РАЗ I
(мн. разы) 1. dəfə, kərrə; səfər; несколько раз bir neçə dəfə; один раз bir kərrə (dəfə); в следующий раз gələn səfər (dəfə); 2. нескл. bir; раз, два, три bir, iki, üç; ◊ раз на раз не приходится həmişə eyni şey olmaz; раз и навсегда birdəfəlik, həmişəlik; в самый раз lap vaxtında; как раз 1. münasib məqamda, məqamında, lap vaxtında; 2. lap üstündədir, ölçünə uyğundur (paltar, ayaqqabı və s.); на этот раз bu dəfəlik; раз за разом həmişə, fasiləsiz; всякий раз həmişə, hər dəfə; раз от разу təsadüfdən-təsadüfə, düşəndə; не раз dəfələrlə, çox-çox; раз-два и готово gözünü yum-aç hazırdır; раз, два и обчелся vur tut...; cəmi-cümlətanı...; iki cüt bir tək; раз-другой bir-iki dəfə; раз плюнуть su içmək kimi asandır.
РАЗ II
нареч. bir dəfə, bir kərrə, bir gün, günlərin birində.
РАЗ III
союз dan. əgər, hərgah, indi ki, bir halda ki, madam ki, -mi[-mı]; раз они идут, пойду и я madam ki, onlar gedirlər, mən də gedəcəyəm.
РАЗ IV
м мн. нет dan. 1. sillə, şapalaq; дать раза (кому-н.) üzünə bir sillə çəkmək; 2. в знач. сказ. vurdu, ilişdirdi, çəkdi; он его раз по спине кулаком onun kürəyinə bir yumruq çəkdi.