadın). 198 hərəkətsiz 46 nəfər arasında şagird və ya tələbə, 92 nəfər təqaüdçü, 60 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Obri Addams
Obri Addams (25 may 1987, Vestfild[d], Nyu Cersi) — amerikalı pornoaktrisa.
La-Ferte-Otriv
La-Ferte-Otriv (fr. La Ferté-Hauterive) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Nyoyi-le-Real kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03114. 2008-ci ildə əhalinin sayı 278 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 174 nəfər (15-64 yaş) arasında 129 nəfər iqtisadi fəal, 45 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 74.1%, 1999-cu ildə 66.7%). Fəaliyyət göstərən 129 nəfərdən 121 nəfər (66 kişi və 55 qadın), 8 nəfər işsiz (3 kişi və 5 qadın) idi. 45 hərəkətsiz 16 nəfər arasında şagird və ya tələbə, 18 nəfər təqaüdçü, 11 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Le-Menil-Obri
Le-Menil-Obri (fr. Le Mesnil-Aubry) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Ekuan. Əhalisi — 920 nəfər (2005). Bələdiyyə Paris şəhərinin təxminən 22 km şimalda, Serji belediyyənin 25 km şərqdə yerləşir.
Briv-la-Qayard (rayon)
Briv-la-Qayard (fr. Brive-la-Gaillarde) — Fransanın Yeni Akvitaniya regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Korrez. Suprefektura — Briv-la-Qayard. Rayonun əhalisi 2006-cı ildə 127 079 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 83 nəf / km² . Rayon ərazisi — 1526 km².
Dobri Dobrev
Dobri Dimitrov Dobrev (bolq. Добри Димитров Добрев, 20 iyul 1914 – 13 fevral 2018), digər adları ilə Dobri baba, Böyük Dobri (bolq. Дядо Добри) və ya Baylovo müqəddəsi – bolqar xeyriyyəçi. Hər gün 20 kilometr məsafəni piyada qət edərək Sofiyada yerləşən Aleksandr Nevski kafedralının önündə xeyriyyə məqsədilə pul yığırdı. Yığdığı pulu xeyriyyə qurumlarına, kilsələrə, monastırlara, yetimxanalara bağışlayırdı. Adı bolqar dilində "yaxşı" və ya "mehriban" deməkdir. Dobrev 20 iyul 1914-cü ildə Bolqarıstanın Baylovo kəndində anadan olub. Atası Birinci dünya müharibəsində həlak olub və anası Katerina uşaqları təkbaşına böyütməli olub. Dobrev gəncliyini və məktəb illərini xatırlamır. Dobrev illər keçdikcə özünü ruh dünyasına və Ortodoks kilsəsinə həsr etməyə qərar verib.
Abrıx
Abrıx — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Abrıx kəndi Tikanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Abrıx kənd inzibati ərazi vahidi yaradılmışdır. Keçən əsrə aid materiallara əsasən, Abrıx Tikanlı kəndindən yaranmış yaşayış məntəqəsidir. IX əsr ərəb coğrafiyaşünaslarının yazdığına görə, Beyləqanda (bu şəhərin xarabalıqları Mil düzündə indiyədək Örənqala adı ilə qalmaqdadır) Abrik/Abrek adlı qala mövcud olmuşdur. Toponimikada belə bir fərziyyə var ki, həmin Abrik qalası bir vaxt müəyyən hadisə ilə əlaqədar olaraq (bəlkə də monqolların XIII əsr basqınları) dağıdıldıqdan sonra əhalisinin müəyyən hissəsi bu zonaya gəlmiş və bu adı da özləri ilə gətirmişlər. Mənbələr Bizansda da Abrik adlı şəhərin mövcudluğundan xəbər verir. Azərbaycan dilinin dialekt və şivələrində avırıx/avruğ "çay qırağında olan qamışlıq, çubuq" deməkdir. Türk dilində avrık "hörülmüş, sarınmış, bağlanmış" mənalarını ifadə edir. Deməli, Abrıx/Abrik/Abriq qalası "qamışdan hörülmüş qala" kimi izah oluna bilər. Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir.
