Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağıl
Ağıl və ya zəka — doğru ilə yanlışı ayırd etmə, hər hansı bir mövzuda fikir yürütmə və münasibət bildirmə qabiliyyətidinə deyilir. Məntiq də ağlın əsas hissəsidir. İnsan yaşa dolduqca ağlı da inkişaf edir. Dərrakə isə bir hadisəni dərk etməyi, qavramağı mühakimə etməyi və açıqlamağı təmin edir. Ümumiyyətlə, 12 yaşa qədər sürətlə inkişaf edən dərrakə qabiliyyəti 20 yaşa qədər davam edir və sonra sabit qalır. Dərrakə insanın hər vəziyyətdə qabiliyyətini üzə çıxartmaya da bilər. Məsələn, gözəl şeir yazan adam bəsit riyazi məsələni həll etməkdə çətinlik çəkir. Çünki dərrakə özünü psixoloji hadisələr, idrak, yadda saxlama qabiliyyəti, meyillər və s. ilə əlaqədar fərqli şəkildə göstərir. Ağıl hisslər, emosional proseslər, anlayış, yaddaş, istəklər, fərdi xüsusiyyətlər və motivlər, həmçinin şüursuzluqla müəyyən edilir.
Kamal
Kamal — kişi adı. Kamal Kılıçdaroğlu — Kamal Türklər — Kamal Abdullayev Kamal Abdullayev — professor. Kamal Abdullayev (alim) — texnika elmləri doktoru, professor, Əməkdar elm xadimi. Kamal Abdullayev (dirijor) — Kamal Abdullayev (dövlət xadimi) — Kamal Əhmədov Kamal Əhmədov — bəstəkar. Kamal Əhmədov — rəssam. Kamal Ələkbərov — Kamal paşa şirniyyatı — Kamal Seyidov — Kamal Axundov — Kamal Cəfərov — Kamal Xudaverdiyev — Kamal Sunal — Kamal Xocəndi — Kamal Quliyev — Kamal Qarani — Namiq Kamal — Yaşar Kamal — Nərmin Kamal — Mustafa Kamal Atatürk — Kamal Faruqi — Kamal Kamallı — Kamal Musayev — Yaşayış məntəqələri Ermənistan Kamal (Abaran) — Abaran mahalında kənd. Kamal (Qırxbulaq) — Qırxbulaq mahalında kənd.
Ağıl Dəryası
"Ağıl dəryası" — ANS telekanalında 11-ci sinif şagirdləri arasında keçirilən intellektual yarışma "Ağıl dəryası" hazırda altı mövsümdür ki, davam edir. Ümumilikdə isə mövsümlər tədris ilinə uyğun olaraq bu cür qeyd edilir: I Mövsüm 2009-2010 II Mövsüm 2010-2011 III Mövsüm 2011-2012 IV Mövsüm 2012-2013 V Mövsüm 2013-2014 VI Mövsüm 2014-2015 "Ağıl dəryası" verilişinin altı mövsümdür ki, layihə rəhbəri Elçin Bayramovdur. == Qaydalar == Hər oyunda 9 iştirakçı iştirak edir. Bu 9 iştirakçı arasında qalib olan iştirakçı yarımfinal mərhələsinə vəsiqə qazanır. Yarımfinalların da qalibləri finalda üz-üzə gəlirlər. Finalda qalib gələn şəxs isə xaricdə təhsil almaq hüququ əldə edir. Həmçinin bu mərhələdə (finalda) Riyaziyyat fənnindən də imtahan keçirilir və imtahan nəticələri birbaşa ümumi nəticələrə təsir göstərir. == Oyunun qaydaları == === 1-ci tur === İştirakçılara 10 sual test üsulunda verilir və bu suallara daha çox düzgün cavab verən 6 iştirakçı 2-ci tura keçir. Suallar Azərbaycan dili, ədəbiyyat, Azərbaycan tarixi, ümumi tarix, biologiya, coğrafiya, fizika, kimya fənnləri üzrə olur. 9 və 10-cu suallar ingilis dili və milli musiqilərlə bağlı olur və bu turdan sonra ilk 6-lığa düşən oyunçular tam bəlli olmazsa, ( 2 və ya daha çox iştirakçının xalı eyni olarsa ) əlavə sual turu keçirilir və burada test üsulu ilə verilən sualı düzgün cavablandıran iştirakçı və ya iştirakçılar növbəti tura keçir.
Ağıl dişi
Ağıl dişi, üçüncü azı dişi və ya molar diş — insan dişlərinin hər kvadrantında olan üç azı dişindən biri. Bu üçünün arasında ən arxada olan dişdir. Adətən 17–25 yaş aralığında çıxır. Əksər yetkinlərin hər kvadrantda bir olmaqla dörd ağıl dişi olur. Dörddən az və ya daha çox ola bilər, məsələn, əlavə dişlərə fövqəladə dişlər deyilir. Ağıl dişi çıxmadıqda, inkişaf prosesində olan digər dişlərə də təsir edir. Beləliklə, bu baş verəndə və ya verməmişdən öncə çəkilir. == Tarixi == Rəsmi olaraq üçüncü azı kimi tanınsa da, ümumi istifadə ağıl dişidir. Çünki demək olar ki, 12–13 yaşlarında digər dişlər bir-birinin ardınca çıxaraq öz sürmələrini tamamladıqları halda, ağıl dişi çox gec çıxır. Adətən 17–25 yaş arasında qaldığı üçün xalq arasında ağıl dişləri kimi tanınır.
Ağıl fəlsəfəsi
İdrak fəlsəfəsi — mövzusu ağlın təbiəti, o cümlədən ağlın fiziki reallıq ilə nisbəti olan fəlsəfi fənn. XIX əsrdə Artur Şopenhauer ağlı "Kainatın əngəli" adlandırmış, onun insan biliyinin ən qaranlıq hissəsi olduğunu vurğulamışdır. Ağıl fəlsəfəsi XX əsrdə ən populyar mövzulardan birinə çevrilmişdir. Bu mövzu haqqında hər il çoxlu ədəbiyyat nümunələri nəşr olunurdu. Müasir ABŞ filosofu Riçard Rorti bildirmişdir ki, təfəkkür fəlsəfəsi indiki dövrdə əlverişli olan tək fəlsəfi fənndir. Ağıl fəlsəfəsi antik dövrə qədər gedib çıxır. Platon və Aristotel dualizmin ilk mütəfəkkirlərindəndir, çünki onlar düşünürdülər ki, ağıl materiyadan ayrı bir ontoloji reallıqdır. Monizm ənənəsinin kökündə başqa bir qədim yunan filosofu olan Parmenid dayanır. O, iddia edirdi ki, varlıq və ağıl birdir. Dualizm Qərb fəlsəfəsinə 17-ci əsrdə Rene Dekart sayəsində daxil oldu.
