ÇÖP

сущ. 1. кьал (кӀарасдин, кьулун, самун ва мс. гвечӀи кӀар); // бедендин са чкада акӀанвай цаз, чӀун ва мс.; qorxan gözə çöp düşər. Ata. sözü кичlе виле кьал акьада; 2. аялдин туьтуьна акӀанвай куьлуь кӀараб, цил, чкал ва мс. затӀ; 3. бакт. бацилла (кьалуниз ухшар микроб, бактерия: мес. веремдин, ратӀарин); ** çöp atmaq кӀар вегьин, чип вегьин; əriyib çöpə dönmək (цӀурана) кьал (цӀам) хьиз хьун, азардикай ва мс. гзаф яхун хьун, зайиф хьун, кьурун.
ÇÖNMƏK
ÇÖPÇÜ
OBASTAN VİKİ
Bağırsaq çöpləri
Escherichia coli- Enterobacteriaceae fəsiləsinin Escherichia cinsinə daxildir. İnsan patologiyalarında əhəmiyyət kəsb edən E.coli növü ilk dəfə 1885-ci ildə T. Eşerix tərəfindən nəcisdən əldə edilmiş və onun şərəfinə də adlandırılmışdır. Morfo-bioloji xüsusiyyətləri. E.coli ölçüləri 0,5–3,0*0,5–0,8 mkm olan qram mənfi qısa çöplərdir. Peritrix flagellalar hesabına hərəkətlidirlər. Bir çox ştammları mikrokapsula əmələ gətirir. Fakultativ anaerobdur, adi qidalı mühitlərdə 37° temperaturda pH 7.2–7.6 intervalında asanlıqla inkişaf edir. Bərk qidalı mühitlərdə hamar, azacıq qabarıq, parlaq, yarımşəffaf koloniyalar əmələ gətirir. Maye mühitlərdə diffuz bulanıq və çöküntü əmələ gətirir. Laktozanı parçaladığı üçün Endo mühitində metal parlaqlığı olan moruğu-qırmızı, MacConkey mühitində çəhrayı, eozin-metilen abısı mühitində (Levin mühitində) tünd bənövşəyi koloniyalar əmələ gətirir.
Diş çöpü
Diş çöpü — Adətən bir yeməkdən sonra dişdən səpintinin aradan qaldırılması üçün istifadə edilən taxta, plastik, bambuk, metal, sümük və ya digər maddədən hazırlanan kiçik bir çubuq.
Qarayara çöpü
Qarayara çöpü - elmi adı 'Bacillus anthracis' olan qrammüsbət, sporlu bakteriya. Qarayara xəstəliyinin törədicisidir. İnsanda qarayara xəstəliyi törədən mikrobun kulturası Robert Kox tərəfindən 1877 ci ildə əldə edilmişdir. Qarayaranın lat. Bacillus anthracis törədici mikrobu növünə, lat. Bacillaceae ailəsinə aid olub, ucları düzbucaq altında xarakterik kəsilmiş, uzunluğu 3-10 mkm, eni 1-1,5 mkm olan iri hərəkətsiz çöpdür. orqanizmdə inkapsullaşmış tək-tək çöplərə və ümumi kapsul ilə əhatələnmiş 2-3 mikrobdan ibarət zəncirə təsadüf edilir. Basillərin gövdələrinin ucları təmas yerlərində azca qalındır və zəncir bambuk əl ağacını xatırladır. Xarici mühitdə lat. Bacillus anthracis 0,8-1x1,3-1,5 mkm ölçüsündə sporlar əmələ gətirir, qrammüsbətdir, anilin boyalarla yaxşı rənglənir.
Taun çöpü
Taun çöpü (lat. Yersinia pestis, 1967-ci ildən qabaq Pasteurella pestis) — enterobakteriyalar fəsiləsindən qrammənfi bakteriya, taunun törədicisidir. Fakultativ anaerobdur. 1894-cü ildə alim Aleksandr Yersen kəşf etmişdir, üç biovarı məlumdur. Patogenliyi iki faqositoz antigeni (F1 və VW) ilə bağlıdır. Bakteriya antifaqositoz seliyi əmələ gətirir. A kateqoriyalı, olduqca təhlükəli patogendir.
Çöplü (Tikantəpə)
Çöplü (fars. چوپلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.871 nəfər yaşayır (368 ailə).
Çöprələr
Çöprələr (lat. Cobitidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinə aid heyvan fəsiləsi. Bədəni (uz. 15–18 sm) xırda, yaxşı görünən pulcuqlarla örtülüdür; rəngi sarıdan qonurum tul-qəhvəyiyədək, xırda tünd ləkəli və ya zolaqlıdır. Ağzının kənarlarında 1012 bığcığı var. Dibdə yaşayır, müxtəlif onurğasızlar, bəzən dib bitkiləri ilə qidalanırlar. Çöprələr cinsinə bir neçə növ aid edilir. Adi çöprə (M. fossilis) Fransadan (Luara çayı) Uraladək yayılmışdır. Uzunluğu 35 sm-ə, kütləsi 140 q-a çatır; 7 ilədək yaşayır. Üst çənə təkcə çənəarası sümüklərindən təşkil olunmuşdur.