Bobrov
Bobrov — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir. Bityuq çayı (Donun sol qolu) üstündə yerləşən Bityuq yurt vaxtilə bu ətrafda yeganə yaşayış məntəqəsi idi. Yaxınlıqda heç bir ev gözə dəymirdi. Lakin bu sakit və dinc həyat Voronejdən bura qazanc və səadət arayan hünərli adamların ayağı açılmaqla pozuldu. Voronej özü bu zaman 100 ildən də az bir müddər idi ki, rusların sərhəd qalasına çevrilmişdi. 1677-ci ildə Voronejli imkan sahibi iş adamı bir dəstə kəndlisi ilə hökumətdən xahiş etdi ki, Bityuq çayında balıq ovlamaları üçün onlara icazə versin. Lazımi icazə aldıqdan sonra o, başının adamları ilə Bityuq çayına enib Bityuq yurtda məskunlaşdılar. Su porsuqlarının (boburların) burada çox olduğunu görüb porsuq ovlamağa girşdilər. Bundan sonra Bityuq yurdu Bobrovıy Yurt adlandırmağa başladı.1. 1684-cü ildə Bityuq çayı boyu bu torpaqlar Troitsk monastırına verildi.
Boril
Çar Boril — İkinci Bolqarıstan imperiyasının IV imperatoru (1207-1218), Kaloyanın bacısının oğlu. Çar Boril Kaloyanın işğalçı siyasətini davam etdirmək istəsə də, hakimiyyətinin ilk illərində qardaşı Strej Asen Serbiya knyazı Stefan Nemanyiçin köməyi ilə Prosekdə üsyana qalxmışdı. Borilin dayısı oğlu Aleksi Slav da Melnikdə öz müstəqilliyini elan etmişdi. 1208-ci ildə də Latın imperatoru Flandriyalı I Henri tərəfindən məğlub edilərək, şimali Trakiya və Rodopu itirmişdi. 1209-cu ildə qardaşı Strej yenidən Borilə tabe olmuş, sebastokrator titulunu almışdı. 1211-ci ildə kumanların üsyanını yatırmaq üçün macarlardan kömək alan çar bu kömək müqabilində Belqradı güzəştə getməli olmuşdu. 1211-ci ildə Kaloyanın qızı Mariya Aseni imperator Henriyə ərə verərək yeni müttəfiq qazanmışdı. 1215-ci ildə qardaşı Strejin ölümündən sonra Serbiya ilə müharibəyə başı qarışan Boril, 1217-ci ildə II İvan Asenin sürgündən qayıtması səbəbilə 7 ay mühasirə nəticəsində devrilmiş, kor edilmiş və monastıra göndərilmişdir. Kaloyanın dul həyat yoldaşı kuman Anna ilə evlənmiş və adı mənbələrdə verilməyən bir qızı doğulmuşdur.
Boris
Boris — kişi adı. Boris Yeltsin — Rusiya dövlət xadimi və siyasətçisi Boris Antonov — Boris Kolker — Boris Xetaqurov — Boris Çinkin — Aktyor. Boris Baykov — Aktyor. Boris Rudnev — Aktyor. Boris Svetlov — Rusiya və SSRİ oyun və sənədli kino rejissoru, ssenarist, kino və teatr aktyoru. Boris Barnet — Rejissor, montajçı, aktyor Boris Berezovski — Rusiya siyasətçisi. Boris Frumkin — kino dirijoru. Boris Medvedev — Rejissor. Boris Pumpyanski — operator, ssenari müəllifi, rejissor. Boris Conson — London şəhərinin meri Boris Laskin — ssenari müəllifi.