Sosial ağıl
Sosial intellekt — özünü və başqalarını tanıma qabiliyyəti, cisimləri və ya səsləri bilmək qabiliyyəti kimi humanitar şərtlərin əvəzsiz bir hissəsidir və bir çox cəhətdən araşdırılmağa dəyər. Sosioloq Ross Hanivillə görə, sosial intellekt sosial inancları, münasibətləri və mürəkkəb sosial dəyişikliyi idarə etmək qabiliyyətini inkişaf etdirən özünün və sosial şüurun kollektiv bir ölçüsüdür. Psixoloq Nikolas Hamfrey insan olaraq kim olduğumuzu müəyyən etmənin kəmiyyət ağlından başqa ictimai ağıl olduğunu irəli sürmüşdür. Edvard Torndayk 1920-ci ildə ictimai ağıl anlayışını böyük kişilər və qadınları, gənc kişilər və qızları, insan münasibətlərində müdrik olmağı anlamaq və idarə etmək bacarığı olaraq izah etdi. Bu Hovard Gardnerin çoxsaylı intellekt nəzəriyyəsində təsvir olunan insanlararası ağıla bərabərdir və zehin nəzəriyyəsi ilə sıx əlaqəlidir. Bəzi müəlliflər sosial intellekt tərifini yalnız sosial-psixoloji reklam və marketinq strategiyalarına baxaraq sosial vəziyyət haqqında məlumatlı olmaq şəklində bildirmişdilər. Şon Folenoya görə sosial intellekt, fərdin ətraf mühiti ən yaxşı şəkildə başa düşmək və uğurlu sosial davranışa müvafiq reaksiya vermək bacarığıdır. Sosial intellektin qabiliyyət, şifahi və qeyri-şifahi işarələri oxumaq, məlumatdan istifadə etmək, insanları məlumatlandırmaq kimi bir çox fərqli komponentə sahib olduğu müşahidə edilmişdir. Sosial qarşılıqlı əlaqələrdə bacarıqlı olan şəxslərin emosiyalarına nəzarət etmərində də müvəffəq olduqları müəyyənləşdirilmişdir. Bundan əlavə, empatiya sosial zəka quruluşunun tərkib hissəsi olaraq ortaya çıxır.
Uçan ağıl
Uçan ağıl — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində qədim yaşayış yeri. Yaşayış yeri rayonun Sirab kəndindən şimalda yerləşir. == Tədqiqi == Uçan ağıl 2015-2017-ci illərdə Vəli Baxşəliyev və Katrin Marronun rəhbərliyi ilə beynəlxalq Azərbaycan-Fransa arxeoloji ekspedisiyası tərəfindən arxeoloji qazıntılarla öyrənilmişdir. Uçan ağıl yaşayış yerinin yerüstü materialları boyalı qablar və samanlı keramika nümunələrindən ibarətdir. Tapıntılar arasında Kür-Araz mədəniyyətinə aid keramika parçalarına da rast gəlinmişdir. Tapıntılar arasında Duzdağdan məlum olan daş baltalara bənzər bir ədəd əmək alətinin aşkar olunması da diqqətəlayiqdir. Yaşayış yerində üç yerdə qazıntı aparılmışdır. Birinci sahənin ölçüsü 5x5 m, ikinci sahənin ölçüsü 5x5 m, üçüncü sahənin ölçüsü 5x10 m olmuşdur. Qazıntılar mədəni təbəqənin relyefdən asılı olaraq 0, 20-1, 20 sm arasında qaldığını göstərir. Uçan ağıl yaşayış yerinin tədqiqi zamanı saman qarışığı olan qırmızı rəngli keramika nümunələri, o cümlədən boyalı qabların parçaları aşkar olunmuşdur.
Ağıl dişləri
Ağıl dişi, üçüncü azı dişi və ya molar diş — insan dişlərinin hər kvadrantında olan üç azı dişindən biri. Bu üçünün arasında ən arxada olan dişdir. Adətən 17–25 yaş aralığında çıxır. Əksər yetkinlərin hər kvadrantda bir olmaqla dörd ağıl dişi olur. Dörddən az və ya daha çox ola bilər, məsələn, əlavə dişlərə fövqəladə dişlər deyilir. Ağıl dişi çıxmadıqda, inkişaf prosesində olan digər dişlərə də təsir edir. Beləliklə, bu baş verəndə və ya verməmişdən öncə çəkilir. == Tarixi == Rəsmi olaraq üçüncü azı kimi tanınsa da, ümumi istifadə ağıl dişidir. Çünki demək olar ki, 12–13 yaşlarında digər dişlər bir-birinin ardınca çıxaraq öz sürmələrini tamamladıqları halda, ağıl dişi çox gec çıxır. Adətən 17–25 yaş arasında qaldığı üçün xalq arasında ağıl dişləri kimi tanınır.
Kamal Almuradlı
Kamal Axundov
Kamal Axundov (tam adı: Axundov Kamal (Hüseyn) Yusif oğlu; 1924 - 1986) — görkəmli azərbaycanlı dövlət xadimi. Azərbaycanın Sumqayıt şəhərinin icra katibi vəzifəsində çalışmışdır. Saray qəsəbəsində anadan olmuşdur. Babası Fətullah əslən İranın Xoy şəhərindəndir. İkinci Dünya Müharibəsi zamanı 18 yaşı tamam olmadığından mərhum qardaşı Hüseynin sənədləri ilə 18 yaşı olduğunu iddia edərək cəbhəyə yollanır. Berlinə qədər getmişdir. Dneprin forslanması əməliyyatı zamanı faşist təyyarəsini yerdən pulemotla güllələyib iki güllə yarası almışdır. Buna görə fərqlənmə və təşəkkür almışdır. Kamal Axundovun Sumqayıt şəhərinin salınmasında müstəsna xidmətləri var. Böyük qardaşı Vəli Axundov Sovet Azərbaycanının rəhbəri olmuşdur.
Kamal Ağayev
Kamal Ağayev (azərb. Ağayev Kamal Əlibala oğlu‎; 15 iyul 1930, Qarabörk – 27 noyabr 2006, Bakı) — Azərbaycan Kommunist Partiyası Cəbrayıl Rayon və Qubadlı Rayon Komitəsinin birinci katibi, Ucar Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri. == Həyatı == Ağayev Kamal Əlibala oğlu 15 iyul 1930-cu ildə Azərbaycan SSR Ucar rayonunun Qarabörk kəndində anadan olmuşdur. 1947-ci ildə orta məktəbi bitirərək Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsinə daxil olmuşdur. 1952-ci ildə Universiteti müvəffəqiyyətlə bitirmiş və Dövlət Təhlükəsizlik Komitəsinə işə dəvət olunmuşdur. 1954-cü ilə kimi DTK-də müxtəlif vəzifələrdə işləmiş, atasının ölümü ilə əlaqədar həmin ildə öz ərizəsi ilə DTK-dən istefa vermişdir. Doğma rayonuna qayıdan Kamal Ağayev 1961-ci ilə kimi Ucarda müxtəlif vəzifələrdə (rayon komsomol komitəsinin 1-ci katibi, Rayon icrayyə Komitəsinin sədri, Rayon Partiya Komitəsinin 3-cü katibi) işləmişdir. 1963–64-cü illərdə Moskvada Ali Partiya məktəbində təhsil aldıqdan sonra Qubadlı Rayon Partiya Komitəsinin 1-ci katibi seçilmiş və 1970-ci ilə kimi həmin vəzifədə işləmişdir. 1970–80-ci illərdə Cəbrayıl RPK-nin 1-ci katibi işləmişdir. 1980-ci ildən 2002-ci ilə kimi Bakı şəhərində bir sıra məsul vəzifələrdə (Ət-süd sənaye nazirliyində şöbə müdiri,"Bakmoloko" İB-də Baş direktor müavini, Respublika Kolxoz Bazarlarının Baş Direktoru, "Azərittifaq" Sənaye Birliyinin sədrinin müşaviri və s.).
