1. Taxta, ağac, saman və s. parçacığı. Dişini çöplə təmizləmək.
– Gəldiyev əlindəki kibrit çöpünü nəm çəkmiş zərflərin böyründən salır, bura-bura açırdı.
2. Bədənin bir yerinə batmış belə qırıntı, tikan və s.
[Səkinə Güllüyə:] Əlini mənə ver, çöpü çıxardım.
3. Boğazda (əsasən uşaqlarda) ilişib qalan sümük, tum qabığı və s. qırıntısı. Uşağın çöpünü çıxarmaq.
4. bakt. Çöp şəklində mikrob, basil. Vərəm çöpü. – Müəyyən edilmişdir ki, efir yağının spirtli məhlulu … bir sıra bakteriyaların bağırsaq çöplərini məhv edir. “Elm və həyat”. Qarın yatalağı və qanlı ishal çöpləri 100-120 günədək salamat qalıb fəaliyyət göstərir. “Sağlam məişət uğrunda”.
◊ Çöp atmaq – eyni şeylər arasından bəxtəbəxt olaraq birini götürmək.
Əriyib çöpə dönmək – xəstəlik və s. üzündən çox arıqlamaq, zəifləmək, üzülmək, qurumaq. Uşaq lap çöpə dönübdür.
– Bəli, [adamlar] canları ilə, yəni bədənləri ilə, yəni fədakarlıq eləyib, əriyib çöpə dönüblər.