çempion
çempionluq
OBASTAN VİKİ
Çempionat (sayt)
Championat.com — Rusiyanın idman internet-portalı.
Cüdo üzrə SSRİ çempionatı 1977
Cüdo üzrə 4-cü SSRİ çempionat Bakıda 1977-ci ilin 28–31 iyul tarixlərində keçirilmişdir. == Medalçılar == == Mənbə == "4-й Чемпионат СССР по дзюдо". rubin-judo.narod.ru. İstifadə tarixi: 2015-07-30.
Cənubi Koreya FİFA Klublararası Dünya Çempionatında
Bu məqalə Koreya Respublikası klublarının FİFA Klublararası Dünya Çempionatındakı iştirakı haqqındadır.
Donuz kimi qışqırma çempionatı
Donuz kimi qışqırma çempionatı — Qeyri-adi yarış növü Fransanın kiçik bir qəsəbəsində hər il reallaşdırılan bu yarışmada Dünyanın ən qəribə yarışmaları yarışmacılar mikrofondan bir donuz kimi qışqırır. Əvvəl bir donuzun qışqırmasını dinlədilən yarışmacılar Dünyanın ən qəribə yarışmaları eşitdikləri səsin bənzərini çıxarmağa çalışaraq çempion olmağa çalışır.
Dünya Ralli Çempionatı
Dünya Ralli Çempionatı (ing. World Rally Championship (WRC)) — 1973-cü ildə tarixi Monte Carlo Rallisi ilə başlamışdır. Dünyanın müxtəlif ölkələrində keçirilən bir avtomobil yarışıdır. 2003, 2004, 2005 və 2006-cı illərdə Türkiyədə də təşkil edilən yarış, 2007-ci ildə təqvimdən çıxarıldılmış; lakin 2008-ci il üçün yenidən təqvimə salınmışdır. 2009-cu ildən bəri hər rallinin iki ildən bir keçirilməsinə qərar verildi. Türkiyə Rallisi sonuncu dəfə 2010-cu ildə təşkil edilmiş və ondan sonra təqvimdən çıxardılmışdır. Təşkilatçılarla aparılan danışıqlar müsbət nəticələnmiş və Türkiyə Rallisi 2018-ci ildə yenidən təqvimə salınmışdır. 2021-ci ilin əvvəlində alınan qərarla Türkiyə yenidən təqvimdən çıxarılmışdır.
Dünya saqqal və bığ çempionatı
Dünya saqqal və bığ çempionatı — qeyri-adi yarış növü. İştirakçılar bığ və saqqallarının uzunluğu, eləcə də, stili ilə yarışırlar. == Tarixi == Birinci yarış 1990-cı ildə Almaniyanın Höfen-an-der-Ents qəsəbəsində baş tutmuşdur. 2025-ci ildəki yarış İngiltərənin Bristol şəhərində baş tutacaq. == Kateqoriyalar == Yarışın bığ, tam saqqal, yarım saqqal kimi kateqoriyaları var. == İstinadlar == == Xarici keçidlər == 2019-cu ildəki yarışın nəticələri.
Ekvador FİFA Klublararası Dünya Çempionatında
Bu məqalə Ekvador klublarının FİFA Klublararası Dünya Çempionatındakı iştirakı haqqındadır.
Evsiz futbolçuların dünya çempionatı
Evsiz futbolçular arasında dünya çempionatı 2009-cu ildə 7-ci dəfə keçirilib. İtaliyanın Milan şəhərində başa çatan turnirdə Ukrayna yığması finalda Portuqaliya üzərində çətin qələbə qazanıb – 5:4. Dünya kubokunun yeni sahibi bununla da rəqibindən əvəz çıxıb. Məsələ ondadır ki, Ukrayna turnirdə yeganə məğlubiyyəti ikinci qrup mərhələsində məhz Portuqaliyada alıb (5:8). Milana beş qitədən 48 komanda gəlib. Növbəti belə dünya çempionatı 2010-cu ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək.