Kamal Babayev
Kamal Babayev (fotoqraf) — Azərbaycanlı fotoqraf. Kamal Babayev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2-ci Qarabağ müharibəsinin şəhidi.
Kamal Cabbarov
Kamal Camalov
Kamal Həsən oğlu Camalov (5 dekabr 1973, Qıvraq, İliç rayonu) — yazıçı, pedaqogika elmləri doktoru, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Kamal Camalov 5 dekabr 1973-cü ildə Naxçıvan MSSR-in Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin Humanitar fakültəsinin dil-ədəbiyyat ixtisası üzrə məzunudur. Təhsil aldığı illərdə "Abbas Zamanov adına təqaüd"ə layiq görülmüşdür. Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1996-cı ildən Naxçıvan Dövlət Universitetinin "Pedaqogika və psixologiya" kafedrasında müəllim, 2001-ci ildən isə baş müəllim kimi fəaliyyət göstərmişdir. Bundan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasına (qiyabi şöbəsinə) daxil olmuş ("Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi" ixtisası üzrə) və 2004-cü ildə "Hüseyn Cavidin pedaqoji ideyaları" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 1999–2010-cu illərdə Naxçıvan Dövlət Universiteti "Gənc Alimlər Şurası"nın sədri vəzifəsini daşımışdır. 2009-cu ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasının Əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası 10 yanvar 2012-ci il tarixli (protokol № 01–k) qərarı ilə ona dosent elmi adı vermişdir.
Kamal Cəfərov
Kamal Cəfərov (icra başçısı) — Şərur rayonu İcra hakimiyyətinin başçısı (1 iyun 2017-ci ildən)
Kamal Doğan
Kamal Doğan (1879, Üskub – 1951, İstanbul), türk əsgər və siyasətçi. == Həyatı == Anası Pembe xanım, atası maliyyə işçilərindən olan İbrahim Bəy olmuşdur. Ailə 1885-ci ildə Kırklarelinə köçmüşdür. 1897-ci ildə Topçu Məktəbinə daxil olmuşdur. 1900-cu ildə baş leytenant rütbəsiylə məzun olaraq Ədirnədə 2. Ordunun 2. Topçu firqəsinin 4. Livası köməkçisi təyin edilmişdir. Daha sonra Topçu Alayı 7. Bölgə 5.
Kamal Faruqi
Kamal Faruqi (27 avqust 1910, Konstantinopol – 27 yanvar 1988, Qahirə) —Türkiyənin keçmiş milli futbolçusudur. == Həyatı və karyerası == Kamal Faruqi 27 avqust 1906-cı ildə İstanbul şəhərində anadan olmuşdur. === Klub komandalarında karyerası === İstanbul Futbol Liqasının 1924–25 mövsümündə "Qalatasaray" ilə debüt edən Kamal 3 matçda meydana çıxdı. 1925–26 mövsümündə daha sonra 3 oyuna daxil edildi. 1926–27 mövsümündə komandasının oynadığı 7 liqa oyununun yalnız birində oynadığı zaman, irəli mövqedə Rəbii Ərkal, Muslihiddin Peykoğlu və Mehmet Ləbləbi arxasında ehtiyat oyunçular skamyasında oturdu. 1928–29 mövsümündə Billi Hanter rəhbərliyində komandada mütəmadi olaraq oynamaq şansı qazanan Kamal 8 qol vuraraq liqanı bombardir olaraq başa vurdu və komandasının çempionluğuna töhfə verdi. 1929–30 mövsümündə komandanın yenilənməsi və genişlənməsi sayəsində cəmi 2 matçda iştirak etdi və qol vurdu. 1930–31 mövsümündə, Qalatasarayın çempion olduğu dövrdə komandanı digər üç komanda yoldaşı Lətif Yalınlı, Rəbii Ərkal və Mehmet Ləbləbi ilə meydana gətirən Kamal, 14-də 13 qolla ikinci dəfə liqanın "bombardiri" adını qazandı. 1931–32 mövsümündə liqanın təşkil olunmadığı üçün komandası ilə yoldaşlıq görüşləri keçirdi. 1932–33 mövsümündə genişlənən və gəncləşən komandada özünə yer tapa bilməyən və yaşı irəliləyən Kamal, 1932–33 mövsümündə cəmi 2 matç oynadı, 1 qol vurdu və futbol karyerasına 32 yaşında son verdi.
Kamal İbrahimov
Kamal İbrahimov (29 noyabr 1973, Bakı, Azərbaycan SSR, SSRİ) — "Baku Steel Company" QSC-nin Baş direktoru və "Qala Həyat Sığorta" ASC və "Qala Sığorta" şirkətlərinin Direktorlar Şurasının sədri, iqtisad elmləri namizədi. == Həyatı == Kamal İbrahimov 29 noyabr 1973-cü ildə Bakı şəhərində anadan olub. Atası İbrahimov Mirsahib, anası isə Səadət Qəndilovadır. Ailəlidir, üç övladı var. == Təhsili == 1980–1990-cı illərdə Bakı şəhəri, 134 saylı orta məktəbdə təhsil alıb və təhsilini gümüş medalla başa vurub. 1990–1995-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "İstehsalın iqtisadiyyatı və idarə edilməsi" fakültəsində ali təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib. 1995–1999-cu illərdə ADİU-da aspirantura pilləsi üzrə təhsil alıb, 2000-ci ildə dissertasiya müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yüksəlib. 2016-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və maliyyə institutları" kafedrasında elmlər doktoru proqramı üzrə doktorantura təhsili alıb. == Əmək fəaliyyəti == 1995 −1997 — illərdə Bakı şəhəri, Yasamal rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi vəzifəsində çalışıb. 1997–2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyinin İri Vergi Ödəyiciləri ilə İş üzrə İdarəsində dövlət vergi müfəttişi, daha sonra böyük dövlət vergi müfəttişi vəzifələrində işləyib.
