Çelyabinsk
Çelyabinsk — Rusiyada böyük şəhər, Çelyabinsk vilayətinin inzibati mərkəzi.Qərbdə Trans-Sibir Dəmiryolunun başlanğıc nöqtəsi, Ural Federal Dairəsinin ikinci ən böyük mədəni, iqtisadi, biznes və siyasi mərkəzidi. Əhalisi - 1 182 517 nəfərdir. (2023)
Şəhər Ural və Sibirin geoloji sərhədində, Rusiyanın Asiya hissəsində, Ural dağlarının şərq yamacında, Miassın hər iki sahilində (Tobol hövzəsi) yerləşir.1736-cı ildə qala kimi əsası qoyulan Çelyabinsk 19-cu əsrdə Uralın, 19-cu əsrin sonunda isə bütün Rusiyanın ən böyük ticarət mərkəzlərindən birinə çevrildi.1892-ci ildə şəhərin Moskva ilə dəmir yolu əlaqəsi yarandı.Birinci beşilliklər ərzində Çelyabinskdə sənaye müəssisələrinin fəal tikintisi, sonra isə Böyük Vətən Müharibəsi illərində fabriklərin tikilməsi ilə əlaqədar olaraq, şəhər SSRİ-nin ən böyük sənaye mərkəzlərindən birinə çevrildi. Müharibə dövründə tankların və digər döyüş maşınlarının istehsalı, eləcə də qələbəyə əhəmiyyətli dərcədə verdiyi töhfə sayəsində Çelyabinsk "Əmək Şücaəti Şəhəri" adına layiq görüldü və şəhərin özü də məşhur "Tankograd" qeyri-rəsmi adını aldı.
1990-2000-ci illərdə şəhərin bir sıra sənaye müəssisələri ağır iqtisadi vəziyyətə görə fəaliyyətini dayandırdı, bu da 2020-ci illərdən etibarən Çelyabinskdə ekologiya sahəsində çətinliklərin yaşanmasına səbəb oldu. Buna baxmayaraq, Çelyabinsk Uralın ən böyük sənaye mərkəzlərindən biridir, burada sənaye ümumi bələdiyyə məhsulunun demək olar ki, 40% -ni təşkil edir.
Yevgeni Pospelovun redaktoru olduğu “Dünyanın coğrafi adları” toponimik lüğətinə görə kəndin əsası Çələbi traktında qoyulmuşdur. Adı türkcə Çələbi (“knyaz”, “savadlı”) şəxsi adından gəlir.İlk məskunlaşanların və qocaların nəsilləri deyirdilər ki, trakt adı ilə verilən Çelyaba qalasının adı başqırdca “silabe” (“çöküntü”, “dayaz çuxur”) sözünə gedib çıxır. Bu versiya 1742-ci ildə Çelyabinsk qalasını ziyarət etmiş alman səyyahı İohan Qmelinin qeydləri ilə dəstəklənir.Vladimir Vitevski də tarixi monoqrafiyasında yazırdı: “Çelyab başqırd sözü olub rusca vedrə və ya çuğundur mənasını verir. Çelyabinsk şəhərinin yeri doğrudan da vedrəvari çuxuru təmsil edir”».