çallı-çəmənli

çallı-çəmənli
çallı-çayırlı
çallı-çəmənlik
OBASTAN VİKİ
Çallı
Çallı (Zərdab) — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Çallı (Türkiyə) — Türkiyədə kənd. Yar Çallı — Tatarıstan Respublikasında yerləşən şəhər. Çallıbadyanlı (Marağa) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Çəmənli
Çəmənli (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Çəmənli (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Çəmənli (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Çəmənli (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Çəmənli (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Çəmənli (Maku) — Aşağı Çəmənli — Azərbaycanın Beyləqan rayonunda kənd. Yuxarı Çəmənli — Azərbaycanın Beyləqan rayonunda kənd.
Yar Çallı
Yar Çallı (tatar. Яр Чаллы; rus. Набережные Челны) — Tatarıstan Respublikasında yerləşən şəhər. Respublikanın şimal-şərqində Nijnekamsk su anbarının və Kama çayının sol sahilində yerləşir. Nijnekamsk ərazi istehsalat kompleksinin və Yar Çallı aqlomerasiyasının əsas şəhəri olmaqla iri sənaye mərkəzidir. Əhalisinin sayına görə respublikanın ikinci, Rusiyanın 34-cü iri şəhəri hesab edilir. "KAMAZ" avtomobil zavodu bu şəhərdə yerləşdir. Şəhərin adı tatar (bulqar) dilində Yar Çallı sözündəndir. Tərcüməsi qırmızı sahil mənasını ifadə edir. 1982-ci ildə Leonid Brejnyev-in şərəfinə şəhərin adı dəyişdirilərək Brejnyev adlandırılmışdır.
İbrahim Çallı
İbrahim Çallı (13 iyul 1882 – 22 may 1960, İstanbul) — Türkiyə rəssamı.
Çallı (Zərdab)
Çallı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Çallı Zərdab rayonunun eyniadlı i.ə.v.-də kənd. Kür-Araz ovalığındadır. Yaşayış məntəqəsi əvvəllər boz küdri sahədə salınmış, sonralar isə indiki yerə köçmüşdür. Yerli əhalinin məlumatına görə, kənd əvvəllər Çal piri (dağ döşündə olan pir), indi isə Çalı piri adlanan müqəddəs yerin yaxınlığında salındığı üçün belə adlandırılmışdır. Çox güman ki, bu oykonim Azərbaycan toponimiyasında "bozqırlaşmış, landşaftı pozulmuş yer" mənasında işlənən çallıq sözünün sonundakı samitin düşməsi ilə yaranmışdır. Dəvəçi rayonunda da Çallıq adlanan yer mövcuddur.
Aşağı Çəmənli
Aşağı Çəmənli — Azərbaycan Respublikasının Beyləqan rayonunun Aşağı Çəmənli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Beyləqan rayonunun Aşağı Çəmənli kəndi Çəmənli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Aşağı Çəmənli kənd Soveti yaradılmışdır. == Toponimikası == Yerli əhalinin məlumatına görə, kəndi Ağdam rayonundakı Çəmənli kəndindən ayrılmış ailələr salmışlar. Bəzən Araz Çəmənlisi də adlanır. Oykonim yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə əlaqədar yaranmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Mil düzündə yerləşir. == Əhalisi == Kənd əhalisinin sayı 1143 nəfərdir (2009).
Mustafa Çəmənli
Mustafayev Mustafa Şura oğlu (Mustafa Çəmənli) — nasir, publisist, Əməkdar mədəniyyət işçisi (2018), 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1979). Mustafa Çəmənli 1947-ci il sentyabrın 10-da Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. İlk təhsilini doğma kəndində, daha sonra Mingəçevir şəhər məktəbində almışdır. Əmək fəaliyyətinə Mingəçevir maşın hissələri təmiri zavodunda qəlibçi kimi başlamışdır (1966–1969). Bakıda "Kommunist" nəşriyyatında çapçı köməkçisi, "Paris Kommunası adına gəmi təmiri zavodu"nda qəlibçi olmuşdur (1970–1972). ADU-nun jurnalistika fakültəsində təhsil almışdır (1972–1977). Təyinatla göndərildiyi "Yazıçı" nəşriyyatında redaktor, böyük redaktor, klassik ədəbiyyat və folklor redaksiyasının müdiri (1978–1988), nəşriyyatın nəsr redaksiyasının müdiri vəzifələrində işləmişdir (1988–1992). "Gənclik" nəşriyyatında baş redaktor vəzifəsində çalışmışdır (1992–2006). Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. İlk hekayəsi "Ləpirlər" 1973-cü ildə "Mingəçevir işıqları" qəzetində çap olunmuşdur.