Fici Milli Futbol Çempionatı
Fransa Çempionatı
Liqa 1 (fr. Championnat de France de football) Fransanın ən yüksək səviyyəli futbol liqası. Bir alt səviyyədəki Liqa 2 ilə birlikdə Liqa də Football Professionnel içində olan iki liqadan biridir. Avqust ayında başlayıb may ayında sona çatan sezonların hər birində 20 komanda mübarizə aparır. Hər komandanın digərləri, biri öz meydanında digəri isə səfərdə olmaq üzrə iki matç keçirdiyi liqa 38 həftə davam edir və cəmdə 380 oyun oynanılır. Mövsüm sonunda son üç sırada qərarlaşan komandalar Liqa 2-yə düşərlər. İlk dövrə iki həftə qalmış bitərkən, ikinci sezon isə yanvar ayının 2-ci həftəsində başlayır. UEFA əmsalları sıralamasında Premyer Liqa, La Liga, Bundesliga və Serie A-dan sonra beşinci sırada yerləşir. == Tarixi == 1930-cu ilə qədər qurulan Fransa Futbol Federasiyası Fransada liqa yaradılmağa təkan verdi. 1932-ci ildə Franas çempionatının yaradılmasına qərar verildi.
Fransa çempionatında ilin futbolçusu
Fransa çempionatında ilin futbolçusu mükafatı mövsüm ərzində ən yaxşı oyun sərgiləyən futbolçuya təqdim edilən illik futbol mükafatıdır. Mükafat 1993–94 mövsümündən etibarən sahibinə təqdim edilir və onun ilk sahibi "Pari Sen-Jermen" klubunun hücumçusu David Jinola olmuşdur. Sonuncu qalib isə "Pari Sen-Jermen" klubunun futbolçusu olmuş Zlatan İbrahimoviçdir. == Qaliblər == Qalibin adı 1993–94 mövsümündən etibarən hər il mövsümün sonunda elan olunur. Mükafatın sahibi olmuş ilk əcnəbi futbolçu isə "Monako"da çıxış etmiş braziliyalı Sonni Anderson olmuşdur. Ardıcıl olaraq mükafatı 2 dəfə qazanmış futbolçu is Pauletadır. O, bu adı 2001–02 və 2002–03 mövsümlərində əldə etmişdir. Zlatan İbrahimoviç isə mükafatı rekord sayda, 3 dəfə qazana bilmişdir.
Futbol üzrə 17 yaşadək Avropa Çempionatı 2016
== Məlumat ==
Futbol üzrə AFR çempionatı 1963/1964
Almaniya Bundesliqası 1963/1964 mövsümü və ya qeyri-rəsmi adı ilə Almaniya Bundesliqasının 1-ci mövsümü — 1963-cü il avqustun 24-dən 1964-cü il mayın 10-na qədər baş tutdu. Nəticədə “Köln” 45 xalla birinci dəfə Bundesliqasının qalibi oldu. “Hamburq”un futbolçusu Uve Zeeler isə 30 qolla Bundesliqanın bombardiri oldu.
Futbol üzrə AFR çempionatı 1964/1965
Almaniya Bundesliqası 1964/1965 mövsümü və ya qeyri-rəsmi adı ilə Almaniya Bundesliqasının 2-ci mövsümü — 1964-cü il avqustun 22-dən 1965-ci il mayın 15-nə qədər baş tutdu. Nəticədə “Verder” Bremen 41 xalla birinci dəfə Bundesliqasının qalibi oldu. “1860 Münhen”in futbolçusu Rudolf Brunnenmayer isə 24 qolla Bundesliqanın bombardiri oldu.
Futbol üzrə AFR çempionatı 1965/1966
Almaniya Bundesliqası 1965/1966 mövsümü və ya qeyri-rəsmi adı ilə Almaniya Bundesliqasının 3-cü mövsümü — 1965-ci il avqustun 14-dən 1966-cı il mayın 28-nə qədər baş tutdu. Nəticədə “1860 Münhen” 50 xalla birinci dəfə Bundesliqasının qalibi oldu. “Borussiya” Dortmundun futbolçusu Lotar Emmerix isə 32 qolla Bundesliqanın bombardiri oldu.
Futbol üzrə AFR çempionatı 1966/1967
Almaniya Bundesliqası 1966/1967 mövsümü və ya qeyri-rəsmi adı ilə Almaniya Bundesliqasının 4-cü mövsümü — 1966-cı il avqustun 20-dən 1967-ci il iyunun 4-nə qədər baş tutdu. Nəticədə "Ayntraxt" Braunşveyq 43 xalla birinci dəfə Bundesliqasının qalibi oldu. "Borussiya" Dortmundun futbolçusu Lotar Emmerix və "Bayern" Münhenin isə 28 qolla Bundesliqanın bombardirləri oldu.