Dobri
Dobri (mac. Dobri) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Ofris
Ofris (lat. Ophrys) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi. Ofris cinsinin 50-dən çox növü var və bunların bir çoxu Azərbaycanın müxtəlif bölgələrində, ümumiyyətlə Qafqaz və Zaqafqaziya ərazisində mövcuddur. Digərləri isə Türkiyə, Yunanıstan, Krım və başqa yerlərdə bitir. Bu bitkinin Azərbaycanda bitən bütün növləri Xarıbülbül adı ilə tanınır və latınca "ophrys caucasica" və ya "ophrys" mammosa adlanır. Ophrys — yunan mənşəli sözdür, mənası "qaş" deməkdir. Alimlər bu adı bitkiyə verməklə məcazi mənada bu gülün digərlərinə üstdən aşağı "baxmağını" eyham ediblər. Səhləb fəsiləsinin bir çox nümayəndələri kimi ofrislər də kök toxumasında müştərək surətdə yaşayan və bitkiyə lüzum olan simbiotik göbələklərdən asılıdır. Məhz bu səbəbdən bu bitkiləri başqa yerdə əkmək olmur – onlar məhv olur. Ofrislərin tozlanması zarqanadlı cücülərin (eşşəkarısı və başqaları) köməyi ilə baş verir və onların çiçəkləri həmin cücülərin formasını və görünüşünü təkrarlayaraq, onları özünə cəlb edir.
Ohrid
Oxrid (mak. Охрид, translit. Oxrid, alb. Ohri/Ohër, yun. Αχρίδα, translit. Axrida) — Şimali Makedoniya Respublikasının Oxrid bələdiyyəsində şəhər. Bu şəhər Oxrid gölü sahilindəki ən böyük şəhər olmaqla yanaşı, 2002-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 42.000-dən çox nəfər yaşayır. Bu isə Oxridi ölkəni səkkizinci ən böyük şəhəri edir. Oxrid ilin hər bir gününə bir kilsənin olduğu yer kimi məşhur olub və "Balkanların Qüdsü" kimi adlandırılıb. Şəhər mənzərəli evləri və abidələri ilə zəngin olduğuna görə turizm şəhərdə üstünlük təşkil edir.
Orbit
Orbít (lat. orbita — yol, cığır) və ya Mədar — səma cisminin hərəkət trayektoriyası. Böyük obyektlərin qravitasiya təsiri altında orbit fərqli formalarda ola bilər (dairəvi, elliptik, hiperbolik, parabolik). Bundan əlavə bir neçə obyektin qravitasiya təsiri nəticəsində mürəkkəb formalı orbitləri də mövcuddur.
Oxrid
Oxrid (mak. Охрид, translit. Oxrid, alb. Ohri/Ohër, yun. Αχρίδα, translit. Axrida) — Şimali Makedoniya Respublikasının Oxrid bələdiyyəsində şəhər. Bu şəhər Oxrid gölü sahilindəki ən böyük şəhər olmaqla yanaşı, 2002-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 42.000-dən çox nəfər yaşayır. Bu isə Oxridi ölkəni səkkizinci ən böyük şəhəri edir. Oxrid ilin hər bir gününə bir kilsənin olduğu yer kimi məşhur olub və "Balkanların Qüdsü" kimi adlandırılıb. Şəhər mənzərəli evləri və abidələri ilə zəngin olduğuna görə turizm şəhərdə üstünlük təşkil edir.
VBRİS
RVBİS və ya verilənlər bazası relyasion idərə sistemləri — bu gün ən geniş yayılmış VB idarəetmə sistemləridir və verilənlərin relyasion modelinə əsaslanırlar. Bu, digərləri ilə müqayisədə onların daha sadə anlaşılması və yüksək göstəricilərə malik olması ilə əlaqədardır. VB relyasion idərə sistemləri(VBRİS) idarə etdikləri VB-nin tutumu və istifadəçilər sayına görə aşağıdakı kimi təsnifata malikdirlər: Bu RVBİS-lər yüzlərlə və minlərlə giqabayt (Gb) tutumlu nəhəng VB-nı idarə etməyə və onlardan eyni zamanda minlərlə istifadəçinin istifadəsinə imkan verir. Belə sistemlərdən nəhəng korporasiyalarda istifadə olunur. Bu sistemin nümayəndələri: ORACLE7, ADABAS 5.3.2., SQL SERVER11. Orta səviyyəli RVBİS. Bu RVBİS-lər bir neçə yüz Gb tutumlu VB-ni idarə etməyə və ondan eyni zamanda yüzlərlə istifadəçinin istifadəsinə imkan verir. Bu sistemlərdən çox böyük olmayan korporasiyalarda və böyük firmalarda istifadə olunur. Nümayəndələri: IntelBase 3.3, Informix-OnLine7.0, Microsoft SQL Server 6.0. Aşağı səviyyəli RVBİS. Bu RVBİS-lər 1 Gb tutumlu VB-nin idarə olunmasına və 100-ə qədər istifadəçinin eyni zamanda istifadəsinə imkan verir. Bunlar çox da böyük olmayan müəssisələrdə istifadə olunurlar.
