ÇAVUŞLUQ
ÇƏLƏBİ
OBASTAN VİKİ
Çələb (Bicar)
Çələb (fars. چالاب‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 359 nəfər yaşayır (71 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Cəlalzadə Mustafa Çələbi
Cəlalzadə Mustafa Çələbi (d. 1491, Kastamonu - ö. 1567, İstanbul) — I Süleyman dönəmində yaşamış Osmanlı dövlət adamı və tarixçisi.
Fənarizadə Muhiddin Çələbi
Fənarizadə Muhiddin Çələbi (Bursa – 7 yanvar 1548, Konstantinopol) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı. İlk Osmanlı şeyxülislamı Molla Fənarinin oğlu Yusif Bali Fənarinin nəvəsi, Rumeli başqazısı Ələddin Əli Fənarinin oğlu olub, Bursada dünyaya gəlmişdir. Doğum tarixi bilinməsə də, təqribən 1480-ci ildə dünyaya gəldiyi məlumdur. Əvvəlcə atasından, ardından Xətibzadə Muhiddin və Əfdalzadə Həmiddin Əfəndidən dərslər aldı. 1495-ci ildə təhsilini bitirib, ailəsinin ad-sanından istifadə edərək İstanbulda yeni tamamlanmış Atik Əli Paşa mədrəsəsində müdərris təyin olundu. Daha sonra Bursada və 1513-cü ildə Sahn-ı Səman mədrəsəsində müdərris oldu. 1519-cu ildə Ədirnə, 1520-ci ildə isə İstanbul qazılığına gətirildi. 1523-cü ildə Anadolu, 1524-cü ildə isə Rumeli qazəsgəri seçildi. 15 il davam edən Rumeli qazəsgərliyi dönəmində dövrün bəzi siyasi hadisələrinə qarışdı. Sədrəzəm Piri Mehmed Paşanın əleyhinə Xain Əhməd Paşa tərəfindən tərtiblənən bir məsələnin araşdırılmasında vəzifələndirilmiş, ancaq Əhməd Paşa tərəfdarı olan Muhiddin Çələbi bu məsələdə ədalətsiz davranaraq araşdırmanın sonunu Piri Mehmed Paşanın əleyhinə nəticələndirmişdir.
Fəthullah Arif Çələbi
Fəthullah Çələbi — Osmanlı imperiyasının ilk saray tarixçisi. 60000 beytdən ibarət Şahnamə-i Ali Osmanın müəllifidir. Əsərlərini farsca və türkcə yazmışdır Əlqas mirzə Səfəvinin nışançısı idi. 1561-ci ildə Misirdə vəfat etmişdir.
Fətullah Arif Çələbi
Fəthullah Çələbi — Osmanlı imperiyasının ilk saray tarixçisi. 60000 beytdən ibarət Şahnamə-i Ali Osmanın müəllifidir. Əsərlərini farsca və türkcə yazmışdır Əlqas mirzə Səfəvinin nışançısı idi. 1561-ci ildə Misirdə vəfat etmişdir.
Hacı Məhəmməd Çələbi Əlici Qülhani
Hacı Məhəmməd Çələbi Əlici Qülhani – Azərbaycan şairi, alimi. Bir çox elmlərdə və xüsusən fiqh elmində zamanının ən məşhur adamlarından olmuşdur. Tədvinül-Əlici adlı kitab onun əsərlərindəndir. Fiqh qanunlarını gözəl bir tərtiblə izah edən bu əsəri ölkə alimləri çox bəyənmişlər. Yeddi dəfə Məkkə ziyarətinə getmişdir. Hicri 1223 (=1808) ildə vəfat etmişdir. Rus qoşunu ilə şirvanlı Mustafa xanın əsgərləri birlikdə Qudyal (Quba) şəhərindən, Quba əhalisi də xaricdən bir-birilə müharibə etməkdə idilər. Bu zaman Əlicinin cənazəsini qəbiristana gətirdilər. Namaz üçün səlat çəkildikdə cənazəyə hörmət üçün hər iki tərəfin əsgərləri müharibəni dayandırıb, bir sırada durdular. Azərbaycan ədəbiyyatı Bakıxanov, Abbasqulu ağa.