Futbol üzrə AFR çempionatı 1967/1968
Almaniya Bundesliqası 1967/1968 mövsümü və ya qeyri-rəsmi adı ilə Almaniya Bundesliqasının 5-ci mövsümü — 1967-ci il avqustun 18-dən 1968-ci il mayın 24-nə qədər baş tutdu. Nəticədə “Nürnberq” 47 xalla birinci dəfə Bundesliqasının qalibi oldu. “Köln”ün futbolçusu Yoxannes Lor isə 27 qolla Bundesliqanın bombardiri oldu.
Futbol üzrə AFR çempionatı 1968/1969
Almaniya Bundesliqası 1968/1969 mövsümü və ya qeyri-rəsmi adı ilə Almaniya Bundesliqasının 6-cı mövsümü — 1968-ci il avqustun 17-dən 1969-cu il iyunun 7-nə qədər baş tutdu. Nəticədə “Bayern” Münhen 46 xalla birinci dəfə Bundesliqasının qalibi oldu. “Bayern” Münhenin futbolçusu Gerd Müller isə 30 qolla Bundesliqanın bombardiri oldu.
Futbol üzrə AFR çempionatı 1969/1970
== Nəticə ==
Futbol üzrə Andorra çempionatının qaliblərinin siyahısı
Futbol üzrə Avropa çempionatı 1988
Futbol üzrə 8-ci Avropa çempionatı — final turniri 1988-ci il 10-25 iyun tarixində Almaniya Federativ Respiblikasının səkkiz şəhərində keçirilən futbol yarışı. Final turnirində 8 komanda iştirak etmişdir. Onlardan yeddisi seçmə mərhələsində qrup qalibləri olmuş komanda idi. AFR millisi isə çempionatın ev sahibi kimi final turnirinə birbaşa vəsiqə qazanmışdır. Çempionatın keçirilmə sxemi dəyişməmişdir: komandalar iki qrupa bölünərək mübarizə aparmış, hər qrupda ilk iki yeri tutan komanda 1/2 finala vəsiqə qazanmışdır. Avropa çempionu adına Niderland millisi layiq görülmüşdür. Final oyununda Niderland millisinin oyunçusu Rud Qullit və çempionatın bombardiri Marko van Basten SSRİ millisinin qapısından iki cavabsız top keçirmişlər. == İştirakçılar == İngiltərə Danimarka İrlandiya İspaniya İtaliya Niderland SSRİ Almaniya == Şəhərlər və stadionlar == == Seçmə mərhələsi oyunları == == Komandaların heyətləri == == Final turniri == === A qrupu === === B qrupu === === Pley-off === === 1/2 final === === Final === == Bombardirlər == == Simvolik yığma komanda == SSRİ finala qədər gəlib çıxsa da simvolik komandanın heyətini heç bir sovet oyunçusu daxil edilməmişdir. Q Hans van Brökelen M Cuzeppe Berqomi M Ronald Kuman M Frank Raykard M Franko Barezi Ym Cuzeppe Cannini Ym Lotar Matteus Ym Yan Vauters H Ruud Qullit H Canluka Vialli H Marko van Basten == İstinadlar == == Xarici keçidlər == Çempionatın hesabatı (rus.) RSSSF saytında çempionatın statistikası (ing.) KLİSF saytında çempionatın statistikası (rus.) UEFA Avropa çempionatlarının tarixi. 1988.
Futbol üzrə Avropa çempionatı 1992
Futbol üzrə 9-cu Avropa çempionatı (isv. Europamästerskapet i fotboll 1992, ing. UEFA Euro 1992) — final turniri 1992-ci il 10-26 iyun tarixində İsveçin dörd şəhərində keçirilən futbol yarışı. Final turnirində 8 komanda iştirak etmişdir. Onlardan yeddisi seçmə mərhələsində qrup qalibləri olmuş komanda idi. İsveç millisi isə çempionatın ev sahibi kimi final turnirinə birbaşa vəsiqə qazanmışdır. Bu, 8 komandanın iştirakı ilə keçirilən futbol üzrə sonuncu Avropa çempionatı olmuşdur. Sonrakı çempionatda final turnirinin iştirakçılarının sayı bundan iki dəfə çox idi. SSRİ dağıldığına görə püşkatmadan iki həftə əvvəl SSRİ millisinin yerinə MDB millisinin iştirakına icazə verilmişdir. Danimarka millisinin çempionluğu hamı üçün gözlənilməz olmuşdur.