Kamal Əbilov
Kamal Vidadi oğlu Əbilov (17 may 1996, Oğlanqala, Naxçıvan Muxtar Respublikası – 30 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamal Əbilov 1996-cı il mayın 17-də Şərur rayonunun Oğlanqala kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Kamal Əbilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Kamal Əbilov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamal Əbilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamal Əbilov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamal Əbilov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Kamal Əhmədov
Kamal Əhmədov (bəstəkar)
Kamal Ələkbərov
Kamal Camal oğlu Ələkbərov (20 mart 1928, Füzuli, Azərbaycan SSR, SSRİ – 21 may 2009, Bakı, Azərbaycan) — Azərbaycanlı rəssam, heykəltaraş, Azərbaycan SSR əməkdar rəssamı (1982), Azərbaycan Respublikasının xalq rəssamı (2002). == Həyatı və yaradıcılığı == Kamal Ələkbərov 1928-ci il martın 20-də Azərbaycan SSR Füzuli şəhərində anadan olmuşdur. Ələkbərov ailəsi yoxsulluqda yaşayırdı.Ən nüfuzlu universitetin ən məşhur ustalarından öyrənmək üçün gecələr Kamal vaqonları boşaltmaqla çörək pulu qazanırdı. 1948-ci ildə Ələkbərov Azərbaycan Rəssamlıq Məktəbini bitirmişdir. Burada Ələkbərova SSRİ xalq rəssamı Pinxos Sabsay dərs deyirdi. 1948-ci ildən 1954-cü ilə qədər Vasili Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır. 1953-cü ildən Kamal Ələkbərov sərgilərdə iştirak edirdi. Onun yaratdığı heykəltaraşlıq portretləri arasında "Neftçi" (gips, 1954), XII əsrin memarı Əcəmi Naxçıvani portreti (gips, 1955, Azərbaycan Milli İncəsənət Muzeyi; mərmər, 1958-59), "Qız" (mərmər, 1956, Azərbaycan Milli İncəsənət Muzeyi) "Partizan M. Seyidov" (bürünc, 1960), "Xanım" (ağac, 1961), "Balıqçılıq mahnı" (gips, 1962) və s. Həmçinin Ələkbərovun yaratdığı heykəltaraşlıq portretləri arasında Füzuli şəhərində Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovaya, Şamama Həsənovaya həsr olunmuş abidələr, Mərəzə şəhərində XX əsrin görkəmli maarifçi Aleksey Çernyayevskiya, Cəfər Cabbarlıya, yazıçı İlyas Əfəndiyeva, Azərbaycan Respublikasının Xalq Artistlərina Mirzəağa Əliyev, İsmayıl Dağıstanlı, Arif Məlikov və xalq rəssami Lətif Kərimova həsr olunmuş abidələri yaradıb. Kamal Ələkbərov monumental heykəllərin də müəllifidir.
Ağıl oyunları (film)
Ağıl oyunları (ing. A Beautiful Mind — "Əla ağıl" ("dərrakə")) — iqtisadiyyat üzrə Nobel Mükafatı laureatı Con Forbs Neşin həyatından bəhs edən Silviya Nazarın eyni adlı kitabı əsasında hazırlanan Ron Hovardın bioqrafik drama filmi. Kitab 1998-ci ildə Pulitser mükafatına namizəd göstərilmişdir. Filmin ssenarisini Akiva Qoldsman yazmışdır. Filmdə baş rolu Rassel Krou oynamışdır, ondan başqa filmdə Cennifer Konnelli, Ed Harris, Kristofer Plammer və Pol Bettani çəkilmişdilər. Film dörd Oskar (Ən yaxşı film, Uyğunlaşdırılmış ssenari, Rejissorluq, İkinci planda qadın rolu — Cennifer Konnelli), Qızıl qlobus mükafatı (xüsusilə, Rassel Krou Ən yaxşı aktyor nominasiyasında qalib gəldi) və bir neçə BAFTA mükafatını qazandı. Filmin premyerası 21 dekabr 2001-ci ildə ABŞ-də baş tutdu. Film tənqidçilər tərəfindən rəğbətlə qarşılandı və dünyada 300 milyon dollardan çox gəlir əldə etdi. Hekayə gənc dahi Con Neşin ilk illərindən başlayır. Onda hallusinasiyalarla müşayiət olunan paranoik şizofreniya inkişafına başlayır və işi, arvadı və dostları ilə olan vəziyyəti təhlükəli vəziyyətə çatana qədər şiddətlənir.
Kamal Hüseynov
== Əsas elmi nailiyyətləri == Koaqulyasiya tənliyinin, ilk dəfə olaraq fərqli nüvələr üçün həllini tapmışdır. Asteroid zonasındakı cisimlərin Yupiterlə rezonans həyəcanlamalar asteroid qurşağının yaranmasında əhəmiyyətli rol oynamışdır. == Elmi əsərlərinin adları == Просветление планетезимальных дисков около звезд типа Т-тельца. Возможная роль резонансов в формировании пояса астероидов. Решение уравнения коагуляции с разностным ядром. О возможности образования комет in situ. Growth of planetesimals and clearence of disks around T-Tauri stars.
Kamal Həsənov
Kamal Həsənov (sənətşünas) — Azərbaycan sənətşünası və baletmeysteri, sənətşünaslıq namizədi, Azərbaycanın əməkdar mədəniyyət işçisi.
Kamal Kamallı
Kamal Vilayət oğlu Kamallı (16 noyabr 1995, Cicimli, Laçın rayonu – 16 iyun 2021, Şəki, Şəki rayonu) — İkinci Qarabağ Müharibəsi iştirakçısı. == Həyatı == Kamallı Kamal Vilayət oğlu 16 noyabr 1995-ci ildə Şəki şəhərində anadan olmuşdur. 2002-ci il 1 sentyabrda Əyyub Namazov adın Şəki rayon Şəki kəndində 1-ci sinifə getmiş, 2013-cü ildə orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. 2014–2016-cı illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində "N" saylı hərbi hissəsində xidmətdə olmuşdur. Subay idi. == Hərbi xidməti == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 16.06.2021-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən naməlum səbəbdən Laçın rayonu Cicimli kəndində avtomobil qəzasına düşərək şəhid olmuşdur Şəki rayonunun Şəki kəndində torpağa tapşırılıb.
Ahıl
Qocalıq — orqanizmin nəslin davam etdirilməsi qabiliyyətini itirməsindən ölümə qədər olan insan həyatı dövrü.
Ağal
Ağız
Ağız — İnsan orqanlarından biri. == Anatomik xüsusiyyətləri == Ağız boşluğunun sərhədləri: Üstdə : Damaq (Paltum) olur. Palatum, iki qisimdir; Qabaqda Sərt damaq (palatum vəziyyət) arxada yumşaq damaq (paltum molle) olur. Sərt damaq, maksillanın alt parçası olub ağız boşluğunu burun boşluğundan ayırar. Yumşaq damaq, os palatini (palatinal sümük) tərəfindən yaradılan zəif ağız mukozasıdır. Kiçik dil (uvula palatina) yumşaq damağın arxa kənarından arxaya doğru sallanar. Qabaqda: Dodaqlar (labia toris) olur. Dodaqlar, üst dodaq (labyum superior) və alt dodaq (labium inferior) olmaq üzrə iki dənədir. Dodaqların çevrələdiği yarığa "ağız yarığı (rima oris) deyilir. Altda: Ağız döşəməsi olur.