Hacı Qaraman Çələbi Əhmədli
Hacı Qaraman çələbi (XVI yüzilin sonu—XVII əsrin əvvəli) — övliya, XVI əsrin sonu, XVII əsrin əvvəli. Hacı Qaraman Çələbi Türkiyənin Diyarbəkir əyalətində anadan olmuşdur. Əsl adı Əhməd Çələbidir. Mükəmməl mədrəsə təhsili almışdı. Bütün elin dini və dünyəvi işlərinə nəzarət edirdi. Hacı Qaraman (Əhməd) Çələbi kəramət sahibi bir şeyx olmuşdur. Onun başqa bir tərıqət şeyxi Üryan Xıdırla söhbət və məqallarının olduğu məlumdur. Əhməd Çələbinin (Hacı Qaraman) Mustafa və Muhəmməd adlı iki oğlu olmuşdur. Qəbri Hacı Qaraman ocağı ziyarətgahıdır.
Hacı Rəhim xan Çələbiyanlı
Hacı Rəhim xan Hacı Əli xan oğlu Çələbiyanlı (1820-1909) — Məşrutə inqilabının əleyhidarı, general, Cənubi Azərbaycanın Qaradağ bölgəsində yaşayan Çələbiyanlı elinin elxanı. Hacı Rəhim xan Hacı Əli xan oğlu 1820-ci ildə Qaradağ vilayətinin Kərmədüz mahalının Həsrətan kəndində anadan olmuşdu. 1877-ci ildə böyük qardaşını Çələbiyanlı elinin elbəyiliyindən və sərhəddar vəzifəsindən kənarlaşdırıb, özü yiyələndi. Qardaşı oğlu Kərim xan Rəşidəddövlə ölən günə qədər nə onu, nə də böyük oğlu Nüsrətəssultan Böyük xanı bağışladı. 1883-cü ildə Azərbaycan əyalətinin hakimliyini Əmir Nizam Həsənəli xan Gərrusini təyin etdilər. Həsənəli xanın Qacarlar səltənətində rüşvət almaqda tayı-bərabəri yox idi. O, vəzifəyə təyin olunan kimi adamları bir-bir işdən çıxarır, sonra böyük məbləğdə rüşvət alıb, yenidən bərpa edildi. Əmir Nizam Rəhim xanı da fərmanla sərhədçibaşı vəzifəsindən azad etdirdi. Rəhim xan şaha layiq bir peşkəş düzəldib Həsənəli xana təqdim etdi və yerində qaldı. Həsənəli xan ona üstəlik mirpənc (general-leytenant) rütbəsi və Nüsrətüssəltənə ləqəbini verdi.
Hacı Rəhim xan Çələbiyanlı (kitab)
Hacı Çələbi
Hacı Çələbi xan (1703, Şəki – 1755, Şəki) — siyasi xadim və sərkərdə, müstəqil Şəki xanlığının yaradıcısı. Hacı Çələbi xan 1551-ci ildə şəkililərin Səfəvi şahı I Təhmasibə qarşı üsyanına başçılıq etmiş Dərviş Məhəmməd xanın uzaq xələfi idi. Nadir şahın tabeliyindən birinci çıxan Hacı Çələbi xan olub, hələ onun sağlığında ikən Şəkinin müstəqilliyini elan etmişdi. Hər şey Nadir şahın Şirvana və Dağıstana qarşı yeritdiyi sərt vergi siyasətindən başlamışdı. Narazılıqlar dalğası uzaq Şəkiyə qədər gəlib çatmışdı. Nadir şah Əfşar tərəfindən bu vilayəti idarə etmək üçün təyin olunmuş Məlik Nəcəf ağır vergiləri və hədsiz zülmü ilə əhalini özünə qarşı qaldırmışdı. Şəki camaatı onun zülmündən bu vaxt Dərbənddə olan Nadir şaha şikayət edir. Nadir şah Azərbaycanda və Dağıstanda öz siyasətindən narazılıqların get-gedə artdığını görüb, məsələni malalamaq istəyir. O, Şəki əyanlarına tapşırır ki, Məlik Nəcəfin fəaliyyətinə nəzarət edə biləcək bir səlahiyyətli şəxs seçib, şahın hüzuruna göndərsinlər. 1741-ci ilin sonunda şəkililər öz nümayəndələri kimi varlı və nüfuzlu bir şəxs olan Hacı Çələbini seçirlər.