Çöpü (Bicar)
Çöpü (fars. چوپي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 68 nəfər yaşayır (23 ailə). Əhalisini kürdlər təşkil edir.
Çöpüdüm
Çöpüdüm (çöpü-çöpü) – Üçayaq yallısının dəstələri üzbəüz dayanan məqamdan sonra musiqi sədası altında başlanan rəqsin oyun hissəsi "Çöpüdüm" adlanır. İki yallıbaşı üz-üzə durur. Bunlardan biri cibindən bir əşya çıxarıb qarşısında duranın ağzına qoyur.II yallıbaşı da bu hərəkəti cəld yerinə yetirməlidir. Əgər II yallıbaşıda həmin əşyadan yoxdusa, ona yoldaşları kömək edə bilərlər. Həmin əşya tapıldıqda II yallıbaşı öz növbəsində hər hansı bir hərəkəti edir (Uzanır, oturur, və s...) .Bu vaxt I yallıbaşı eyni hərəkəti etməlidir. Əgər lazım olan əşya tapılmazsa və ya I yallıbaşı eyni hərəkəti təkrar edə bilməsə, bu zaman əvvəlcədən hazırlanmış nazik çubuqla (uzunluğu 1-1,5m) uduzan dəstənin bütün üzvlərini cəzalandırır. Uduzan dəstənin yallıbaşısının müqavimət göstərməyə ixtiyarı var, lakin vurmağa ixtiyarı yoxdur. Qalib gələn qrupun üzvləri şənlənir və rəqs edirlər. Məğlub dəstənin üzvləri başlarını aşağı dikərək kədərli görünürlər. Qalib gələnlərdən biri dostcasına rəqibinin çiyninə vurur, ikincisi rəqibinə konfet verir, üçüncüsü rəqibinin belinə minir.Bununla Çöpüdüm rəqsi bitir.
Çöpşəkillilər
Çöpşəkillilər (lat. Phasmoptera) — buğumayaqlılar tipinin açıqçənəlilər yarımfəsiləsinə aid olan dəstə. Bu dəstənin nümayəndələri nisbətən iri, xeyli uzanmış, nazik, çöpşəkilli və ya enli yarpaqşəkilli bədənləri ilə səciyyələnir. Son formalar zahirən bitki yarpaqlarına bənzəyir, Görünür, bu, müdafiə məqsədi güdən bioloji əhəmiyyət daşıyır. Bütövlükdə çöpcüklərin qəribə formaları vardır ki, bu da onların mimikriya – ətraf muhitə uyğunlaşma qabiliyyətinin çox gözəl olduğuna dəlalət edir. Onların bədənində qoruyucu rənglər – yaşıl, qonur və boz üstünlük təşkil edir ki, bunlar da yaşadıqları bitki növlərinin rəngi ilə həmahəngdir. Başı – proqnatik, gözləri xırda, dəyirmidir. Erkəkdə ya 2-3 gözcük olur, ya da ümumiyyətlə olmur. Bığcıqları müxtəlif uzunluqda, çoxbuğumlu (8-dən 10-dək), sapşəkilli və ya qılşəkillidir. Ağız aparatı gəmirici, zəif inkişaf etmişdir.
Çöpşəkillilər dəstəsi
Çöpədərə
Çöpədərə – Azərbaycan Respublikasının Zəngilan rayonunun Çöpədərə kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il 22 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Çöpədərə kəndi dağətəyi ərazidədir. Çəpədərə variantında da qeydə alınmışdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi Cənubi Azərbaycanın Çəpədərə kəndindən köçüb gəlmiş ailələr tərəfindən salınmışdır. Tədqiqatçılara görə, toponim çəp (türk dillərində "xırda daşlı və qumlu, bitkisiz dağ yamacı") və dərə (mənfi relyef forması) sözlərindən düzəlib, "xırda daşlı, qumlu, bitkisiz dərə" deməkdir.
Çöpcüklər
Çöpcüklər (ing. rod cells) — torlu qişadakı işığa həssas hüceyrələrin periferik prosesləri olan iki növ fotoreseptordan biridir və silindrik formasına görə belə adlandırılır. Bunlar işığın stimullaşdırılmasını sinir stimullaşdırılmasına çevirən yüksək ixtisaslaşmış hüceyrələrdir. Fotoreseptorların ikinci növü kolbacıqlardır. İnsanın hər bir tor qişasında orta hesabla təxminən 92 milyon çöpcük var. Çöpcüklərin ölçüsü: uzunluğu - 0,06 mm, diametri - 0,002 mm. Çöpcüklər içərisində xüsusi bir piqmentin - rodopsin (və ya görmə purpuru) olması səbəbindən işığa həssasdır. İşığın təsiri altında vizual piqmentin bir sıra çox sürətli çevrilmələri və rəngsizləşməsi baş verir. Çöpcüklərin həssaslığı hətta 2-3 fotonun təsirini aşkar etmək üçün kifayət edir. Retinanın müxtəlif hissələrində çöpcüklərin sıxlığı qeyri-bərabərdir və hər mm² üçün 20.000 ilə 200.000 arasında dəyişə bilər.

Digər lüğətlərdə