Nağıl
Nağıl — şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və ən çox yayılmış janrıdır. Nağıllar xalq nağılları və müəllif nağılları olmaqla iki qrupa bölünür. Müəllif nağıllarından fərqli olaraq xalq nağıllarının yazıldığı tarix və müəllifi bəlli olmur. == Xüsusiyyətləri == Nağıllarda xalqın həyatı və məişəti, dünyagörüşü və inancları, arzu və xəyalları əks olunur. Nağıllar əsasən, qaravəlli adlandırılan girişlə başlayır. Bu girişlər nağılın məzmunu ilə bağlı olmur. Məsələn, "Hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər köhnə hamam içində, hamamçının tası yox, baltaçının baltası yox, orda bir tazı gördüm, onun da xaltası yox. Nağıl-mağıl bilmərəm, bilsəm də söyləmərəm, xandan gəlmiş nökərəm, dinmə böyrünü sökərəm" Nağılın əvvəlində "Biri vardı, biri yox", sonunda isə "Göydən üç alma düşdü: biri mənim, biri özümün, biri də nağıl deyənin" sözləri işlənir. Başlanğıcda və sonluqda verilən həmin epik formullarla yanaşı qəhrəmanlarla, hadisələrlə bağlı formullardan da istifadə olunur. Məsələn, "Qız nə qız, görən bunun camalına heyrandı, qaş qara, gözlər sürməyi, boyu sərv…", "dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi", "Dağların dabanıynan, yolların qırağıynan, ayaq üzəngidə, diz qabırğada…" və s.
Aqil
Aqil — Kişi adı.
Aqil Abbas
Aqil Məhəmməd oğlu Abbas (1 aprel 1953, Boyat, Ağcabədi rayonu) — azərbaycanlı dövlət xadimi, yazıçı, jurnalist, Azərbaycan Milli Məclisinin III, IV, V və VI çağırış üzvü. == Həyatı == Aqil Məhəmməd oğlu Abbasov 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Kolanı kəndində doğulub. 1955-ci ildə 2 yaşında olarkən ailəsi ilə birlikdə Ağdama köçüb. Ağdam 1 saylı orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirib (1970–1976). Əmək fəaliyyətinə Ağsu rayonundakı internat məktəbində müəllim (1976–1977) kimi başlayıb, "Elm və həyat" jurnalında fotomüxbir, şöbə müdiri (1977–1987), "Sovet kəndi" qəzetinin xüsusi müxbiri (1987–1990) işləyib. Hazırda "Ədalət" (1990-cı ildən), "Boz qurd" (1993-cü ildən) qəzetlərinin baş redaktorudur. Bədii yaradıcılığa 1970-ci ildən başlasa da, ilk mətbu hekayəsi "Şirinlik" 1976-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunub. Bunun ardınca 1977-ci ildə "Şəbədə Nazim" hekayəsi "Ulduz" və "Azərbaycan" jurnallarında işıq üzü görüb. Həmin dövrdən mətbuatda müntəzəm çıxış edir. "Qiyamət gecəsi" və "Qapqara uzun saçlar" povestlərinin müəllifidir (2003).
Aqil Abbasov
Aqil Məhəmməd oğlu Abbas (1 aprel 1953, Boyat, Ağcabədi rayonu) — azərbaycanlı dövlət xadimi, yazıçı, jurnalist, Azərbaycan Milli Məclisinin III, IV, V və VI çağırış üzvü. == Həyatı == Aqil Məhəmməd oğlu Abbasov 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Kolanı kəndində doğulub. 1955-ci ildə 2 yaşında olarkən ailəsi ilə birlikdə Ağdama köçüb. Ağdam 1 saylı orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirib (1970–1976). Əmək fəaliyyətinə Ağsu rayonundakı internat məktəbində müəllim (1976–1977) kimi başlayıb, "Elm və həyat" jurnalında fotomüxbir, şöbə müdiri (1977–1987), "Sovet kəndi" qəzetinin xüsusi müxbiri (1987–1990) işləyib. Hazırda "Ədalət" (1990-cı ildən), "Boz qurd" (1993-cü ildən) qəzetlərinin baş redaktorudur. Bədii yaradıcılığa 1970-ci ildən başlasa da, ilk mətbu hekayəsi "Şirinlik" 1976-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunub. Bunun ardınca 1977-ci ildə "Şəbədə Nazim" hekayəsi "Ulduz" və "Azərbaycan" jurnallarında işıq üzü görüb. Həmin dövrdən mətbuatda müntəzəm çıxış edir. "Qiyamət gecəsi" və "Qapqara uzun saçlar" povestlərinin müəllifidir (2003).
Aqil Acalov
Aqil Ağacanov
Aqil Ağacanov — aktyor, "Bizim Cəbiş müəllim" filmindəki Makedon rolu ilə daha çox tanınır. == Həyatı == Aqil Ağacanov 22 avqust 1949-cu ildə Bakının Sabunçu rayonunun Pirşağı kəndində dünyaya göz açmışdır. Bakı şəhəri 112 saylı orta məktəbi 8 illik sistemlə bitirmiş, lakin sonra gecə məktəbində Ramana müəllimlərindən təhsil almışdır. Orta təhsilini bitirdikdən sonra 1969-cu ildə hərbi xidmətə yola düşmüşdür. Uzun müddətdir ki, aşpaz, xüsusilə də kababçı kimi fəaliyyət göstərir və bütün Bakı kəndlərində onu elə kababçı Aqil kimi tanıyırlar. Ailəlidir, ikisi qız, biri oğlan olmaqla üç övladı və iki nəvəsi vardır. == Makedon rolu == Aqil Ağacanovun oynadığı Makedon rolu "Bizim Cəbiş müəllim" filmindəki maraqlı obrazlardan biridir. Onu filmə təsadüfən çəkirlər. Belə ki, Aqillə bulvarda təsadüfən nərd oynayan rejissor Həsən Seyidbəyli nərddə uduzduqdan sonra sözünü tutaraq, Aqili Makedon roluna sınaqlara çağırır. Çünki oyuna başlamazdan öncə Aqil Ağacanov Həsən Seyidbəyli ilə mərc kəsir ki, əgər rejissor uduzsa, onu kinoya çəkəcək və belə də olur.
Aqil Bağırov
Aqil Fazil oğlu Bağırov (1 may 1995, Muğanlı, Ağstafa rayonu – 27 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqil Bağırov 1995-ci il mayın 1-də Ağstafa rayonunun Muğanlı kəndində anadan olub. 2002–2013-cü illərdə F. Kərimov adına Muğanlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Aqil Bağırov 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Aqil Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Aqil Bağırov oktyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Muğanlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Bağırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Bağırov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Aqil Dadaşov
Aqil İsax oğlu Dadaşov — Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, "Ülfət" qəzetinin baş redaktoru. == Həyatı == Aqil Dadaşov 1955-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1978-ci ildən Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirmişdir. Evlidir. İki övladı var. == Fəaliyyəti == Aqil Dadaşov əmək fəaliyyətinə "Bakı" və "Baku" axşam qəzetləri redaksiyasında başlamışdır. 1991-ci ildən 1992-ci ilə kimi Azərbaycan Həmkarlar İttifaqları Şurasının (indiki AHİK) "Ülfət" qəzetinin məsul katibi, baş redaktorun müavini vəzifələrində işləmişdir. 1992-ci ildən qəzetin baş redaktorudur. Aqil Dadaşov 1998-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini seçilmişdir. Həmçinin, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Şurasının, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Məclis və İcraiyyə Komitəsinin üzvüdür.