Hacı Çələbi xan
Hacı Çələbi xan (1703, Şəki – 1755, Şəki) — siyasi xadim və sərkərdə, müstəqil Şəki xanlığının yaradıcısı. Hacı Çələbi xan 1551-ci ildə şəkililərin Səfəvi şahı I Təhmasibə qarşı üsyanına başçılıq etmiş Dərviş Məhəmməd xanın uzaq xələfi idi. Nadir şahın tabeliyindən birinci çıxan Hacı Çələbi xan olub, hələ onun sağlığında ikən Şəkinin müstəqilliyini elan etmişdi. Hər şey Nadir şahın Şirvana və Dağıstana qarşı yeritdiyi sərt vergi siyasətindən başlamışdı. Narazılıqlar dalğası uzaq Şəkiyə qədər gəlib çatmışdı. Nadir şah Əfşar tərəfindən bu vilayəti idarə etmək üçün təyin olunmuş Məlik Nəcəf ağır vergiləri və hədsiz zülmü ilə əhalini özünə qarşı qaldırmışdı. Şəki camaatı onun zülmündən bu vaxt Dərbənddə olan Nadir şaha şikayət edir. Nadir şah Azərbaycanda və Dağıstanda öz siyasətindən narazılıqların get-gedə artdığını görüb, məsələni malalamaq istəyir. O, Şəki əyanlarına tapşırır ki, Məlik Nəcəfin fəaliyyətinə nəzarət edə biləcək bir səlahiyyətli şəxs seçib, şahın hüzuruna göndərsinlər. 1741-ci ilin sonunda şəkililər öz nümayəndələri kimi varlı və nüfuzlu bir şəxs olan Hacı Çələbini seçirlər.
Hezarfən Əhməd Çələbi
Hezarfən Əhməd Çələbi (osman. هزارفنّ أحمد چلبی‎; 1609, Konstantinopol – 1640, Əlcəzair) — XVII əsrdə Osmanlı imperiyasında yaşadığı güman edilən müsəlman türk alimi. Hezarfən Əhməd Çələbinin düzəltdiyi qanadlarla Abbas ibn Firnasdan sonra uçmağı bacaran ilk insan olduğu deyilsə də, onun haqqında yeganə məlumat Səyahətnamədə var. 1623–1640-cı illər arasında IV Sultan Muradın hakimiyyəti dövründə uçma konstruksiyasını reallaşdırdığı üçün, həmçinin dərin elminə görə xalq arasında Hezarfən olaraq adlandırıldığı deyilir. Hezar fars mənşəli söz olub, 1000 deməkdir. Hezarfən isə "elmli", yəni "çox şeyi bilən adam" mənasını verir. Hezarfən Əhməd Çələbinin uçmaqla bağlı çalışmalarında Leonardo Da Vinçidən çox əvvəl bu mövzuda sınaqlar aparan, 10-cu əsrdə yaşamış müsəlman türk alimlərindən biri olan İsmayıl Cövhəridən ilhamlandığı deyilir. Cövhərinin əldə etdiyi nəticələri araşdıran və öyrənən Çələbi quşların uçuşunu tədqiq edərək tarixi uçuşundan əvvəl hazırladığı qanatların möhkəmliliyini ölçmək üçün Ox meydanında sınaqlar apardığı güman olunur.1632-ci il küləkli havada Qalata qülləsindən quş qanadlarına bənzəyən bir vasitə ilə özünü boşluğa buraxan və uçaraq Bosforu keçib 3358 metr kənarda Üsküdarda Doğancılara eniş etdiyi güman edilən Hezarfən Əhməd Çələbi türk aviasiya tarixinin ən diqqət çəkən adamlarından biridir. Bu uçuş haqqında sənədlər indiyə qədər sadəcə Övliya Çələbinin Səyahətnaməsində yer alır.