Otris
Otris (yun. Όθρυς) — Yunanıstanda, Ftiotida və Maqnisiya periferik bölmələrinin sərhəddində yerləşən dağ silsiləsi. Uzunluğu təqribən 90 km, hündürlüyü dəniz səviyyəsindən 1,726 metrə qədərdir. Qədim coğrafiyada Orti, Orfis, Ofri dağı, Ofriya (q.yun. Ὄθρυς, lat. Othrys) adlandırılmışdır.
Briq
Briq (ing. brig) — ikidorlu yelkənli gəmi. Fok, qrot dorlarda düzbucaqlı və yalnız bir çarpaz yelkənlərə malikdir. Briq gəmilərində bizan dorağacı və ona müvafiq yelkənlər olmur.
Boris Tokaryev
Boris Vasilyeviç Tokaryev (rus. Борис Васильевич Токарев) — Rusiyanın teatr və kino aktyoru. Rusiyanın əməkdar artisti, Rusiya Kinoaktyorlar Gildiyasının ilk vitse-prezidenti, "Debüt" studiyasının baş prodüseri. Boris Tokaryev 1947-ci ildə Kaluqa vilayətinin Kiselyovo kəndində anadan olmuşdur. Onun uşaqlıq illəri də elə orada keçmişdir. Sonralar Tokaryevlər Moskvaya köçür və Boris məhz orada ilk dəfə məktəbə gedir. Boris kino debütünə 12 yaşında "Xilas edilmiş nəsil" filmində çəkilərək imza atır. 13 yaşında ikən Boris Puşkin adına teatra dəvət alır. Bir müddət sonra onu rejissor Pobedonossevin yanına assistent kimi qəbul edirlər. Beləliklə, Boris məktəbdə təhsilini davam etdirə-etdirə böyük səhnədə əsl aktyor kimi yetişməyə başlayır.
Boris Troyanovski
Boris Troyanovski (3 (15) aprel 1883 – 12 iyun 1951, Leninqrad) — Rusiya musiqiçisi. Boris Troyanovski Pskov vilayətinin Novorjevsk rayonunun Ruqodevo kəndində anadan olmuşdur. Onu "rus Paqaninisi", "balalaykanın kralı" adlandırırdılar. Onun istedadının sorağı Rusiya hüdudlarından çox-çox kənarlara Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Portuqaliya, Almaniya, İsveç, Danimarka və Rumıniyaya qədər gedib çıxmışdır. Hətta Parisdə bu gün Troyanovskinin adını daşıyan rus xalq alətləri kvarteti fəaliyyət göstərir.
Boris Turayev
Boris Aleksandroviç Turayev (rus. Бори́с Алекса́ндрович Тура́ев; 24 iyul (5 avqust) 1868, Novoqrudok[d], Minsk quberniyası[d] – 23 iyun 1920, Petroqrad) — rus tarixçisi. Boris Aleksandroviç Turayev 5 avqust 1868-ci ildə Rusiya imperiyasının Minsk quberniyasının Novoqrudok şəhərində anadan olmuşdu. Orta təhsilini Vilno gimnaziyasında almışdı. 1891-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin tarix-filologiya fakültəsini bitirmişdi. Boris Turayev Rusiyada Qədim Şərq tarixinin əsasını qoyan alimlərindəndir. Qədim Misir və Nubiya tarixi ilə məşğul olmuşdu. Boris Turayev 23 iyul 1920-ci ildə Sankt-Peterburq şəhərində vəfat edib.