Yuxarı Çəmənli
Yuxarı Çəmənli — Azərbaycan Respublikasının Beyləqan rayonunun Yuxarı Çəmənli kənd inzibati ərazi dairəsində kənd.
Çəmənli (Ağdam)
Çəmənli — Azərbaycan Respublikasının Ağdam rayonunun Çəmənli kənd inzibati ərazi dairəsində kənd. Çəmənli hər zaman görkəmli şəxsiyyətlər yetirmiş nəsilləri ilə tanınmışdır. Hatəmxan ağa nəsli Çəmənlinin əsasını təşkil edir. Nəsil öz adını Hatəmxan ağanın adından almışdır. Hatəmxan ağanın nəslindən sonra Hacı Tahirin köç yerinin əhalisi Çəmənlinin sakinlərindəndir. Yaşayış məntəqəsi türkdilli xələclərin çəmənli tirəsinin adını əks etdirir. Etnotoponimdir. XIX əsrin ortalarında 59 ailədən ibarət, Mil-Qarabağ düzlərində maldarlıqla məşğul olmuş çəmənlilər sonralar oturaq həyat keçirərək bu ərazidə Qara Çəmənli, Aşağı Çəmənli, Yuxarı Çəmənli kəndlərinin əsasını qoymuşlar. Çar Rusiyası zamanında Çəmənli Yelizavetpol quberniyasının, Şuşa qəzasının, Kəbirli mahalının kəndi idi. Çəmənlidə Orduqayalı, Nurular, Balağışlaq, Sarı hüseynli, Böyük qışlaq, Sarı hacılı, Zülfülər, Çuxur məhlə adlı 8 məhlə bu günə kimi öz adını qoruyub saxlamaqdadır.
Çəmənli (Bərdə)
Çəmənli (əvvəlki adı: Dilənçilər) — Azərbaycan Respublikasının Bərdə rayonunun Zümürxan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Bərdə rayonunun Yeni Daşkənd kənd Sovetinin Dilənçilər kəndi Zümürxan kənd Sovetinin tərkibinə verilmişdir. Yaşayış məntəqəsini keçmiş Çıraqlı Qərvənd kəndindən köçmüş ailələr 1860-cı ildə xəzinə torpağına məxsus Dilənçilər yeri adlı ərazidə saldığına görə əvvəllər Dilənçilər adlandırılmışdır. Kənd Qarabağ düzündə yerləşir.
Çəmənli (Cəlilabad)
Çəmənli, Təzəkənd (?-2015) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Xanəgah kənd inzibati ərazi dairəsində kənd. Keçən əsrdə rayonun ərazisində Təzəkənd adlanan iki yaşayış məntəqəsi olmuşdur. Çəmənli kəndinin əhalisi türksoylu Moran tayfasından ibarətdir. Moranlar 19-cu əsrdə Şahsevən tayfa ittifaqına mənsub idi. 29 may 2015-ci ildə Xanəgah kənd inzibati ərazi dairəsi tərkibindəki Təzəkənd kəndi Çəmənli kəndi adlandırılmışdır.
Çəmənli (Maku)
Çəmənli (fars. چمنلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. Maku şəhristanının Siyahçeşmə bölgəsinin Bəhbəhçik kəndistanında, Siyahçeşmə qəsəbəsindən 24 km şimal-şərqdədir. 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (7 ailə).
Çəmənli (İsmayıllı)
Çəmənli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2009-cu il tarixli, 851-IIIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Qalacıq kənd inzibati ərazi dairəsi tərkibində mövcud olan yaşayış məntəqəsi Çəmənli kəndi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Əhalisi 290 nəfərdir ki onunda 143 nəfəri kişi, 147 nəfəri qadındır.
Çəmənli (Şərur)
Çəmənli (əvvəlki adı: Keştaz) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dərvişlər kənd inzibati ərazi dairəsi tərkibindəki Keştaz kəndi Çəmənli kəndi adlandırılmışdır. SSRİ dövründə Babəki, Çərçiboğan, Arbatan, Dərvişlər, Qara Həsənəli və Sovetabad kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir. Əhalisi 973 nəfərdir.(2009 - cu il) Kənddə orta məktəb binası 1980-ci ildə tikilmişdir. 2017-ci il Fevralın 1-də Çəmənli kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib. 3 mərtəbəli və 380 şagird yerlik binada 3-ü elektron lövhəli olmaqla 20 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter otağı, şahmat otağı, müəllimlər otağı, kitabxana, bufet, idman zalı və həyətdə açıq idman qurğuları vardır. Məktəbdə kitabxana işinin təşkili diqqətdə saxlanılır. Hazırda kitabxananın fondunda 4514 kitab vardır. 2017-ci il fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Çəmənli kənd mərkəzinin açılışını edib. Mərkəz binasının birinci mərtəbəsində rabitə evi, polis sahə məntəqəsi, baytarlıq məntəqəsi, kitabxana və feldşer-mama məntəqəsi yerləşir.