Hüsaməddin Çələbi
Mövlanə Hüsaməddin Çələbi (1225-?) — arif, Mövlanənin xəlifəsi. Çələbi Hüsaməddin, vaxtilə Konyaya köçmüs Urmiyalı bir soylu ailədəndir və doğum yeri Konyadır. (1225) Çələbi ləqəbini ona verən Mövlanadır. Gəncliyinin ilk illərində, Əxilərin şeyxi olan atasını itirən Çələbi Hüsaməddin, zamanının bütün ulu kişiləri və şeyxlərindən yəqin əlaqə və himayə gördüyü halda, bütün xidmətçiləri və arxadaslariyla, mövlananın xidmətini seçmişdir. Beləcə Mövlananın tərbiyəsində yetişmiş, kamil insan olmuşdur. Mövlana, Şeyx Selahaddindən sonra özünə həmdəm və xəlifə olaraq Çələbi Hüsaməddini seçdi və dostlarına belə dedi; "Ona baş əyin, qarşısında acizcəsinə qanadlarınızı yerə gərin! Bütün buyruqlarını yerinə yetirin, sevgisini canınızın da içinə əkin. O rəhmət mədənidir, Allah nurudur." Mövlananın bu buyruğu üzərinə, bütün dostlar ona itaət etdilər. Sultan Uşağın diliylə, "Bütün dostlar, onun lütf sununa testi kəsildilər, Şəmsə və Şeyh Selahaddinə etmiş olduqları alçaq hərəkətlərdən qurtulmuşdur. Həsəd etmədən Çələbi Hüsaməddinə itaət etdilər." Çələbi Hüsaməddin on beş il Mövlananın şərəfli söhbətində oldu.
Katib Çələbi
Katib Çələbi (əsl adı Mustafa bin Abdullah, 1609[…], Konstantinopol – 6 oktyabr 1657, Konstantinopol) — XVII əsr görkəmli osmanlı alimi, tarixçisi, yazıçısı və coğrafiyaşünası. Din, hüquq, siyasət, ədəbiyyat, coğrafiya, tarix, biblioqrafiya və başqa elm sahələrində əsərləri məlumdur. Katib Çələbi dünyəvi elmlərlə dini elmləri birləşdirməkdə şöhrət qazanmış türk dünyasının görkəmli coğrafiyaşünaslarından biridir. Əsərlərinin bir hissəsi başqa mənbələri araşdırmaqla başa gəlsə də, "Cahannüma" əsəri ilə coğrafiya tarixində özünəməxsus yer tutur. Bu əsərdə o Yapon adalarından başlamış Ərzurum və İraq sərhədlərinə qədər ölkələr haqqında məlumatlar verir. Əsər bu ərazilərdə yerləşən xalqların adət-ənənəsi, mədəniyyəti, məşğuliyyəti, təbiəti haqqında verilən zəngin məlumatlarla fərqlənir. Katib Çələbi öz dövrünün bir çox Avropa alimlərindən irəli gedərək dünyanın kürə şəklində olması fikrinin tərəfdarlarından olmuşdur. "Dünyanın hansı tərəfindən baxırsansa o, kürə kimi görünür" kimi fikir söyləyən İbrahim Haqqı (1703-1780) da Günəş, planetlərin hərəkəti, Günəş və Ay tutulmalarını izah edərkən Çələbinin "Cahannüma" əsərindən kifayət qədər istifadə etmişdir. "Kəşfüz-Zünun an Esamil-Kütüb vəl-Fünun": Ərəbcə yazılmış on beş minə yaxın kitab və on minə yaxın müəllifi tanıdan böyük bir bioqrafik ensiklopediyadır. Misirdə, Almaniyada və İstanbulda nəşr edilmiş, latın dilinə tərcümə edilmişdir.