Futbol üzrə Avropa çempionatı 1996
Futbol üzrə 10-cu Avropa çempionatı (ing. 1996 UEFA European Football Championship) — final turniri 1996-cı il 8-30 iyun tarixində İngiltərənin səkkis şəhərində keçirilən futbol yarışı. İlk dəfə 10-cu Avropa çempionatının final mərhələsində 16 komanda iştirak etmişdir. Komandalar qələbəyə görə 2 yox, 3 xal qazanmışlar. Həmçinin ilk dəfə "qızıl qol" qaydası tətbiq edilməyə başlanmışdır. Oyunların sayının artması azarkeşlərinin sayına da təsir etmişdir. Bu çempionat azarkeş sayına görə bu gün də 3-cü yerdə durur (1 milyon 275 min azarkeş). İlk iki yeri isə 2016-cı il və 2012-ci ilin çempionatları tutur. Çempionatın qalibi finalda Çexiyanı əlavə vaxtda 2 : 1 hesabı ilə məğlub edən Almaniya yığması olmuşdur. Avropa çempionatları tarixində ilk "qızıl qol"u Oliver Birhoff vurmuşdur.
Futbol üzrə Avropa çempionatı 2000
Futbol üzrə 11-ci Avropa çempionatı (nid. UEFA Europees Voetbalkampioenschap België/Nederland 2000; fr. UEFA Championnat Européen du Football Belgique/Pays Bas 2000; alm. UEFA Fußball-Europameisterschaft Belgien/Niederlande 2000‎) — final turniri 2000-ci il 10 iyun-2 iyul tarixində Belçika və Niderlandın toplam səkkis şəhərində keçirilən futbol yarışı. 11-ci Avropa çempionatı ilk dəfə olaraq iki ölkədə — Niderlandda və Belçikada keçirilirdi. Bu final mərhələsində 16 komandanın iştirakı ilə baş tutan ikinci turnir idi. Yarışdan öncə UEFA qaydalarda dəyişiklik etmişdi: Qrup mərhələsindən sonra sarı və qırmızı vərəqələrin hesabı yenidən aparılırdı. Çempionatın qalibi adına finalda İtaliyanı əlavə vaxtda 2 : 1 hesabı ilə məğlub edən Fransa yığması layiq görüldü. Bu, Fransa yığmasının Avropa çempionatları tarixində ikinci uğuru idi. Avropa çempionatları tarixində son "qızıl qol"un müəllifi David Trezege oldu.
Futbol üzrə Avropa çempionatı 2008
UEFA Avropa Kuboku 2008 — 2008-ci il iyunun 7-dən 29-a qədər Avstriya və İsveçrədə keçirilmiş (ev sahibi ölkələr 2002-ci il dekabrın 12-də müəyyənləşmişdir) futbol turniri. Turnirin qalibi İspaniya millisi olmuşdur. Turnirdə 2-si ev sahibi olmaqla 16 komanda iştirak etmişdir (iştirak haqqı 7,5 milyon avro olmuşdur). Komandalardan hər biri iştiraka görə 184 milyon avro almışdır. Avstriyadakı qrup mərhələsi oyunları Vyanada, İsveçrədə isə Bazeldə keçirilmişdir. Çempionat üçün on iki hakim seçilmişdir. Qrup mərhələsində hər oyunda qalib gələn komanda bu qalibiyyətə görə 1 milyon, 1/4-də 2 milyon, 1/2-də 3 milyon almışdır. Final iştirakçısı 4,5 milyon, çempionatın qalibi isə 7,5 milyon avroya sahib olmuşdur. Qalib komanda UEFA-nı 2009-cu ilin FİFA Konfederasiyaları Kubokunda təmsil etmək hüququ əldə etmişdir. Yarışın topu Adidas Avropas, rəsmi tilsimləri tülkülər Triks və Fliks, rəsmi şüarı isə – "expect emotions" (emosiyaları gözlə) olmuşdur.
Futbol üzrə Azərbaycan SSR çempionatının qaliblərinin siyahısı
Futbol üzrə ilk Azərbaycan SSR çempionatı 1928-ci ildə keçirilib.

Digər lüğətlərdə