Aqil Hacıyev
Aqil Cəfər Xəndan oğlu Hacıyev (10 avqust 1947, Şuşa, Dağlıq Qarabağ – 14 fevral 2019, Bakı) — klassik rus ədəbiyyatı kafedrasının müdiri (1984), professor (1984). == Həyatı == Aqil Hacıyev 10 avqust 1947-ci ildə Şuşa şəhərində Azərbaycan ədəbiyyatşünası, tənqidçisi, şair və tərcüməçi, filologiya elmləri doktoru, professor Cəfər Xəndanın ailəsində anadan olmuşdur. Hacıyev 1954–1965-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbi bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 1965–1970-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır. == Elmi dərəcə və elmi adları == Aqil Hacıyev 1970–1973-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Filologiya fakültəsinin aspirantı olmuşdur. Belə ki, MDU-nin Rus ədəbiyyatı tarixi kafedrasına məqsədli aspiranturaya göndərilmişdir. O, 1973-cü ildə "A.S.Puşkinin "Ərzuruma səyahət əsəri" və "XIX əsrin 20–30-cu illərinin rus oçerki" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 1981-ci ildə isə dosent elmi adını almışdır. Hacıyev 1982-ci ildə "Tiflisdə "XX əsr rus ədəbiyatında Şərq" mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. 1984-cü ildə professor elmi adını alıb. == Əmək fəaliyyəti == Aqil Hacıyev 1973–1976-cı illərdə Bakı Dövlət Universitetinin Rus ədəbiyyatı tarixi kafedrasının çalışıb.
Aqil Hüseynov
Aqil Habil oğlu Hüseynov (9 may 1995; Əhmədli, Beyləqan rayonu, Azərbaycan — 7 oktyabr 2020; Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqil Hüseynov 9 may 1995-ci ildə Beyləqan rayonunun Əhmədli kəndində Habil Hüseynovun ailəsində anadan olmuşdur. 2001–2012-ci illərdə orta təhsil almışdır. Ailəli idi, 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Aqil Hüseynov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Aqil Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində rabitəçi olaraq iştirak etmişdir. Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovla birgə vuruşmuşdur. Aqil Hüseynov 7 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Aqil Həsənov
Aqil Nofəl oğlu Həsənov (6 yanvar 1996, Pirəmsən, Dəvəçi rayonu – 29 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqil Həsənov 1996-cı il yanvarın 6-də Şabran rayonunun Pirəmsən kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Aqil Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Aqil Həsənov sentyabrın 29-da şəhid olub. Şabran rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Aqil Kəngərli
Aqil Kəngərli (tam adı:Cəfərov Aqil Abbas oğlu, 1 sentyabr 1972, Göyçay) — azərbaycanlı jurnalist, yazıçı, tarixçi-şair, "Qızıl qələm" mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. İraq-Türkmən Yazarlar Birliyinin və Türkiyənin Avrasiya Sanat Kültür və Ədəbiyyat Dərnəyinin (ASKED) üzvüdür. "Qızıl qələm", " Həsən bəy Zərdabi", "Xəmsə" , "Xalqın nüfuzlu ziyalısı", "Vicdanlı qələm" və. s. diplom və fəxri fərmanlarla təltif olunub. == Həyatı == 1972-ci il sentyabrın 1-də Göyçay şəhərində anadan olub. Valideynləri 1949-cu ildə Qərbi Azərbaycanın Dərələyəz və Vedibasar mahallarından deportasiya olunub. Aqil Kəngərli 1989-cu ildə Göyçay şəhəri 7 nömrəli orta məktəbi bitirmiş, əmək fəaliyyətinə 1989-cu ildə kitabxana işçisi kimi başlamışdır. 1995-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsini biblioqraf ixtisası üzrə, 2002-ci ildə isə Azərbaycan Müəllimlər İnstitutunu tarix müəllimi ixtisası üzrə bitirmişdir. 1996–1997-ci illərdə DİN Daxili Qoşunlarında hərbi xidmətdə olmuşdur.
Aqil Mirzəliyev
Aqil Mehman oğlu Mirzəliyev (27 avqust 1999, İsmayıllı rayonu – 23 oktyabr 2020, Tuğ, Xocavənd rayonu) — Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqil Mirzəliyev 1999-cu il avqust ayının 27-də İsmayıllı rayonunda anadan olmuşdur. 2005-2016-cı illərdə İsmayıllı rayonunda İsrail Həsənov adına 1 saylı tam orta məktəbdə təhsil almışdır. Məktəb illərində intellektual səviyyəsi ilə daim seçilən Aqil dəfələrlə respublika fənn olimpiadalarında, bilik və intellektual yarışlarda çempion olmuşdur. 2016-cı ildə orta məktəbi əla qiymətlərlə başa vurmuş və qəbul imtahanında 613 bal toplayaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit ixtisasına qəbul olunmuşdur. 2020-ci ildə universitetdən məzun olmuş, daha sonra isə hərbi xidmətə yollanmışdır. == İkinci Qarabağ müaribəsində iştirakı == Aqil Mirzəliyev hərbi xidmətinə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində başlamış və 2020-ci il sentyabr ayının 27-dən başlayan 2-ci İkinci Qarabağ müharibəsində fəal iştirak etmişdir. O, Murovdağ, Cəbrayıl, Füzuli və Hadrut istiqamətlərində gedən döyüşlərdə şücaət göstərmişdir. Aqil Mirzəliyev 20 oktaybr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və oktyabr ayının 23-ü Şəhidlər Xiyabanında dəfn edilmişdir. == Xatirəsi == 2022-ci ildə İsmayıllıda Aqil Mirzəliyevin ad günündə şəhidin adına küçə verilib.
Aqil Musayev
Aqil Musayev (3 noyabr 1973, Qazax rayonu – 5 oktyabr 1994, Gəncə) — Qarabağ müharibəsinin iştirakçısıdır. 5 oktyabr 1994-cü ildə Gəncə hadisələri zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsində iştirak edərkən, qəhrəmancasına həlak oldu. Aqil Musayev 5 oktyabr 1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin cənab Heydər Əliyevin 215 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. == Həyatı == Aqil Musayev 3 noyabr 1973-cü ildə Azərbaycanın Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1981-ci ildə birinci sinfə getmiş, 1991-ci ildə onuncu sinfi bitirmişdir. Sonra təhsilini Qazax şəhərindəki 117 saylı texniki-peşə məktəbində davam etdirmişdir. Sürücü peşəsinə yiyələnmişdir. == Qarabağ müharibəsi == 1993-cü il mayın 18-də Qazax rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. Bir müddət təlim-məşq toplanışlarında iştirak etmişdir. Az müddətdə əsgər və zabit heyətinin hörmətini qazanmışdır.