Çəmənli bələdiyyəsi
Ağdam bələdiyyələri — Ağdam rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çəmənli oymağı
Çəmənli oymağı — Qarabağın tarixi oymaqlarından biridir. Qarabağ xanlığının qurucusu Pənahəli xanın rəqiblərinə qarşı apardığı mübarizədə inandığı, etibar etdiyi tayfalar, oymaqlar sırasında Kəbirli tayfasının Çəmənli oymağı da var idi. Çəmənli oymağı hər zaman görkəmli şəxsiyyətlər yetirmiş nəsilləri ilə tanınmışdır. Hatəmxan ağa nəsli Çəmənli oymağının əsasını təşkil edir. Nəsil öz adını Hatəmxan ağanın adından almışdır. Çəmənlidə Orduqayalı, Nurular, Balağışlaq, Sarı hüseynli, Böyük qışlaq, Sarı hacılı, Zülfülər, Çuxur məhlə adlı 8 məhlə bu günə kimi öz adını qoruyub saxlamaqdadır. Hatəmxan ağa XVIII əsrdə yaşamış, 1698-ci ildə anadan olmuş, uzun illər Çəmənli oymağının başında durmuşdur. Sələflərindən xələflərinə ötürülən məlumata görə, o, yüz il ömür sürmüş, qeyri-adi bacarığa malik, hazırcavab, qonaqpərvər insan kimi tanınmış, Qarabağda mahir at çapması ilə yaddaşlarda qalmışdır. Hatəmxan ağa Qarabağ xanlığının qurucusu Pənahəli xanın, onun oğlu İbrahimxəlil xanın hakimiyyətləri dövründə Qarabağın hörmətli, qoçaq, ədalətli insanlarından sayılmışdır. Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində müxtəlif illərdə aparılmış əhalinin siyahıya alınması sənədləri saxlanılır. Həmin sənədlərə görə, Çəmənlidə bəylərin siyahısı ayrıca aparılmış, 30 nəfərdən ibarət dörd evin olması qeyd olunmuşdur.
Aşağı Çəmənli bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sarıcalı (Çəmənli, Ağdam)
Sarıcalı — Azərbaycan Respublikasının Ağdam rayonunun Çəmənli kənd inzibati ərazi dairəsində kənd. Kəndə bəzən Çəmənli Sarcalısı, yaxud Əmiraslanbəyli Sarcalısı da deyilir. Sarcalı kəndinin adı Cavanşirlərdən Sarı Alının adından götürülmüşdür, çox sarı olduğu üçun ona Sarıca Alı deyiblər və toponim də buradan yaranmışdır. Bu əhalinin də həmin tayfadan olduğu deyilir. (Mənbə: Qarabağnamələr. Mirzə Yusif Qarabagi. 2-ci kitab. Bakı. 1991-ci il. səh 14) Orta əsrlərdə Qarabağda yaşamış Cavanşir tayfasının oymaqlarından birinin adı.
Yuxarı Çəmənli bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağbulaq-i Çəmənli (Maku)
Ağbulaq-i Çəmənli (fars. اغبلاغ چمنلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 126 nəfər yaşayır (28 ailə).
Kərbəlayı Şirin bəy Çəmənli
Kərbəlayı Şirin bəy Çəmənli — Qarabağ bəylərindən biri, Georgi xaçı kavaleri. == Həyatı == Kərbəlayı Şirin bəy Əli bəy oğlu 1808-ci ildə Kəbirli mahalının Çəmənli kəndində anadan olmuşdu. Molla yanında oxumuşdu. II Rusiya-İran müharibəsində iştirak etmişdi. == Ailəsi == Kərbəlayı Şirin bəy Kərbəlayı Nənəxanım xanımla ailə qurmuşdu. Abbas bəy, Əli bəy, Abdulla bəy, İbadulla bəy adlı oğulları, Fatma xanım, Mələk xanım adlı qızları vardı. Onun törəmələri Şirinbəyov soyadını daşıyırdılar. == Mükafatları == Kərbəlayı Şirin bəy Çəmənli döyüşdə göstərdiyi şücaətə görə Georgi xaçı ilə təltif olunmuşdu. == Mənbə == Ənvər Çingizoğlu. Şirinbəyovlar.

Digər lüğətlərdə