Boris Ukaçin
Boris Ukaçinoviç Ukaçin (rus. Борис Укачинович Укачин;18 fevral 1936 – 25 dekabr 2003 və ya 2003) — Altay şairi, yazıçısı, publisisti və tərcüməçisi, SSRİ Yazıçılar Brliyinin üzvü (1964), Rusiya Federasiyası Əməkdar Mədəniyyət işçisi (1993) Boris Ukaçin 18 fevral 1936-cı ildə Oyrot Muxtar Vilayətinin (indiki Altay Respublikasının) Onqudaysk rayonunun Kayarlık aulunda çoban ailəsində doğulmuşdur. O, orta məktəbi 1956-cı ildə doğulduğu aulda bitirmişdir. Lakin ailə yoxsul olduğundan tez-tez təhsilini yarımçıq buraxmağa məcbur olmuş, kolxoz və digər təsərrüfat işlərində anasına kömək etmişdir. Uzaq Şərqdə hərbi xidmət keçmişdir. “Yollarda” adlanan ilk şeir toplusunda əsgər həyatının müxtəlif problemlərini “Əsgər düşüncələri” silsilə yazılarında poetik şəkildə əks etdirmişdir. 1962-1967-ci illərdə Moskvadakı M. Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdır. O, institutda Fikrət Qoca, Qazimbəy Baqandov, Əhməd Qubanov, Vasili Belov, İqor Şklyarevski, Ruslan Kireyev, Nikolay Rubtsev kimi sonra ədəbiyyat aləmində böyük nüfuz sahibi olmuş yaradıcı şəxsiyyətlərlə birgə oxumuşdur. “Altaydın çolmonı” «Pravda», «Sovetskaya Rossiya», «Sovetskaya kultura», «Literaturnaya qazeta», «Literaturnaya Rossiya» qəzetlərində, «Drujba narodov», «Sibirskiye oqni», «Znamya», «Don», «Avrora», «Smena», «Yunost», «Neva», «Sovetskaya literatura» dərgilərində və radioda jurnalist kimi çalışmışdır. 25 dekabr 2003-cü ildə Altay Respublikasının Qorno Altaysk şəhərində vəfat etmişdir.
Bədii obraz
Bədii obraz — gerçəkliyin yalnız incəsənətə məxsus spesifik inikas və idrak üsulunu səciyyələndirən estetik kateqoriya. Bədii əsərdə yaradıcılıqla təcəssüm etdirilən hər şey (insan surətləri, xalq, müharibə, təbiət obrazları və s.) bədii obraz adlandırılır. Bədiiliyin əsas meyarlarından biri, gerçəkliyi estetik ideal mövqeyindən əks etdirməyin forması olan bədii obraz bədii ümumiləşdirmənin nəticəsi kimi meydana çıxır. Bədii obraz fərdi, keçici, təsadüfi hallarda dəyişməz və əbədi mövcud olan ümumi mahiyyətin təzahürünü əks etdirən obrazlı təfəkkürün əsasında dayanır. Ədəbiyyat və incəsənətdə bədii obraz ümumiliyin fərdi, həm də konkret təzahür forması kimi reallaşır. Onun üçün fərdiləşdirmə, tipikləşdirmə mühüm şərtdir. Bədii obraz sənətin idraki funksiyası ilə bağlı olub, gerçəkliklə sənətkar arasında özünəməxsus dialoqdur, sənətkar fantaziyası, duyum, ilham və s. subyektiv amillərlə də bilavasitə əlaqədardır. Bədii obraz yaradılması üç mərhələni (sənətkar — əsər -oxucu; musiqidə dinləyici, teatrda və təsviri sənətdə tamaşaçı və s.) birləşdirir. Bədii obraz təcəssümün formasından asılı olaraq, təsviri, əyani və s.