Aqil Məcidov
Aqil Aydın oğlu Məcidov (3 aprel 1998, Tovuz rayonu – 28 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqil Məcidov 1998-ci il aprelin 3-də Tovuz şəhərində anadan olub. 2005-2016-cı illərdə A. Puşkin adına tam orta məktəbdə təhsil alıb. 2016-2020-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. == Hərbi xidməti == Aqil Məcidov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Aqil Məcidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aqil Məcidov sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Tovuzda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Məcidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Aqil Məlikov
Aqil Niyaz oğlu Məlikov (6 aprel 1986, Alpan, Quba rayonu – 27 sentyabr 2020, Qaraxanbəyli, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqil Məlikov 1986-cı il aprelin 6-da Quba rayonunun Alpan kəndində anadan olub. 1993-2004-cü illərdə Alpan kənd tam orta məktəbində təhsil alıb. 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Süleyman adında bir oğlu, Xədicə adında isə bir qızı yadigar qaldı. == Hərbi xidməti == Aqil Məlikov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb. Azərbaycan Ordusunun kapitanı olan Aqil Məlikov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aqil Məlikov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Quba rayonunda dəfn olunub.
Aqil Qasımov
Aqil Qadir oğlu Qasımov (24 dekabr 1973, Zeynəddin, Naxçıvan rayonu) — Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində "Dendrologiya Bağı" publik hüquqi şəxs, Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi şöbəsinin, şöbə müdiri. == Həyatı == Aqil Qadir oğlu Qasımov 24 dekabr 1973-cü ildə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Babək rayon Zəynəddin kəndində ziyalı ailəsində anadan olmuşdur. 1981–1991-ci illərdə həmin kəndin S. Nadirli adına tam orta məktəbini oxumuşdur. 1991–1996-cı illərdə akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin Kənd təsərrüfatı fakültəsinin aqronom ixtisasına daxil olmuş və alim-aqronom ixtisasını bitirmişdir. 1996–2001-ci illərdə Babək rayon Kərimbəyli kəndinin şərab zavodunda mikrobioloq vəzifəsində işləmişdir. 2001–2003-cü illərdə Naxçıvan meyvəçilik sort-sınaq məntəqəsində baş məsləhətçi aqronom işləmişdir. 2003–2016-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Bioresurslar İnstitunun Zooloji tədqiqatlar şöbəsinin onurğasızlar laboratoriyasında böyük elmi işçi vəzifəsində çalişmışdır. 2004–2009-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitunun disertantı olmuş, "Naxçıvan Muxtar Respublikasında çəyirdəkli meyvə ağaclarına zərərverən cücülər və onların entomofaqları" mövzusunda müdafiə etdiyi üçün ona Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. 2013-ü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən entomologiya ixtisası üzrə dosent elmi adına layiq görülmüşdür. 1.
Aqil Quliyev
Aqil Quliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Birinci Qarabağ müharibəsi şəhidi. Aqil Quliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Aqil M. Quliyev — aktyor, rejissor, ssenari müəllifi, klipmeyker.
Aqil Şahmuradov
Aqil Şahmuradov — tarix elmləri namizədi == Həyatı == Şahmuradov Aqil Şövkət oğlu 1988-1993-cü illərdə T.Q.Şevçenko adına Kiyev Dövlət Universitetində təhsil almış və tarixçi ixtisasına yiyələnmişdir. 1994-1998-ci illərdə BDU-nun aspirantura pilləsində təhsil almış, 2000-ci ildə "XIX əsrin II yarısı – XX əsrin əvvələrində rusların Azərbaycanda sahibkarlıq fəaliyyəti" mövzusunda dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Aqil müəllim 1993-cü ildən pedaqoji fəaliyyət göstərir. Bakı Avrasiya Universitetində dakan müavuni, dekan, prorektor vəzifələrində çalışmış, hal-hazırda universitetin Beynəlxalq münasibətlər və regionşünaslıq kafedrasının müdiridir. Respublikada ilk dəfə nəşr olunmuş "Diplomatiya: ensiklopedik lüğət" kitabının müəlliflərindən biri və məsul katibdir. XIX-XX əsr Azərbaycan və Slavyan ölkələri tarixinin müxtəlif aspektlərinə aid bir sıra məqalələrin müəlifidir. Slavyan ölkələri tarixi üzrə təhsilin bakalvr və magistr pillələri üçün fənn proqramları, metodik göstəriş hazırlamışdır. Bununla yanaşı Bakı Avrasiya Unversitetinin təsis etdiyi "Dünyaya baxış" jurnalının məsul katibidir.
Aqil Şirinov
Aqil Muxtar oğlu Şirinov (28 sentyabr 1979, Kəlbəcər) — Azərbaycan İlahiyyat İnstitutunun rektoru; İlahiyyat üzrə fəlsəfə doktoru, dosent == Həyatı == Aqil Şirinov 1979-cu il sentyabr ayının 28-də Kəlbəcər şəhərində anadan olub. 1985-ci ildə Kəlbəcər şəhər 3 saylı orta məktəbinə daxil olub, 1996-cı ildə Kəlbəcər rayon 12 saylı orta məktəbi bitirib. 1996-cı ildə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə daxil olub, 2001-ci ildə qeyd olunan fakültədən "ilahiyyatçı" və "ərəb dili müəllimi" ixtisasları üzrə məzun olmuşdur. 2001-ci ildə Türkiyə Respublikası Mərmərə Universiteti Sosial Elmlər İnstitutunun magistratura bölməsinə daxil olmuş, 2003-cü ildə "İslam Məzhəbləri Tarixi mənbələrində ifrat meylli məzhəblər və görüşləri (İslam Mezhepleri Tarihi Literatüründe Aşırı Fırkalar ve Görüşleri)" adlı elmi iş mövzusunu müdafiə edərək magistr dərəcəsinə layiq görülüb. 2003-cü ildə eyni institutun doktorantura şöbəsinə daxil olub, 2007-ci ildə "Nəsirəddin Tusinin varlıq və tanrı anlayışı (Nasiruddin Tusi’de Varlık ve Uluhiyyet)" adlı dissertasiya mövzusunu müdafiə edərək ilahiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2008-ci ildən etibarən Bakı Dövlət Universitetin İlahiyyat fakültəsinin "İslam elmləri" kafedrasının saathesabı müəllimi, 2011-ci ildən müəllimi, 2016-cı ildən etibarən isə baş müəllimi vəzifəsində çalışıb. Aqil Şirinov Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsində Fəlsəfə, İslam Məzhəbləri Tarixi, Din sosiologiyası və Din psixologiyası fənlərini tədris edib. Habelə 2015–2017-ci illər ərzində Bakı Dövlət Universitetin Tarix, Folologiya, Jurnalistika, Kitabxanaçılıq və informasiya fakültələrində ümumi fəlsəfə və məntiq, İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat fakültəsində ingiliscə ümumi fəlsəfə dərslərini aparıb. Aqil Şirinov 2016–2020-ci illər ərzində Qafqaz Müsəlmanları İdarəsinin "Fətva və moizə" şöbəsinin müdiri vəzifəsində də çalışmışdır. Hal-hazırda Aqil Şirinov Qafqaz Müsəlmanları İdarəsinin elmi-dini şurasının üzvüdür.