Musa Çələbi
Musa Çələbi (1388, Osmanlı imperiyası, Bursa – 5 iyul 1413, Osmanlı imperiyası) — Osmanlı şahzadəsi olaraq Fetrət dövründə Ədirnədə Sultan elan edilərək Osmanlıların Rumelidəki torpaqlarında hökmranlıq etmişdir. Musa Çələbi İldırım Bəyazidin doqquzuncu oğlu olaraq dünyaya gəlmişdir. Sultan İldırım Bəyazidin Gərmiyanoğlu Süleyman Şahın qızı Dövlət Şah Xatundan olan dördüncü oğlu Şahzadə Böyük Musa Çələbi ilə qarışdırılmaması üçün Fetrət Dövründə Kiçik Musa Çələbi olaraq da xatırlanmaqdadır. (Kiçik) "Musa Çələbi" qardaşları İsa Çələbi, Süleyman Çələbi və Mehmed Çələbi ilə taxt mübarizələrinə girmişdir. Musa Çələbi 1403–1404-cü illərdə Bursa da Teymurdan fərman alaraq hökm sürmüş, amma daha sonra qardaşı İsa Çələbi tərəfindən buradan uzaqlaşdırılmışdır. 1409-cu ildə qardaşı Mehmed Çələbi ilə görüşərək Ədirnədə Rumeli və Anadoluda hökm sürən qardaşı Süleyman Çələbi əleyhinə bir müqavilə bağlamışdır. Musa Çələbi Rumeliyə keçərək Osmanlı Rumeli torpaqlarında Süleyman Çələbi ilə hərbi mübarizəyə girmişdir. Nəhayət 1410-cu ildə əvvəl Ədirnədə Osmanlı Rumeli torpaqları və sonra Anadolu əraziləri üzərində Sultan olaraq hökm sürən qardaşı Süleyman Çələbini bir basqın ilə Ədirnədən qaçırtmış və onun öldürülməsinə səbəb olmuşdur. Musa Çələbi 1410-cu ildə Osmanlı idarəsindəki Rumeli bölgələrində Osmanlı hökmdarı olaraq Ədirnədə taxta oturaraq 1410–1413-cü illər arasında səltənət sürmüşdür, lakin bu dəfə də 1413-cü ildə qardaşı Mehmed Çələbi ilə girdiyi hərbi mübarizələr sonunda məğlub olaraq1413-cü ildə öldürülmüşdür. Musa Çələbinin Ankara müharibəsindən əvvəlki həyatı haqqında əlimizdə çox az qaynaq var.
Mustafa Çələbi
Mustafa Çələbi (I Bəyazidin oğlu) — 4-cü Osmanlı sultanı I Bəyazid ilə xanımı Dövlət Xatunun oğlu. Mustafa Çələbi (I Mehmedin oğlu) — 5-ci Osmanlı sultanı I Mehmedin oğlu. Mustafa Çələbi(tr) (d. 1917 – ö. 2012) — Türkiyə siyasətçisi.
Mustafa Çələbi (I Bəyazidin oğlu)
Mustafa Çələbi (1380, Ədirnə, Akrotiri və Dekeliya – 1422) — 4-cü Osmanlı padşahı İldırım Bəyazidin Dövlət Şah Xatundan doğulan ən böyük oğludur. Mustafa Çələbi 1402-ci ildə Ankara döyüşündə iştirak etmişdir. Atası ilə birlikdə Əmir Teymura əsir düşmüş və Səmərqəndə aparılmışdır. Atasının vəfatından bir müddət sonra 1405-ci ildə Anadoluya geri qayıtdı, əvvəlcə Niğdəyə, daha sonra isə Kastamonuya getdi. 1416-cı ildə Venesiyanın yardımıyla Rumeliyə və Valaxiya qaçdı və burada bəzi sancaqbəylərinin, eyni zamanda Bizans imperatoru II Manuilin, Valaxiya çarının və bəzi Avropa dövlətlərinin dəstəyini aldı. Topladığı qoşunla Selanikdə I Mehmedlə toqquşdu. Bu döyüşdə ağır itkilər verdi və Selanikə çəkildi. Mustafa Çələbinin Selanikə sığınması I Mehmedlə Bizans imperatoru II Manuil arasındakı münasibətləri pozdu. Münasibətlərin düzəldilməsi üçün qısa zamanda danışıqlar başladı. Nəticədə iki dövlət arasında razılığa gəlindi.
Mustafa Çələbi (I Mehmedin oğlu)
Mustafa Çələbi ya da Kiçik Mustafa Çələbi (1408, Osmanlı imperiyası – 1422) — 5-ci Osmanlı padşahı I Mehmedin ikinci oğludur. Anasının kim olduğu məlum deyil. Eyni illərdə yaşayan İldırım Bəyazidin oğlu Mustafa Çələbi ilə qarışdırılmamalıdır. Gənclik illərini digər şahzadələr kimi sancaqlarda keçirmişdir. Atası I Mehmedin vəfatından sonra meydana gələn Şahzadə Böyük Mustafa üsyanı siyasi vəziyyəti dəyişmiş, bundan qorxan Mustafa Çələbi lələsi Şərabdar İlyas bəyin də təşviqi ilə Qaramanoğullarına sığındı. Karaman və Gərmiyan bəyləri ilə birlikdə Həmid elindən hərəkətə keçən Kiçik Mustafa Bursanı mühasirəyə aldı. Bursa şəhərinin ağsaqqalları Kiçik Mustafanın lələsi Şərabdar İlyasa heyət göndərərək geri çəkilməyini məsləhət gördü. Məsləhətə riayət edən Kiçik Mustafa bu dəfə də İznikə yönəldi və 40 günlük mühasirədən sonra şəhəri ələ keçirdi. Kiçik Mustafa burada İbrahim Paşa sarayına çəkildi və özünü sultan elan etdi. Bütün bu özbaşınalıqdan sonra II Murad 6 sentyabrda Konstantinopol mühasirəsini qaldırdı və Anadoluya keçdi.