Aqil Əliyev
Aqil Əlirza oğlu Əliyev (10 dekabr 1926, Naxçıvan – 7 mart 2006, Bakı) — Azərbaycan iqtisadçısı, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor. == Həyatı == Aqil Əliyev 1926-cı il dekabrın 10-da Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi Naxçıvan şəhərində bitirdikdən sonra, 1946-cı ildə Bakı Dövlət Universitetinə daxil olmuş və 1951-ci ildə oranı bitirmişdir. Sonra 1953-cü ilə qədər Azərbaycan SSRİ EA Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. İqtisad elminə böyük marağı olduğundan 1953-cü ilin may ayından Azərbaycan Tibb İnstitutunun "Siyasi iqtisad" kafedrasında işləməyə başlamışdır. 1970-ci ildə iqtisad elmləri namizədi, 1973-cü ildə dosent, 1979-cu ildə professor elmi adlarına layiq görülmüşdür, 1983-cü ildən iqtisad elmləri doktorudur. Professor A.Ə.Əliyev yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasında xidmətlərinə görə 1982-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, bir neçə orden və medallarla, "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif olunmuşdur. A.Ə.ƏIiyevin rəhbərliyi altında bu illər ərzində kafedrada görülən işlər sayəsində böyük inkişafın təməli qoyulmuşdur. ATU-nun "Siyasi iqtisad" kafedrası uzun illər "Ən yaxşı kafedra" fəxri adına layiq görülmüş, kollektivin işi əsl nümunə məktəbinə çevrilmişdir. Aqil Əliyev həyat səviyyəsi, istehlak, sosial sahələrin iqtisadiyyatı problemlərinə dair sanballı elmi araşdırmaları, kitabları ilə tanınan, uzun illər respublikamızın ali təhsil sistemində məhsuldar və səmərəli fəaliyyət göstərən görkəmli iqtisadçı alimlərdəndir.
Aqil Ələkbərov
Aqil Mayıl oğlu Ələkbərov — Azərbaycanlı şəhid. == Həyatı == Ələkbərov Aqil Mayıl oğlu 1973-cü ildə Gədəbəy rayonunun Şəkərbəy kəndində anadan olub. 1990-cı ildə Şəkərbəy kənd orta məktəbini bitirmişdir. 1992-ci ildə hərbi xidmətə getmişdir. 1994-cü ildə Kəlbəcərdə şəhid olmuşdur.
Aqil Əsədov
Aqil Məhiyəddin oğlu Əsədov (2 noyabr 1976, Başlıbel, Kəlbəcər rayonu) — iqtisad elmləri doktoru, dosent == Həyatı == Aqil Əsədov 02 noyabr 1976-cı il tarixdə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olub. 1982-ci ildə Başlıbel kənd orta məktəbinə qəbul olunaraq 1993-cü ildə həmin məktəbi bitirib. 1997-ci ildə Azərbaycan Texniki Universitetinin (AzTU) “Mühəndis biznesi və menecment” fakültəsini bitirərək “Mühəndis iqtisadiyyatı və idarəetmə” ixtisası üzrə bakalavr dərəcəsi alıb. 1997-1999-cu illərdə AzTU-nun magistraturasında təhsilini davam etdirərək, “İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (nəqliyyat)” ixtisası üzrə magistr dərəcəsi alıb. 2008-2018-ci illərdə Azərbaycan Universiteti, UNEC, Bakı Biznes və Kooperasiya Universitetlərində pedaqoji fəaliyyət göstərib. == Əmək fəaliyyəti == 2005-2008-ci illərdə İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Mərkəzinin (indiki İqtisadiyyat nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu) “Analitik təhlil” şöbəsində aparıcı mütəxəssis, aparıcı elmi işçi və şöbə müdiri vəzifəsinin icraçısı işləyib. 2008-ci ilin sentyabr ayından Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda böyük elmi işçi, 2009-cu ildən 2018-ci ilin iyul ayınadək İnstitutun “Xidmət sahələrinin inkişaf problemləri” şöbəsinin müdiri vəzifəsində çalışıb. 2011-2014-cü illərdə İnstitutun “Gənc alim və mütəxəssislər Şurası”nın sədri, İnstitut Elmi Şurasının, Dissertasiya Şurasının üzvü və yerli həmkarlar təşkilatının büro üzvü olub. 05 iyul 2018 – 08 sentyabr 2021-ci illər ərzində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində “Təbliğat, informasiya və analitik təhlil” şöbəsinin müdiri vəzifəsində çalışıb. 09 sentyabr 2021 - 26 sentyabr 2022-ci illər ərzində Azərbaycan Universitetinin və Bakı Avrasiya Universitetinin dosenti işləyib.
Adil Barmal
Aqil Qurbanov
Aqil Qurbanov (15 avqust 1986, Bakı) — Azərbaycan Respublikasının müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini. == Həyatı == Aqil Səlim oğlu Qurbanov 15 avqust 1986-cı ildə Bakı şəhərində anadan olub. 2004–2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. 2012–2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr təhsili alıb. Ailəlidir. İki övladı var. == Karyerası == 2015–2019-cu illərdə "PAŞA Holding" MMC-də investisiyalar üzrə direktor olub. Daha sonra "Sumqayıt Texnologiyalar Parkı"nın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2022-ci il tarixli Sərəncamı ilə müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini vəzifəsinə təyin olunub. 27.02.2023-cü il tarixdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə müdafiə nazirinin müavini — Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Amal Alişanlı
Amal Seyfəddin oğlu Alişanlı (11 fevral 2001, Qabaqdibi, Yardımlı rayonu – 8 noyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amal Alişanlı 2001-ci il fevralın 11-də Yardımlı rayonunun Qabaqdibi kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Amal Alişanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amal Alişanlı oktyabrın 8-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Alişanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Alişanlı ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Alişanlı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Alişanlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (5.
Amal Qarayev
Amal Ədalət oğlu Qarayev (23 yanvar 2001, Ərus, Yardımlı rayonu – 4 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amal Qarayev 2001-ci il yanvarın 23-də Yardımlı rayonunun Ərus kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Amal Qarayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amal Qarayev oktyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Yardımlı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Qarayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Qarayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Qarayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Qarayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Amal Əhmədov
Amal Rauf oğlu Əhmədov (3 may 1996, Tver – 13 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amal Əhmədov 1996-cı il mayın 3-də Rusiya Federasiyasının Tver şəhərində anadan olub. 2002–2013-cü illərdə Gəncə şəhərində C. Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə təhsil alıb. 2013-cü ildə Gəncə Texniki Kollecinə daxil olub, 2014-cü ildə isə təhsilini dayandıraraq hərbi xidmətə yollanıb. Subay idi. == Hərbi xidməti == Amal Əhmədov 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Amal Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amal Əhmədov oktyabrın 13-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.