Noman Çələbi Cihan
Noman Çələbi Cihan (1885, Çirki[d], Tavriya quberniyası[d], Rusiya imperiyası – 23 fevral 1918, Sevastopol, Rusiya) — Krım Tatar əsilli xadim. Noman 1885-ci ildə Krımın quzeyində, Canköy yaxınlığındakı Büyük Sunak kəndində yaşayan İbrahim Çələbinin ailəsində doğulub. Onu kənd məktəbinə göndəriblər, lakin məktəb hökumət tərəfindən qapadıldığından o təhsilini bölgədəki Akçokra mədrəsəsində, sonra isə Ağməsciddəki, yəni indiki Simferopoldakı Rüştiyyə və Bağçasaraydakı məşhur Zincirli mədrəsədə davam etdirib. Onun dünyagörüşünün formalaşmasında Mustafa Əfəndinin rolu böyük olub. Təhsil illərində İsmayıl bəy Qaspıralının "Tərcüman", Rəşid Mediyevin "Vətən xadimi" qəzetlərini və İstanbuldan gələn kitabları diqqətlə oxuyan, rus dili öyrənən və bu dil vasitəsilə inqilabçıların əsərlərini oxuyan, onların mitinqlərdəki çıxışlarını dinləyən Noman üsyankar bir ruhda böyüyüb. 1905-ci il inqilabı, inqilab nəticəsində bəzi islahatların həyata keçirilməsi, çarın xalqın xeyrinə bəzi güzəştlərə getməsi gənc Nomanı daha da ruhlandırıb. İmperya güclərindən xalqını qurtarmaq, haqsızlı-ğa, qanunsuzluğa son qoymaq üçün yollar axtarıb. Yeniyetməykən Krımda və İstanbulda nəşr olunan qəzetlərə məqalələr yazan Noman qohumları Əbdülhalim Çələbi və Əbubəkir Çələbinin maddi yardımıyla 1906-cı ildə təhsilini davam etdirmək üçün İstanbula gedir. Orada Mər-can İdadisində oxuyaraq dini biliklərini dərinləşdirir. Sonra universitetin hüquq fakültəsində təhsilini davam etdirir.
Noman Çələbicihan batalyonu
Noman Çələbicihan batalyonu (ukr. Батальйон імені Номана Челебіджіхана, Krım tatarca: Noman Çelebicihan Batalyonı) — Krım Xalq Respublikasının sədri olmuş Noman Çələbi Cihanın şərəfinə adlandırılmış, Krım tatarlarından ibarət batalyon. Batalyon Krımın anneksiyasında sonra 2015-ci ildə formalaşdırılıb və 18 sentyabr 2016-cı ildə qurulduğunu elan edib. Əsasən Krım sərhəddindəki Xerson bölgəsində fəaliyyət göstərirlər. 560 üzvü olan batalyon Krımın sərhəddində yerləşən Ukrayna Dövlət Sərhəd Mühafizəsi Xidmətinin dəstəsinə kömək göstərir.
Orxan Çələbi
Orxan Çələbi və ya Şahzadə Orxan (1412 – 29 may 1453, Konstantinopol) — bacısı Sultan Fatma xanımla birlikdə Bizans imperiyasına girov olaraq göndərilən beşinci Osmanlı Sultanı I Mehmedin (Çələbi Mehmet) böyük qardaşı və Qasım Çələbinin oğludur. Onun Əli şah, Cihan şah, Vəli Xan və Buğa Xan adlı dörd oğlu var idi. O İstanbulun fəthi zamanı keşiş paltarı geyinərək Konstantinopol şəhərindən qaçmağa çalışarkən Osmanlılar tərəfindən tutularaq edam cəzasına məhkum edilmişdir. Bizans İmperatorluğu mütəmadi olaraq Orxan Çələbini Anadoluya göndərməklə əhalini Osmanlı imperiyasının əleyhinə üsyana qaldıracağı ilə hədələyir və bunu etməmək müqabilində Osmanlıdan xərac alırdı. Fateh Sultan Məhəmməd hakimiyyət başına gəldikdən sonra bu xəracı verməkdən imtina etmişdir. Orxan Çələbi, İstanbulun II Məhəmməd tərəfindən mühasirəyə alınması zamanı 600 əsgəri ilə şəhərin Osmanlılara qarşı müdafiəsində iştirak etmişdir. O, adamlarını Yeddiqüllənin dənizkənarı divarlarına və Yeniqapıya doğru uzanmış olan qala divarları silsiləsində yerləşdirmişdir. İstanbulun fəthindən sonra Şahzadə Orhan rahib kimi geyinərək şəhəri tərk etmək istəyərkən Osmanlı əsgərləri tərəfindən tutularaq edam edilmişdir. Əmir Süleyman Çələbinin oğlu olan və 1420-ci ildə Bursada I Mehmed tərəfindən gözlərinə mil çəkilmiş olan Şahzadə Orxan Çələbi ilə qarışdırılmamalıdır.
Oğru müharibələri (Çələbi)
Oğru müharibələri — Bəhram Çələbinin əsəri. Qırxıncı və doxsanıncı illərin oğru qanunları bir-birindən çox fərqlənir. Bu fərqi başa düşmək olar. İttifaqın dağılması oğru qardaşlığına da birbaşa təsir edib. Zakonniklərin bir qismi bu dövrdən də sağ-salamat çıxaraq öz ənənələrinə sadiqliyini qoruyub saxlamağa müvəffəq oldu. Klassik ənənələrə sadiq oğrulara indi NEP dövrünün oğruları deyirlər. Yeni oğrular isə oğru qanunlarını müasir tələblərə uyğun şəkildə tətbiq edənlərə deyilir. Yenidənqurma başlamazdan xeyli əvvəl də SSRİ-nin meqapolislərində cinayətkar klanlar arasında mübarizə çox ciddi şəkildə gedirdi. Lakin əsasən “peşka”lar və ya “döyüşçü”lər qırılırdılar, mübarizə avtoritetlərin qətlinəcən gedib çatmırdı. İttifaq dağıldıqdan sonra isə… Əsərin birinci kitabı 2019-cu ildə Bakı Kitab Klubunda 270 səhifədə nəşr edilib.
Süleyman Çələbi
Süleyman Çələbi və ya Əmir Süleyman (1377, Kütahya – 17 fevral 1411, Konstansa, Silistrə əyaləti) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin oğlu, Fetrət dönəmində sultanlığını elan edən Osmanlı şahzadələrindən biri. Şahzadə Süleyman Çələbi 1377-ci ildə Kütahyada dünyaya gəldi. Atası Sultan Murad Hüdavəndigarın oğlu və o illərdə Kütahya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə kənizlərindən biridir. 1387-ci ilin iyununda Bursa yaxınlığındakı Yenişəhərdə keçirilən mərasimlə qardaşları Ərtoğrul və İsa Çələbiylə birlikdə sünnət edildi. Eyni mərasimlə babası Sultan Murad Hüdavəndigar, atası Şahzadə Bəyazid və əmisi Şahzadə Yaqub Bizans imperatoru II Manuilin qızlarıyla evləndilər. Bu mərasimin ardından babasının əmriylə Rumeliyə keçən Süleyman Çələbi sədrəzəm Çandarlı Əli Paşanın idarəsindəki Osmanlı ordusuyla indiki Bolqarıstanın şimal torpaqlarının fəthində iştirak etdi. Çox keçmədən 1389-cu ildə baş tutan Birinci Kosovo döyüşündə babası Sultan Murad Hüdavəndigar qələbə qazanmasına baxmayaraq sui-qəsd nəticəsində öldürüldü və ardından atası taxta çıxdı. Atası İldırım Bəyazidin Anadolu bəyliklərini birləşdirmə siyasəti nəticəsində, 1390-cı ildə işğal edilən Aydınoğulları bəyliyinin torpaqları Aydın sancaqbəyliyinə çevrildi və Süleyman Çələbi bölgənin idarəsinə gətirildi. Niqbolu döyüşündə (1396) iştirakının ardından 1398-ci ilin yayında Sivasa göndərilən Süleyman Çələbi burada Ağqoyunlu bəyi Qarayuluq Osman bəyi məğlub edərək bölgəni ələ keçirdi. Bu qələbəsinin ardından 1400-cü ildə Manisa və Aydın sancaqbəyliyinə gətirildi.
Səyahətnamə (Övliya Çələbi)
Səyahətnamə və ya Övliya Çələbi Səyahətnaməsi— Övliya Çələbinin XVII əsrdə yazdığı bir səyahət kitabıdır. On cilddən ibarətdir. Səyahətnamə ilk dəfə 1848-ci ildə "Müntehâbat-ı Evliya Çelebi" adı ilə Qahirə Bulak çap evində nəşr edilmişdir. İkdam qəzetinin sahibi Əhməd Cövdət bəy və Nəcib Asim bəy 1896-cı ildə İstanbulda Pertev Paşa Kitabxanasındakı nüsxəyə əsaslanaraq çap etməyə başladılar. 1902-ci ilə qədər yalnız ilk altı cild nəşr olunurdu. Yeddinci və səkkizinci cildlər Türk Tarix Komitəsi tərəfindən 1928-ci ildə, doqquzuncu və onuncu cildlər isə 1935-1938-ci illərdə Türkiyə Cümhuriyyəti Təhsil Nazirliyi tərəfindən yeni hərflərlə nəşr edildi. Səyahətnamə 1814-cü ildə Hammer tərəfindən kəşf edildikdən sonra bir çox əcnəbi alim Çələbi haqqında araşdırma apardı və əsərləri bir çox dilə tərcümə edilərək nəşr olundu. Orxan Şaiq Gökyay 1996-cı ildə "Səyahətnamə"nin ilk cildini Latın əlifbasına çevirdi və bu tarixdən sonra əsər daha çox insan tərəfindən öyrənilməyə başlandı 2013-cü ilin iyun ayında UNESCO-nun Dünya Yaddaşı Siyahısına daxil edilmişdir. Realist bir gözlə izlənilən hadisələr sadə və aydın, bəzən də fantastik bir povestlə, xalqın anlaya biləcəyi şəkildə yazılmış və xalqın anlaya biləcəyi deyimlərdən çox istifadə edilmişdir. Övliya Çələbi, Səyahətnaməsində gəzdiyi və gördüyü yerləri öz üslubunda təsvir edən 17-ci əsrin nadir yazıçılarından biridir.
Xocasadəttinzadə Mehmed Çələbi Əfəndi
Xocasadəttinzadə Mehmed Çələbi Əfəndi (27 fevral 1568, Bursa – 2 iyul 1615, Konstantinopol) — Osmanlı şeyxülislamı. 27 fevral 1568 tarixində Bursada dünyaya gəlmişdir. Atası Osmanlı tarixçisi və alimi Xoca Sadəttin Əfəndidir. İlk təhsilini atasından və Molla Tofiq Gilanidən almışdır. Qısa zamanda üləmalar arasında ad qazanmış və yüksəlməyə başlamışdır. Atasının padşah lələliyi illərində baş verən bu yüksəliş dövrün sultanı III Murad və digər dövlət adamları arasında narazılığa səbəb olmuşdur. 1586-cı ilin mayında İsmixan Sultan,1589-cu ilin aprelində Sahn-ı Səman, 1591-ci ilin fevralında isə Yavuz Sultan Səlim və Süleymaniyyə mədrəsələrində müdərrisliyə başladı. 1592-ci ilin iyul ayında Məkkə qazısı olaraq təyin edilsə də, 1593-cü ilin martında öz istəyilə bu vəzifəsindən ayrıldı və 120 axca maaşla təqaüdə çıxarıldı. 1596-cı ilin yanvar ayında İstanbul qazısı, iki ay sonra isə Anadolu başqazısı seçildi. Həmin il atası ilə birlikdə III Mehmedin Əyri səfərinə çıxdı.
Zakir Çələbiyev

Digər lüğətlərdə